Ətraflı axtarış
Baxanların
7039
İnternetə qoyma tarixi: 2011/08/23
Sualın xülasəsi
Rəvayətlərdə gəlmiş, imam Əlinin (əleyhissalam) doğulduqdan sonra İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) ağuşunda Qurandan ayələrin tilavət etməsi, İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) risaləti və risalətdən əvvəl Onun Quranın möhtəvasından xəbərsiz olması ilə necə uyğun gələ bilər?
Sual
Rəvayətdə var ki, İmam Əli (əleyhissalam) doğulduqdan sonra İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) ağuşunda o Həzrətə buyrur: “İstəyirsən ki, sənə Tövratdan və İncildən oxuyum? .....daha sonra Qurandan Möminlər surəsindən ayələr oxumağa başlayır.” Belə rəvayətlərin tarixi cəhətdən sənədləri nə dərəcədə mötəbərdir? Həmçinin, belə bir hadisənin İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) risaləti ilə Onun risalətdən qabaq Quranın möhtəvasından xəbərsiz olması məsələsi necə uyğun gəlir? Halbuki, İmam Əli (əleyhissalam) həmin zamanda Qurana və sair səmavi kitablardan xəbərdar olur?
Qısa cavab

 Belə bir rəvayət bəzi hədis mənbələrində gəlib. Amma, o rəvayətdə belə bir ifadə gəlməyib ki, İmam Əli (əleyhissalam)  İslam Peyğəmğbərinə (səlləllahu ələyhi və alihi və səlləm) belə desin “əgər istəyirsənsə sənə Tövrat və İncildən oxuyum?” – Bəlkə də, İslam dini gəldikdən sonra imam Əli (əleyhissalam)  İslam Peyğəmbərinə (səlləllahu ələyhi və alihi və səlləm) Möminlər surəsindən ayələr tilavət etmişdir və belə bir halət yəni, Möminlər surəsindən ayələr tilavət etməsi heç də İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) risaləti ilə ziddiyyətli bir şey təşkil etmir. Həmçinin, belə bir hadisə, İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) risalətdən əvvəl Quranın möhtəvasından xəbərsiz olması nəticəsini də vermir.  Çünki, Quranın elə bir həqiqət mərtəbəsi var ki, hələ nur aləmində olarkən birinci mərtəbəsi İslam Peyğəmbərinə (səlləllahu ələyhi və alihi və səlləm) nazil olmuşdur..   Bəzi rəvayətlərdə Quranın birinci mətrəbəsinə işarə olunmuş və ondan “peyğəmbərlərdən ötrü həqiqətlər” ünvanı ilə ad aparılmışdır. Bu həqiqətlər əslində kəlmə və sözlər yox, elə həqiqətlərdir ki, heç bir zamana məhdud olmadan İslamdan əvvəl və ya sonraya aid olmasında heç bir fərqi yoxdur. Quranın mərtəbələri o dərəcədədir ki, onun hər bir mərtəbəsi müəyyən bir həddə bütün peyğəmbərlərə agahdır. Hər bir peyğəmbər bir növ xüsusi mərtəbədə Qurana bağlı olublar.

 Ona görə də imam Əli (əleyhissalam)  təvaəllüdündən dərhal sonra İslam Peyğəmbərinə (səlləllahu ələyhi və alihi və səlləm) Quran ayələrindən tilavət etməsi o Həzrətdən ötrü heç də təzə bir məsələ deyildir. Bu ayələr əslində, Qurandan möminlərin ümumi şəkildə hidayət yollarına işarələrdir və İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) bu mənaları o anda bilirdi.

 Necə ki Həzrət İsa (əleyhissalam)  təvəllüdündən dərhal sonra belə tilavət etmişdir: “Mən Allahın bəndəsiyəm. O, mənə səmavi kitab vermişdir və məni peyğəmbər qərar vermişdir.” Halbuki, həmin anda o Həzrətin əlində heç bir kitab yox idi. Deməli, hələ bu dünyaya gəlməmişdən əvvəl nur aləmində Allah-Taala o Həzrətə ilahi kitab nazil etmişdir.

