Ətraflı axtarış
Baxanların
7923
İnternetə qoyma tarixi: 2006/12/12
Sualın xülasəsi
Aya İmam Zamanın (əc) yaşaması üçün ağıl dərk edən dəlillər varmı?
Sual
Aya İmam Zamanın (əc) yaşaması üçün ağıl dərk edən dəlillər varmı?
Qısa cavab
İmam Zamanın (əc) varlığı və o həzrətin imaməti, imamətin xüsusi bəhslərindəndir ki, bir başa ağıl dərk edən dəlillərdən bəhrələnmək olmaz. Bəlkə ağıl dərk edən dəlillərlə imamətin ümumi bəhslərində, hər bir zamanda imamın olması və rəvayət və tarixdən bəhrələnməklə imaməti yalnız həzrət Məhdinin (əc) vücudunda görmək olar və bu vasitəylə məqsədə nail olmaq mümkündür.
Bütün zamanlarda İlahi höccətin və məsum imamların olması lazımdır ki, bu da ümumi imamət bəhsin, ağıl dərk edən dəlillərindən biridir. Misal üçün nübuvvət və imamət Allah tərəfindən bir rəhmətdir və lütf qaydasına əsasən bu cür lütf həmişə olmalıdır. Bir çox rəvayətlərdə bunu isbat edir ki, bu kamil və məsum insan yalnız İmam Zamandır (əc) və bu rəvayətlər bir həddədir ki, onları inkar etmək mümkün deyil. Əlbəttə Əhli- sünnət məzhəbinin tanınmış alimləri də bunu qəbul edib öz kitablarında bundan söz açmışdılar ki: Həzrət Məhdi, İmam Həsən Əsgərinin (ə) övladıdır və hicri ilinin 255- ci ilində Samirra şəhərində dünyaya göz açmışdır, Allahın əmriylə, bir gün qeybət aləmindən zühur edəcəkdir.
Həzrət Məhdinin (əc) uzun müddət yaşaması heç bir şəraitdə qəbul edilməz deyildir; çünki ona İlahi tərəfdən verilən elmin vasitəsiylə və təbii elm və qaydalarla buna qüdrəti çatır ki, bu dünyada qocalıq əlaməti olmadan daha uzun müddətdə yaşasın.
Bundan əlavə bunu da qəbul etmək lazımdır ki, insaniyyət aləmində, Allah Taala öz höccətini, ədalətin icra olması, zalimlərin və zülmün yer üzündən götürülməsi üçün dünyada qərar vermişdir.
 
Ətreaflı cavab
İmam Zamanın (əc) varlı və o həzrətin imaməti, imamətin məxsus bəhrələrindəndir ki, onu isbat etmək üçün birbaşa ağıl dərk edən dəlillərdən bəhrələnmək olmaz.[1] Amma ümumi imamət bəhslərində və imamın hər bir zamanda sabit etmək üçün ağıl dərk edən dəlillərdən istifadə etmək olar.  İmamətin ümumi bəhslərində, ağıl dərk edən dəlillər İlahi höccətin (nişanənin) və məsum insanın yer üzündə olmasını isbat edir.
Əgər rəvayət və tarixi dəlilləri müqəddimədə gətirdiyimiz dəlillərə əlavə etmək ki, o həzrətin dünyaya gəlməsinə işarə etmişdir, məlum olur ki, bu zamanda Allahla rabitə yaradıb feyzə çatmağın tək yolu həzrət Məhdi (əc)- dir ki, indiki dövrdə yaşayır.[2]
İki əsl dəlil mənbəyinin tədqiqi:
  1. Ağıl dərk edən dəlillər bunu sabit edir ki, İmamın olması hər bir zamanda lazımdır:
  1. Lütf qanunu: Nübuvvət (Peyğəmbərlər) və imamət (imamlar) Allah tərəfindən mənəvi bir rəhmətdir ki, lütf qanununa əsasən hər bir zaman olmalıdır.
Lütf qanunu bunu tələb edir ki, İslam cəmiyyətində İmam olmalıdır ki, haqqınnişanəsi və cəmiyyəti hər bir nöqsanlardan çəkindirməlidir.
İmam Sadiq (ə)- ın bu cümləsi" həqiqətən Allah Taalanın şənindən uzaqdır ki, yer üzünü imamsız qərar versin"[3] mümkündür bu mövzuya işarə olsun.
İmam Zamanın (əc) lütfünü aşağıdakı yerlərdə saymaq olar:
  1. Tamam şəkildə İlahi dinin qorunması.[4]
  2. Nəfsin tərbiyəsi.
  3. Məzhəbin əbədi yaşaması.
  4. İnsanlar üçün həyatda olan nümunə.
  1. Nəticə illət qanunu: Kəlam (əqidə) elmində sabit olunmuşdur ki, Allahın öz işlərindən hədəf və məqsədi vardır, Allah mütləq kamilliyə sahib olduğu üçün, onda heç bir naqislik yoxdur.
Allahın hər bir işi isə yaratdığı varlıqlar üçün və insanlarla bağlıdır; insan kamildir, yəni insan bir ağac kimidir onun kamilliyi isə onun bəhrəsidir.
