Baxanların
7972
İnternetə qoyma tarixi: 2011/06/21
Saytın kodu fa825 Arxiv kodu 14696
Sualın xülasəsi
sms vasitəsi ilə naməhrəmlə zarafat etməyin hökmü nədir?
Sual
Evlənmək fikrində olmadığım bir naməhrəm xanımla, nəfsin istəkləri səbəbindən və ədəbsiz sözlər olmayan, cib telefonunun sms vasitəsilə zarafat etmək günahdırmı? Bu formada zarafat etməyin qadın sinif yoldaşlarımla da iradı varmı? Qeyd etməliyəm ki, mənim təqlid mərcəm Ayətullah Xamineidir.
Qısa cavab

Neçə məsələyə diqqət etmək sizə cavaba yetişməkdə kömək edə bilər:

1.     İnsandakı güclü instiktlərdən biri cinsi şəhvətdir ki,əgər azğınlaşsa onu ələ almaq qeyri mümkün ya çətin olacaq.

2.     Şəhvət instinktinin insanda aşkar olması və qələbəsi tədrici və pillə- pillədir. Qurani kərimin buyurduğuna əsasən şeytan siyasət yolu ilə, addım- addım öz hədəfinə yetişir.[1]

Müxtəlif cəmiyyətlərdə hər gün baş verən günah və cinayətlərin çoxunu araşdırmaq, adi məsələlərdən bunun başlamasını göstərir.

Ona görə də, ilk addımda şeytanın vəsvəsələrinin qarşısınıalmaq asandır. Çünki hələ şeytan və şəhvət instinktinin mövqeyi zəifdir. Amma əgər insan ilk addımda şeytan və nəfsə tabe olsa, onlarla mübarizə etməkdə öz mövqeyini zəiflədib və şeytani və şəhvani instinklərin güclənməsinə səbəb olacaq. Bu zaman onların qarşısında durma daha çətin olacaq. Başqa sözlə, həmişə qarşısını alma müalicədən daha rahatdır.

3.     Şübhəsiz müxalif cinslə zarafat etmək ədəbsizlik də olmasa, yolunu azma və şeytanın insana qalib gəlməsinə şərait yaradır. Ona görə də İslam dindən uzaqlaşma ilə mübarizədə, ona şərait yaradanların da qarşısını alır. Məsələn kişiləri, qadının yeri soyumadan orada oturmaqdan çəkindirir.[2] Yaxud qadınlara əmr verib ki, naməhrəmlərlə münasibətdə yumşaqlıq göstərməsinlər.[3]

Nəticə budur ki, ən yaxşısı budur ki, qadınla zarafatdan ədəbsiz də olmasa çəkinsinlər.

Təqlid mərcələrinin dəftərlərindən bu barədə soruşulan suallar aşağıdakılardır:

  1. Müxalif cinslə çətləşmək və adi sözlər danışmağın hökmü nədir?

Bütün mərcələr: Əgər günaha düşmək qorxusu olarsa, icazəli deyil.

  1. Naməhrəmlə zarafat etməyin hökmü nədir? Bütün mərcələr: Əgər (cinsi) ləzzət qəsdi ilə və ya günaha müşməyindən qorxsa, icazəli deyil.[4]

Sonda bir şeyi xatırlatmaq zəruridir:

Deyilənlərin hamısı ümumi bir hökmdür, ona görə də zarafatların növü arasında (zarafat çet, sms və ... vasitələrlə) və naməhrəmlərin növü arasında (sinif yoldaşı və ondan qeyrisi) heç bir fərq yoxdur. Yəni əgər naməhrəmlə zarafat, ləzzər qəsdi ilə ya günaha düşmək qorxusu olarsa, haram hökmündədir. Baxmayaraq ki, o naməhrəm sinif yoldaşı və zarafat da sms vasitəsi ilə yerinə yetirilibdir.



[1] - Bəqərə surəsi, ayə 168,

« وَ لا تَتَّبِعُوا خُطُواتِ الشَّیْطانِ إِنَّهُ لَکُمْ عَدُوٌّ مُبینٌ»

[2] - Mən la yəhzurul- fəqih, cild 3, səh 467,

«إِذَا جَلَسَتِ الْمَرْأَةُ مَجْلِساً فَقَامَتْ عَنْهُ فَلَا یَجْلِسُ فِی مَجْلِسِهَا أَحَدٌ حَتَّى یَبْرُدَ»

[3] - Əhzab surəsi, ayə 32.

«فَلا تَخْضَعْنَ بِالْقَوْلِ فَیَطْمَعَ الَّذی فی‏ قَلْبِهِ مَرَضٌ»

[4] - Tələbə risaləsi, səh 191 və 192.

Başqa dillərdə Q tərcümələr