Ətraflı axtarış
Baxanların
6766
İnternetə qoyma tarixi: 2011/05/17
Sualın xülasəsi
Quranda (aləmin xəlq edilməsi barəsində deyilən) “altı gün”ün mənası 24 saatlıq həmin ündürmü?
Sual
Mənim bir məsihi dostum vardır. Onunla xilqət barəsində söhbət edirdik. İncildə qeyd olunanlarda əsasən Allah-taala yeri altı günə xəlq etmiş, axırıncı gündə də Adəmi yaratmışdır. Quran da bu nəzərə malikdirmi? Quran “sittətu əyyam - 6 gün” – təbiri ilə adi günlərdən uzun olan günləri irəli çəkirmi? Bu məsələdə məsihi dostum mənimlə müvafiq deyildir və belə ünvanlayır ki, günün dəqiq mənası elə 24 saatdan ibarətdir. İslamın bu barədəki nəzərini tam və kamil şəkildə şərh etməyinizi istəyirəm.
Qısa cavab

Qurani-Kərimdə asimanların və yerin xəlq edildiyi zaman müddəti “altı gün” təbiri ilə qeyd olunur. Lakin Adəmin xilqətinin altıncı gündə olması, eləcə də Allah-taalanın hər gündə əncam verdiyi işlər qeyd olunmamışdır.

Zahirdə “altı gün” təbiri altı dövrə işarədir. Necə ki, bu mənaya olan “yovm” – gün kəlməsi Quran ayələrində, məsumların hədislərində, eləcə də şairlərin və ədiblərin kəlmələrində rəvac tapmışdır. Buna əsasən, mümkündür ki, asimanların və yerin, eləcə də Adəmin xilqətindən milyonlar, hətta milyard illər keçmiş olsun. Arxeoloji qazıntılarda milyon illər öncə yaşamış insan qalıqları da bu məsələni təkid edir.

Əlbəttə, Adəmin xilqətinin altı, yaxud yeddi min il bundan qabağa aid olması heç də uzaq görüş deyildir. Çünki bu ehtimalda Adəmdən əmələ gəlmiş yeni insan nəsli nəzərdə tutular bilər. Ola bilsin ki, bu nəsildən qabaq minlərlə insan nəsli olmuş, sonra onların kökü kəsilmişdir.

Ətreaflı cavab

Qurani-Məcid və müqəddəs kitab (Tövrat) asimanların və yerin xilqətinin altı gündə baş verdiyini qeyd edir.[1] Bu fərqlə ki, əvvəla, Quranda Allahın hər gündə əncam verdiyi işlər təfsilatı ilə qeyd olunmur.[2] Lakin müqəddəs kitabda (Tövratda) həmin işlər incəliklərinə qədər zikr olunmuşdur.[3]

İkincisi, həzrət Adəmin altıncı günün sonunda yaradılması Quranda qeyd olunmur.

Amma Qurani-məciddə “Biz yeri və asimanı altı gündə xəlq etdik”[4] deyə buyurulan ayədə “yovm” kəlməsindən məqsədin 24 saatdan ibarət olan gün, yoxsa başqa şey olduğuna gəldikdə isə, demək lazımdır: Şübhəsiz, xilqətin ilk dövründə gecə və gündüz özünün həqiqi mənasını, yəni yerin öz oxu ətrafına və günəş ətrafına fırlanmasından hasil olan həqiqi mənasını tapmamışdı. Çünki hələ yer və günəş xəlq olunmamışdı. Buna əsasən, demək olmaz ki, gün dəqiq şəkildə yer kürəsinin öz oxu ətrafına dolanmasından ibarət olan həmin gün olmalıdır. Amma onun bərabərini – 24 saatı onun üçün nəzərə almaq mümkündür. Alimlərin elmi tədqiqatları hekayət edir ki, yerin və asimanların hazırkı vəziyyətə düşməsi milyardlarla il çəkmişdir. Buna görə də günü 24 saatın müqabilində olan gün mənasına (yaxud ərəb dilində onun müqabili olan yovm kəlməsi mənasına) götürməyimizin heç bir lüzumu yoxdur. Xüsusilə buna diqqət yetirmək lazımdır ki, gün (“yovm”) kəlməsinin daha geniş mənası vardır. Bir çox hallarda bir dövrana, zamanın müəyyən bir hissəsinə aid edilir – istər o zaman müddəti qısa olsun; istərsə də min və milyardlarla il kimi uzun olsun.