Ətreaflı cavab

Əsl cavabdan əvvəl bir neçə məsələni diqqətə çatdırmaq istərdik;

 a)  Belə bir rəvayət bəzi hədis mənbələrində gəlib. Amma, o rəvayətdə belə bir ifadə gəlməyib ki, İmam Əli (əleyhissalam)  İslam Peyğəmbərinə (əleyhissalam)  belə desin ki: “əgər istəyirsənsə sənə Tövrat və İncildən oxuyum?” – Bəlkə də, İslam dini artıq gəldikdən sonra imam Əli (əleyhissalam)  İslam Peyğəmbərinə (səlləllahu ələyhi və alihi və səlləm) Möminlər surəsindən ayələr tilavət etmişdir.[1]

 b) Rəvayətin sənədlərini araşdırdıqda məlum oldu ki, bəzi sənədlər qeyri-mötəbər və rəvayəti nəql edən şəxslərin pis ya yaxşı insanlar olması haqqınıda tarixdə alimlər arasınında ixtilaf var. Amma, rəvayətin mətnini digər mötəbər və dəqiq köklərə əsasən qəbul etmək olar və o da bundan ibərətdir ki:

 1.Məsum İmam (əleyhissalam)  kamil insan nümünəsi olub, Quranın insaniyyət haqqındakı hökmlərini özündə təcəssüm etdirən və natiqi Qurandır. Müsəlmanların əlində olan yazı şəkilindəki Quran isə sakit və ya danışmaz bir Qurandır.[2]

 2.Digər səmavi kitabların tamamlayıcısı olan Qurani-Kərimin nazil olması mərhələsi hələ nur almində, ilk növbədə İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) və məsum İmamların (əleyhimussalam) pak ruhlarına nazil olmuşdur. Necə ki, Quranda ayələrdən birində oxuyuruq: “(Ya Rəsulum!) Həqiqətən, Qur’an sənə hikmət sahibi olan, (hər şeyi) bilən Allah tərəfindən təlqin (vəhy tə’lim) olunur.”[3]  Ayədə həmin məsələyə işarə olunur ki, İslam Peyğəmbərinə (səlləllahu ələyhi və alihi və səlləm) arada heç bir vəhy mələyi olmadan nur aləmində, Quranın həqiqəti ona nazil olur. Ondan sonra isə pak və məsum İmamların (əleyhimussalam) ruhlarına nazil olur.[4]  Bəzi rəvayətlərdə Quranın birinci mətrəbəsinə işarə olunmuş və ondan “peyğəmbərlərdən ötrü həqiqətlər” ünvanı ilə ad aparılmışdır. Bu həqiqətlər əslində, kəlmə və sözlər yox, elə həqiqətlərdir ki, heç bir zamana məhdud olmadan İslamdan əvvəl və ya sonraya aid olması arasında heç bir fərq yoxdur. Quranın mərtəbələri o dərəcədədir ki, onun hər bir mərtəbəsi müəyyən həddə, bütün peyğəmbərlərə agahdır. Hər bir peyğəmbər bir növ xüsusi bir mərtəbədə Qurana bağlı olub.[5] Baxmayaraq ki, Quranın ən yüksək və kamil həqiqəti yalnız, İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) qəlbinə nazil olmuşdur.

    Bütün qeyd olunmuşları nəzərə alaraq belə nəticəyə gəlmək olar ki:

 1.Bu rəvayətin İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) risaləti ilə heç bir ziddiyyəti yoxdur və rəvayət heç də İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) risalətindən əvvəl Quranının mahiyyətindən xəbərsiz olmasına da dəlalət etmir. Çünki, Quranın nazil olmasının neçə mərtəbəsi var ki, onun ilk mərtəbəsi   nur aləmində İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) pak ruhuna nazil olmuşdur. Belə ki, o Həzrətin dünyadakı maddi cismindən başqa, nur almində müəyyən həqiqəti də vardır. Necə ki, həzrət İsa (əleyhissalam)  təvəllüdündən dərhal sonra belə tilavət etmişdir: “Mən Allahın bəndəsiyəm. O, mənə səmavi kitab vermişdir və məni peyğəmbər qərar vermişdir.”[6]  Halbuki, həmin anda o Həzrətin əlində heç bir kitab yox idi. Deməli, hələ bu dünyaya gəlməmişdən əvvəl nur aləmində, Allah-Taala o Həzrətə ilahi kitab nazil etmişdir.

