Ətraflı axtarış
Baxanların
11163
İnternetə qoyma tarixi: 2012/02/15
Sualın xülasəsi
Əllahus- səməddə, əs- səməd kəlməsi hansı mənadadır?
Sual
Əllahus- səməddə, əs- səməd kəlməsi hansı mənadadır?
Qısa cavab

Lüğət kitabları, rəvayətlər təfsirçilərin kəlamlsrında "səməd" kəlməsi üçün, çoxlu mənalar qeyd olubdur. Ona görə də bu qısa məqalədə bir neçə nümunə hər üç dəstədən (lüğət, rəvayət və təfsir) açıqlayır.

A). Rağib müfrədatda deyir: Səməd ağa və böyük mənasındadır ki, iş görmək üçün ona tərəf gedirlər. Bəziləri deyiblər: "Səməd" boş deyil, əksinə dolu olan şey mənasındadır.[1]

B). İmam Hüseyn (ə) hədislərin birində səməd üçün beş məna buyurubdur:

1. "Səməd", seyidlik və cənablığın son həddində olan şəxsdir.

2. "Səməd", daim, əzəli və əbədi olan bir zatdır.

3. "Səməd", daxili olmayan bir vücuddur. Daxili dolu olub, boş olmayan hər bir şey mənasındadır.

4. "Səməd", yeyib və içməyən çəxsdir.

5. "Səməd", yatmayan çəxsdir.[2]

Digər bir rəvayətdə gəlibdir: Səməd özünə söykənən və digərinə ehtiyacı olmayan şəxsdir.[3]

İmam Əli bin Əl- Hüseyn (ə)- dan nəql olubdur: Səməd, şəriki olmayan, bir şeyi qorumağın onun üçün çətin olmayan və heç şeyin ondan gizli olmayan şəxsdir.[4]

Həmçinin nəql olubdur, Bəsrə camaatı imam Hüseyn (ə)- a məktub yazıb və o həzrətdən səmədin mənasını soruşdular.

İmam (ə) onların cavabında buyurdu:

"Bismilahir- rəhmanir- rəhim. Quran, barəsində məlumatsız müzakirə və söz- söhbət etməyin. Çünki mən babam Peyğəmbərdən belə buyurduğunu eşitdim: Elmsiz danışan şəxs, onun üçün təyin olmuş odun bir yerində yer tutmalıdır. Allah özü səmədi təfsir edibdir: " لَمْ یَلِدْ وَ لَمْ یُولَدْ وَ لَمْ یَکُنْ لَهُ کُفُواً أَحَدٌ" o, nə doğmuş, nə də doğulmuşdur. Onun heç bir bənzəri də yoxdur... Bəli Səməd Allah, o kəsdir ki, heç nədən yaranmayıb, heç nə də mövcud deyil, heç bir şeyin üzərində qəratlaşmayıb. Əşyaları yaradan və onların xaliqidir, hər şeyi qüdrəti ilə yaradıb, fəna üçün yaratdığı, onun iradəsi ilə məhv olur və qalmaq üçün yaratdığı, onun əməlilə qalır, budur səməd Allah..."[5]

Qeyd etmək lazımdır: "Səməd" üçün rəvayətlərdə gələn mənalara diqqət etdikdə, anlayırıq ki, onların hamısı bir həqiqətə qayıdır. O, böyük və cənablıqdır ki, heç nəyə ehtiyaclı deyil və hamı ona ehtiyaclıdırlar.

C. Əllamə Təba təbai deyir: Allah Səməddir cümləsinin mənası budur ki, hər şey zat, təsir və xüsusiyətlərdə ona möhtacdır və o məqsədlərin sonudur. "Səməd", kəlməsinin mənasında əsas, qəsd etmək və ya etimadla qəsd etməkdir. "Nəsərə" yənsuru" babından, "Səmədəhu" yəsmuduhu, səmdən" deyilən zaman, mənası budur ki, filan adam etimad etdiyi halda filan kəsin ya filan şeyi qəsd edibdir.

Təfsirçilərin bəzisi bu kəlməni (ki, sifətdir) çoxlu mənalara təfsir ediblər ki, onların çoxu bu mənaya qayıdır: "Ehtiyaclarını yerinə yetirmək üçün, hər tərəfdən ona üz tutulan və qəsd olunan böyük və seyiddir. Müzakirə olunan ayədə mütləq gəldiyi üçün, həmin mənanı çatdırır. Deməli, Allah- Taala aləmin bütün varlıqlarının ehtiyaclarında onu qəsd etdikləri bir seyid və böyükdür.