Misal üçün, Qurani-Kərim qiyamət gününü “yovmul-qiyamət” kimi təbir edir. Halbuki qiyamətin məcmusu çox uzun müddətli bir dövrandır. Quranın özündə də qeyd olunur ki, qiymət günü və insanların əməllərinin mühasibəsi əlli min il çəkəcəkdir.[5]

Buna əsasən, Quran terminində “yovm” kəlməsi ən aşağısı 24 saat olan günlə məhdudlanmır. Bundan əlavə, camaatın danışığı, şairlərin, ədiblərin və hətta din rəhbərlərinin terminində belə, “gün” və “yovm” kəlməsi bir dövran mənasına gəlir – istər qısa, istərsə də uzun müddətli olsun. Belə ki, Əli (əleyhis-salam) buyurur: “Ruzigar iki gündür: biri sənin xeyrinə, digəri isə sənin ziyanınadır.”[6]

Kəlim Kaşani belə bir şer demişdir:

Bəd namiye həyat yeki do ruz biş nəbud

An həm “Kəlim” ba to bequyəm çesan qozəşt

Yek ruz sərfi bəstəni del şod be ino an

Ruzi degər kəndəni del əz ino an qozəşt.[7]

Həyatın bədnamlığı bir-iki gündən artıq deyildir,

O da “Kəlim” sənə deyim necə keçdi:

Bir gün ürəyini ona-buna ağlamasına keçdi, bir gün də ürəyin ondan-bundan ayırmağına.

Lüğət alimləri də “yovm” və “gün” kəlməsi ilə əlaqədar daha geniş məfhum bəyan etmişlər. Misal üçün, Rağib İsfahanı yazır: “Yovm bəzən günün çıxması ilə batması arasındakı, zaman fasiləsinə aid edilir. Bəzən də hər miqdar olursa olsun, zaman müddətinə aid edilir.”[8]

Qeyd olunan incəliklərdən belə nəticə almaq olar: Allah-taala asimanı və yeri altı ardıcıl dövranda xəlq etmişdir. Hərçənd bu dövranlar bəzən milyonlar, hətta milyardlar ilə çata bilər. Bu cəhətdən Quranın bəyanları ilə elmi tədqiqatlar arasında heç bir ixtilaf və təzad yoxdur. Necə ki, əgər “gün” kəlməsinin müqəddəs kitabda “dövran” kimi təfsir etsək də heç bir təzad yaranmaz (yəni bu cür təfsir olunmağı da mümkündür).[9]



[1] Bu mətləb Quranın yedi ayəsində gəlmişdir: “Əraf”, 54, “Yunis”, 3, “Hud”, 7, “Furqan”, 59, “Səcdə”, 4, “Qaf”, 38, “Hədid”, 4

[2] Yalnız “Fusillət” surəsinin 1-12-ci ayələrində yerin, onun üzərində olan yeyinti məhsullarının xilqəti dörd gün və asimanların xilqəti iki gün müəyyən olunmuşdur. Bəzi müfəssirlər də bu ayələrə diqqət yetirməklə xilqətin dövranını ehtimal şəkilində təxmin etmişlər. Bax "Təfsiri-nümunə", 6-cı cild, səh. 202

[3] “Kitabi müqəddəs”, peydayiş sifri, 1-ci bab, nömrə 1-31

[4] “Qaf” surəsi, ayə:   38

[5] “Məaric” surəsi, ayə:   4

[6] "Nəhcul-bəlağə"

[7] Kəlim kaşani, "Təfsiri-nümunə", nəqlinə əsasən: 6 -ci cild, səh. 202

[8] “Mufrədatu əlfazil-Quran”, “yovm” kəlməsi

[9] Əlavə məlumat üçün bax: “Quranın elmi möcüzəliyində tədqiqat”, Məhəmməd Əli Rzai, səh 105-126

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    162924 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    155129 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    117822 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    109781 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    99078 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    91382 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    53395 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    45410 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    43800 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    42972 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...