Please Wait
8649
“Din” lüğətdə “itaət etmək”, “tabe olmaq”, “təslim olmaq” və “cəza” mənasınadır. Termində isə, “cəmiyyəti idarə etmək və insanlara təlim-tərbiyə vermək üçün mövcud olan əqidə, əxlaq və qanunlar məcmusu”ndan ibarətdir. Din bəzən haqq, bəzən batil, bəzən də haqq ilə batilin qarışığından ibarət ola bilər.
Mədəniyyət mənasına olan farsca “fərhəng” kəlməsi iki hissədən: “fər” və “həng”dən təşkil olunmuşdur. “Fər” əzəmət və şövkət mənasınadır, əgər şəkilçi kimi işlədilərsə, “irəli” və “çöl” mənasınadır. “Həng” isə Avesta kökündə “çəkmək”, “ağırlıq” və “vüqar” mənasınadır. Mürəkkəb “fərhəng” kəlməsi “yuxarı qaldırmaq” və “irəli çəkmək” mənasınadır.
“Fərhəng” (mədəniyyət) kəlməsinin termində müxtəlif mənaları vardır. Belə ki, onun dəqiq şəkildə araşdırılması çox çətindir. “Fərhəng” məfhumu özünün tarixi inkişafında müxtəlif mənalar kəsb etmişdir. O cümlədən: ədəb, tərbiyə, mərifət, adət-ənənə, təlim-tərbiyə məcmusu, məktəb və ideologiya.
Sosioloqların bəzisi inanır ki, mədəniyyət cəmiyyətin kütləvi şəkildə olan təfəkkür tərzidir ki, ictimai hadisələrdə və rəftarlarda cilvələnir, bütün iqtisadi, ictimai, siyasi, hərbi, maddi və mənəvi işləri öz təsiri altına alır.
Dinlə mədəniyyətin mənasına, eləcə də bu ikisinin əsaslarına və hədəflərinə diqqət yetirməklə, habelə dinlə mədəniyyətin ifa etdiyi rola, təsirlərə, bu ikisinin arasında mövcud olan müştərək cəhətlərə diqqət yetirməklə belə nəticə almaq olar ki, bu ikisinin arasında daim sıx və qırılmaz əlaqə olmuş, din insanın mədəniyyət və sivilizasiyasında təsirli rol ifa etmiş, mədəniyyət də insanların maddi və mənəvi həyat fəaliyyətlərindən layiqincə bəhrələnməsinə səbəb olmuşdur. Bu da düzgün dərk tərzinə və ali hisslərə istinad etməklə əql yönlü həyatda insana yardım edir və insanın təkamül amili olur. Həmçinin, din və mədəniyyət özünün üç hədəfli sistemini təqdim edir və onlardan istifadə edildiyi təqdirdə insan üçün inkişaf və təkamül yolunda çox böyük dəyişikliklərin amili ola bilər.
Yuxarıdakı suala cavab verməzdən əvvəl bir neçə məsələni qeyd etmək zəruri nəzərə çarpır:
Dinin lüğətdə və termindəki tərifi
Dinin lüğətdəki tərifi “itaət etmək”, “xüzu etmək”, “tabe olmaq”, “təslim” və “cəza (əvəz) vermək” mənasınadır.[1]
Onun termindəki mənası isə, “insan cəmiyyətlərinin işlərini idarə etmək və insanlara təlim-tərbiyə vermək üçün mövcud olan əqidə, əxlaq, qanun və qaydalar”ın məcmusuna deyilir.
Bəzən bu məcmuələr bütünlüklə haqq, bəzən hamılıqla batil, bəzən də haqla batilin qarışığından ibarət olur. Əgər hamısı haqdan ibarət olsa ona “haqq din”, bundan qeyri hallarda isə batil din və ya “haqq ilə batilin qarışığından ibarət olan din” adlandırılır.[2]
Mədəniyyətin tərifi:
Mədəniyyət mənasına olan (farsca) “fərhəng” kəlməsi fars dilində olan “fər” və “həng” sözlərinin tərkibindən əmələ gəlmişdir. “Fər” şövkət və əzəmət, əgər şəkilçi formasında işlənsə, “qarşı”, “yuxarı” və “eşik tərəf” mənasınadır.
