Ətraflı axtarış
Baxanların
5800
İnternetə qoyma tarixi: 2012/01/19
Sualın xülasəsi
Qurandakı dualarda və “ələykum ənfusəkum” – özünüzdən muğayat olun!” kimi ayələrə insanın özü irəli çəkilir və sonradan başqaları üçün dua etməsi tövsiyə edilir. Amma həzrət Zəhra (əleyha salam) əvvəlcə başqaları üçün dua edir, onları özündən qabağa keçirirdi. Bu məsələ necə izah edilə bilər?
Sual
Qurandakı dualarda əvvəlcə insanın özü, sonra onun yaxın adamları, axırda isə başqa möminlərə dua edilir. Eləcə də “ələykum ənfusəkum” kimi ayələrdə əvvəlcə insanın özü barəsində tövsiyə edilir. Amma rəvayətlərdə deyilir ki, həzrət Zəhra (əleyha salam) əvvəlcə başqaları üçün, sonra isə özü üçün dua edirdi. Zahirdə təzadlı görünən bu məsələ necə izah edilə bilər? Biz hansı tərtiblə əməl etməliyik?

Qısa cavab

Nəfsin islahı və rəzalətlərdən saflaşdırılması məqamında insan gərək özünü başqalarından irəli keçirsin. Bu, Quranda və rəvayətlərdə göstəriş verilən məsələdir. Çünki insan öz ruhunu islah edib aludəliklərdən, rəzalətlərdən saflaşdırılmayınca başqalarını hidayət edə bilməz. Amma dua edib Allahdan hacət istəmək məqamında çox yaxşı olar ki, insan başqalarını özündən irəli keçirsin. Rəvayətlərimizdə də bu məsələyə dair çox tövsiyə edilmişdir. Çünki bu iş insanın öz hacətinin mümkün olan tez bir zamanda yerinə yetirilməsinə səbəb olur və bu cür dua etdikdə daha artıq meyarla qəbul olunur.

Ətreaflı cavab

Belə nəzərə çarpır ki, “nəfsin rəzalətlərdən saflaşdırılması və günahlardan uzaqlaşmaq” məqamı ilə dua edərək Allahdan bir şey istəməklə əlaqədar verilən sualda anlaşılmazlıq və səhv baş vermişdir. Çünki ayə və rəvayətlərdən məlum olduğu kimi, birinci məqamda, yəni nəfsin islahı, ruhun saflaşdırılması və günahdan uzaq olmaq məqamında insan gərək özünü başqalarından irəli keçirsin. Qurani-kərim nəfsin təzkiyəsi (ruhun rəzalətlərdən saflaşdırılması) yolu ilə insanın özünü cəhənnəm odundan uzaq saxlaması, nəfsin rəzalətlərdən, əxlaqi çirkinlik və mənəvi aludəliklərdən paklaması istiqamətində mömin insanlara xitab edərək buyurur: “Ey iman gətirənlər! Özünüzlə məşğul olun və özünüzü (zəlalət, azğınlıq və üsyankarlıqdan) hifz edib saxlayın! Əgər siz hidayət olunsanız, yolunu azan şəxs sizə heç bir ziyan çatdıra bilməz.”[1] Başqa bir ayədə belə buyurulur: “Ey iman gətirənlər! Özünüzü və əhl-əyalınızı yanacağı camaat və daşlar olan bir oddan qoruyub saxlayın!”[2] (Yəni günah etməklə özünüzü belə bir atəşə düçar etməyin!)

Gördüyünüz kimi, burada duadan, Allahla raz-niyazdan söhbət getmir; bu məqam nəfsin islah olunması, əxlaqi rəzalətlərdən uzaq olmaq məqamıdır. O da insanın özünü və əhl-əyalını başqalarından irəli keçirməsini tələb edir. Əlbəttə, bu məsələ əmr be məruf və nəhy əz münkərin təkrarı mənasına deyildir. Çünki vacib əməllərin yerinə yetirilməsinin özü nəfsin islah olunma yollarından biridir və insanın “özünü islah etməsi” bəhanəsi ilə onları (əmr be məruf və nəhy əz münkəri) tərk etməsi rəva deyildir.