  1. Əşrəf (şərafətli olmaq) imkanı qanunu:
Fəlsəfə elmində əşrəf imkanı qanunu adlı bir qayda bəyan olunmuşdur; onun mənası bundan ibarətdir ki, şərafətə malik olan varlıqlardan yalnız məxsus bir mərtəbəyə malik olan varlıq nail ola bilər...[5]Aləmdə insan varlığı bütün varlıqların şərafətlisidir və heç bir varlıq, həyat, elm, qüdrət, sərvət və ... insanlıq məqamına çata bilməz; nəinki bu cümlələr Allahın nişanəsi və kamil insanla müqayisə olsun.
  1. Hər bir varlığı aşkar etmə qanunu:
Allahın mütləq varlığı hər bir şeyi aşkar etməsində, vəhdət (tək olması) hökümləri ona üstünlük tapır və Allahın zatının vahid (tək) olma onun atlarının çox olmasına macal yaratmır. Başqa bir tərəfdən isə zahirdə məlum olan əşyalar ki, aşkarda müşahidə olunur, çoxluq qanunu daxilində, tək bir varlıq qarşısında üstünlük təşkil edir. Buna görə də Allahın əmr və göstərişləri hər bir varlığa uyğun və onun həddindədir ki, Allahın vahid və bir olmasını isbat edib, çox Allahlğl inkar edir; bu da onun nişanəsidir ki, sifətlərin çoxluğu baxımdan Allahın tək varlığını və həqiqətini açıqlasın və bu bərabərlik kamil insan olmağa işarə etməkdir.[6]
Biz burada bununla kifayətlənib, oxucunu ətraflı məlumat əldə etmək üçün bu mövzuda geniş şəkildə yazılmış kitablara müraciət etməsini istərdik.[7]
  1. Vfilayətə rəvayət və tarix əsasında olan dəlillər və həzrət Məhdinin həyatını sabit edənlər hədsiz saydadır, nümunə olaraq bir neçə tarixi sənədlərə işarə edirik:
  1. Sünnü məzhəbinin bir çox alimləri bunu qəbul edirlər[8] və öz kitablarında buna işarə edirlər ki, Məhdi (əc) İmam Həsən Əskərinin (ə) övladı hicrətin 255- ci ilində Samirra şəhərində dünyaya gəlmiş və qeybət dövründə yaşayır ki Allah iradə etdiyi zaman zühur edəcəkdir.[9]
  2. İmam Həsən Əskəri (ə) övladı İmam Məhdinin dünyaya gəlməmişdən əvvəl dünyaya gələcəyini xəbər vermişdi, misal üçün o həzrətin bibisi "Həkimə xatuna" buyurdu: "Şaban ayının on beşində övladım Məhdi Nərgiz xatundan dünyaya gələcək".[10]
Əhməd ibni İshaq deyir: İmam Əbu Məhəmməd həsən Əskəridən (ə) eşitdim ki, buyurdu: Həmd və şükr olsun ki, məni dünyadan aparmadı mənim övladım və canişinimi mənə göstərdi.
O həzrət cism, əxlaq və rəftar baxımından, ən yaxın Allahın Peyğəmbərinə (s) oxşardır. Allah bir müddət onu qeybətdə saxlayacaq və sonra zühur edəcəkdir ki, bu zaman dünyanı ədalətlə dolduracaqdır.[11]
Bundan əlavə İmam Həsən Əskəri (ə) övladı dünyaya gəldikdən sonra, öz yaxın qohum əqrabasına İmam Məhdinin (əc) dünyaya gəlməsini xəbər verdi:
Məhəmməd ibni Əli ibni Həmzə deyir:
İmam Həsən Əskəri (ə)- dan eşitdim buyurdu: "Allahın bəndələrə olan höccəti, İmam və mənim canişinim hicrətin 255- ci ili şaban ayının onbeşi günəşin çıxdığı vaxtda dünyaya göz açdı.[12]
Əhməd ibni Həsən ibni İshaq Qumi deyir: İmam Məhdi (əc) dünyaya gəldiyi vaxt, İmam Həsən Əskəri (ə)- dan mənə bir məktub çatdı ki, onda yazılmışdı: Mənim bir övladım dünyaya gəldi. Bu mövzunu gizli saxla; çünki bunu yalnız öz dostlarıma və yaxınlarıma xəbər verirəm".[13]
İbrahim ibni İdris deyir: İmam əbu Məhəmməd əskəri (ə) mənim üçün bir qoyun göndərib buyurmuşdu:" Bunu övladım "Məhdinin" dünyaya gəlməsi üçün qurbanlıq et, özünə və ailənə yedird".[14]
  1. İmam həsən Əskəri (ə) İmam Məhdinin dünyaya gəlməmişdən qabaq bəşarət verməsi və dünyaya gəldikdən sonra yaxınlarına xəbər verməsindən əlavə, başqa bir addım atmışdır və oda bundan ibarətdir ki, şiələrin iman və yəqinini möhkəmləşdirmək üçün, onların bəzilərinə, Məhdini göstərmişdir.