“Həng” isə Avesta kökündən alınmış “çəkmək”, “ağırlıq” və “vüqar” mənasınadır. Mürəkkəb kəlmə olan “fərhəng” kəlməsi “çölə çıxarmaq”, “yuxarı qaldırmaq” və “çəkmək” deməkdir.
“Fərhəng” kəlməsi termində çoxlu məna və məfhumlar ifadə edir. O, özünün tarixi seyrində müxtəlif mənalarda işlənmişdir. O cümlədən: “ədəb”, “tərbiyə”, “elm”, “mərifət”, “adət-ənənələr məcmusu”, “bir millətin elmi və ədəbi əsərləri”, “lüğət kitabı”, “yaxşılıq”, “alicənablığın tərbiyə edilməsi”, “fəzilət”, “şövkətli, əzəmətli olmaq”, “incəsənət”, “hikmət”, “yerin altında basdırılmış və üstünə torpaq tökülən ağacın qol-budaqları”, həmçinin “təlim-tərbiyə”, “məktəb” və “ideologiya”.[3]
Amerikalı insanşünaslardan olan Krober və Klakon mədəniyyət üçün verilən 164 tərifi bir yerə toplamış, “Mədəniyyət – məfhumların və təriflərin müqayisəli yekunu” adlı tərifində (1952-ci il) belə qeyd etmişlər: “Mədəniyyət, yaxud sivilizasiya... kəmiyyət baxımından bir-birinə qarışmışdır və elm, din, qanun, adət-ənənələrlə əlaqədar əxlaq, həmçinin cəmiyyətdən əldə olunan hər növ bacarıq və adətə (member) deyilir.”[4]
Ustad Məhəmməd Təqi Cəfəri (r) “İrəlidə və öndə gedən mədəniyyətlər” adlı kitabında mədəniyyətin tərifini dünyanın mühüm dilləri və xalqları arasında mövcud olan 24 məşhur lüğət kitabı və ensiklopediyalardan araşdırdıqdan sonra yazır: “Ən məşhur ensiklopediyalar və bəzi sosioloji mənbələr nəzərindən mədəniyyətin tərifində aparılan tədqiqatdan bu həqiqət isbat olunmuşdur: Biz göstərək ki, insani təkamülün varlığı – özünün həqiqi mənasında mədəniyyət adı ilə cəmiyyətlər arasında, bəşər həyatına layiq olan üslub və ya keyfiyyət ünvanı ilə – təzmin olunmuşdur. Əgər təkəbbürlülərdən, sevdagərlərdən, yaxud puçluğa meyl edənlərdən bəziləri mədəniyyəti iyrənc hadisələrin behişti həddinə qədər endirərək ona mədəniyyət adı vermək istəsələr, bu, həqiqət əsasında olmayacaqdır və insaniyyətə zidd olan kökə malik olacaqdır. Amma çoxlu təriflər verilməsinin səbəbi tədqiqatçıların və nəzər sahiblərinin mədəniyyətin məfhumunun izahında – onun təkamül yönlü əslində dərindən nəzər verməklə – yatmışdır.”
Bu alim fars dilində “fərhəng” kəlməsinin tərifi üçün müxtəlif nümunələr qeyd etmiş, sonra fransa dilindən bir misal gətirmiş və bundan sonra mədəniyyətin tərifində demişdir: “Mədəniyyət – insanların elə maddi və mənəvi həyat fəaliyyətlərindən olan layiqli, gərəkli üslub və keyfiyyətlərdən ibarətdir ki, sağlam əqlə və onların məqul (əql əsasında olan) təkamül həyatında inkişafda olan hislərə istinad verilmiş olsun.”[5]
Sosioloqlardan bəziləri inanır ki, mədəniyyət cəmiyyətin bir qrupunun təfəkküründən ibarətdir ki, ictimai əməl, rəftar və hadisələrdə cilvələnir, bütün iqtisadi, ictimai, siyasi, hərbi, maddi və mənəvi işlərə təsir qoyur.”[6]
Mədəniyyətlərin növləri
Əllamə Cəfəri (r) mədəniyyətlərin növlərini sadaladıqdan sonra buyurur: “Mədəniyyətləri, xülasəsi aşağıdakı kimi olan dörd əsas qismə bölmək olar:
1. Stabil (rüsubi) mədəniyyət
Bu, müxtəlif həyat işlərini izah edib ona rəng, məna verilməsindən, bir sıra sabit irqçi adət-ənənələr və qanunlar, xüsusi psixoloji adətlər, coğrafi mühit, tarixi qanunlardan ibarətdir ki, hər növ dəyişiklik qarşısında müqavimət göstərir, bütün dəyişiklikləri ya öz xeyrinə dəyişdirir, yaxud da onları səhnədən kənarlaşdırır.[7]
2. Qeyri-sabit və tabe olan mədəniyyət
Elə izahlardan ibarətdir ki, heç bir sabit prinsipə, əsaslı kökə söykənməmişdir, daim dəyişikliklərə məruz qalır. Bu cür mədəniyyətlər köklü tarixə malik olan cəmiyyətlərdə çox nadir hallarda tapılır.
