Ətraflı axtarış
Baxanların
8076
İnternetə qoyma tarixi: 2011/05/17
Sualın xülasəsi
İmam Əli (əleyhis-salam) əvvəlki xəlifələrin başqa ölkələrə qoşun yetirməsi qarşısında hansı mövqe seçmişdi?
Sual
İmam Əli (əleyhis-salam) Əbu Bəkr və Ömərin İslamı genişləndirmək adı ilə sair ölkələrə qoşun yeritməsi ilə müvafiq idimi?
Qısa cavab

Əbu Bəkr və Ömər bəzi müharibələrdə, o cümlədən İran və Roma müharibələrində, Beytül-müqəddəsin fəthində Əli (əleyhis-salam) ilə məşvərət edirdilər, lakin o həzrətin özü müharibədə iştirak etmirdi. Həzrət Əli (əleyhis-salam) belə hallarda öz nəzərini təkcə islamın və müsəlmanların məsləhəti əsasında deyil, üstəlik bütün bəşər cəmiyyətinin, xüsusilə müstəzəflərin və məzlumların mənafeyinə olan əsasda elan edirdi.

İranla aparılan müharibədə Əli (əleyhis-salam) bütün dünya əhalisinə, hətta qeyri-müsəlmanlara və kafirlərə belə, xeyirxah nəzərlə yanaşan və onlara ürək yandıran məsum imam ünvanı ilə məşvərətçi nəzərlər verməklə elə bir iş gördü ki, bu müharibələr mümkün olan ən az təhlükə və ən aşağı miqyaslı tələfatla sona çatdı.

Diqqət yetirmək lazımdır ki, əgər o dövrdə Peyğəmbər (səlləllahu əleyhi və alih) sağ olsaydı, yaxud Əli (əleyhis-salam) Peyğəmbərdən sonra xilafətə çatsaydı, şübhəsiz, hadisələr tamamilə başqa şəkildə baş verərdi. Yəni xəlifələrin dövründə baş verən fəthlər İmam tərəfindən tam şəkildə və yüz faiz qəbul olunmurdu.

Ətreaflı cavab

Dövrün xəlifələri Əli (əleyhis-salam)-ı xilafətdən uzaqlaşdırdılar, o həzrət, Əbu Bəkr, Ömər və Osmanın xilafəti dövründə evdə xanəneşin oldu. Lakin olar zəruri ehtiyac duyduqları zaman o həzrətlə məşvərət edirdilər. İmam Əli də belə hallarda nəinki İslam və müsəlmanların məsləhəti əsasında, hətta bütün bəşər cəmiyyətlərinin, xüsusilə müstəzəflərin və məzlumların mənafeyi və məsləhətinə uyğun olaraq öz nəzərini elan edirdi.

Bəzi müharibələrdə, o cümlədən İran və Roma ilə aparılan müharibədə onlar Əli (əleyhis-salam)-dan məşvərət istədilər. Əlbəttə, həzrətin özü müharibədə iştirak etməmişdi.

Məsələn, İranın fəthində qeyd olunur ki, Ömər ibni Xəttab iranlı qüvvələrinin böyük bir qrupunun hücum üçün hazırlaşdığını başa düşəndə məscidə gəldi və hamını dəvət edərək onlardan nəzər istədi. Təlhə dedi: – Sən özün müharibə cəbhəsinə get ki, səni orada görməklə müsəlmanların ruhiyyələri güclənsin və canfəşanlıqla müharibə etsinlər!

Osman dedi: – Şam, Yəmən, Mədinə və Məkkə əhalisinin hamısını hərəkət etdir və müharibə cəbhəsinə get ki, müsəlmanlar səni öz aralarında görsünlər, bu qədər qüvvə ilə meydana gəldiyini görməklə ruhiyyələri güclənsin.

Osman bunu deyib oturdu, ondan sonra heç kəs ayağa qalxmadı. Ömər ibni Xəttab yenidən dedi: – Ey müsəlmanlar! Nəzər verin!