Əhməd ibni İshaq deyir: İmam həsən Əskəri (əc) üç yaşlı uşağı mənə göstərib buyurdu: Ey Əhməd, əgər sən Allah və İmamlar (ə) yanında əziz olmasaydın, övladımı sənə göstərməzdim. Bil ki, bu uşaq Peyğəmbərlə bir adda və bir ləqəbdədir və o şəxsdir ki, yer üzünü ədalətlə dolduracaqdır.[15]
Müaviyə ibni Həkim, Məhəmməd ibni Əyyub və ,Məhəmməd ibni Osman ibni Səid Əmri deyirlər: Biz qırx nəfərlik bir dəstə İmam həsən Əskərinin (ə) evində toplaşmışdıq, həzrət övladı Məhdini bizə göstərib buyurdu: Bu sizin imamınız və mənim canişinimdir."[16] Əli ibni Bilal, Əhməd ibni Hilal, Məhəmməd ibni Müaviyə ibni Həkim və Həsən ibni Əyyub deyirlər: Biz bir dəstə şiə İmam Həsən Əskəri (ə)- ın evində toplaşıb həzrətin ondan sonrakı canişini olan oğlu haqqında sual etdik, bir neçə saatdan sonra o həzrət bir uşağı bizə göstərib buyurdu: "Məndən sonra sizin imamınız budur."[17]
Ömər Əhvazi deyir: İmam həsən Əsgəri (ə) övladını mənə göstərib buyurdu: "məndən sonra bu övladım sizin imamınızdır".[18]
İbrahim ibni Məhəmməd deyir: İmam həsən Əskərinin (ə) evində gözəl bir uşaq gördüm, o həzrətdən soruşdum: Ey Allah rəsulunun övladı, bu uşaq kimdir?
O həzrət buyurdu: Bu mənim övladımdır. Bu mənim canişinimdir."[19]
Yaqub ibni Mənfus deyir: İmam həsən Əskəri (ə)- ın hüzurunda hazır oldum və ondan sonrakı imamın kim olacağı haqqında soruşdum. Həzrət buyurdu: Pərdəni kənara ver, kənar etdim bu zaman beş yaşlı bir uşağı gördüm ki, bizə tərəf gəlirdi, gəlib imam həsən Əskərinin (ə) dizi üstündə oturdu.
Həzrət buyurdu: Bu sizin imamınızdır."[20]
  1. İmam həsən Əskəri (ə)- ın verdiyi bəşarətlərdən və o əziz övladı Məhdi (əc)- ın nişanələrini inanılmış və etimad qazanmış insanlara dediyinə işarə etdikdən sonra indi isə vaxt o inanılmış insanlara çatır ki, İmam Məhdinin (əc) nişanələrini və varlığını digər şiələrə çatdırsınlar və onları bəzi şübhələrdən nicat versinlər.
Həkimə xatun, Məhəmməd ibni Əli ibni Musa Rza (ə)- ın qızı, Osman ibni Səid Əmri həsən ibni Hüseyn Ələvi, Abdullah ibni Abbas Ələvi, Həsən ibni Mənzər, Həmzə ibni əbu əl- fəth, Məhəmməd ibni Osman ibni Səid Əmri, Müaviyə ibni Həkim, Məhəmməd ibni Müaviyə ibni həkim, Məhəmməd ibni Əyyub ibni Nuh, Həsən ibni Əyyub ibni Nuh, Əli ibni Bilal, Əhməd ibni Hilal, Məhəmməd ibni İsmail ibni Musa ibni Cəfər, Yəqub ibni Mənfus, Ömər Əhvazi, Xadim Farsi, Əbu Əli ibni Mutəhhər, Əbu Nəsr Tərif Xadim, Kamil ibni İbrahim, Əhməd ibni İshaq, Abdullah Məsturi, Abdullah Cəfər Həmiri, Əli ibni İbrahim Məhziyar və Əbu Fanim Xadim kimi şəxslər səy edib İmam Məhdinin (əc) dünyaya gəlməsini şiələrə xəbər vermişlər.
Həkimə xatundan bizə çatan rəvayətə diqqət edin: İmam həsən Əskəri (ə) bir şəxsi mənim sorağıma göndərdi ki, bu gecə (şaban ayının onbeşi) iftar etməyə mənim yanıma gəlsin, çünki bu gecə Allah öz höccətini aşkar edəcək. Soruşdum: bu uşaq kimdən dünyaya gələcək?
Buyurdu: Nərgizdən (Nərcis).
Dedim: Nərgizdə hamiləlik əlaməti yoxdur.
Buyurdu: Məsələ o cürdür ki, dedim. Mən oturmuşdum Nərgiz gəlib başmaqlarımı ayağımdan çıxarıb dedi:
Ey mənim xanımım, halın necədir?
Dedim: Sən mənim və ailəmin xanımısan. O mənim sözlərimdən təəcüblənərək narahat oldu və buyurdu: Bu nə sözdür?
