Ətraflı axtarış
Baxanların
6487
İnternetə qoyma tarixi: 2012/03/14
Sualın xülasəsi
Əgər mən pis və yaramaz işlərə qurşansam, Allah-taala məni tərk edəcək və mənə məhəbbət göstərməyəcəkdirmi?
Sual
Əgər mən pis və yaramaz işlərə qurşansam, Allah-taala məni tərk edəcəkdirmi və mənə məhəbbət göstərməyəcəkdirmi?
Qısa cavab

Şeytan insanın qəddar düşmənidir, o var-gücü ilə çalışır və daim səy edir ki, bütün  insanları günahlara, çirkin və yaramaz işlərə sövq etsin, bu yolla da onlarla Pərvərdigar arasında fasilə salsın, bəndələri mehriban və bağışlayan Allahdan uzaqlaşdırsın. Amma Allah-taala Özünün bütün bəndələrini, hətta günahkar bəndələrini belə sevir, onların haqqa tərəf hidayət olunub əbədi səadətə çatmalarını istəyir. Buna əsasən, günahkar şəxs heç bir şəraitdə, hətta günahları çox olsa da belə, Allahın rəhmət dərgahından ümidsiz olmamalıdır. Allah-taalanın Özü buyurur: “Ey özlərinə israf edib, böyük günahlara, çoxlu xətalara mürtəkib olanlar və öz nəfslərinizə zülm edənlər (ifrata vararaq günahda həddi aşanlar)! Allahın rəhmətindən məyus və naümid olmayın. Çünki Allah bütün günahları bağışlayır. Həqiqətən Allah günahları bağışlayan və bəndələrinə qarşı mehribandır.

Din rəhbərlərimizdən və məsum imamlardan (əleyhimus-salam) gəlib çatan çox yüksək və dolğun mənalardan ibarət olan dualar da mehriban Allahın öz çirkin işlərindən peşman olaraq səmimi qəlbdən tövbə edən günahkar bəndələrinə xüsusi məhəbbət bəslədiyini və onlara diqqət yetirdiyini göstərir.

Ətreaflı cavab

Şeytan insanın qəddar düşmənidir[1], o bütün səyini insanları günahlara, çirkin işlərə və yaramaz əməllərə doğru çəkməyə çalışır ki, bu yolla bəndələrlə Allah arasında fasilə salsın, bəndələri mehriban və bağışlayan Allahın dərgahından uzaqlaşdırsın. Amma Allah Özünün bütün bəndələrini, hətta günahkar bəndələrini belə, sevir, onların haqqa tərəf hidayət olunub əbədi səadətə çatmalarını istəyir.[2] Günah işlər törətmək, Allahın göstərişlərinə, əmr və fərmanlarına qarşı itaətsizlik etmək bəndə ilə Allah arasında bir müddət fasilə sala bilər, amma insan həqiqi mənada olan tövbə və peşmançılıqla öz çirkin və yaramaz əməllərindən qayıdaraq günahın ağır təsirlərini öz ruhundan paklaya, bununla da Allah-taalanın mehr-məhəbbətlə dolu olan rəhmət dərgahına qayıda bilər. Allah-taala da bu yolda ona kömək edəcək, həmişə onunla olacaq və onu tək qoymayacaqdır.

Diqqət yetirmək lazımdır ki, “Allah-taala bütün bəndələrini, hətta günahkarları da sevir” – sözünün mənası bu deyildir ki, Allah (nəuzu billah) pislikləri, günahları, habelə bəd əməl sahiblərini və günahkarları mütləq şəkildə – heç bir qeyd və şərt olmadan sevmiş olsun.[3] Əksinə, bu sözün mənası budur ki, mehriban Allah özünün səhv və xətalarının, günah və yaramaz işlərinin qəbahətini dərk edib bu yaramaz əməllərdən həqiqi mənada peşman olan və Allahın mehr-məhəbbətlə dolu dərgahına qayıdan bəndələri alqışla qarşılayır, onları Özünün lütf və mərhəmətlərinə layıq görür:

إِنَّ اللَّهَ يُحِبُّ التَّوَّابينَ وَ يُحِبُّ الْمُتَطَهِّرينَ

“Həqiqətən Allah tövbə edənləri və pak olmaq istəyənləri sevir.”[4]

Buna əsasən, günahkar şəxs heç bir şəraitdə, hətta günahları çox olsa belə, gərək Allahın mərhəmətli dərgahından ümidsiz və məyus olmasın. Belə ki, Allah-taala Özü buyurur: “Ey özlərinə zülm və israf edən bəndələrim! Allahın rəhmətindən ümidsiz olmayın, çünki Allah bütün günahları bağışlayır. O, çox bağışlayan və mehribandır.”[5]

Allahın rəhmət dərgahından məyus olmaq, (“daha mənim günahlarımı bağışlamayacaqdır!” deyə) Ona qarşı sui-zənn etmək ən böyük günahlardan biridir. İnsanın günahı nə qədər böyük olsa belə, bilməlidir ki,  Allahın rəhmət dərgahı hər bir şeydən böyük və genişdir.