Həzrət Əli (əleyhis-salam) buyurdu: –Şam əhalisini cəbhəyə göndərməyin düzgün deyildir. Çünki belə olan halda romalılar qərbdən hücuma keçərək onların arvad-uşaqlarını qılıncdan keçirər. Yəmən əhalisini də hərəkət etdirmə, çünki Həbəşistan oradan hücum edərək Yəmən əhalisini kütləvi şəkildə qırar, qarət edər. Əgər Məkkə-Mədinə əhalisini şəhərdən çıxartsan, ətrafdakı çöl ərəbləri hücuma keçərək bu iki şəhəri işğal və qarət edər. Sən özün də getmə; əksinə Bəsrəyə məktub yaz və onlardan bir çoxunu müsəlmanların köməyinə göndər.

Ömər ibni Xəttab bu nəzəri bəyənərək dedi: – Düzgün nəzər budur və ona uyğun əməl etməliyəm![1]

Həzrət Əli (əleyhis-salam) da öz sözlərində Ömərə bu mühüm məsələni başa salmaq istəyir ki, biz Peyğəmbər (səlləllahu əleyhi və alih)-in dövründə qoşunun sayının çoxluğu ilə müharibə etmirdik; əksinə biz Allahdan kömək istəyirdik. Sən də müsəlmanların qüvvəsinin az olmasından qorxu hissi keçirməməlisən.

O həzrət özünün bu aqilanə tədbiri ilə həm Şam, Yəmən, Məkkə və Mədinə müsəlmanlarını təhlükədən xilas etdi, həm də İran əhalisini qırğından qurtardı. Çünki əgər romalılar hücum etsəydi, müsəlmanların arvad-uşaqlarını qətlə yetirəcəkdilər. Əgər Həbəşistan hücuma keçsəydi, yəmənlilərin ailələri qətlə yetiriləcəkdi. Əgər Mədinə və Məkkənin ətrafında olan ərəblər hücuma keçsəydi, şəhərdə qalan əhalinin hamısını qətlə yetirəcəkdilər. Digər tərəfdən, əgər İrana doğru bu qədər döyüşçü göndərsəydilər, bircə Allah bilirdi ki, İran əhalisinin başına necə bəlalar gələrdi. Çünki bu zaman İran hökuməti (axırıncı sasani şahı olan üçüncü Yezdəgerdin dövründə) həddindən artıq zəifləmişdi və dağılma ərəfəsində idi.[2] Müsəlmanlar az bir qüvvə ilə onu məhv edə bilərdilər. Müsəlman qüvvələrindən az bir qrupu da onu aradan apara bilərdi. Əgər İran cəbhəsindəki qüvvələrin yerinə on qat artıqlaması ilə qüvvə gəlsəydi iranlıların tələfatı bir neçə qat artıq olacaqdı.

Buna əsasən, Əli (əleyhis-salam) bütün dünya əhalisi üçün, hətta qeyri-müsəlman və kafirlər üçün belə, xeyirxah və ürəyi yananlıq göstərən məsum imam ünvanı ilə elə bir iş gördü ki, bu müharibə ən az tələfatla və ən az təhlükə ilə sona çatdı.

Qeyd olunanlardan məlum olur ki, müsəlmanların hücumu zamanı İran mədəniyyəti həqiqətdə dağılıb məhv olma ərəfəsində idi. İslamın gəlişi ilə bu mədəniyyət yenidən canlandı və öz həyatını davam etdirdi. Bu da İmam Əli (əleyhis-salam)-ın şəfqətli məşvərətləri və gözəl tədbiri olmadan mümkün deyildi.

Roma imperatorluğu da İslamın düşmənlərindən biri olduğuna görə Peyğəmbər (səlləllahu əleyhi və alih)-in dövründə həmişə o həzrətin fikrini özünə məşğul etmişdi. Buna görə də yeddinci hicri ilində Peyğəmbər Cəfər ibni Əbi Talibin rəhbərliyi ilə bir ordu bölməsini romalılarla müharibəyə göndərmişdi. Bu müharibədə Cəfər bir dəstə müsəlmanla şəhadətə çatmışdı.

Hicrətin 9-cu ilində Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih) təchizatlı bir ordu ilə Təbuka doğru hərəkət etdi, lakin Roma ordusu ilə çarpışma baş vermədən Mədinəyə qayıtdı. O həzrət şərif ömrünün axır günlərində Üsamənin rəhbərliyi ilə bir ordunu məmur etmişdi ki, romalılarla müharibəyə getsin. İslam ordusu hərəkət etməzdən qabaq Peyğəmbər dünyadan getdi və bu məmuriyyət yarımçıq qaldı.