 2.Nur aləmində Quranının nurani həqiqəti, İmam Əlinin (əleyhissalam)  də pak ruhuna nazil olmuşdur. Ona görə də İmam Əlinin (əleyhissalam)  təvaəllüdündən dərhal sonra İslam Peyğəmbərinə (səlləllahu ələyhi və alihi və səlləm) Quran ayələrindən tilavət etməsi o Həzrətdən ötrü heç də təzə bir məsələ deyildir. Çünki, İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) əvvəldən Quranın elminə vaqif olmasından əlavə, Allah-Taalanın izni ilə bütün aləmin və Quranın həqiqətlərinə də alim və agahdır.

        Daha çox məlumat üçün aşağadakı mənbələrə müraciət edə bilərsiniz:

 Peyğəmbərin (səlləllahu ələyhi və alihi və səlləm) İmamlara (əleyhimusallam) üstünlükləri, sual 1384 (sayt: 4213)

 Şiənin İmamlarının (əleyhimusssalam) digər peyğəmbərlərlə nisbətdə məqamları, sual 5227 (sayt: 6067)

 İmam Əlinin (səlləllahu ələyhi və alihi və səlləm) vəchullah olması, sual 8680 (sayt: 9850)



[1] Şeyx Tusi, Əmali, səh.708; Darus-Səqafə çapxanası, Qum, 1414 h.q; Məclisi, Məhəmməd Baqir, Biharul-Ənvar, c.35; səh18, Vifa müəssisəsi, Beyrut, 1404 h.q;

[2] Saytda mövzu: “Məsum İmamların (əleyhissalam)  Qurana nisbət fəzilət və üstünlükləri”, sual 10232 (sayt 10152); “İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) Qurana üstünlüyü”, sual 3899 (sayt 4177).

[3] Nəml surəsi 6

[4] Təyyib Seyyid Əbdül-Hüseyn, Ətyəbül bəyan fi təfsiril-Quran, c.9, səh.107,354, c.10; səh.285, 286, İslam nəşriyyatı, Tehran, ikinci çap, 1378 şəmsi ili.

[5] Saytda mövzu: Qurannın həqiqət və mərtəbələri, sual 10688 (sayt 12360); Quranın nazil olma mətrəbələri və ilahi vəhydə kəlmənin rolu, sual 3234 (sayt: 4076), Quranan nazil olması, sual 140 (sayt 1017)