Bəli, əgər Allah- Taala bütün aləmin yaradanı və var olan hər nəyin varlığını Allah veribsə, deməli hər nə ki, ona "şey" adı şamil olur, zat, xüsusiyyət və təsirlərində Allaha möhtacdır və ehtiyacını aradan qaldırmaqda onu qəsd edir. Necə ki, özü buyurub: " أَلا لَهُ الْخَلْقُ وَ الْأَمْرُ"[6] və həmçinin mütləq şəkildə buyurub: «وَ أَنَّ إِلى‏ رَبِّکَ الْمُنْتَهى» [7]

Deməli Allah- Taala vücud aləmində təsəvvür olunan hər bir ehtiyacda, səməddir. Yəni hər nə hər bir şeyi qəsd edirsə, yalnız o məqsədinin sonu odur və ehtiyacı onun vasitəsilə yerinə yetirilir.

Bundan məlum olur ki, "Səməd", kəlməsinin əvvəlinə əlif və lamın gəlməsindən məqsəd, məxsusluğu çatdırmaqdır. Yalnız Allah- Taalanın mütləq səməd olduğunu anladır. Əksinə "Əhəd" kəlməsinin əvvəlinə əlif və lam gəlməyib, ona görə ki, bu kəlmə çatdırdığı xüsusi məna ilə, müsbət cümlədə yalnız Allah- Taalada işlənir. Deməli, əhəmiyyəti Allah- Taalada xüsusi işlətmək və ya əhədiyyətlər içindən qəsd olunmuş əhədiyyəti çatdırmaq üçün əlif və lam gətirməyə ehtiyac yox idi.[8]

Bu sualın ətraflı cavabı yoxdur.



[1] - Rağib İsfəhani, Quran kəlmələrinin mənaları, cild 1, səh 492, "Səməd", kəlməsi, Baxın: Sihahul- lüğət, Məcməul- Bəhreyn, Cameul- came, Quran lüğəti, İbn Əsirin Nihayəsi və...

[2] - Baxın: Məclisi, Məhəmməd Baqir, Biharul- ənvar, cild 3, səh 223, Müəssisətul- vəfa, Beyrut, 1409 hicri qəməri.

[3] - Həmin.

[4] - Həmin.

[5] - Hürr Amuli, Vəsailüş- şiə, cild 27, səh 189, Müəssisətu alil- beyt ələyhissəlam, Qum, 1409 hicri qəməri.

[6] - Bilin ki, icad və tədbir yalnız onun əlindədir. Əraf surəsi, ayə 54.

[7] - Həqəqətən, hər şeyin sonbu ona doğrudur. Nəcm surəsi, ayə 42.

[8] - Baxın: Təbatəbai- Seyid Məhəmməd Hüseyn, Əl- mizan fi təfsiril- Quran, cild 20, səh 388- 389, İslami nəşrlər dəftəri, Qum, çap beşinci, 1417 hicri qəməri.

Ətreaflı cavab
Bu sualın ətraflı cavabı yoxdur.