Əbu Bəkr Mədinədə öz hakimiyyətini möhkəmlətdikdən sonra bu barədə  səhabələrlə məşvərət etdi. Onlar müxtəlif nəzərlər verdilər və xəlifə onları qəbul etmədi. Nəhayət bu barədə Əli (əleyhis-salam)-la məşvərət etdi. Həzrət Əli onu Peyğəmbərin göstərişinin icrasına təşviq edərək müjdə verdi ki, romalılarla müharibədə qələbə qazanacaqlar. Xəlifə həzrət Əlinin təşviqindən xoşhal olub dedi: “Gözəl fal vurdun (müjdə verdin)  və bizə gözəl müjdə verdin!”[3]

Beytul-Müqəddəsin fəthində də ikinci xəlifə İmam ilə məşvərət edən zaman həzrət onu bu müharibəyə təşviq etmişdi.[4]

Sair müharibələrdə və qoşun yeridilməsi zamanı əgər o həzrətlə məşvərət edilsəydi, tam dərrakə və düşüncə ilə məsələnin bütün yönlərini araşdırır, islamın və müsəlmanların, hətta gələcək nəsillərin belə, məsləhətini nəzərə almaqla rəy verirdi. Misal üçün, İslam qüvvələrinin İraq ərazilərinə irəliləməsi zamanı bir dəstə adam Ömərə təklif etdi ki, bu məhsuldar əraziləri müsəlmanların arasında bölüşdürsün və onların şəxsi əmlakı etsin. Ömər  bu məsələ barəsində imam Əli (əleyhis-salam)-la məşvərət etdikdə həzrət buyurdu: “Bu ərazilərin hazırkı müsəlman nəsli arasında bölüşdürülməsinin gələcək nəsillər üçün heç bir faydası yoxdur.”[5]

Bu barədə bir neçə məsələni xatırlatmaq yerinə düşərdi:

1. İslam ideologiyasına, qayda-qanunlarına, bu dinin möhtəvasına diqqət yetirməklə (onda cihad, müdafiə, əmr be məruf, nəhy əz münkər, ədalət, məzlumlara kömək, zalımların zülmünü dəf etmək və s. vardır), eləcə də məsum imamların və Peyğəmbərin adət-ənənəsini və davranışını mülahizə etməklə belə nəticəyə çatmaq olar ki, islamın yayılması, tərəqqi yolu üzərindəki maneələrin aradan qaldırılması üçün aparılan müdafiə cihadı müəyyən mənada, özü də müəyyən qayda-qanunlar çərçivəsində qəbul olunur. İslamın qəbul etdiyi müharibələr ölkə sərhədinin genişləndirilməsi və padşahların fəthləri qəbilindən deyil, əksinə zülm altında olan insanları xilas etmək üçün azadlıq mübarizəsi sayılır. Peyğəmbəri-Əkrəmin şuarı “xilaskarlıq, azadlıq və bəşəriyyətin azadlığı” idi (“La ilahə illəllah” deyin, xilas olun). O həzrət daim çalışırdı ki, camaatı mədəni-maarif tədbirləri ilə düz yola hidayət etsin. Peyğəmbərin apardığı müharibələr yalnız maneələrin aradan qaldırılması məqsədi güdürdü. Düşmənləri o həzrətin qurucu fəaliyyətləri yolu üzərində çoxlu maneələr icad edirdilər. Əgər o, öz yolu üzərində mövcud olan maneələri aradan qaldırmasaydı, özünün yüksək hədəflərinə nail ola bilməzdi. Bu hədəflər bütün bəşəriyyətin azadlığı və hidayətindən ibarətdir. Peyğəmbər məcbur qalaraq cihad və müdafiə strategiyasından istifadə edirdi ki, insanların ruhi inkişafı, mənəvi təkamülü yolu üzərində mövcud olan maneələr aradan qaldırılsın, insanlar səadətə və xilaskarlığa nail olsunlar. Həqiqətdə İslam yalnız üç halda hərbi qüdrətdən istifadə etməyə icazə verir:

1. Şirk və bütpərəstliyin əsər-əlamətlərinin və tör-töküntülərinin məhv edilməsi üçün;

Çünki İslam nəzərindən şirk və bütpərəstlik inhiraf, ruhi xəstəlik və xurafatdır. Buna görə də Peyğəmbər ilk növbədə tövhidə dəvət yolu üzərində olan bütpərəstliyi aradan qaldırır, onlar müqavimət göstərdiyi halda zor və güc işlədirdi.

