Baxanların
7054
İnternetə qoyma tarixi: 2010/12/05
Saytın kodu fa2512 Arxiv kodu 11266
Sualın xülasəsi
Buda dini, ilahi din olubdurmu?
Sual
Buda dini, ilahi din olubdurmu?
Qısa cavab

Bəziləri deyirlər: Buda ilahi peyğəmbərdir və onun dininin ilk əsasları vəhydən qaynaqlanır. Baxmayaraq ki, sonradan böyük təhrifə düçar oldu. Bu nəzəriyyə iki dəlilə əsasən qəbul oluna bilər.

1)- Qədimi buddizmin təlimlərinə diqqət etmək: Tarixin ona verdiyi təsir, peyğəmbərə məxsusu bir təsirdir. O yanmış Buda, camaatın nicat, agahlıq və oyanmasını, özünün ilk hədəflərindən sayır. Bu nicat tapmaq yalnız mərifət və əxlaqi fəzilətlər kəsb etmək sayəsində ələ gəlir. Qədimi buddizmdə ağıldan qaçma, sehr, cadu, cintutmaq, şeytanları qovmaq və təəccüblü əməllərin yeri yox idi. O öz zamanının hiddə aid "Şəgrus" ya "Qavvus" həyatı ilə mübarizə edirdi və o dövrün yayılmış düşüncəsinin əksinə olaraq, belə bir işləri mərifətdən qaçmağa səbəb bilirdi. Nəinki onun təhsilini.

Onun varlığın əsas məsələlərindən olan məbdə və məada olan baxışı tamamilə dinidir, irfani və fəlsəfi deyil. O həmişə, ruh, Allah və xilqət kimi şeylərin həqiqətin barəsində sükut edirdi və əqli və fəlsəfi maarifi bu işlərin həqiqətini anlamağa qadir bilmirdi. Yaxşıca bilirdi ki, ağılın fitrət dəstəsi və arqumentin taxta sutunu, müşahidədən yuxarı olan şeylərdən qaçır. Budaçıların müqəddəs kitabıbıb bəzi cümlələri, onların kitabıbıb (təhrif tələsinə düşməsinə baxmayaraq) vəhy və tövhidə kökünün çatmasından heç bir çəkk və şübhə qoymur.

2)- "Buluhər və Yuzasif" dastanında, bir hədis formasında, ilk dəfə rəvayət kitabı olan "kəmaləddin" də gətirilmişdir və "Yuzasif" ilahi peyğəmbərlərdən sayılır.

"Yuzasif" və "Budanın" eyni insan olmasına sübutlar əlimizdə var.

Deyilənlər qədimi buddizm barəsində idi. Amma sonradan formalaşan buddizm, Budanın Allahlığına inandı və ona pərəstiş etməyə başlasdı. İndiki buddizm ağıldan qaçma və sehr, cadu, tənasüx və mübhəm və qarışıq etiqadların simvoludur."Masuryadas, qərb buda dininin təsisçi və sözçüsü, indiki buddizmi, Allahı bir ayin kimi tanıtdırır ki, onda insani təcrübə, həqiqəti tapmaq üçün bir keçiddir.[i]



[i] - Müraciət edin: Daş. Suriya, daxili budanın oyaqlığı, Kərbasiyan, Məlihə, səh 159 və 259. Tehran, Mordad nəşri, 1379

Ətreaflı cavab

Nəzəriyyə: "Buda ilahi bir din gətiribdir."

Dəlil:

1. Qədimi buddizmin təlimlərinin mahiyyəti.

2. "Buluhər və Yuzasif" dastanı və onun "Budaya" tətbiqi.

Dəlil 1. Qədimi buddizmin mahiyyəti:

a). Qədimi buddizmin mahiyyəti:

Qədim buddizmin mahiyyəti, çox aydındır və heç bir fəlsəfi və ədalətcəsinə olan araşdırmalara ehtiyacsız və sirli müəmması yoxdur.