3. Özünü hədəf qərar verən ardıcıl mədəniyyət
Bu mədəniyyətdə mədəni gerçəklikləri izah və bəyan edən fəaliyyət və göstəricilər zatən tələb olunur, istənilir, mədəni məramların təmin olunmasını öhdəsinə alır.
Özünü hədəf qərar verən bu mədəniyyət 19-20-ci əsrlərdə əksər cəmiyyətlərin elmi-mədəni, iqtisadi və texnoloji mədəniyyətlərinə məxsus olmuşdur. Özünü hədəf qərar vermək – insanlığın “mən”lik yönlərində həyat məramlarının genişlənməsinə və yaradıcılığına səbəb olan mədəniyyətin əsil təbiətindən ibarətdir.
4. Öndə gedən, hədəfli və inkişafda olan mədəniyyət
Bu cür mədəniyyət o göstəricilərin və fəaliyyətlərin çərçivəsindədir ki, həyatın daim hərəkətdə olan amillərinin, mühit və cəmiyyətin ötəri şəraitlərinin təsirində qərar tutmur. Çünki, bu mədəniyyətin hərəkətverici amili insanın əsil yönü və təbiətin davamlı gerçəkliklərindən ibarətdir. Onun hədəfi elə nisbi məramlardan ibarətdir ki, insani həyatın yüksək hədəfinin cazibəsində onu hərəkətə vadar edir. Tam yəqinliklə demək olar: bu həmin insani mədəniyyətdir ki, tarixin enişli-yoxuşlu yollarında belə bir mədəniyyətə zəmin olmadan heç bir əsil insani mədəniyyət yaranmamışdır. Bu həmin mədəniyyətdir ki, öz yaxasını təkəbbürlü, özünü sevən və özbaşına adamlardan xilas edə bilər.[8]
Xatırlatmaq lazımdır ki, dini cəmiyyətdə xüsusi ilahi bir mədəniyyət hakimdir. Yəni belə bir inanc mövcuddur ki, mənəviyyat – insani həyatın son və istənilən kamalından ibarətdir. Bu kamal insanın özünü bəzi şeylərdən gözləməsi, daim çalışıb fəaliyyət göstərməsi, bütün maddi və ruhi nemətlərdən lazımi qədər bəhrələnməsi və onlara diqqət yetirməsi ilə hasil olur. Bu nəzəriyyə və görüşdə insan Allah dərgahına üz tutur ki, bu da bütün yaxşılıqların və dəyərlərin mənşəyi olan mütləq kamaldan ibarətdir. Lakin kapitalizm cəmiyyətlərində, qərbin texnoloji cəmiyyətlərində isə onlara məxsus olan xüsusi mədəniyyət hakimdir.
İnsani mədəniyyət və sivilizasiyada dinin rolu
İlahi və asimani dinlər insani fəzilətlərin, məramların, müsbət adət-ənənələrin, gözəl xislətlərin yayılmasında təsirli rol ifa etmişdir. Spenser bu barədə yazır: “Cəmiyyətlərin sivilizasiyasının əsasını təşkil edən adət-ənənələr və fəzilətlər dindən irəli gəlmişdir.”