2. Düşmənlərin məkrli planlarını məhv etmək üçün;

İslam müsəlmanlara hücum edərək onları məhv etmək fikrində onların əleyhinə hərbi qüvvə yeritməklə cihad etmək göstərişi verir.

3. Təbliğdə azadlıq məqsədi.

Çünki hər bir ayının tam azad və məntiqi şəkildə özünü təqdim etməyə haqqı vardır ki, müəyyən şəxslər bu işə mane olarsa, zor və güc işlətməklə öz haqqını əldə etsin.

Əlbəttə, bu üç məqamın hamısını insanların kamla tərəqqi və inkişafını müdafiə çərçivəsində qərar vermək olar.[6]

Həzrət Əli (əleyhis-salam)-ın məşvərət xarakterli nəzəri barəsində bəyan olunanlara diqqət yetirməklə xəlifələrin dövründə baş verən fəthlərin yüz faiz və tam mənada İslam qanunları tərəfindən qeydsiz-şərtsiz şəkildə dəstəklənməsini demək olmaz. Habelə, Həzrət Əli (əleyhis-salam)-ın da xəlifələrin tərəfindən baş verən işlərin hamısı ilə birlikdə bu fəthlərlə müvafiq olmasını demək olmaz. Yəni əgər Peyğəmbər sağ olsaydı, yaxud Həzrət Əli Peyğəmbərdən sonra xilafətə çatsaydı, qəti olaraq bu fəthlər baş verdiyi surətdə baş verməyəcəkdi.

Başqa sözlə desək, Əli (əleyhis-salam)-ın hakimiyyətdə olmaması nəticəsində İslam sərhədlərini heç bir proqram olmadan genişləndirmək çoxlu inhirafa və əyintiyə səbəb olmuşdu ki, qəti şəkildə həzrət Əli (əleyhis-salam)-ın proqramları ilə müvafiq deyildi. Burada bu inhiraflardan bəzilərini qeyd edirik və müfəssəl bəhsi başqa bir vaxta həvalə edirik:

a) Cəmiyyətdə bir təbəqə vücuda gəlmişdi ki, İslama maraq göstərir, bu dinə qəlbən iman gətirib inanırdılar. Amma islamın yalnız zahirini tanıyırdılar və onun ruhu və məğzi ilə tanış deyildilər. Onlar nə qədər çalışsaydılar da, misal üçün, yalnız namaza təkid edirdilər, nə mərifət əldə edir, nə də İslamın əsil hədəfləri ilə tanış olurdular.

b) İslami ədalətdən uzaqlaşmaq və ayrı-seçkiliyin rəvac verilməsi.

Misal üçün, qeyri-ərəblər (onlara məvali deyilirdi) İraqda ikinci dərəcəli vətəndaş kimi tanınırdı. Buna görə də ilk əvvəldən çox ağır və məşəqqətli işlərə göndərilirdi, o cümlədən, bazarın tənzim edilməsi, bina tikilməsi, yollarının təmir edilməsi və s. onlara həvalə edilirdi.

İkinci xəlifənin dövründə əcəmləri Peyğəmbər şəhərinə (Mədinəyə) buraxmırdılar. Bu iş onların zahirdə ərəblərlə qaynayıb-qarışmasının və iranlıların İslam mərkəzinə nüfuz etməsinin qarşısını almaq üçün baş verirdi.

İbni Cərih yazır: İkinci xəlifə təvafda gördü ki, iki nəfər fars dilində danışır. Onlara dedi: “Ərəbcə danışın! Çünki bir kəs fars dilini öyrənərsə mürüvvəti aradan gedər!” Xəlifənin qoyduğu bu qanun əsasında ərəblərə icazə verilirdi ki, əcəmlərdən arvad alsınlar, lakin onlara ərəb qızı vermirdilər.