Porol yaratmaq və fəlsəfi və irfani çətin sözlər, sonrakı budaçıların düzəltmələridir.[1] Buddizm camaatı agah və ayıq etməkdən ibarət olubdur. Bu dinin ilk sutunu, fərdi və ictimai narahatlıq və əziyyəti aradan qaldırmaq və daxilin və xaricin aramlığında möhkəmlənmişdir.[2]

Dinin mühüm əsaslarından biri, onun sadə olmasıdır. Belə ki, onun təlimləri asanlıqla hamının əlinə yetişsin. Şübhəsiz qəbul etmək olmaz ki, bir dinin zahiri başağrıdan, şətin başadüşülməz təlimlərlə dolu olsun, amma eyni halda insanların hamısına xitab olunsun. Vəhdət baxışlı bir arifin ya ağıl mehvər bir filosofun, ümumi və hamının başa düşəcəyi bir din gətirməsini təsəvvür etmək, zehindən çox uzaqdır. Çünki bu iki üslubda işlənən terminlər hamının başa düşəcəyi səviyyədə deyil.

Ona görə də, ilahi din gətirənlər, öz üslublarını irfani ya fəlsəfi formada bəyan etməyiblər, əksinə bütün insanların fitrətinin başa düşəcəyi formada mərifət vasitəsinə qədəm qoyublar.

Əlbəttə qeyd olunan söz, ilahi dinlərin səthi olması mənasında deyil. Bütün dinlərdə, yüksək maarif gizlənibdir, söz buradadır ki, dərin deməklik onun ucu- bucağı olması deyil.

Qədimi buddizm, əsaslı formada, oracan ki, hidayət yolu ilə bir- başa bağlılığı olmayan fəlsəfi suallara cavab verməkdən qaçırdı. Buda metafizik sualların qarşısında sükut edirdi və cavab verməyə məcbur olduğu az yerlərdə də, ruhun varlığı və necə hidayət olmağı dərindən yiyələnə bilməməyi çatdırmırdı.[3]

Metafiziki məsələlərə belə yanaşma, ilahi dindən gözlənilən yanaşmadır. İslam peyğəmbəri (s) ruh kimi metafiziki məsələlərə cavab verərkən, belə yanaşması var idi.[4]

Sizin fikrinizcə, insanın elm vəsilələri, heç vaxt onunla qarşılaşmayan məfhumlarla qarşılaşa bilərmi?

(Metafiziki) məsələlərlə, qeyri maddədirlər. Bizim hissiyyatımız yalnız maddi cisimləri və ən uzağı görür və dərk edir. Deməli metafiziki məsələlər barəsində qədim budizmin nəzəriyyəsini sizin ağlınız təsdiqləyir.

Qədimi buddizm bu etiqadda idi ki, fəlsəfi və əqli məsələlərdə insanın həqiqi problemi, vəhylə dolu deyil, əksinə onun idrak və meyllərində xülasələnir. Şəhvətlərə və nəfsin istəklərinə qalib gəlmək üçün, əməli üslubdan istifadə etmək lazımdır. Bəzən bu şəhvətlərə qalib gəlməklə, tam bir saflıq əldə edir və vücudunun günəşi nur saşır.[5]

Belə baxışlar islam dininin təlimlərində də mövcuddur. O terdə ki, Allahdan qeyrisindən ruhunu təmizləmək və hikmətin qəlbdən dilə axmasından söz gedir.[6]

Xülasə budur ki, aşağıdakı meyarlara diqqət etməklə, ilk buddizmi ilahi bir din adlandırmaq olar:

  1. Buddizmin mənəvi və qeyri maddi məbdəsi.[7]

  2. Müqəddəs kitabda olan bəzi cümlələr, budaçıların həqiqi tövhidinə dəlalət edir.[8]

  3. Budanın kəsrət aləmindən (maddi aləm) vəhdət aləminə seyr etməsi və insanların əlindən tutmaq üçün vəhdət aləmindən çıxması.[9]