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Maliki, yaxud hənəfi məzhəbinin nə kimi iradı vardır?
    10273 Qədim kəlam 2011/09/12
    Əvvəldə aydınlaşdırmaq lazımdır ki, görəsən sizin şiəliyə olan maraq və məhəbbətiniz sadəcə zahiri bir məhəbbətdir, yoxsa möhkəm əqli dəlil üzündən olan məhəbbət? Əgər məhəbbətiniz əqli dəlil-sübut üzündən olsa, digər məzhəb və firqələrin çatışmaz və mənfi cəhətləri sizin üçün öz-özünə aydın olacaqdır. Şiəliyin sair islam məzhəblərindən üstünlüyü və onlardan fərqi bu ...
  • Şiələrin əqidəsinə əsasən, İmam Zaman (əleyhis-salam) uşaqlıq çağlarında imamətə çatmışdır. Belə bir şey mümkündürmü və uşaqlıq çağlarında imamətin əsasını necə izah etmək olar?
    6531 Qədim kəlam 2010/11/10
    Şiə məzhəbinin çoxlu hədislərindən və Nəbəvi rəvayətlərindən əxz olunan zəruri əqidələrinə əsasən,imamət Allah tərəfindən təyin olunan bir məqamdır. Buna görə də bir şəxsin Allah tərəfindən bu məqama təyin olunması aşkar olarsa, müsəlman bir şəxs etiraz etmədən və heç bir qeyd-şərt olmadan – təəbbüd üzündən onun ...
  • Möminin abrın aparmaq hansı günahla müqayisə olunub? Hansı şərtlərlə icazə verilir? Bu günahdan necə tövbə etmək və yaxa qurtarmaq olar?
    8640 Əməli əxlaq 2015/05/30
    Möminin hörməti rəvayətlərdə Peyğəmbərə (s), Əhli beytə (ə), Quran və Kəbəyə hörmət etmək sırasında yer alır. Möminin malı onun qanı qədər dəyərlidir. Həqiqətlərin üzə çıxması, möminin abrın tökməyə heç bir bəhanə və səbəb vermir. Əlbəttə heç uyğun bir səbəb də deyil. Bu böyük günahın tövbəsi də həmin ...
  • Müvəqqəti əqiddə iddə saxlamağın hikməti nədir?
    8080 Əhkam və hüquq fəlsəfəsi 2011/05/10
    Yaisə qadının iddə saxlaması lazım deyil. Yaisə qadından məqsəd seyyidə olmayan (qeyri Qüreyşi) və yaşı 50- ni keçmiş (doğuş vaxtı bitmiş), seyyidə olan (Qüreyşi) yaşı 60- ı keçmiş qadınlar nəzərdə tutulur. Amma sonsuz qadınlar yaisə (doğuş vaxtı bitmiş) sayılmadıqları üçün evləndikdən sonra iddə onlara vacib olur. Amma bunun fəlsəfəsi ...
  • Нәјә ҝөрә имам Заманын (әҹ) саламатчылығына ҝөрә дуа едирик?
    6097 Qədim kəlam 2010/11/22
    Һикмәт вә сәбәбини дәгиг билмәсәк дә имам Заманын (әҹ) саламатчылығына дуа етмәк шәриәтин ҝөстәришләриндән сајылыр. Онлардан бир нечәсинә ишарә едирик;1.О һәзрәтин әзиз вүҹудунун саламатчылына дуа етмәк Һәзрәтин сағламлығына сәбәб олан амилләрдән биридир. Аллаһ-таала билир ки, ...
  • Ümmul- möminin termini necə yarandı?
    6970 Təfsir 2011/03/10
    Ümmul- möminin ilk dəfə Peyğəmbər (s)- in zamanında, o həzrətin xanımlarının möminlərə nisbəti barəsində Əhzab surəsinin 6- cı ayəsinin nazil olmasıyla termin olubdur. Peyğəmbər (s)- in xanımları ümmətin analarıdır, şərii bir hökmdür və o həzrətə məxsusdur. Bu hökm (Peyğəmbər (s)- in həyat yoldaşlarının möminlərin analarına oxşadılması) analığın bəzi təfsirlərində oxşatmaqdır, ...
  • Əhli-təsənnü aliməri tərəfindən Bərzəx aləmində ölülüəri eşitmək haqqında nəzərləri nədir?
    6470 برزخ 2015/05/04
    Bəzi Quran ayələrindən və İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) rəvayətlərindən Bərzəx əhlinin dünya əlhinin səslərini eşitməsi mövzusu isbat olur. Bəzi əhli-təsənni alimləri də bu mövzunu qəbul edirlər. Amma, bəzi vəhhabilər Bərzəx aləmində ölülərin səs eşitmələrini qəbul etmirlər. ...
  • İmam Əli (əleyhis-salam) Əbu Bəkr, Ömər və Osmanla beyət etmişdimi? Nə üçün?
    17372 Qədim kəlam 2011/11/24
    Əvvəla, İmam Əli (əleyhis-salam)-ın özü, köməkçilərindən bir dəstəsi, eləcə də Peyğəmbər (səlləllahu əleyhi və alih) səhabələrindən bir qrupu əvvəldə Əbu Bəkrlə beyət etməmişdilər. Sonradan beyət etmələri də yalnız islamın hifz olunması, islam hökumətinin mənafeyinin qorunması məqsədi ilə baş vermişdi. İkincisi, bütün problem qılınc və şücaətlə həll olunmur, hər yerdə ...
  • Peyğəmbər (s) tərəfindən söylənən “Almanı ac yeyin ki, mədəni təmizləyəndir” hədisi düzgündürmü?
    7017 Hədis elmləri 2012/04/17
    Alma qida xüsusiyyətlərindən əlavə tibbi cəhətdən xüsusi xüsusiyyətlərə malik meyvədir. Qədim və yeni tibb işçiləri onun barəsində çoxlu sayda faydalar qeyd etmişlər. Alma barəsində həkimlər tərəfindən qeyd edilən xüsusiyyətlərdən əlavə, Məsumlar da müxtəlif rəvayətlər bəyan etmişlər. Bu rəvayətlərdən bir də Peyğəmbərdən (s) nəql olunan rəvayətdir:
  • Ər- rəhman surəsinin 33 cü ayəsində fövqəladə güc və sultandan məqsəd nədir? Bir haldaki, hazırda bəşər aya və başqa planetlərə gedir?
    17237 Təfsir 2013/02/03
    "Ey cin və insan tayfası! Əgər göylərin və yerin ətrafından (çevrəsindən) kənara çıxa bilərsinizsə, çıxın. Siz (oradan) ancaq (qüdrət və) qüvvətlə (Allahın sizə bəxş etdiyi elmin qüdrətilə) çıxa bilərsiniz!" «یَا مَعْشَرَ الجِْنّ‏ِ وَ الْانسِ إِنِ اسْتَطَعْتُمْ أَن تَنفُذُواْ مِنْ أَقْطَارِ السَّمَاوَاتِ وَ الْأَرْضِ فَانفُذُواْ لَا تَنفُذُونَ إِلَّا ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    163605 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    157571 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    118445 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    111248 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    103397 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    92166 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    53896 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    47940 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    44547 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    43911 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...