[6] Məryəm surəsi 30

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Şiənin sünni ilə ailə qurması caizdir?
    21788 Məzhəbdə iştiraklıq 2012/05/19
    Bu barədə mərceyi- təqlidlərin fətvalarını nəzərinizə çatdırıram: Sual: Müsəlmanın qeyri- müsəlman, şiənin sünni ilə evlənməsi doğrudurmu? Həzrət ayətullah ul üzma Fazil Lənkərani: Müsəlman qadının qeyri- müsəlmanla ailə qurması caiz deyil, həmçinin şiə qadının sünniyə ərə getməsi məkruhdur. Müsəlman kişinin qeyri- ...
  • Uxdud səhabələri kim idi?
    8467 Təfsir 2012/03/14
    “Uxdud” böyük çala, yaxud xəndək mənasınadır. Bu ayədə odla doldurulan böyük çala nəzərdə tutulur ki, mömin şəxsləri oraya salıb yandırmış və ağır işgəncə ilə qətlə yetirmişlər. Bu hadisənin nə zaman baş verməsi, hansı qövmə aid olması, eləcə də bunun xüsusi və konkret bir hadisə, yoxsa ...
  • Həzrət Peyğəmbərin (s) vəfatından sonra o həzrətin qızı Fatimeyi Zəhranın (s) hansı çətinliklərlə qarçşılaşdı?
    8442 تاريخ بزرگان 2012/04/18
    Həzrət Fatimənin (ə) Peyğəmbərin (s) vəfatından sonra hansı çətinliklərlə qarşılaşdığı barədə, çoxlu sözlər və rəvayətlər vardır. Bu mövzuda sizin diqqətinizi sünni məzhəbinin ən etibarlı kitabı səhih Buxaridən olan rəvayətə cəlb edirik. ...
  • İmam Əli (əleyhis-salam) Əbu Bəkr, Ömər və Osmanla beyət etmişdimi? Nə üçün?
    19571 Qədim kəlam 2011/11/24
    Əvvəla, İmam Əli (əleyhis-salam)-ın özü, köməkçilərindən bir dəstəsi, eləcə də Peyğəmbər (səlləllahu əleyhi və alih) səhabələrindən bir qrupu əvvəldə Əbu Bəkrlə beyət etməmişdilər. Sonradan beyət etmələri də yalnız islamın hifz olunması, islam hökumətinin mənafeyinin qorunması məqsədi ilə baş vermişdi. İkincisi, bütün problem qılınc və şücaətlə həll olunmur, hər yerdə ...
  • “Ğüfeylə” namazının fəziləti və o namazı qılmaqla Yezidin bağışlana bilməsi barəsindəki hədis səhihdirmi?
    12313 Hədis elmləri 2012/04/19
    Belə bir rəvayət mötəbər hədis kitablarında gəlməmişdir, hətta bu məzmunun oxşarını da rəvayət kitablarında görməmişik. Bundan əlavə, rəvayətə oxşayan bu sözün məzmununda da tənqid olunası bir neçə məsələ vardır: 1. Cinayətlə ondan tövbənin necəliyi arasına tənasübün olmaması; 2. Əməldə niyyət məsələsinin nəzərə alınmaması;
  • Бир нәфәр хачпәрәсти Ислам ирфаны илә Ислама неҹә ҝәтирмәк олар?
    6993 Nəzəri irfan 2012/05/21
    Ислами ирфаны, онун хүсусијјәтләрини вә шахәләрини һәмчинин, Ислам вә Әһли-Бејт (әлејһиссалам) мәктәбинин сајәсиндә јетишән ирфаны ачыгламагла өз мәгсәдинизә чата биләрсиниз. Биринҹи: Ислами ирфан ики гисмә, нәзәри вә әмәли гисмә бөлүнүр. Нәзәри ирфанын әсас вә көклү мөвзусу ики мәсәләдир. Биринҹи, төвһидин һәгигәтинин ачыгланмасы; икинҹи һәгиги тәкаллаһлыны ...
  • لا اله الا هو “la ilahə illa huvə” ilə لا اله الا الله “la ilahə illəllah” cümlələrinin arasında nə kimi fərq vardır?
    22090 Qədim kəlam 2012/02/13
    Bəzi rəvayətlərdə qeyd olunur ki, “ya Huvə”, “ya mən la huvə illa huvə” Allahın ismi-ə’zəmidir (ən böyük adıdır). Aydındır ki, Quranda gələn bu kəlmə لا اله الا هو “la ilahə illa huvə” ilə لا اله الا الله “la ilahə illəllah” arasında olan fərq “Huvə” ilə “Allah” kəlmələri arasındakı fərqə qayıdır.
  • İslam nəzərindən insanın xilqəti necə olmuşdur?
    7998 Qədim kəlam 2011/07/28
    Qurani-kərim insanın yaranışının əvvəli ilə əlaqədar müxtəlif təbirlər bəyan etmişdir. Bəzi ayələrdə insanın ilkin maddəsi “palçıq” deyə təqdim edilir, bəzi ayələrdə deyilir ki, “insanı sudan xəlq etdik”, digər ayələrdə də insan xilqətinin mənşəyi nütfə, bəzilərində ...
  • Oğurluq günahını necə bərpa edə bilərik?
    12731 Nizamlar hüquq və əhkam 2011/11/24
    Allah-taalanın lütf və mərhəmətinin sizə şamil olduğuna görə təbrik edirəm! Çünki siz bu işin qəbahətli olduğunu başa düşüb tövbə ilə bu yaramaz işi bərpa etmək fikrinə düşmüşsünüz. Tövbə etməklə bu günahın bərpa olunması üçün ona deməyiniz lazım və vacib deyil. Siz onu öz işinizdən agah etməyin; özünüzlə ...
  • Hər ay məvacibdən müəyyən miqdar bir şəxsə vəqf etmək doğru hesab edilirmi?
    5057 Vəqf 2014/05/26
    Bu haqda alimlər arasında ixtilaf var. Bəzi müctehidlər pulun vəqf olunmasını düzgün, bəziləri isə belə bir vəqfi doğru hesab etmirlər. Bəziləri isə belə bir əməli ümumiyyətlə, nəzir hesab edirlər. Bundan əlavə: Təqlid olunan müctehidlər bu sualı belə cavablandırırlar: Həzrət ayətullah-üzma Xamnei (Allah hifz etsin) Pulun vəqf olunması düzgün deyildir.

Ən çox baxılanlar

  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    168749 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    166584 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    121994 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    115901 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    115123 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    96569 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    60860 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    56618 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    49356 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    47354 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...