Ətraflı axtarış
Baxanların
5391
İnternetə qoyma tarixi: 2007/12/26
Sualın xülasəsi
Əgər behişt nemətləri yorucu və bezdirici deyilsə, onda behişt əhli bir ləzzətdən necə əl çəkərək başqası ilə məşğul olurlar?
Sual
Əgər behişt nemətləri yorucu və bezdirici deyilsə, onda behişt əhli bir ləzzətdən necə əl çəkərək başqası ilə məşğul olurlar?
Qısa cavab

Belə nəzərə çarpır ki, bu sualın mənşəyi bir növ bu dünyanın xüsusiyyətlərini axirət məsələləri ilə müqayisə etmək və dünyanın nöqsan, eyib, xəstəlik, ölüm, süstlük, xoşagəlməz hadisələr və s. xüsusiyyətlərini meyar qərar verməkdir, halbuki Quran və rəvayətlərə əsasən axirət aləminin xüsusiyyətləri bu dünya ilə uyğun gəlmir.

Bir ləzzətdən ayrılaraq başqası ilə məşğul olmaq (əgər behiştdə ləzzətdən əl çəkmək vardırsa) nemətlərdən yorulmaq və bezmək xatirinə deyil, əksinə nemətlərin çeşidli və ləzzətlərin təzə olmasına görədir. Behişt bütün peyğəmbərlərin, dini rəhbərlərin və möminlərin istədikləri kamaldır. Əli (əleyhis-salam)-ın təbiri ilə desək, “əgər sənin üçün bəyan edilən behişt nemətlərinə qəlb gözü ilə baxsan, dünyada olan nemətlər nə qədər gözəl olsa da, onlardan göz yumarsan.”

Behişt insanı daim mənəvi tərəqqidədir. Çünki o, daim müxtəlif təcəllilərə məruz qalır, cismani təcəllilərdən ilahi rizvana doğru seyr edir, Haqqın rübubi fəzasında xilqəti tamaşa etməyə başlayır.

Digər bir məsələ budur ki, behişt insanı üçün ləzzətin əsası hal-hazırda öz Xaliqinə qonaq olması və Onun qonaqlıq süfrəsində əyləşməsi, yəni O həqiqətlə qırılmaz əlaqə bərqərar etməsidir. Buna görə də onun üçün bezməyin və yorğunluğun heç bir mənası yoxdur.

Ətreaflı cavab

Belə nəzərə çarpır ki, bu sualın mənşəyi bir növ dünya xüsusiyyətlərini axirət məsələləri ilə müqayisə etmək və dünyanın nöqsan, eyib, xəstəlik, ölüm, süstlük, xoşagəlməz hadisələr və s. xüsusiyyətlərini meyar qərar verməkdir. Halbuki Quran və rəvayətlərə əsasən axirət aləminin xüsusiyyətləri bu dünya ilə uyğun gəlmir. Behiştdə yoxluq və nöqsan cəhətləri yoxdur. Buna əsasən ondakı ləzzətlər daimidir və onlarda dəyişiklik, xarab olma yoxdur. Allah-taala  buyurur: “Axirət evi (həqiqi) həyat evidir.”[1] Deməli, axirət aləmi və onun bütün şeyləri həyata, təravətə və yeniliyə malikdir. Behişt insanı daim tərəqqidədir, çünki daimi olaraq müxtəlif təcəllilərlə qarşılaşır, cismani təcəllilərdən ilahi rizvana doğru yüksəlir, Haqqın rübubi fəzasında xilqəti tamaşa etməyə başlayır. Buna əsasən, bir ləzzətdən ayrılaraq digər bir ləzzətə qovuşmaq nemətlərdən yorulmağa görə deyil, əksinə behişt nemətlərinin həyata malik olmasına, ləzzətin yeniliyinə və nemətlərin müxtəlif çeşidli olmasına görədir.

Yüksək və əbədi məqam olan behişt bütün peyğəmbərlərin, dini rəhbərlərin və möminlərin istədikləri son kamal, Allahı axtaran və Ona pərəstiş edənlərin son arzularıdır.

Əli (əleyhis-salam) öz xütbələrinin birində behiştin vəsflərindən bir qismini belə bəyan edir: “Əgər behişt barədə sənə vəsf edilənlərə qəlb gözü ilə nəzər salsan, dünyaya aid olan hər bir şeydən ayrılarsan, hətta onlar maraqlı və gözəl olsalar da belə. Nəfsin istəkləri və xoşluqları insanı özünə cəlb edir. Əgər behişt arxlarının qırağında olan ağacların hərəkətini, yarpaqlarının bir-birinə toxunmasını, onlardan yaranan səsləri, müşk təpələrində gizlənmiş ağacların kökləri barədə təfəkkür etsən, özündən gedərsən. Həmçinin asılqan vəziyyətdə olan təzə və təravətli mirvari salxımları, çiçəklərin içində olan rəngarəng və heç bir zəhmət olmadan dərilə bilən, hər kəsin istəyinə uyğun olaraq onun ixtiyarına verilən meyvələr, behişt əhlinin qəsrləri, behişt əhli üçün qədəhlərdə dolandırılan pak və xalis bal, təmiz şərbətlər... Öz əbədi evlərində məskunlaşıb, yer dəyişməkdən rahat olduqları vaxta qədər ilahi inayətlər və mərhəmətlər daim behiştin sakinlərinə nazil olur. Bil ki, əgər öz qəlbini təsəvvür etdiyin o gözəl mənzərələrə çatmağa məşğul etsən, behiştə nail olmaq şövqündən can verərsən və bu məclisdən qəbiristan əhlinin qonşuluğuna gedərək dünyadan üzülərsən.”[2]

Digər məsələ budur ki, behişt möminlərin Allah ilə etdikləri müamiləyə görə verilən bir müjdədir.

Hər bir behişt insanı üçün əsas və ümdə ləzzət – hal-hazırda öz Xaliqinin qonağı olması, Onun qonaqlıq süfrəsində oturması, O əbədi həqiqətlə sıx və qırılmaz əlaqə bərqərar etməsidir. Buna görə də onun üçün artıq yorğunluq heç bir məna daşımır. Dünyada nikahın, ləzzətli taam və yeməklərin, ürək oxşayan içməlilərin ləzzəti az, təsiri zəifdir və tez bir zamanda aradan gedir. Bu da dünya aləmindəki nöqsana görədir. Əgər fərz üzrə, bu dünyada heç bir nöqsan cəhəti olmasaydı, sevinc hissi heç vaxt bədhallığa, qəm-qüssəyə çevrilməz, hasil olan hər bir kef və ləzzət əbədi qalar və onda heç bir qüsur və çatışmazlıq olmazdı. Quran bir yerdə bu məsələni bəyan edərək  buyurur: “Orada (behiştdə ) əbədi qalacaqlar və heç vaxt oradan başqa yerə getməyi arzu etməyəcəklər.”[3] Yəni behişt əhli dəyişikliyi istəmirlər və behişt onlar üçün yorucu deyildir.

 


[1] “Ənkəbut”  surəsi, ayə:  64

[2] “Nəhcul-bəlağə”, xütbə 165

[3] “Kəhf”  surəsi, ayə: 108

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    162905 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    155038 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    117792 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    109749 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    98934 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    91345 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    53373 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    45318 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    43758 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    42920 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...