Həmçinin Əllamə Təbatəbai (r) yazır: “Hazırkı insanlarda mövcud olan gözəl xislətlər az da olsa belə, dini təlimlərdən irəli gəlmişdir.”[9]
Dinin rolu və onun təsir dairəsi
Dinin iki yöndə: mərifət və əxlaq sahəsindəki əsas və mühüm rolunu görməməzliyə vurmaq olmaz. Çünki müasir insanın halətlərini dəqiq araşdırmaq, qərbin 200 illik təcrübə meydanlarında dərindən tədqiqat aparmaq, eləcə də onların bu illər ərzində dinlə qarşılaşmalarını, (nəticədə) düçar olduqları böhran və sərgərdanlıqları araşdırmaqla dinin bu iki sahədəki məfhumu və onun rolu gözəl şəkildə aydın olur:
1. Dini mərifət
Din vəhy və asiman yönlü təlimlər məcmusundan ibarətdir. O, mərifət kəsb etmək, insanın mərifət ehtiyaclarını və meylərini təmin etmək üçün müxtəlif yolları və mənbələri rəsmi olaraq qəbul etmişdir. Din hiss və təcrübəyə dəyər verərək, insanı təcrübi səylərə təşviq etsə də, amma mərifət (elm və agahlıq) mənbələrini onunla məhdudlaşdırmır, ondan əlavə digər iki mənbəni də: vəhy və külli əqli də təkidlə dəstəkləmişdir.[10]
2. Dini əxlaq
Dini əxlaq – dini mərifətin məntiqi və əqli nəticəsində ibarətdir. Din insanla Allahın əlaqəsinin tərifini öhdəsinə alır və Allahı varlıq aləminin əvvəli və əsil məqsəd kimi təqdim edir.
3. Dinə inanmaq və ruhi müvazinət
Hazırkı dövrdə qəbul olunmuş bir prinsipə əsasən elmi-dini etiqad, dinə meyl ruhun aramlığını və müvazinətini təmin ən güclü bir amil kimi qəbul edilmişdir. İnkişaf etmiş ölkələrdə də dinə inancı ruhi böhran və sarsıntıları müalicə etmək üçün ən münasib bir yol kimi təqdim və tövsiyə etmişlər.[11]
Dinin fəaliyyət sahələrinə diqqət yetirməklə, eləcə də mədəniyyətin məfhumunu tədqiq etməklə belə demək olar: Bu iki məsələ daim insanla məşğul olmuş, insanların kamala doğru hidayətində, onun mənəvi ehtiyaclarının təmin edilib aradan qaldırılmasında çox faydalı üslubları hədəfli bir sistem qalibində təqdim etmişdir. Belə ki, iddia demək olar: Dinin sütunları üç sistem əsasındadır: etiqad sistemi, əxlaqi və ya dəyər sistemi, fiqhi sistem. Buna görə də din özünün zühuru ilə bəşər cəmiyyətinə xüsusi və yeni bir mədəniyyəti təqdim etmiş və insanları ona çağırmışdır. Həqiqətdə dinin yaranması ilə insan ruhunda və təfəkküründə çox faydalı və səmərəli dəyişikliklər vücuda gəlmişdir. Bu məqsədlə gerçəkliyə nəzər salmaqla insanların təfəkkür tərzini yeniləşdirmiş, onların əxlaq və tərbiyəsini islah edərək gözəlləşdirmiş, cəmiyyətdə mövcud olan köhnə və inkişafa, tərəqqiyə əngəl olan adət-ənənələri və irticaçı sistemləri aradan qaldırmış, onların yerinə canlı, daim hərəkətdə olan sistemlər qoymuş, çox yüksək məramları və idealları ilham etmişdir. Belə bir dəyişiklik sayəsində iqtisadi həyat yeniləşmiş, islah olunmuş, elmi, fəlsəfi, texniki, incəsənət, ədəbiyyat və bir sözlə, maddi və mənəvi ehtiyaclar sahəsində istedadlar çiçəklənməyə başlamışdır. Bu gerçəklik təkcə bizim nəzərimiz deyil, hətta katoliklər də, Vatikan şurasında bunu aşkar demişlər: “Din mədəniyyəti formalaşdırır, mədəniyyət camaata mənlik bağışlayır. Başqa sözlə desək, insanın yüksək ilahi kəlama olan ehtiyacı mədəniyyətin əsas təşkiledici ünsürüdür.”[12]
Mədəniyyət də bir-birinə bağlı olan üç sistemə malikdir ki, onları mədəniyyətin təşkil edici hissələri adlandırırlar.
1. Mərifətlər və inanclar sistemi
Bu sistem bəşərin təfəkkür və düşüncə sahələrindəki fəaliyyətləri üçün bir təməl hesab olunur; o, insan və varlıq aləminin təfsiri barəsində təsəvvürlərdən, inanclardan, təlimlərdən, istidlal üslubundan, insanla mühitin əlaqəsi, özü və bəşər həyatının hədəfi barəsindəki fikirlərindən ibarətdir.