Bu üslubun ardınca əməvilərin dövründə xəlifələrin əcəm arvadlarından olan övladlarının xilafətə keçmək haqqı yox idi. Dövrün xəlifəsi Həccac İraqda demişdi: “Heç bir əcəm Kufədə imam camaat olmamalıdır!” O hətta məvalini zorla müharibə meydanına göndərirdi. Yaxud məvali adətən müharibələrdə iştirak edirdilər Qənimətləri bölüşdürən zaman onlar ərəblərdən az pay alırdılar. Daha qüssəli məsələ budur ki, beytul-maldan hədiyyə ünvanı ilə camaata verilən şeylərdə məvalinin heç bir payı yox idi.[7]

Əlbəttə, bu məsələ nəticəsində müsəlmanlar həqiqi İslamdan aralanmağa başladı. Onlar güman edirdilər ki, İslam onların gördüyü və eşitdiklərindən ibarətdir.

Buna görə də fəthlərdən sonra fəth olunmuş ölkələrdə qiyamlar başlandı. Buna görə də Əli (əleyhis-salam) məcbur olaraq bir ordunu Qəzvinə, iki ordunu Xorasana göndərdi və Xorasan şəhərləri, o cümlədən Nişapur yenidən fəth olundu.[8]

Son məsələ budur ki, Həzrət Əli (əleyhis-salam)-ın qısa müddətli xilafəti dövründə əsas və ümdə hədəfi Peyğəmbərdən sonra o həzrətin ümmətində baş verən inhirafları və əyintiləri düzəltmək idi.



[1] Bax: “İrşad”, Şeyx Mufid, səh. 407 (ərəbcə), “Alul-beyt” müəssisəsinin çapı, 1313, "Nəhcul-bəlağə", Əbdühün şərhi, xütbə 144; “Tarixi Təbəri”, 4-cü cild, səh. 237-238; “Tarixi Kamil”, 3-cü cild, səh. “Tarixu İbni Kəsir”, 7-ci cild, səh. 107; “Biharul-ənvar”, 9-cu cild, səh. 501, Kompani çapı və s.

[2] “Sasanilər dövründə İran və ərəblərin tarixi”, Teodor Nuled, doktor Abbas Zəryabın tərcüməsi (səh. 418 ).

Doktor Əbdül-Hüseyn Zərrinkub bu barədə yazır: “Sasani dövləti ərəblərin vasitəsi ilə süqut etdi və ərəblər onlara qələbə çaldı. Lakin bu qələbə ərəblərin qüdrətli olduğuna görə deyil, sasani dövlətinin zəifliyinə və dağılma ərəfəsində olduğuna görə idi. Ümumiyyətlə, ərəblərin hücum etdiyi dövrdə İran artıq dağılma ərəfəsində idi. Sasani dövləti ö dövrdə həzrət Süleyman (əleyhis-salam)-ın əsaya söykənmiş cəsədi kimi idi; qurdlar əsanı içindən yeyəndən sonra sındı və cəsədi yerə düşdü. Bu dövrdə sasani dövləti zəifləmişdi və fəsad ölkənin hər bir yerini bürümüşdü. Sasani dövləti zillətə üz qoymuşdu. “İslamdan sonra İranın tarixi”, ikinci çap, səh. 57

Böyük mütəfəkkir və filosof ustad Mütəhhəri “İslam və İranın qarşılıqdı xidmətləri” adlı kitabında iranlıların məğlubiyyəti ilə əlaqədar dəqiq məqamları bəyan edərək yazır: “O dövrdə İran bütün iğtişaşlarla birlikdə, hərbi cəhətdən çox qüvvəli idi. Ö dövrdə dünyaya iki böyük hegemon dövlət – İran və Roma hakim idi. İranın o dövrdəki əhalisi təqribən yüz qırx milyon nəfər təxmin edilmişdir ki, onların saysız-hesabsız miqdarda əsgəri var idi. İranlılarla müharibədə müsəlman əsgərlərin sayları altmış min nəfərə çatmırdı. Əgər iranlılar geri otursaydılar, İslam əsgərlərinin bu kiçik sayı İran əhalisi arasında iti-batardı. Amma bununla belə, sasani hökuməti həmin azsaylı qrupun vasitəsi ilə məhv edildi.”