Dedim: Allah- Taala bu gecə sənə bir övlad verəcəkdir ki, dünya və axirətin sərvəridir. Nərgiz mənim sözümdən utandı. İftardan sonra axşam namazımı qılıb yataq otağıma getdim. Gecə yarısından sonra durub, gecə namazı qıldım. Namazın təqibatından (namazdan sonra oxunan dualar) sonra yatdım və yenidən yuxudan ayıldıqda, gördüm ki, Nərgiz yuxudan durdu və gecə namazını qıldı. O otaqdan çıxıb günəşin çıxmasını bilmək istədim gördüm ki, fəcr vaxtıdır (gün çıxmamışdan əvvəl səmanın ağarması) amma Nərgiz yatıbdır. Bu vaxt fikrimdə bu sual canlandı ki, nə üçün Allahın höccəti dünyaya gəlmədi. Bu vaxt o biri otaqdan İmam həsən Əskəri (ə) məni səslədi: Bibican tələsmə verilmiş vədə zamanı yaxınlaşır. Mən oturub Quran oxumağa məşğul idim, Nərgiz xatunun yuxudan naragat qalxdığını gördüm, özümü tez bir zamanda ona çatdırıb soruşdum: Bir şey hiss edirsən?
Dedi: Bəli.
Dedim: Allahın adını zikr et, bu həmin xəbərdir ki, gecənin əvvəlində sənə demişdim, həyəcanlanma, ürəyini sakitləşdir. Bu zaman mənimlə onun arasında bir nurlu pərdə göründü, bir də onu dərk etdim ki, uşaq dünyaya gəlmişdir. Nərgizin üstündəki örpəyi götürdükdə, uşağı səcdə halında gördüm və Allahı zikr etməyə məşğul idi. Bu vaxt İmam həsən Əskəri (ə) məni səslədi: "Bibi övladımı mənim yanıma gətir" uşağı həzrətin xidmətinə apardım, o həzrət uşağı qucağına alıb əllərinə, gözlərinə və oynaqlarına əl çəkdikdən sonra sağ qulağına azan və sol qulağına iqamə oxudu. Və bu zaman buyurdu: "Övladım danış".
Uşaq dil açıb danışaraq şəhadətini dedi və sonra isə İmam Əli (ə)- a və digər İmamlara (ə) salam göndərdi. O zaman ki, atasının adına çatdı ona da salam göndərdi. Sonra İmam Əskəri (ə) mənə buyurdu: Bibi, uşağı anasına götür ona da salam versin. Sonra isə mənim yanıma gətir. Uşağı anasına götürdüm, anasına da salam verdi, sonra uşağı həzrətin yanına çatdırdım.
Həzrət buyurdu: Yeddinci gün mənim yanıma gələrsən, mən də yeddinci gün gəldim.
Həzrət buyurdu: bubucan, övladımı gətir, mən də gətirdim. Birinci gün kimi şəhadətini və imamlara salamı dilinə gətirdi; sonra isə bu ayəni oxudu:"
«و نريد أن نمنّ علی الّذين استضعفوا في الارض و نجعلهم ائمة و نجعلهم الوارثين»
Həkimə xatun xatun deyir: Bundan sonra bir gün o həzrətin xidmətinə yetişdim, pərdəni kənar etdim amma İmam Məhdini (ə) görmədim, dedim: Sənə fəda olum imam Məhdi hanı?
Buyurdu:Bibican, o da həzrət Musa (ə) kimi gizlində saxlanılır.[21]
  1. İmam həsən Əskərinin (ə) şəhadətindən sonra, imam Məhdi (ə) kəramət və imamətini sabit edən dəlilləriylə (möcüzə və ya möcüzəyə oxşar) öz imamətini və vücudunu imam Həsən Əskərinin şiələrinə göstərib höccəti onlara tamaladı.
Qeybət suğranın (kiçik qetbət) əvvəllərində, imam Sadiq (ə)- ın zamanından bu cür dövrün yaşanması üçün proqramlar hazırlanmış idi. Bunda ən mühüm vəzifələrdən biri bundan ibarət idi ki, şiələrdə yaranan hetrət və şübhələri aradan qaldırsın və onları qeybdə olan imama və onun dörd məxsus naiblərinə imam yaratmaqdır. O həzrətin naib və vəkillərinin irayə verdikləri düzgün şahidlər, kəramət və ilahi tərəfdən əta olunan elm vasitəsiylə bu iş həyata keşirildi.
Bəzi yerlərdə İmaməti təsdiq edən şhadət və kəramətlər bir başa İmam Məhdinin (ə) vasitəsiylə və bəzi yerlərdə isə səfirlər vasitəsiylə şiələr üçün açıqlanırdı ki, şiələr imam Məhdinin (ə) vücuduna iman gətirməkdən əlavə o həzrətin naib olmaqlarınada inam yaranırdı.
Kəramət və o həzrəti təsdiq edən dəlillər ən çox həzrətin birinci səfiri olan, Osman ibni Səid Əmrinin zamanında baş vermişdir; çünki bu vaxtlarda şiələr heyrət içindəydilər və imam Məhdinin (əc) vücudunu dərk etməmişdilər.