Məsum din rəhbərlərimizdən gəlib çatan və çox yüksək, ali məzlumlarla dolu olan dualar Allah-taalanın günah əməllərindən peşman olan olaraq həqiqi mənada tövbə edən bəndlərinə qarşı son dərəcə mehriban olduğunu, onlara inayət göstərdiyini çatdırır. Burada nümunə üçün bir gün neçə məqamı qeyd edirik:

1.

... وَ إِنْ كُنْتَ لَا تُكْرِمُ إِلَّا أَهْلَ الْإِحْسَانِ فَكَيْفَ يَصْنَعُ الْمُسِيئُونَ وَ إِنْ كَانَ لَا يَفُوزُ يَوْمَ الْحَشْرِ إِلَّا الْمُتَّقُونَ فَبِمَنْ يَسْتَغِيثُ الْمُذْنِبُون ...‏

“Pərvərdigara! Əgər Sənin lütf, mehribanlıq və kərəmin yalnız yaxşı bəndələrə şamil olacaqsa, onda pis əməl sahibləri kimə pənah aparsın?! Əgər qiyamət günü yalnız təqva sahibləri və pəhrizkarlar  nicat əhli olacaqsa, onda günahkarlar kimə üz gətirsinlər?!”[6]

2.

إِلَهِي إِنْ كُنْتَ لَا تَرْحَمُ إِلَّا أَهْلَ طَاعَتِكَ فَإِلَى مَنْ يَفْزَعُ الْمُذْنِبُونَ وَ إِنْ كُنْتَ لَا تُكْرِمُ إِلَّا أَهْلَ وَفَائِكَ فَبِمَنْ يَسْتَغِيثُ الْمُسِيئُون ...

“Ey mənim Pərvərdigarım! Əgər yalnız mütilərə rəhm edəcəksənsə, onda günahkarlar kimə üz gətirsinlər?! Əgər kəramət və mərhəmətin yalnız Sənə vəfadar qalanlara şamil olacaqsa, onda günahkarlar kimə pənah aparsınlar?!”[7]

Əlaqədar görünüşlər:

“Günahdan tövbə etmək Allahın sevimli işidir”, sual 3704 (sayt 3955)

“Günahdan tövbə və ibadətlərin qəbulu”, sual 5930 (sayt 6133)

 


[1] “Sad” surəsi, ayə: 82: قالَ فَبِعِزَّتِكَ لَأُغْوِيَنَّهُمْ أَجْمَعينَ ... “(İblis Allaha) dedi: Sənin izzətinə and olsun ki, bütün bəndələrini yoldan azdıracağam!”

[2] “Zümər” surəsi, ayə: 53: قُلْ يا عِبادِيَ الَّذينَ أَسْرَفُوا عَلى‏ أَنْفُسِهِمْ لا تَقْنَطُوا مِنْ رَحْمَةِ اللَّهِ إِنَّ اللَّهَ يَغْفِرُ الذُّنُوبَ جَميعاً إِنَّهُ هُوَ الْغَفُورُ الرَّحيمُ “Ey özlərinə israf edib, böyük günahlara, çoxlu xətalara mürtəkib olanlar və öz nəfslərinizə zülm edənlər (ifrata vararaq günahda həddi aşanlar)! Allahın rəhmətindən məyus və naümid olmayın. Çünki Allah bütün günahları bağışlayır. Həqiqətən Allah günahları bağışlayan və bəndələrinə qarşı mehribandır.

[3] “Nisa” surəsi, ayə: 117: إِنَّ اللَّهَ لا يُحِبُّ مَنْ كانَ خَوَّاناً أَثيماً  “Həqiqətən Allah çox günahkar xəyanət edənləri sevmir.”

[4] “Bəqərə” surəsi, ayə: 222

[5] “Zümər” surəsi, ayə: 53

[6] Məclisi, Məhəmməd Baqir, "Biharul-ənvar", 91-ci cild, səh. 102, “Vəfa” müəssisəsi, Beyrut, 1409-cu qəməri il