2. Dəyərlər və meyllər sistemi
Bu sistem dəyərlərin bəyanından və onlara etiqaddan ibarətdir. Bu sahədə bəyənilən ilə bəyənilməyən, yaxşı ilə pis, rəva görülənlə rəva görülməyənlər dəyər, əxlaq, ümumi mənada olan hüquq qalibində təsnif olunur.
3. Rəftar və əməllər sistemi
Bu sistem elə təlimlərdən təşkil olunmuşdur ki, insanın rəftarlarının başqalarının işləri ilə həmahəng edilməsini hamı üçün mümkün edir. Bu sahədə əvvəlki iki sistemin təlim və çərçivəsi zühur ərsəsinə gəlib çatır. Belə ki, görüşün növünə diqqət yetirməklə insanın meyl, rəftar, fərdi və ictimai ədəb qaydalarının əsası tökülür. Həqiqətdə bu sahədə mərifətlər, inanclar və dəyərlər meyllər sisteminin seçildiyi növə əsasən, elmi təlimlərin, fənlərin, rəftarın növləri təyin olunur.[13]
Din və mədəniyyətin mənasına, eləcə də bu ikisinin əsas və hədəflərinə habelə din və mədəniyyətin roluna, onların arasında müştərək cəhətlərə diqqət yetirməklə belə nəticəyə etiraf etməliyik: Dinlə mədəniyyət daim bir-biri ilə sıx, həmahəng və qırılmaz əlaqəyə və müvazinətə malikdir; necə ki, din insanların inkişaf və mədəniyyətinə təsirli rol ifa edir, eləcə də mədəniyyət insanların düzgün təəqqül tərzinə, ali ehsaslara istinad verilən maddi-mənəvi həyat fəaliyyətlərindən layiqincə bəhrələnməyə kömək edir ki, məqul və əql ilə yanaşı olan həyatda ona kömək edir və onun təkamül amilidir. Həmçinin din və mədəniyyət özünün hədəfli olan üç sistemini təqdim etməklə onların tətbiq edildiyi surətdə insanın təkamül yolunda çox geniş səviyyəli və təsirli amil ola bilər.[14]
[1] Bax görünüş: “Dinin məfhumu”, birinci sual (sayt: 199); “Dinin mərhələləri – insan və din”, sual 2 (sayt: 200); “Elm, əql və din”, sual 111 (sayt: 2230). Həmçinin bax: “İctihadın kəlam əsasları”, Hadəvi Tehrani, Məhdi, səh. 383-391. Həmin müəllifdən: “Vilayət və dindarlıq”, səh. 15-22; “İnanclar və suallar”, səh. 16-17 və s.
[2] Cavadi Amuli, Əbdullah, “Şəriət – mərifət güzgüsündə”, 1372-ci ilin çapı, səh. 93; Mirzə Əbul-Həsən Şəranı (r), “Nəsri Tuba, yaxud Quran lüğətlərinin ensiklopediyası”; “Müfərdat”, Rağib İsfahani, “din” kəlməsi
[3] “İran cəmiyyətində dinlə mədəniyyətin münasibəti”, 1-ci cild, səh. 60
[4] Yenə orada, 2-ci cild, səh. 153
[5] “İran cəmiyyətinə dinlə mədəniyyətin münasibəti”, 1-ci cild, səh 61-62
[6] Yenə orada, 2-ci cild, səh. 154
[7] Yenə orada
[8] “Cəmiyyət və mədəniyyət”, 1-ci cild, səh. 432
[9] “Əl-mizan”, 12-ci cild, səh. 151
[10] Bax: Məhdi, Hadəvi Tehranı, “İnanclar və suallar”, səh. 45-58
[11] Kaşifi, Məhəmməd Riza, “Din və mədəniyyət”, “Din və mədəniyyətin münasibəti”nin nəqlinə əsasən, 1-ci cild, səh. 177
[12] “Dinlə mədəniyyətin münasibət, 1-ci cild, səh. 179
[13] Kaşifi, Məhəmməd Rza, “Din və mədəniyyət”, (“Din və mədəniyyətin münasibəti”ndən nəqlən) 1-ci cild, səh. 177
[14] Bax: Görünüş, “Din və mədəniyyət”, sual 250 (sayt 1974)