Seyyid ibni Tavus yazır: İmam Zaman (ə)- ı atası İmam həsən Əskərinin (ə) bir çox səhabələri görmüş və ondan şəri hökümləri və xəbərlər rəvayət etmişdirlər. bundan əlavə o həzrətin vəkilləri vardır ki, onların adları, nəsilləri, və vətənləri məlum idi. Onlar o həzrətin babası Peyğəmbərdən (s) xəbər verdiyi möcüzələri, kəramətləri, çətin məsələlərə cavab verməsini və qeyb aləmindən xəbər verməsini rəvayət etmişdirlər.[22]
Nümunələr:
Burada bir neçə rəvayətə işarə etməklə kifayətlənirik:
  1. Səd ibni Abdullah Əməri Qumidən rəvayətdir; o deyir: "həsən ibni Nəzr" ki, Qum şiələrinin arasında məxsus məqama sahib görülmüşdür, o imam həsən Əskərinin (ə) vəfatından sonra bu fikirdə idi. O və "Əbu Səddam" və başqa bir dəstə bu qərara gəldilər ki, sonrakı imamın kim olmasını öyrənsinlər. həsən ibni Nəzr, əbu Səddamın yanına gedib dedi: Bu il istəyirəm həccə gedim. Əbu Səddam bu səfərin gecikməsini ondan istədi, amma həsən ibni Nəzr dedi: Xeyr, mən bir yuxu görmüşəm, qorxuram, buna görə də getməliyəm. Səfərə hərəkət etməmişdən əvvəl (imama) çatacaq əmvalı Əhməd ibni Əli ibni Həmmada vəsiyət etdiki bu malları İmam həsən Əskərinin (ə) canişini təyin olana kimi özündə saxlasın:
Bağdada getdi və orada inanılmış yerlərdən xəbər əldə etdi, bundan sonra İmam Məhdinin (ə) imam olmasına və Osman ibni Səid Əmrinin məxsus vəkillərindən olmasına yəqin oldu.
  1. Məhəmməd ibni İbrahim ibni məhziyardan rəvayət olmuşdur; o deyir: İmam həsən Əskəri (ə)- ın vəfatından sonra onun caniçinin kim olacağı haqqında şəkk etdim. Atam onun vəkili idi və onun əlində çoxlu mal qalmışdı; atam o malları götürüb məni də öz yanında götürdü və yola düşdük, atam yolda xəstələndi, mənə bu mallar haqqında vəsiyyət edib dedi: Allahdan qorx və bu malları sahibinə qaytar. Hər kəs bu nişanəni sənə desə, malları ona verərsən. Sonra isə vəfat etdi. bir neçə gün İraqda qaldım, bu vaxt Osman ibni Səiddən mənə bir məktub çatdı ki, onda malların bütün əlamət və nişanələri yazılmışdır, o nişanələr ki, mən və atamdan başqa heç kəsin ondan xəbəri yox idi.[23]
Məhəmməd ibni İbrahim ibni Məhziyar bu kəramət və düzgün şəhadət vasitəsiylə İmam Məhdinin imamətinə və Osman ibni Səidin o həzrətin naibi olmasına yəqin tapdı.
  1. Əhməd Dinuri Siracdan rəvayətdir ki, deyir: İmam həsən Əskərinin vəfatından bir- iki il sonra həcc ziyarəti üçün Ərdəbildən hərəkət edib Dinura çatdım, camaat İmam Əskərinin (ə) canişini barədə heyrətdə idilər, Dinur camaatı mənim gəlməyimə sevindilər. oranın şiələri imam malı olaraq on üç min dinar mənə verdilər ki, amiraya aparım və həzrətin canişininə verim. Dedim: hələlik mənim üçündə həzrətin canişini məlum deyil. Dedilər: Sən bizim inandığımız insansan. Hər vaxt o həzrətin canişinini tapması ona verərsən. On üç min dinarı alıbözümlə apardım. Kermanşah şəhərində Əhməd ibni həsənlə görüşdüm, o da min dinar və bir neçə parça boxçası verdi ki, "imam malı" olaraq çatdırım.
Bağdadda həzrətin naibi üçün gəzirdim, mənə dedilər ki, üç nəfər naiblik iddiası edirlər. nlardan biri Baqtanidir. Onun yanına getdim və onu imtahan etdim; ondan həqiqi naib olduğunu sabit edən dəlil istədim amma məni qane edən cavab ala bilmədim. sonra ikincisinin yanına getdim onun adı da İshaq Əhmər idi. Onu da haqq yolda görmədim. Üçüncüsünün yanına getdim, onun adı Əbu Cəfər və yaxud Osman ibni Səid Əmri idi, hal- əhval soruşduqdan sonra dedim: Camaat mənə çoxlu mal vermişdir ki, onu İmam Əskərinin (ə) canişininə verməliyəm, indi isə heyrətdəyəm bilmirəm nə iş görüm.