Şəhid Mütəhhəri davamında yazır: “Həqiqət bundan ibarətdir ki, Sasani hökumətinin məğlubiyyətinin ən mühüm amilini əhalinin hökumətdən və dövlətin hazırkı vəziyyətindən narazı olmasında və o dövrdə zülmkar adət-ənənələrdə axtarmaq lazımdır. Şərq-qərb tarixçilərinin nəzərində danılmaz bir məsəlidir ki, o dövrün dini-ictimai vəziyyəti və dövlət strukturu o qədər korlanmışdı ki, təqribən bütün əhali ondan narazı idi. Zərdüşt dini İranda məbədçilərin əli ilə o qədər dağıdılmışdı ki, İranın huşyar xalqı səmimi-qəlbdən ona əqidə bağlaya bilməzdi. Əgər o dövrdə İslam da İrana gəlməsəydi, məsihiyyət tədrici olaraq İranı fəth edəcək və zərdüştlüyü aradan aparacaqdı. Buna əsasən, İranda qarışıq və iğtişaşlı dini-ictimai vəziyyət camaatın narazılığına səbəb oldu və iranlıları onların nicatına səbəb olan səmtə sövq edirdi. (“İslam və İranın qarşılıqlı xidmətləri”, Mütəhhəri, Mürtəza, 8-ci çap, Bəhmən, 1359, səh. 77-dən sonra)

[3] Yəqubi, Əhməd, “Tarix”, 2-ci cild, səh. 132; “İmam Əli və rəhbərlər”, Əli Məhəmməd Mircəlili, səh. 168

[4] Sübhani, Cəfər, “Furuği vilayət”, (“Vilayət günəşi” farsca), səh. 285

[5] Yəqubi, Əhməd, “Tarix”, 2-ci cild, səh. 151; “İmam Əli və rəhbərlər”, Əli Məhəmməd Mircəlili, səh. 170

[6] Əlbəttə, qeyd etmək lazımdır ki, ibtidai cihadın qanuni olması məsum imamın izni ilə şərtlənir.

