Baxanların
6663
İnternetə qoyma tarixi: 2012/04/17
Saytın kodu fa6508 Arxiv kodu 23638
Sualın xülasəsi
Həzrət Məhdi (ə) zühur edən zaman insanların bəzisi imanını əldən verər və kafirlərin bəzisi iman gətirərlər, buyuran rəvayət kimlər barəsindədir?
Sual
İmam Zaman (əc) barəsində, Mizanul- hikmədə olan rəvayət deyir: Ay və ulduza pərəstiş edən bəzi insanlar, İmamla olan dəstəyə qoşularlar və İmam Zaman (əc) tərəfdarı olmaları iddia edən bəzi insanlar onu tərk edərlər. Xahiş edirəm, bu hədis haqqında bu məsələni kim qaytarıb və kimlər barəsində olmaq haqqında izah verin?
Qısa cavab

Əl- mizan kitabındakı qeyd olunan hədis, Nomaninin "Əl- qeybə" kitabından nəql olubdur. Onun əsli belədir ki, cənab Nomani Qaimin (əc) zühuru zamanı şiələrin vəziyyəti barəsində, İbrahim bin Əbdul- həmiddən belə dediyini nəql edir: İmam Sadiq (ə)- dan eşidən bir şəxs mənə xəbr verdi ki, həzrət buyurdu: Qaim (əc) zühur edən zaman, o həzrətin ardıclarından olduğunu düşünən şəxs, bu işdən (həzrətə itaət) xaric olar və günəş və aya ibadət edənlər kimi şəxslər, o həzrətin

vilayətinə daxil olarlar".[1]

Bu hədisin raviləri düz danışan olsa da, hədis mürsəldir. Çünki, hədisin ravisi (İmam Kazım (ə)- ın səhabələrindən olan İbrahim bin Əbdul- həmid), onu İmam Sadiq (ə)- dan eşidən şəxsdən nəql edir və onun adını açıqlamır. Ona görə də, bu hədis sənəd cəhətdən mürsəldir.

Amma dəlalət etmə cəhətdən, rəvayət buna dəlalət edir ki: Həzrət Qaim (əc)- ın zühuru zamanı, özlərini həzrət Məhdi (əc)- ın ardıcıllarından və o həzrətin tərəfdar və köməkçilərindən düşünən şəxslər, o həzrətin vilayətindən xaric olarlar. (O həzrətin vilayətinə dözməzlər). Amma əksinə, mömin olmayanlardan və rəvayətin buyurduğu kimi, ay və günəşə ibadət edənlər (yəni müşrik) kimi bir dəstə, həqiqəti anlayıb, haqqı müəyyən edib, İmam Məhdi (əc)- in həqiqi səhabə və köməkçiləri sırasında olub və ona kömək edərlər.

Buna əsasən, ola bilsin rəvayət o şəxslər barəsindədir ki, iman və o həzrətin vilayəti olması iddiasında olan, amma imtahan qarşıya çıxan və əməl vaxtı yetişən zaman, o həzrətin vilayət və əmrlərinə itaəti yerinə yetirməyən şəxslər barəsindədir. İmam Zamanın (əc) zühuru ilə onlar nicat əhli omurlar, ola bilsin həlak olub və hətta haqq qoşunla mübarizəyə də qalxa bilərlər. Əksinə fikir cəhətdən zəif qalmış (kafir və müşriklər) bəzi insanlar ki, həqiqətən zülm və ədalətsizlikdən beziblər, o həzrətin ədalətli hökümətini görməklə, iman gətirib və o həzrətin vilayətinə daxil olarlar.

Əlbəttə, Əllamə Məclisi (rh) bbu rəvayəti həmin sənədlə amma bir az fərqlə belə nəql edibdir.

"Qaim (əc) zühur edən zaman, o həzrətin ardıcıllarından olduqlarını düşünən şəxslər, bu yoldan çıxıb və günəş və aya ibadət edənlər. (Yəni müşriklər) sırasında qərarlaşarlar".[2]

Yəni qeyri həqiqi möminlər, həzrətə kömək göstərməməkdən əlavə, hətta İslamdan xaric olub və müşriklərin dəstəsinə qoşularlar.

Əslində bu hədis, zühur zamanının çətinlik və müsibətlərinə işarə edir ki, əgər insan İlahi təqvaya malik olmasa və həqiqi iman və saleh əməlin pənahında olmasa, yolunu azacaq.

 


[1] - Nomani, Əl- qeybə, səh 317, Məktəbətus- Səduq, Tehran (Bita) Reyşəhri, Mizanul- hikmə, cild 1, səh 187, Darul- hədis, Qum, (Bita).

«حدثنا أحمد بن محمد بن سعيد ابن عقدة قال حدثنا حميد بن زياد عن علي بن الصباح قال حدثنا أبو علي الحسن بن محمد الحضرمي قال حدثني جعفر بن محمد عن إبراهيم بن عبد الحميد قال أخبرني من سمع أبا عبد الله ع يقول:" إذا خرج القائم ع خرج من هذا الأمر من كان يرى أنه من أهله و دخل فيه شبه عبدة الشمس و القمر»

[2] - Məclisi, Biharul- ənvar, cild 52, səh 364, çap ikinci, Muəssisətul- vəfa, Beyrut, 1403.

 

Başqa dillərdə Q tərcümələr