O dedi: Ged Samirrada ibni Rzanın (İmam həsən Əskəri) (ə) evinə orada imamın vəkilini tapa bilərsən. Samirraya getdim və o həzrətin evində vəkili sorağlaşdım, qapıda duran şəxs dedi: Gözlə indi çölə çıxacaq. Bir neçə dəqiqədən sonra bir şəxs evdən çıxdı və məni evə apardı, hal- əhval etdikdən sonra ona dedim: Cəbəl nahiyəsindən bir miqdar pul gətirmişəm amma dəlil axtarıram. Çarəm budur ki, hət kəsdən o həzrətin naibi olmasına dəlil gətirsə, bu malları onun ixtiyarına verəcəyəm. Bu vaxt mənim üçün yemək gətirdilər, dedi yeməyini meyl et və bir az istirahət edərsən, sonra sənin işinə baxılacaq. Gecədən bir az keçmişdi ki, kişi mənə bir məktub verdi ki, onda yazılmışdı: Əhməd ibni Məhəmməd Dinuri gəlmişdir, bu qədər pul, kisə və boxça gətirmişdir o kisənin içində bu məbləğdə pul var və bütün məlumatı yazmışdı. O yazıda bunlar var idi: Flan zərrə sazın kisəsində onaltı dinar var. Kermanşahdan da bir kisə flan şəxsdəndir və flan boxça Əhməd ibni həsən Madəraninin tərəfindəndir ki, qardaşı yunsatandır və... bu məktubu oxumaqla bütün şəkk və şübhələr fikrimdən uzaq oldu; bundan sonra mənim üçün məlum oldu ki, Osman ibni Səid Əmri o həzrətin naibidir.
Həzrət bu məktubda mənə əmr etdi ki, malları Bağdada aparıb oada görüşdüyüm şəxsə təhvil verim.[24]
  1. Məhəmməd ibni li Əsvəddən rəvayətdir; o deyir: Qeybət- suğranın (kiçik qeybət) əvvəllərində bir qarı mənə bir parça verib dedi onu imam malı verim. Mən onu başqa çoxlu parçalarla özümlə götürdüm, Bağdada çatdıqda Osman ibni Səidin yanına getdim, o dedi: Bütün malları Məhəmməd ibni Abbas Qeymiyə ver. Məd də onları ona verdim yalnız qoca qarının verdiyi parçanı saxladım. Bundan sonra Osman ibni Səid beytul- mal tərəfindən mənə xəbər göndərdi ki, qoca qadının verdiyi parçanı da ona ver...[25]
  2. İshaq ibni Yəqubdan rəvayət olmuşdur; İshaq deyir: Osman ibni Səiddən eşitdim ki, deyirdi: İraqdan olan bir kişi mənim yanıma gəldi və bir qədər mal imam (ə) üçün gətirmişdi, həzrət onu geri qaytarıb dedi: Əmin oğlunun dördyüz dirhəm haqqını o puldan ver. O kişi bu sözdən təəccüblənib öz var- dövlətini təzədən hesab etdi. Bu vaxt məlum oldu ki, əmisi oğluna dördyüz dirhəm borcludur. O borcunu qaytardıqdan sonra, o pulun qalanını həzrətə verdi və həzrət də pulu ondan qəbul etdi.[26]
  3. Məhəmməd ibni Əli ibni Şazandan rəvayətdir ki, deyir: Camaat tərəfindən bir miqdar pul mənim yanımda toplanmışdı, bunu müqəddəs tərəfə çatdırmaq istədiyimdə gördüm ki, beşyüz dirhəmdən igirmi dirhəm azdır, bu miqdarı ona artırıb bir məktubda yazıb imam Məhdinin (əc) naibi Osman ibni Səidə göndərdim. Heç bir şeydə bu məktubda qeyd etməmişdim. O cavabyazmışdı ki; beşyüz dirhəm çatdı, onun igirmi dirhəmi sənin malın idi.[27]
Qeybət- suğranın əvvəllərindən bu kəramət və şahidlərin xəbər verilməsiylə, İmam həsən Əsgərinin (ə) şiələri tamamıyla İmam Məhdinin (ə) imamətini və Osman ibni Səidin onun naibi olmasına inamlı oldular. İmam Məhdinin (əc) gizli dünyaya gəlməsi və İmam Məhdinin (əc) imamətinin qeybətdə olması, həzrətin həqiqi köməkçiləri vasitəsiylə bir çox şübhələr qeybət- suğranın ilk illərində insanlarınfikirlərindən təmizləndi.
Şiələr həzrət Məhdinin (əc) kəramət və qeyb elmindən bəhrələnərək iki nöqtəni dərk etdilər: Birincisi bundan ibarət idi ki, İmamətin haqq yolu Peyğəmbər (s) və İmam Əli (ə) dövründən düzgün şəkildə təyin olunmuş və imamət, İmam həsən Əsgəridən (ə)- sonra İmam Məhdi- (əc)- ın ixtiyarına qoyulmuşdur.
Qeybət- suğra (kiçik qeybət) dövründə,həzrəti Məhdi (əc) pərdə arxasından şiələrə rəhbərlik edir.
İkincisi bundan ibarətdir ki, İmam Məhdinin rəhbərliyi ilə onun naibləri fəaliyyət göstərirdi və qeybət- suğra zamanında da fəaliyyət göstərirdi ki, bu məsuliyyəti Osman ibni Səid Əmri öhdəsinə götürmüşdü. Bunun üçün də şiələr İmam Məhdinin (əc) imamətinə iman gətirməkdən əlavə onun xüsusi naibini də qəbul etdilər.