  4. Allahın zatını tanımağın qeyri mümkün olmasına etiqad bəsləmək.[10]

  5. Dünyanın əbədi olmamasına etiqad bəsləmək.[11]

  6. İnsanda ruhani ünsürün olmasına etiqad bəsləmək.[12]

  7. İnsanın cismin ölümü ilə fani olmaması[13] və ruhun yeni bir həyat tapmasına etiqad bəsləmək.[14]

  8. İnsanın maddi cisminin ölümündən sonra misali cism qalibində, öz həyatına davam verməyinə etiqadlı olmaq.[15]

b. İlk buddizmin etiqadi təlimləri:

1. Allah buddizmdə:

Buda heç vaxt Allahın zatı barəsində danışmadı və onu zehnində də araşdırmadı, çünki Allahın zatını dərk etməyi qeyri mümkün bilirdi.[16] Şiə imamlarından bizim əlimizə yetişən rəvayətlərin çoxunda, Allahın zatı barəsində danışmaq və təfəkkür etmək, qadağan olubdur.[17] İndiki buddizm aləmin xaliqini kəşf və müşahidə etməyi istəyir, onu isbat etmək istəmir.[18]

Bu təlimin kökü, qədim budanın təlimlərinə qayıdır. Çünki Buda dəlilin taxtadan olan sütunlarını, qeyri maddi dünyaya qədəm qoymaqdan gücsüz bilirdi.

Bizim etiqadımız budur ki, ağılın qeyri maddi aləm barəsində düşünməyə icazəsi var, amma nəzəri irfan və fəlsəfə formasında cilvələnən bu düşüncənin nəticəsi, bir şeydir: Qeyri maddi aləm barəsində heç nə bilmədiyimi, bilirəm. Bəli, qeyri maddi fəzaya yol tapmaq yalnız qeyri maddi olmaq və madi aləmin ünsürləri olmaması yolundan mümkündür. Bu islam təlimləri ilə (Allahın bəyəndiyi axırıncı din) qədim buddizmin təlimlərinin müştərək təlimlərindəndir.

İndiki buddizmin müqəddəs kitabının bəzi hissələrində belə gəlib:

"Mən Brəhməyəm. Mən böyük və uca Allaham. Mən məxluq deyiləm. Mən dünyanın yaratmışam. Mən dünyanın malikiyəm. Mən yarada, dəyişiklik edə və həyat bağışlaya bilərəm. Mən bütün şeylərin atası və başçısıyam."[19]

Bu cümlələr tövhid surəsinin ürək oxşayan sədasını insanın zehninə salır.

Nirvananın digər cümlələrinə əsasən, (fəalu ma yəşa; yəni nə istəsə onu edə bilən şəxs) sərmədi, şabit, qədim, zamana ehtiyacı olmayan, ölməyən, dünyaya gəlməyən, eyni xeyr, vahid və bizim həyatda əl çatmaz və yeganə mümkün kamil bir mövcuddur.[20]

Qədim buddizmi təsis edən Buda, indiki buddizmdə olanların əksinə olaraq, heç vaxt özünü mütləq Allah və qeyri məhdud bir varlıq bilmirdi və tale yaradan insan kimi olan bir Allaha da etiqadı yox idi.[21] Digər tərəfdən, dünyanın bütün varlıqlarını keçici, fani və dəyişilən sayırdı.[22] Nəticə almaq olar ki, "Brəhma" və "Nirvana" barəsində qeyd olunan xüsusiyyətlərin hamısı, yalnız yeganə Allaha aid ola bilər. o Allah ki, bir düşüncəyə sığmır və bütün maddi və hamıya aid məhdudiyyətlərdən də uzaqdır.

