Ətraflı axtarış
Baxanların
10486
İnternetə qoyma tarixi: 2011/09/10
Sualın xülasəsi
İnsanın ölümündən sonra ruhu dünyada gedən proseslərdən, baş verən hadisələrdən xəbərdar ola bilərmi?
Sual
"Ölənin ruhu o dünyada xəbərdardır?" – deyirlər. Bu, nə deməkdir? Necə xəbərdardır? Görəsən bizim dünya ilə əlaqəni mələklərin vasitəsilə yaradırmı?
Qısa cavab

Qurani- kərim ayələrindən, məsumlardan (ə) bizə gəlib çatan rəvayətlərdən ruhların ölümdən sonra dünyaya qayıtması, öz qohumlarının əhvalından və ... xəbərdar olması istifadə olunur. İlahi mələklərin də bu işdə vasitə olması nəinki inkar edilmiş, bəlkə açıq-aşkar bəyan edilmişdir.

Bir rəvayətdə gəlmişdir:

1.     "Həqiqətən, mömin (ruhu) öz ailəsini ziyarət edir; Deməli, sevdiyi şeyləri görə bilir, sevmədikləri isə ondan gizlədilir".

2.     "Allah-Taala bir mələyi ona (ruha) qoşar ki, şad olmasına səbəb olan şeyləri ona göstərsin ...".

Ətreaflı cavab

Cavabın daha aydın başa düşülməsi üçün bir neçə məqama diqqət etmək zəruridir:

  1. İnsan ruh və bədəndən təşkil olunmuşdur və ruh adlı həqiqətin insanlarda olması inkar olunası deyil. İnsan ruhu qeyri-maddi, canlı, bacarıqlı, şüurlu və ixtiyarlı bir gövhərdir ki, onu bəzən "nəfsi-natiqə" (nitqə sahib nəfs) və ya "rəvan" adlandırırlar.[1]

Ruhun bədənlə əlaqəsi tədbirlidir; yəni ruh daimi həyata malikdir. Ruh bədənlə əlaqədə olduğu müddətdə bədən ondan həyat kəsb edir. Ruh bədəndən ayrıldığı zaman isə bədən həyatdan məhrum və zaman çərçivəsində çürüyüb məhv olur. Buna baxmayaraq ruh öz daimi həyatına davam edir.[2]

  1. Ölümdən sonrakı həyat haqqında əqlani araşdırmalar təkcə ruhun daimiliyi və ya məadın zərurililiyi isbat edə bilər. Lakin belə məsələlərin xırdalıqlarını vəhy yolu ilə, imamların (ə) söylədiklərilə anlamaq olar.

  2. Sözügedən mövzuda olan ayə və hədislərdən ruhun ölümdən sonra dünyadakı proseslərdən agah olması istifadə olunur.

Nümunə üçün bir neçə hədisi diqqətinizə çatdırırıq:

  1. İshaq ibn Əmmar İmam Musa Kazimdən (ə) soruşdu: "Mömin (ölumundən sonra) ailəsini ziyarət edirmi?" İmam (ə) buyurdu: "Bəli". Dedim: "Nə qədər?" Buyurdu: "Dəyərlərinin hesabı qədər; bəzilləri

  2. hər gün, bəziləri isə hər üç gün"

İshaq ibn Əmmar deyir: "Həzrətin (ə) söylədikləri əsnasında anladım ki, buyurur: "Ən aşağısı onlar hər cümə (ailələrini ziyarət edirlər); Sonra dedim: "Hansı saatda?" Buyurdu: "Gün batanda və o ərəfələrdə, Allah-Taala onun şadlığına səbəb olan şeyləri ona göstərməsi, qəmlənməyinə səbəb olan şeyləri isə ondan gizlətməsi üçün Allah-Taala möminə bir mələk qoşur."[3]

  1. İmam Sadiq (ə) buyurur: "Həqiqətən mömin (ruhu) öz ailəsini ziyarət edir; sevdiyi şeyləri müşahidə edir, sevmədiyi şeylər isə ondan gizlədilir. Həqiqətən kafir də öz ailəsini ziyarət edir; Lakin sevmədiyi şeylər ona göstərilir, sevdiyi şeylər isə ondan gizlədilir." Sonra İmam (ə) buyurdu: "Onlardan bəziləri hər cümə, bəziləri isə əməllərinin hesabı müqabilində (ailələrini) ziyarət edirlər."[4]

  2. İlahi mələklər horizontal səbəblər silsiləsindən olub Allahın yaratdığı səbəblərdəndirlər. Ruhların Allahın izni ilə dünyaya qayıdıb ailələrindən xəbərdar olmasını, mələklərin bu işdə vasitəliklərini inkar edən heç bir arqument mövcud deyildir. Halbuki, sözügedən proseslərə gördüyümüz kimi hədislərdə işarə olunmuşdur.



[1] - Söhbət ruhla cismin əlaqəsindən gedirsə, onların arasındakı qarşılıqlı təsiri "rəvan" adlandırırıq. Yox, əgər ruha bədəndən ayrı müstəqil bir mövcud kimi yanaşırıqsa onu sadəcə ruh adlandırırıq.