Osman ibni Səidin vəfatından sonra həzrət Məhdinin (ə) göstərişiylə, onun oğlu Məhəmməd ibni Osman bu məsuliyyəti öz öhdəsinə götürdü. Bu vaxt şiələr nəinki imam amanın vücudunda, bəlkə Məhəmməd ibni Osmanın naib olmasında belə şübhə etdilər. Amma İmam Məhdini (əc) bir sıra kəramət və insanlara inam bağışlayan şahidləri, Məhəmməd ibni Osmanın həzrətin naibi olması şiələr tərəfindən qəbul olunmasına səbəb oldu. Baxmayaraq ki, bir neçə dünyapərəst və məqampərəst insanlar Məhəmməd ibni Osmanla müxalifət etdi. Onlar yalanda olsa belə həzrətin naibi olmasını iddia etdilər, amma Məhəmməd ibni Osman kəramət və doğru şahidlərdən istifadə etməklə onların iddialarını puç etdi, bu zaman şiələr Məhəmmədin haqq olmasına inandılar.[28] Sonra isə həsən ibni Ruhun naib olduğu dövürdə bəzi məxsus insanlar onunla müxalifət etdilər, amma kəramət gördüklərində bu müxalifətçilikdən əl çəkdilər üzr istədilər.[29]
Həsən ibni Ruhdan sonra naiblik Əbulhəsən Əli ibni .Məhəmməd Səmriyə çatdı və qeybət- suğranın son vaxtları elan olundu ki, bu da bir növ kəramət hesab olunur. İmam Məhdi (ə) hicri ilinin 329- u şaban ayının doqquzunda son vaxtlarının olmasını bildirir. Bulhəsən Əli ibni Məhəmməd Səmriyə bildirir ki: "Sən altı gündən sonra vəfat edəcəksən" vəkillik vəzifəsini öz yoluna qoy və camaatın malını özlərinə qaytar. Bundan sonra məxsus naiblik sona çatmışdır." Ravi deyir: Əbulhəsən Əli ibni Məhəmməd Səmrinin yanına getdim o bu məktubu mənə göstərdi. Mən həmin deyilən gün getdim, gördüm Əbulhəsən Əli ibni Məhəmməd Səmri can verən halındadır.[30]
Əlbəttə bu məktub şiənin haqq olmasını və İmam Zamanın (əc) vücudunu isbat edən başqa bir dəlildir.
İmam zaman (ə)- ın ömrünün uzun olması:
Uzun ömürlülük məsələsi, "həyata" bağlı olan məsələlərin bir hissəsidir. Həyatın həqiqət və mahiyəti insanlar üçün gizlidir, mümkündür ki, bəşər heç bir zaman bunun sirlərini dərk etməsin. Əgər qocalığı həyata əlavə olunan bir varlıq və yaxud onu həyatın qanunu kimi bilsək ki canlı varlıqlara əlavə olunur və zaman keçdikcə canlı bir varlığı təravətdən salıb ölümə doğru götürür. Bu demək deyildir ki, bu varlıq heç bir zaman təxirə salanı gecikmir. Bunun üçün də bəşər elmi qocalığın qarşısını almaq üçün yüksək addımlar atmışdır. Ondoqquzuncu əsrin sonlarında elmin inkişafı nəticəsində, uzun ömürlülüyə ümüd daha çox oldu, mümkündür ki, bu şirin yuxu yaxın gələcəkdə həqiqət olsun. Həzrət Məhdinin (əc) ömrünün uzun olması heç bir təəccüb doğurmur və elm və nəzəriyyə baxımındanda şübhəyə macal qalmır. Həzrət Məhdi (əc) İlahi elm və təbii yollardan istifadə etməklə uzun müddət dünyada yaşaya bilər, bu yolla mümkündür ki, qocalıqəlaməti onda aşkar olmasın.
Başqa bir tərəfdən isə əgər ömrün qısa olmasını ümumi qanun və yaxud çox vaxtlar bü cür olmasını qəbul etsək, hər bir işdə istisna olmasını, misal üçün bu aləmin təbii işlərində baş verdiyi kimi inkar edilməz və məlum bir məsələdir. Bitkilər, ağaclar və canlılar kimi ki, təbiətin qanununda keçmiş qədim və uzun ömürə sahibdirlər. bunun insan aləmində də olması heç bir təəccüblü məsələ yaratmır. İlahi höccətin, xəzinəsi ünvanı kimi saxlanılması, ədalətin icrası və zülmlə zalimlərin uzaqlaşması üçün istisna olması nəzərdə tutulur. Onu isə bütün təbiət aləmindən və zahirdə olan illətlərdən üstün tuturuq ki, təbiət qanunları onun bərabərində dəyərsiz bir şeydir və o (imam) bütün o varlıqların sərvəridir. Bunu dərk etməkdə mümkündür, baxmayaraq ki, sadə nəzərdə tutulmur. Əllamə Təba- təbainin dediyi kimi "İmam Zamanın (əc) həyatını təbiət aləmindən başqa bir aləm kimi qəbul etmək olar". Əlbəttə təbiətdə olmayan bir işin olması, həyatda o işin mümkün olmaması deyildir. Elm vasitəsiylə təbiətdən kənarda baş verən hadisələri rədd etmək olmaz; çünki heç vaxt sabit etmək olmaz ki, dünyada olan amillər, yalnız onlardır ki, biz onları görür və tanıyırıq. Amma başqa amillər ki, onlardan xəbərimiz yoxdur və yaxud onların təsirini biz görməyib dərk etmiriksə o demək deyildir ki, onlar yoxdur. Bunun üçün də mümkündür insanlar arasında bir şəxs və yaxud bir neçə nəfərdə hansısa amillər nəticəsində daha uzun ömrü, min və ya neçə min ili onlar üçün təmin etsin.[31]
Başqa bir tərəfdən tarixdə bir çox İlahi şəxsiyyətlər omuşdur ki, onlardan biri də həzrət Nuh (ə)- dır.