[7] Yenə orada, 92-ci cild, səh. 439

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Nəyə görə yaradılışın dərinliyində (xırdalığı) fikirləşmək olmaz?
    7038 Qədim kəlam 2012/02/07
    Quran və rəvayətlərdə sifariş olunan məsələlərdən biri mövcudatın yaradılışı və xilqətində təfəkkür etməkdir.[1] Amma Allah- Taalanın zatı və mahiyyətində təfəkkür qadağan olunubdur: Məsələn: İslam Peyğəmbəri (s) buyurub: Böyük Allahın yaratdıqları barədə fikirləşin, amma Allahın mahiyyətində fikirləşməyin.[2] Həzrət (s) ...
  • Aya İmam Zamanın (əc) yaşaması üçün ağıl dərk edən dəlillər varmı?
    8661 عمر طولانی 2013/08/27
    İmam Zamanın (əc) varlığı və o həzrətin imaməti, imamətin xüsusi bəhslərindəndir ki, bir başa ağıl dərk edən dəlillərdən bəhrələnmək olmaz. Bəlkə ağıl dərk edən dəlillərlə imamətin ümumi bəhslərində, hər bir zamanda imamın olması və rəvayət və tarixdən bəhrələnməklə imaməti yalnız həzrət Məhdinin (əc) vücudunda görmək olar və ...
  • Шејтан (Иблис) мәләкләрдән јохса, ҹинләрдән иди?
    8559 Təfsir 2010/06/13
    Шејтанын мәләкләрдән јахуд ҹинләрдән олмасы һаггында мүхтәлиф нәзәријјәләр вар. Мүнагишәнин көкү она әсасланыр ки, Аллаһ-таала Адәми (әлејһиссалам) јаратдыгдан сонра Илаһи фәрманла мәләкләр она сәҹдә (еһтирам) едирләр. Амма Шејтан сәҹдә етмир. Шејтанын (Иблисин) мәләкләрдән олмасыны иддиа едәнләрин бир групунун әсас дәлилләриндән бири будур ки, ...
  • İmam Hüseyn (ə)ın Rüqəyyə adında qızı vardımı?
    17718 تاريخ بزرگان 2011/12/25
    Бу суалын хүласә ҹавабы јохдур. Изаһлы ҹавабы сечин. ...
  • Mən bir cavanam və çox istəyirdim bilim, həyatdan məqsəd nədr?
    6953 Hədis elmləri 2012/01/08
    İslam təlim və göstərişlərində, son dərəcədə həyatdan məqsəd işarə olunmuşdur. Quran Kərim insan həyatından məqsəd Allaha bəndəlik və onun sayəsində dünya və axirətdə mənəvi kamal və səadətə yol olmasını bildirmişdir. Başqa cür desək insanın həyatı və yaranmasından məqsəd gözəl əməl sahibi olmaq müsabiqəsi kimi bildirmişdir. Rəvayətlərdə yaradılmışdan məqsədin bir çox ...
  • Şərab kimi Haram əşyaları satan super marketlərdə işləməyin hökmü nədir?
    8826 Cürbəcür 2012/10/15
    Rəhbər bu suala ki, donuz əti konserva fabrikində və gecə klublarında və fəsad mərkəzlərində işləmək və ondan gələn gəlirin hökmü barədə suala cavabında buyurmuşlar: Donuz əti konserva fabrikində və gecə klublarında və fəsad mərkəzlərində və bu kimi Haram işlərdə işləmək cayiz deyildir. (İcazə verilmir) və ...
  • İslam nəzərindən süni mayalanmanın hökmü nədir?
    19947 Nizamlar hüquq və əhkam 2011/09/18
    Süni mayalanma xüsusilə insanın süni mayalanması yeni məsələlərdən biridir, ona görə də onun hökmü ayə və rəvayətlərdə açıqlanmayıbdır. Amma şiənin fəqih alimləri ayə və rəvayətlərdə ictihad üslubundan istifadə etməklə bu barədə nəzərlərini bildiriblər. Hazırda bu barədə şiə fəqihləri arasında neçə nəzər var:1.
  • Nə üçün Qurani-kərimdə Allah-taala üçün bəzən tək, bəzən isə cəm əvəzliyindən istifadə olunur?
    12143 Təfsir 2011/05/17
     Allah-taala yeganədir və hər vaxt Öz işlərindən xəbər verdiyi zaman tək halda olan əvəzlik və kəlmədən istifadə etməlidir. Buna görə də Allah Quranda Özünü çox hallarda belə təbirlə bəyan edir. Amma ərəb dilində, hətta bəzən qeyri-ərəb dilində də danışan şəxs müxtəlif səbəblər üzündən tək ...
  • Bəşərin atası olan həzrət Adəmin yaranmasından neçə il keçir?
    11491 تاريخ بزرگان 2011/05/09
    Qurani- kərimdə bu barədə açıq bir şey yoxdur. Amma tarix kitablarında yazılıbdır ki, Adəmin yaranması təxminən altı ya yeddi min il bundan qabaq olubdur. Əlbəttə bu məsələnin, bəşər növünün milyonlar il qabağa aid olması barəsində olan alimlərin fikri ilə heç bir ziddiyyəti yoxdur. Yəni həzrət Adəmin nəslindən qabaq minlərlə insan ...
  • İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm)bəzilərinin adlarını müsəlman olduqdan sonra dəyişibmi?
    6310 Cürbəcür 2014/05/18
    İslam Peyğəmbərinin adəti belə olmayıb ki, hər bir müsəlman olanın adını dəyişsin. Əlbəttə, çoxları olub ki, adlarında olan bəzi mənfi cəhətlərə görə müsəlman olduqdan sonra İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) onların adlarını dəyişib. Bu məqamda adları dyişmiş bəzi müsəlmanların adlarını qeyd edirik: 1.Zeydul-xeyl adı Zeydul-xeyrə dəyişib; ...

Ən çox baxılanlar

  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    167725 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    165709 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    120813 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    115432 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    114333 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    95716 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    57472 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    55609 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    47600 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    46824 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...