2-     Dünya buddizmdə:

Qədim Buda dünyanı nəzərində elə tutur ki, yalnız hidayət və insanın düzlüyünü ərməğan etsin. Onun nəzərindən, dünya keçici və əbədi olmayan bir həqiqətdir ki, onun dalınca düşmək əziyyət yaradır və rahatlığı aparır. Ona görə də belə bir həqiqət ona ürək bağlamağa layiq deyil.[23]

İmam Sadiq (ə) dünyanın keçici olmasını belə təsvir edir:

«... وَ اِن کانت الدّنیا فانیةً فالطمأنینة الیها لماذا»

Əgər dünya fani və keçicidirsə, onda ürək bağlamaq niyə?[24] İmam Həsən Müctəba (ə) dünyanın həqiqətini başqa formada aşkarlayır:

«...اِنّ الدّنیا دارُ بلاءٍ وَ فِتنةٍ و کلُّ ما فیها الى زوال»

"Dünya çətinliklər və imtahan yeridir və dünyada olan bütün şeylər, fanidir.[25]

3-     İnsan buddizmdə:

Qədim Buda insanda ruhani ünsürün olmasına təkid edir. İnsan cismin ölümü ilə, məhv olmur, əksinə təzə bir cism qalibində (misali, mələkuti) öz həyatına davam edir.[26]

Buda hidayət edən (kamil və ayıq insan yəni peyğəmbər) və ona itaət etməyə etiqadi idi. Amma buna da etiqadlı idi ki, təkamül yolunu özü getməlidir.[27]

Deməli insan hidayətçidən itaət etməklə təkamül yoluna qədəm qoyduğu üslublarla, şəhvətlərə qələbə çaldığı zaman, çıraq kimi özündən nur saçar və kamil bir saflıq tapar.[28]

İnsanın vücudunda qeyri maddi bir ünsürün olmasına və onun ölümdən sonra yaşamasına etiqad, həmçinin insanın hidayəti üçün hidayətçi və kamil insanın zəruriliyinə inam və habelə təkamül əldə etmək üçün, insanın öz ixtiyarı ilə hərəkəti, islam dininin qəti mövzularındandır.

Qədimi budizmin təlimlərində etdiyimiz qısa baxışla, indiki buddizmin köklərinin vəhyə qayıtması ehtimalı daha çox canlanır və daha dərindən diqqət mərkəzində olur.

Bunu qeyd etmək lazımdır ki, buddizm müxtəlif səbəblərə görə tövhidi din sayılmır və ilk budaçılıq təlimlərindən çox uzaqlaşmışdır. Çünki:

  1. Tənasuxə inanırlar.[29]

  2. Budaya pərəstiş edirlər.[30]

  3. Ağıldan uzaqlaşmaq, sehr, buddizmin etiqadlarındandır. Halbu ki, Buda öz ardıcılları bu məsələlərdən çəkindirirdi.[31]

  4. Yalnız cahiliyyət dövrünün camaatının düşüncəsində yaranmış, mərifəti əldə etmək üçün, saxta varlıqlar, Allahlar, şeytanlar və divlərin dövranını yad etmək üçün olan sutraları oxumağa etiqadlıdırlar. Buda indiki buddizmdə olan belə şeyləri inkar edir və insanın rəkamül yolunu getməyinə çalışmasına təkid edir.

  5. Başadüşülməz, qəliz, mənasız, məfhumların indiki buddizmdə yayılması. Qədim buddizmdə belə şeylər idi, və ay və günəş kimi aydın bir din idi.[32]

Dəlil 2. "Buluhər və Yuzasif" dastanı və onun Budaya tətbiq edilməsi:

Bu əhvalat ilk dəfə kəmaluddində,[33] sonra biharul- ənvarda[34] və eynulhəyatda[35] gəlibdir. Əllamə Məclisi (rh) bu rəvayəti dünyaya məhəbbət etməmək və onun eyiblərini bilməyin misilsiz nümunələrinin sırasında gətirilibdir. O, belə hikmətləri ömrün zay olmasına və xoşbəxtlik və rahatlığa əl tapmamağa səbəb olan, həyala, maddə və surət kimi məsələləribilməkdən ehtiyacsız və ondan xilas olmağa səbəb olmasını bilir.[36] Bu dastanda yuzasif ilahi peyğəmbərlərdən biri kimi bəyan olunubdur.[37]

Əlimizdə sübutlar var ki, islami hədisdə adı çəkilmiş "Yuzasif" Buda dininin Budasıdır.

