Baxanların
16240
İnternetə qoyma tarixi: 2011/12/25
Saytın kodu fa7318 Arxiv kodu 20130
Sualın xülasəsi
İmam Hüseyn (ə)ın Rüqəyyə adında qızı vardımı?
Sual
Bəziləri həzrət Ruqəyyə bintil- Hüseynin vücudunun olması barədə şəkk edir və şübhə yayırlar və hətta cəmiyyəti öz xəyallarına inandırmaq istəyirlər. Xahiş edirik ümumi fikirləri işıqlandırmaq və cəmiyyətdən şübhəni aparmaq üçün bu barədə istinad və istidadlı cavab yazasız ki, inşaəllah imkan həddində informasiya yayılmış ola.
Qısa cavab
Бу суалын хүласә ҹавабы јохдур. Изаһлы ҹавабы сечин.
Ətreaflı cavab

İnsanlıq kamalatının parlayan və isardan dolu olan Kərbəla kimi hadisələrdə bəzən yaşı az olan simalar diqqətlə araşdırılmır. Həzrət Ruqəyyənin (s.ə) tərcümeyi halı, əziz atası, əmisi və əmisi oğlanlarının və s... nurlarını şüasından təsirlənib və bu şüalarda qərar tutubdur. Buna görə də tarixi kitablarda imam Hüseynin (ə) kiçik yaşlı qızı Rüqəyyədən ad aparmayıb. Bəzi məqatillərdə (öldürülmə yerləri) imam Hüseynin (ə) sözlərindən yad olunub ki, buyurub:

«یا اُختَاه، یا اُم کُلثُوم وَ اَنتِ یا زَینَب وَ اَنتِ یا رُقَیّه وَ اَنتِ یا فاطِمَه و اَنتِ یا رُباب! اُنظُرنَ اِذا أنَا قُتِلتُ فَلا تَشقَقنَ عَلَیَّ جَیباً وَ لا تَخمُشنَ عَلَیَّ وَجهاً وَ لا تَقُلنَ عَلیَّ هِجراً»[1] 

Yəni: "Ey bacım, ey ümmü Gülsüm və ey eynəb! Ey Ruqəyyə, Fatimə və Rübab! Sözlərimi nəzərdə tutun (və yadda saxlayın). Elə ki, mən öldürüldüm, mənim üçün yaxanızı, üzünüzü cırmayın və yaraşmayan (xoşa gəlməyən) söz deməyin".[2]

Sözün mənasına və xitabın üslubuna diqqət etsək görərik ki, buyurur: "Elə ki, mən öldürüldüm, mənim üçün yaxanızı, üzünüzü cırmayın". Gümana gəlməz Həzrət (ə), üç, dörd yaşlı qızı belə xitabla çağıra

İmam Hüseyndən (ə) nəql olunan başqa bir sözdə həzrət belə buyurur:

«اَلا یا زِینَب، یا سُکَینَة! یا وَلَدی! مَن ذَا یَکُونُ لَکُم بَعدِی؟ اَلا یا رُقَیَّه وَ یا اُمِّ کُلثُومِ! اَنتم وَدِیعَةُ رَبِّی، اَلیَومَ قَد قَرَبَ الوَعدُ»[3] 

Yəni: "Ey Zeynəb, ey Cukəynə! Ey balalarım! Məndən sonra sizin üçün kim qalar? Ey Ruqəyyə, ey ümmü Gülsüm! Siz, mənim yanımda Allahın əmanətləri idiz, indi mənim ayrılıq vaxtım yetişibdir.

İmamın (ə) sözünün mənasına və üslubuna diqqət etməklə bu nəticəyə gəlmək olar ki, İmamın (ə) Ruqəyyədən məqsədi, həzrət Ruqəyyə (s.ə), onun 3 yaşlı qızıdır.

Başqa bir tərəfdən ən qədim mənbə ki, imam Hüseynin (ə) üç, dörd yaşlı qızından ad aparılıb, "Kamele bəhayi" kitabı, İmadəddin Təbərinin əsiridir. Bu kitabda belə gəlibdir: İmamın (ə) dörd yaşlı qızı vardı və atasına çox irad (bəhanə) tutardı. Bir gecə yuxuda atasının yanında oturduğunu gördü. Elə ki, yuxudan ayıldı atasını axtarmağa başladı və dedi: Atam hardadır? Artıq taqətim yoxdur? Ondan nə gördüyünü soruşdular. Dedi ki, gördüm atamın kənarındayam və o da məni yanında oturdub. Bu xəbər Yezidə çatanda dedi: Gedin atasının başını ona göstərin. Yaylığı tabağın üstündən götürən zaman Ruqəyyə (s.ə) atasının başını gördü, bir ah çəkdi və can verdi.[4]

Amma alimlər bəzi qərinələrə diqqət etməklə, belə bir qızın olmasını İmam Hüseyn (ə) üçün sabir edirlər. İmam Hüseynin (ə) şəxsiyyəti kitabında yazıçı bu barədə böyük müasir tarixçi və rical alimi olan mərhum ayətullah Mərəşi Nəcəfidən sual edir və belə cavab alır: "Baxmayaraq ki, etibarlı sənədlər belə bir qızın olması barədə sakitdir, lakin bu qədər məşhur olmaqla onu inkar etmək olmaz".[5]