Quran bunu təyid edir ki, 950- il Peyğəmbərlik dövrü idi.[32] Şübhəsiz ki, onun ömrü bundan çox olmuşdur. Həzrət Xızır (ə)- ın da ömrü bu nişanələrdən biridir.[33][34] buna əsaslanaraq həzrət Məhdinin uzun ömürlü olmasını qəbul etmək olar o cür ki, ağılda bunu dərk edir.
 

[1] - Ağıl dərk edən dəlillər bir varlığı tanıtdıra bilmədiyi üçün, bu cümlənində (bir şeyi öyrənilən və öyrədilən) həmin mənada olmasıdır.
[2] - Bax: Nəhcül- vilayət, Ayətullah Həsənzadə Amuli, səh 7- 8
[3] - Bəsairul dərəcat, səh 485, bab 10, hədis 3
[4] - Kəşful Qina, Şəriful uləma, səh 148.
[5] - Nihayətul- hikmət, səh 319- 320.
[6] - Bax: Təmhidul- qəvaid. Səh 172, Təhrire təmhidul- qəvaid, Ayətullah Cavadi, səh 548- 555.
[7] - Əli Əsgər Rizvaninin , movud mənası kitabının mütaliəsi, səh 267- 283 faydalıdır.
[8] - Bəzi yazıçılar, sünni alimlərindən yüz nəfərdən çoxunun adını qeyd etmişdirlər ki, öz təliflərində imam Məhdinin (əc) dünyaya gəlməsindən söz açmışdırlar.
[9] - Məhəmməd ibni Təlhə Şafei, Mətalibul- usulda; İbni Sabbağ Maliki, Əl- fusul əl- Muhummədə; İbni Həcər afei, Əl- səvaiq Əl- məhrəqədə; və İbni Xəlkan Vəfəyatul- əyanda.
[10] - Müntəxəbul- əsər, səh 398- 399
[11] - Biharul- ənvar, cild 51, səh 161, həmin səh 397.
[12] - Həmin, səh 397.
[13] - İsbat Əl- hudat, cild 6, səh 436, Dadqostəre cahan, səh 103.
[14] - Biharul- ənvar, cild 52, səh 22.
[15] - Biharul- ənvar, cild 52, səh 23- 24.
[16] - Yənabiul məvəddət, səh 460, Biharul- ənvar, cild 52,səh 26.
[17] - İsbatul- hudat, cild 6, səh 311, Dadqostəre cahan, səh 107.
[18] - Yənabiul məvəddət, səh 46.
[19] - Dadqostəre cahan, səh 107
[20] - Biharul- ənvar, cild 52, səh 25.
[21] - Yənabiul məvəddət, səh 449.
[22] - Əl- təraif fi mərifəti məzahibul- təvaif, cild 1, səh 183- 184. Zindəqaneye Nəvvabe xasse İmam Zaman (əc) səh 93- 94.
[23] - Həmin, səh 518, hədis 5, Ricale kəşşi, cild 2, səh 813.
[24] - Biharul- ənvar, cild 51, səh 300- 302.
[25] - Həmin, səh 335.
[26] - Həmin, səh 326.
[27] - Kuleyni, Kafi, cild 1, səh 523- 524
[28] - Bax: Biharul- ənvar, cild 51, səh 316- 336; Kəmalud- din, səh 398.
[29] - Bax: Tarixe siyasiye İmame dəvazdəhum (əc) Casim Hüseyni, səh 197.
[30] - Kəmalud- din, səh 516; Biharul- ənvar, cild 51, səh 361.
[31] - Şiə dər islam, Əllamə Təba- təbai, səh 151.
[32] - Ənkəbut surəsi, ayə 14.
[33] - Kəmaluddin, cild 2, səh 385.
[34] - Məcəlleye hövzə, 70- 71- ci say, məxsus Bəqəyyətəllah əl- əzəm, (əc) 46- cı səhifədən sonra.
Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    163909 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    159654 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    118869 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    112077 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    106370 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    92724 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    54231 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    50125 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    45114 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    44572 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...