Biz iki şahidlə kifayətlənirik:

1. Lüğəvi şahid .

2. Rəsmul- xətt.

Birinci şahid: Ərəb dilində olan xüsusi fars adları, başqa cür qeyd olubdur. Necə ki, çox hətta bütün yerlərdə "P" hərfi ərəb dilində "F" ya "B" hərfinə çevrilmişdir. Parsa fars və Pəhləviyə fəhləvi deyirlər. yaxud daha çox dəyişikliklə "Pərdisə" "Firdövs" deyirlər. Fars dilinin "dal" hərfini qədimdə ərəb dilinin "zal" hərfi kimi "za"hərfinə yaxın məxrəcdən tələffüz edirdilər, "zal" ya "za" hərfində yazıblar. Necə ki, "Yudasif"i "Yuzasif" və Bozorqmehri Bozocmehr yazıblar. Həqiqətdə xüsusi adlar, həmişə zaman boyu dəyişikliyə və oxunuş və yazılış müxtəlifliyinə düçar olur. Bu barədə o biri şahid budur ki, ağlasığan dildə "Şakmunis budasına" "Bur kamal çakyamunis" deyirlər.

İkinci şahid: Buda və Yuzasif dastanının həyatında oxşarlıq var.[38] Bu dastanın bəzi oxşarlıqları belədir:

1.      Anadan olma yeri (Hindistan) və cəmiyyətin yuxarı təbəqəsinə aid olmas.[39]

2.      Onun rahiblik və peyğəmbərliyi barəsində münəccimlərin xəbər verməsi.[40]

3.      Buda və Yuzasifin dünyanın fani və keçici olmasına təkid etmələri. İkinci dəlilə diqqət etməklə, qeyd edilmiş nəzəriyyə, daha qüvvətlənir və qeyd olunmuş sualın cavabı, açıqca ələ gəlir.

Sonda, yenə də əvvəlcə qeyd etdiyimiz sözə təkid edirik ki, qeyd olunmuş iki dəlilin nəticəsi, ilk buddizmin tövhidi olmasıdır. Necə ki, deyildi, Buda dini, zərdüşt və məsihilik dinləri, kimi, öz peyğəmbərlərinin əsl təlimlərindən uzaqlaşdı və təhrifə düçar oldu.



[1] - Aştiyani, Cəlaləddin, buddizmin irfani, səh 77

[2] - Aştiyani, Cəlaləddin, buddizmin irfani,səh 364

[3] - Buddizm və ceynizmin irfanı, səh 226, Müraciət edin: Tətbiqi dinin islam şunaslığı, Xodayar muhibbi, Mənuçehr, səh 160. Müraciət edin: Beyl Dorant, Mədəniyyət tarixi, Əhməd Aram, cild 1, səh 497

[4] - İsra surəsi, ayə 85

[5] - Binas, Can, Dinlərin ümumi tarixi, Hikmət, Əli Əsgər, səh 188

[6] - Müraciət edin: Vəsailuş- şiə, cild 11, səh 122- 124, Məhəmmədi Rey şəhri, Mizanul- hikmə, cild 2, səh 66. Məktəbi əlamul- islami.

[7] - Rəncbər, Əmir Hüseyn, Səmavi mənbələrin axtarışında, cild 1, səh 42

[8] - Rəncbər, Əmir Hüseyn, Səmavi mənbələrin axtarışında, səh 155

[9] - Müraciət edin: Dinlərin ümumi tarixi, səh 184. Seyid Həsən, İran və islamda buda əfsanələrinin inikası, səh 24.