İmam Rzanın (ə) hərəminə bağlı beynəmmiləli zəvvar jurnalının 135 sayında (isfənd ayı 1384 h. Ş) həzrət Ruqəyyənin (s.ə) məqbərəsindən maraqlı bir hadisə nəql olunur ki, kiçik xülasə ilə gətirilir. Bu jurnalda belə yazılıbdır: "Ayətullah Mirzə Haşim Xorasani deyir: Nəcəf alimlərindən olan hörmətli alim şeyx Məhəmməd Əli Şami mənə dedi: 90- dan çox yaşı olan və soyu seyid Mürtəzaya yetişən, bizim ona babamız ağa seyid İbrahim Dəməşqinin ancaq 3 qızı var idi. Bir gecə böyük qızı yuxuda həzrət Ruqəyyəni (s.ə) görür ki, ona buyurur: Atana de şəhərin hakiminə xəbər versin ki, mənim qəbrimi su basıbdır və təmirə ehtiyacı vardır. Qız bu yuxunu atasına deyir, amma ata onun aqibətinə xatir (çünki hökumət sünnülərin əlində olub) xəbər vermir.

Üç gecə bu yuxu təkrar olur, amma ata əhəmiyyət vermir. Dördüncü gecə özü yuxuda görür ki, həzrət əsəbi halda ona deyir: Nəyə şəhərin hakiminə demirsən qəbri təmir etsin? Seyid sabahısı gün şəhərin qubernatorunun yanına gedir və yuxuda gördüklərini ona izah edir. Hakim, şiə və əhli sünnənin böyüklərini toplayır və hamıdan istəyir ki, sabahısı gün qüsl edib qızılı açmaq üçün hazır olsunlar və göstəriş verdi ki, qızılı kim açsa qəbri də o açacaq və pak cəsədi qəbri təmir etmək üçün o çıxardacaqdırş. Amma qızıl seyid İbrahimdən başqasının əli ilə açılmadı. Bəli qəbrə su dolmuş idi. Seyid İbrahim pak bədəni üç gün dizlərinin üstünə qoydu və ağlayırdı. Namaz vaxtı bədəni təmiz parçanın üstünə qoyardı və sonra qucağına götürərdi. Bu üç gündə ki, qəbr təmir olunurdu, seyid heç vaxt yemək və suya ehtiyac hiss etmədi və hətta yuxuda ona qalib gələ bilmədi. Üç gündən sonra bədəni hazır olmuş qəbrdə qərar verdilər. 1323- cü ildə həzrətin qəbri İranın konsləri, hacı Mirzə Əli Əsgər Ətabək əminus- sultan tərəfindən təmir oldu və 1405- ci il Rəbius- sani ayının 23- də binanın külüngünü Suriyanın xeyriyyə naziri, doktor Məhəmməd Əl- xətib tərəfindən vuruldu. 1419- cu h. Q. Ilində bütün zinət işləri sona çatdı. Onun zinət əşyalarının hamısı İrandan Şama aparıldı və İranlı sənətkarların əli ilə təsis olundu.



[1] - İbni Tavus, əbul- Qasim əbul- ,Həsən ibni Sədud- din, Əl- luhuf ələ qətliyət- tufuf, səh 141, Üsvə nəşriyyatı, Qum, birinci çap, 1414 h. Q. Elamul- vəri, səh 236.

[2] - Həzrət Ruqəyyə (s.ə) barəsində tarixi nəzəriyyələrin axtarışından alınıb.

[3] - Təbəri, Əlaud- din, kamile Bəhayi, cild 2, səh 179 (hicrətin 6- cı əsri) (bu kitab, böyük alim, şeyx imadud- din Əl- Həsən ibni Əli ibni Məhəmməd Təbəri İmaminin əsəridir ki, Həlakuxan səltənətinin vaxtında İsfahanın hakimi, Bəhaud- dinin vəzirinin əmri ilə yazılıbdır. Bu kitabın kamele Bəhayı adı ilə adlandırılması buna görədir ki, Bəhaud- dinin əmri ilə yazılıbdır. Cavad Muhəddisi Aşuranın maarifi, səh 200- də bu mətləbi şeyx Abbas Quminin "Məntəhal- amalı" səh 437- dən nə nəql eləyir. Eyni bu mətləb tarixul- fey, səh 861- də gəlibdir. Məaliyus- sibteyn, cild 2, səh 127- də bu qızın adının Ruqəyyə olduğunu bildirir.

[4] - Bir dəstə yazıçılar, Movsuətu kəlimatil- imamil Hüseyn (ə), səh 511, darul- məruf nəşriyyatı, Qum, birinci çap, 1373 h. Ş.

[5] - Hüseynin (ə) şəxsiyyəti, səh 615.

Başqa dillərdə Q tərcümələr