[7] “Tarixi təşəyyö dər İran”, Rəsul Cəfəriyan, 1-ci cild, səh. 11-dən sonra

[8] “Tarixi Təbəri”, 38-ci hicri ilinin hadisələri

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Xəcalətin kökü nədir?
    9369 Nəzəri əxlaq 2012/06/13
    "Xəcalət" "utancaqlıq" mənasındadır. Utancaqlıq yəni, özünə həddən artıq diqqət və digərləri ilə qarşılaşmaqdan qorxmaq. Utancaqlıq həya ilə eyni mənada deyil. Həya özünü saxlamağa qüdrətin olmasıdır ki, iradə üzündən olan və dəyərli bir işdir. Ayə və rəvayətlərdə ona yaxşı qiymət verilir. Amma utancaqlıq tamamilə iradə ...
  • Fəqih və kəlam alimlərinin panteism nəzəriyyəsi ilə müxalifət etmələrinin səbəbi nədir?
    8069 İrfan 2010/11/08
    1.       "Panteism" İrfanda ən əsaslı mənalardandır. İrfan məktəbində, məsələn İbn Ərəbi məktəbində, əsasların əsası sayılır. Bu əsasa istinadən, vücudun vahid və əzəli bir həqiqəti var. O Allahdan qeyrisi deyil. Ondan qeyrisində vücud həqiqi deyil. Gözə çarpan hər şey, əslində, ...
  • İslamda həqiqi olaraq ağıl və düşüncənin yeri haradadır?
    7990 Qədim kəlam 2011/09/18
    Əvvəlcə yaxşı olar ki, bəzi dini məsələlər barəsində düzgün anlaşılmamazlıq barəsində söz açaq. Misal üçün o cür ki, burada açıqlanmışdır.Birinci: Harada və hansı dini mənbədə gəlmişdir ki, övladı atanın vasitəsiylə öldürülməsinə icazə vardır?!Bu səhv təsəvvürdür, heç bir fəqih bu cür hökm fətva verməmişdir. Odur ki, əgər bu cür ...
  • “Aşura” ziyarətində Əhli-beytə xitab edərək deyirik: اَنْ يجْعَلَني مَعَكُمْ فِي الدُّنْيا وَالاْخِرَةِ “Allahdan istəyirəm ki, dünya və axirətdə məni sizinlə birgə qərar versin.” Bu “birlikdə olmağın” hansı şərtləri və xüsusiyyətləri vardır və necə həyata keçir?
    6292 Nəzəri irfan 2012/03/14
    “Aşura” ziyarətində zikr olunan birgəliklə İmamla birgə olmağın bütün mərtəbələrinə işarə edir ki, o da bunlardan ibarətdir: dünyada birgəlik, qəlbdə və ruhda birgəlik, axirətdə birgəlik. Bu məsələni daha yaxşı başa düşmək üçün ətraflı cavaba baxa bilərsiniz. ...
  • Вилајәти фәгиһин васитә илә сечилмәси гајдасында дөвр ирады гаршыја чыхыр. Буну неҹә һәлл етмәк олар?
    7441 Nizamlar (Qurluşlar) 2010/02/06
    Һазырда Иран Ислам Республикасында вилајәти фәгиһи сечән мүтәхәссисләр (хубраган) мәҹлисини мүһафизләр шурасы тәсдиг едир. Инди бела бир шүбһә јараныр ки “әҝәр мүһафизләр шурасыны рәһбәр тәсдиг едирсә, мүһафизләр шурасынын үзвүләри вилајәти-фәгиһи сечән мүтәхәссисләри тәсдиг едирсә, вә онлар да рәһбәрлији сечирсә, бу мәсәлә гејри-мүмүкүн олан ...
  • İmam Əlinin qadınların və kişilərin ağlına münasibəti necədir?
    15600 Hədis elmləri 2011/04/16
    Həzrəti Əli (ə) heç vaxt deməmişdir ki, "kişilər ağıl və ülfət (ötəri hisslər) baxımından qadınlardan üstündür." Əksinə İmamın sözü xüsusi bir baxışda yalnız "cəməl" döyüşünə aiddir. Bu söz də heç vaxt ümumilik daşıyıb bütün qadınlara aid edilə bilməz. Çünki bəzi vaxtlar kişilər də bəzi məsələlərdə imamın danlağına tuş gəlmişlər. bundan ...
  • Cəhənnəm əhlinin siması necədir?
    5928 Qədim kəlam 2012/09/01
    Quran ayələrinin məcmusunun araşdırılmasından belə nəticə almaq olar ki, bir tərəfdən cəhənnəm əhlinin siması, güclü yanıq nəticəsində, qorxulu formada və bir- birinin üstünə çəkilmiş dairələr və parçalanmış dodaqlarla görünərlər. Digər tərəfdən də, Allah cəzasının onlar üçün yenidən və neçə dəfə baş verməsi üçün, bədən və üzvlərinin dərisinin ...
  • Doğru və aldadıcı sübhdən məqsəd nədir?
    6385 Nizamlar hüquq və əhkam 2015/04/16
    Doğru və aldadıcı fəcr və ya sübhdən məqsəd fiqhdə və astronomiyada işlədilən terminlərdir. Onlardan məqsəd gecə və gündüzdə müəyyən vaxtları bildirməkdir. Yalançı yaxud aldadıcı sübh məşriq səmtində ağartı və işıqlanmanın əmələ gəlməsinə deyirlər. Bu vaxtda sübh namazın qılmaq olmaz. Doğru və ya sadiq fəcr və sübh çağı ...
  • İmam Zaman (əleyhis-salam)-ın yaşayış yeri haradadır?
    6735 Qədim kəlam 2012/06/23
    Bu barədə üç cür rəvayətlə qarşılaşırıq: Bəzi rəvayətlər o həzrət üçün xüsusi bir yaşayış yeri təqdim etmir. Amma bu qisimdən olan rəvayətlərin bəzilərində o həzrətin yeri “səhralar və dağlardır” deyə deyilir. İkinci qisimdən olan rəvayətlərdə camaat arasında tanınmaz halda yaşaması deyilir. Üçüncü qisim isə Mədinə ...
  • İslam və şiəlik nəzərindən ixtiyar və azadlığın hüdudları nədir?
    7018 Qədim kəlam 2011/04/16
    Azadlığın müxtəlif mənaları vardır və bu mənalara diqqət yetirməklə onun hüdudları bir-birindən fərqlənir: 1. Vücud baxımından istiqlaliyyət mənasına olan azadlıq.Bu, mütləq vücuda – mutəal Allahın müqəddəs zatına məxsusdur ki, Onda heç bir məhdudiyyət yoxdur.2. İxtiyar mənasına olan azadlıq.

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    163932 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    159739 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    118886 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    112103 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    106480 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    92755 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    54255 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    50182 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    45138 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    44599 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...