[10] - Fənayi, Seyid Əbu Talib, İbrahimiyan, Mahmud, Tətbiqi din şunaslıq, cild 1, səh 57

[11] - Fənayi, Seyid Əbu Talib, İbrahimiyan, Mahmud, Tətbiqi din şunaslıq, cild 1, səh 58

[12] - Fənayi, Seyid Əbu Talib, İbrahimiyan, Mahmud, Tətbiqi din şunaslıq, cild 1, səh 60

[13] - Fənayi, Seyid Əbu Talib, İbrahimiyan, Mahmud, Tətbiqi din şunaslıq, cild 1, səh 60

[14] - Müraciət edin: Qədim dünya tarixi, Mömini Məhəmməd Baqir, Ənsari, Məhəmməd

adiq, Həmədani, Əli, cild 1, səh 381

[15] - Fənayi, Seyid Əbutalib, İbrahimiyan, Mahmud, Tətbiqi din şunaslıq, cild 1, səh 60

[16] - Fənayi, Seyid Əbutalib, İbrahimiyan, Mahmud, Tətbiqi din şunaslıq, cild 1, səh 57

[17] - Müraciət edin: Ət- tövhid, Şeyx Səduq, Seyid Haşim Hüseyni Tehrani, səh 454-

58

[18] - Səmavi mənbələrin axtarışında, səh 154

[19] - Səmavi mənbələrin axtarışında, səh 155

[20] - Səmavi mənbələrin axtarışında, səh155

[21] - Buddizm və ceynizmdə irfan, səh 77- 90- 107

[22] - İran və islamda Buda əfsanələrinin inikası, səh 36. Səmavi mənbələrin axtarışında, səh 155. Tətbiqi din şünaslıq, səh 54- 58- 60. İslami rəvayətlərdə dünya fani və keçici tanıtdırılıbdır. Müraciət edin: Ət- tövhid, 370- 378

[23] - Fənayi Seyid Əbutalib, İbrahimiyan, Mahmud, Tətbiqi din şunaslıq, səh 58- 60. Buddizm və ceynizmin irfani, səh 235

[24] - Ət- tövhid, 376- 378

[25] - Ət- tövhid, 376- 378 

[26] - Müraciət edin: Fənayi Seyid Əbutalib, İbrahimiyan, Mahmud, Tətbiqi din şünaslıq, səh 60- 62

[27] - Buddizm və ceynizmin irfanı, səh 296

[28] - Müraciət edin: Dinlərin ümumi tarixi, səh 188- 191.

[29] - Müraciət edin: Himət, Əli Əsğər, Dinlərin tarixi barəsində doqquz söz, səh 77, Qədim dünya tarixi, səh 381, Dinlərin ümumi tarixi səh 188- 191, Kəsmayi, Əli Əkbər, din və fəlsəfədə Allaha inam.

[30] - Tətbiqi din çünaslıq, səh 57- 58, Müraciət edin: Mübəlliği abadi, Abdulla, Dünyanın dinlər və məzhəblərinin tarixi, cild 1, səh ..... Səmavi mənbələrin axtarışında, səh 42.

[31] - Buddizm və ceynizmin irfani, səh 299

[32] - Buddizm və ceynizmin irfani, səh 77

[33] - Şeyx Səduq, Kəmalud- din və təmamun- nemə, Qaffari, Əli Əkbər, səh 577- 638

[34] - Əllamə Məclisi, biharul- ənvar, cild 75, səh 383- 485

[35] - Əllamə Məclisi, Eynul- həyat, səh 315- 386

[36] - Əllamə Məclisi, Eynul- həyat, səh 315- 386

[37] - Əllamə Məclisi, Eynul- həyat, səh 381- 384

[38] - İran və islamda Buda əfsanələrinin inikası, səh 44- 81

[39] - Müraciət edin: Eynul- həyat, səh 322, Rəzi, Haşim, Dünyanın böyük dinləri, səh 178

[40] - Eynul- həyat, səh 322, Dünyanın böyük dinləri, səh 188

Başqa dillərdə Q tərcümələr