Amma dua edib Allahdan müəyyən bir hacət diləmək məqamına gəldikdə isə, rəvayətlərdən aydın olduğu və çoxlu hallarda işarə edildiyi kimi bu məqamda vəziyyət tamamilə əksinədir. Çünki məsumların (əleyhimus-salam) göstərişlərinə uyğun olaraq burada daha yaxşı olar ki, insan başqalarını özündən qabağa salsın. İmam Həsən Müctəba (əleyhis-salam)-dan nəql olunur ki, əziz anası dua məqamında başqalarını özündən qabağa keçirir və oğlunun bu məsələ ilə əlaqədar sualının cavabında buyururdu: “Əvvəl qonşular, sonra evdəkilər.”[3]

İmam Səccad (əleyhis-salam)-dan da belə rəvayət olunur: “Həqiqətən məlaikələr hər vaxt insanın öz mömin qardaşı üçün – onun yanında olmadığı halda – dua etdiyini, yaxud onu yaxşılıqla xatırladığını görsə, ona xitab edərək deyirlər: “Necə də yaxşı qardaşsan! Öz mömin qardaşın üçün xeyir-dua və onu yaxşılıqla yad edirsən, halbuki o sənin yanında deyildir. Həqiqətən Allah mömin qardaşın üçün istədiyin şeyləri sənə də bəxş edəcəkdir.”[4]

Hədis mənbələrində bu qəbildən olan rəvayətlər çoxdur. Nümunə üçün, “Vəsailuş-şiə” kitabında “dua edərkən insanın möminləri özündən qabağa keçirməsinin müstəhəbliyi” adlı bir bab (bölmə) vardır. Orada insanın dua məqamında başqalarını özündən irəli keçirməsi ilə əlaqədar çoxlu rəvayət qeyd olunmuşdur.

Əlavə məlumat üçün aşağıdakı görünüşə baxa bilərsiniz:

“Azğın həyat yoldaşı qohum-əqrəba üçün dua etmək”, sual 14979 (sayt 14755



[1] “Maidə” surəsi, ayə: 105

[2] “Təhrim” surəsi, ayə: 6

[3] Şeyx Hürr Amili (rəhmətullahi əleyh), “Vəsailuş-şiə”, 7-ci cild, səh. 112

[4] Yenə orada, səh. 111

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Zaman (ə)- in anası məsumdur?
    6068 Məsumların (Əleyhimussəlam) sirəsi 2010/11/10
    Şiə nəzərində yalnız peyğəmbərlər və onların canişinləri məsumdur; yəni ömürləri böyu bütün günah, və səhvlərdən, (Allahın dinini) vəhyin icrasında və təbliğində pakdırlar və bu şəxsiyyətlərdən başqa heç kəs bu bu məqama sahib deyildir. Mümkündür bəzi insanlarda bu insanlıq kamalına yol tapıb ilahi məqamdan bəhrələnsin, elə ki, imam övladları həzrət Zeynəb ...
  • Hünah iş görməyən cavan həzrit Xızır (ə) – ın əli ilə öldürülməsi necə qarşılanır? Bu iş Allahın ədalətiylə uyöundurmu?
    6222 Təfsir 2010/11/10
    Bir çox ayə, rəvayət və təfsirlərdən istifadə olur ki, cavanın öldürülməsi həzrət Xızır (ə)- ın əsəb və ya öz istəyi ilə olmamışdır, bu qətl məsləhət və hikmət üzündən baş vermişdir. Xüsusiylə də bu qətl Allahın saleh bəndələrindən olan bir insanın vasitəsiylə ki, qəlbi Allahın rəhmətiylə dolu idi, ...
  • Xahiş edir ki, “Cəmkəran” məscidi və onun inşası ilə əlaqədar izah verəsiniz.
    7244 Məlanların tarixi 2011/09/12
    İmam Zaman (əccələllahu təala fərəcəhuş-şərif)-ə mənsub edilən müqəddəs məkanlardan biri də Qum şəhərinin altı kilometrliyində yerləşən müqəddəs “Cəmkəran” məscididir. Bu məscid min il bundan qabaq İmam Zaman (əleyhis-salam)-ın bir nəfərə (yuxuda deyil) ayıqlıqda verdiyi fərman əsasında inşa olunmuşdur. Bu məscid o həzrətin kəramət və inayətlərinin cilvəgahı, Ali-Muhəmməd ...
  • 12 yaşlı oğlan uşağı camaat namazında kişilər ilə bir cərgədə dura bilərmi?
    5888 Nizamlar hüquq və əhkam 2012/02/07
    Uşaqların və yeniyetmələrin məscidlərdə və camaat namazında hazır olmaları onların namaza olan əlaqəsinin artmasına səbəb olan halda maneəsi yoxdur. Bəlkə onları gətirmək müstəhəbdir.[1] Amma görəsən həddi büluğa çatmayan, yaxşını pisdən ayıran şəxsin camaat namazının cərgələrində hazır olması, başqa namaz qılanların namazına maneə yaradırmı? İki şəkli vardır:
  • İnsanın cinlə əlaqədə olması mümkündürmü?
    11227 Qədim kəlam 2011/04/14
    Qurani- məcid cinin olmasını təsdiqləmiş və onun üçün aşağıdakı xüsusiyyətləri sayır: Cin oddan yaranmış bir varlıqdırş. Əksinə insan isə torpaqdan yaranmışdır.[1] Elm, idrak, haqqı ...
  • Niyə Həzrəti Əli (ə)ın qızı Ümmi Külsümün həyatı barədə tarixi faktlar ortaya qoyulmur və yazılmır? Onun ikinci xəlifə ilə evlənməyi doğrudurmu? Onun uşaqlarının olması necə?
    5362 شیعه و خلفا 2015/05/21
    Əli (ə) və Fatimə (s) nın qızı olan Ümmi Külsümün həyatı və ölümünün necəliyi, bir çox ana kitablar və məxəzlərdə gəlmişdir. (O kitabların adları ətraflı cavabda öz əksini tapır) İkinci xəlifənin Ümmi Külsümlə evlənməsi şiə və sünni kitablarında gəlmişdir. Amma bu hadisəni nəql edən rəvayətlər oxşar deyillər. ...
  • Аллаһдан гејрисиндән, мәсәлән, Пејғәмбәр (сәлләллаһу әләјһи вә алиһи вә сәлләм) вә мәсум Имамлардан (әлјеһимуссалам) һаҹәт истәмәк ширкдирми? Чүнки, һаҹәтләри верән Аллаһдыр.?
    6505 Qədim kəlam 2010/06/13
    Пејғәмбәр (сәлләллаһу әләјһи вә алиһи вә сәлләм) вә мәсум Имамлара (әлејһимуссалам) еһтирам, мүраҹиәт, тәвәссүл вә һаҹәт истәмәк бу нијјәтлә олса ки, онлар Аллаһ-таала илә јанашы киминсә һаҹәтләрини верә биләр вә Аллаһ-тааланын пак затындан еһтијаҹсыз олуб мүстәгилдирләр, онда белә нијјәт вә тәфәккүр ширк сајылыр. ...
  • Din vahiddir yoxsa çoxlu?
    6027 Təzə kəlam 2011/02/14
    Əgər dindən məqsəd, Allah tərəfindən nazil olub və peyğəmbərlər (ə) vasitəsi ilə camaata çatdırılan əqaid, əxlaq və qanunlar toplusu olarsa, bu halda din vahid bir şeydir və dinlərin fərqi zaman və məkanların tələbinə əsasən fərdi və tayfa xüsusiyyətlərinə uyğun olaraq cüzi göstərişlərdə dəyişilir. Əgər dindən məqsəd, dünyadakı mövcud dinlər ...
  • Allahın istəyinin insanların əzab və rəhmətinə aid edilməsinin mənası nədir?
    6665 ثواب و عقاب 2012/09/01
    Bir çox ayələrdə Allahın iradəsi, bəndələrin izzət və zillətinin, ruzinin, bağışlanmağın, əzab və mükafatın səbəbi bəyan edilmişdir. Digər ayələrdə isə hidayətin, izzətin, səadətin və ruzinin əldə edilməsi üçün təqva və ixlasla səy göstərməkdən aslı olduğunu bildirmişdir. Bu iki qrup ayələr bir- biri ilə ziddiyyət təşkil etmir. Əksinə ...
  • Ислам вә бир прогармын зәрурилији.
    5824 Təzə kəlam 2009/11/10
    Бу вахта гәдәр дин алимләри вә фәгиһләр дүнјанын һәр бир саһәсинә аидијјаты олан ислам маарифи адлы бир хәзинәдән онун јалныз, ҹүзи һиссәләрин бәјаны илә мәшғул олмушлар. Ислама бу бахыш, бу вахта гәдәр сәбәб олуб ки ислам һаггындакы мүбһисәләр үмуми вә низамнамә шәкилиндә ҝетмәсин. Һәмчинин, исламын ҝөзәл ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    160568 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    147004 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    115772 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    107092 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    89367 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    89044 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    52258 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    41829 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    41029 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    40667 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...