[2] - "Əl-Mizan" təfsiri, cild.19, səh. 344

[3] - Əllamə Məclisi, "Bihar əl- ənvar", cild.6, səh. 268

[4] - Küleyni, "Kafi", cild.3, səh. 230

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Təsadüfi suallar

  • İllər boyu Quran dili ilə danışan müsəlman qadın kimdir?
    7901 تاريخ بزرگان 2011/06/18
    Bu müsəlman qadın Həzrət Zəhranın (s) kənizi Fizzə idi. Mötəbər rəvayətlərə görə o, illər boyu Quran dili ilə danışmışdır. ...
  • Heyvanlar və bitkilər Allahı necə zikr edirlər?
    10031 Qədim kəlam 2012/10/01
    İnsan elmi təbiətdə olan varlıqlara qarşı məhdud və həddindən artıq azdır. Amma təbiətdə olan varlıqlar Allahı necə zikr edirlər, bu mövzulardan biridir ki, onun necə olmasına bəşər elm və yol tapmamışdır. Bir çox ayə və rəvayətlərdə bəyan olmuşdur ki, həyatda olan hər bir şey Allahı zikr edir. Bu ...
  • Doğrudur ki, şiə alimləri deyirlər: Peyğəmbər Ayişənin altı yaşında olanda onunla zifaf etmək istəyirdi?
    8465 تاريخ کلام 2012/10/04
    Bizim ixtiyarımızda olan hədis və tarix bənbələrinə əsasən bu cür məsələylə qarşılaşmamışıq bəlkə bizim rəvayətlərdə gəlmişdir ki, həddi buluğdan əvvəl olan zifaf haramdır[1] və Peyğəmbərin (s) Ayişəylə zifafı barəsində olan rəvayətlərimizdə Ayişənin on yaşı olduğunu bildirir.[2] Bundan əlavə bu ...
  • Xums nədir və hansı yerlərdə aiddir?
    20768 Nizamlar hüquq və əhkam 2014/05/22
    Xums lüğətdə beşdə bir mənasındadır. Şəri termində isə əkinçilikdən, sənətdən, ticarətdən, təhqiqatdan və ya hər yolla ələ gətirilən gəlirdən beşdə birini Allaha xatir ayrılması və lazımı yerə çatdırılması deməkdir. Xums İslamda vacib əməllərdən biridir və Quranda onu cihad hökmü ilə birgə gəlmiş[1] və əhəmiyyətinə ...
  • Belə bir hədis nəql olunur ki, "Peyğəmbərimiz şeytanın başını kəsmişdir". Əgər belədirsə vəsvəsə məsələsi nə dərəcədə düzdür?
    8155 Qədim kəlam 2011/06/19
    Sualda qeyd edilən hədis bizim bəzi hədis kitablarımızda nəql olunmuşdur. Bu hədisin adı "yəvmu məlumdur" (məlum günü).İlkin surətdə buna belə açıqlama veririk ki, müqəddəs Qurani kərimdə İblis Allahın dərgahından qovularkən Allahdan müəyyən bir vaxtda kimi yaşamağı istəmiş və Allah Taalada ona bunu nəsib etmişdir. Yəni məlum bir ...
  • Digərlərinə nahaq təkfir (küfrdə təqsirləndirmə) və lənətin təsiri və şərii hökmü nədir?
    5420 Əməli əxlaq 2012/02/15
    Bizim dini təlimlərdə, digərlərinə nahaq təkfir nisbəti və lənətləməkdən çəkindirməkdən əlavə, İslam dini heç kəsə belə bir icazəni verməyibdir. Din rəhbərlərimizdən də rəvayətlərimiz var ki, deyir: Əgər bir şəxs, lənətə layiq olmayan şəxsi lənətləsə, bu lənət, lənət edən insanın özünə qayıdır. ...
  • Qadının şəxsiyyəti və məqamı İslam məktəbində hansı həddədir? Görəsən onlar da kişilər kimidirlər?
    8957 Əhkam və hüquq fəlsəfəsi 2011/02/14
    İslam dini nöqteyi nəzərində qadın və kişi arasında yaradılışın əsil hədəfinə (kamil və insanlıq nöqtəsi) çatmaqda heş bir fərq qoyulmamışdır. Belə ki, hər iki cins yaradılışın təkamül nöqtəsinə çatmaq üçün nə qədər çox çalışsalar bir o qədər də insanlıq aləmində uca məqama yiyələnəcəkdir. Amma bu məqama yiyələnmək üçün cinsiyyət heç ...
  • İnsan qeyri adi işlər görə bilərmi və bunun faydası nədir?
    7339 Əməli irfan 2011/05/30
    Sizin işarə etdikləriniz insanın ruhi gücünün nəticələrindəndir ki, bəzən dinin əmrlərinə əməl etmək və şərii nəfsi saxlamaq nəticəsində yaranır. Yəni insan Allaha yaxınlaşmaqla, Allahın "ismi- əzəminə" sahib olur və təkvini vilayətə əl tapır. Onun nəticəsində elə bir güc əldə edir ki, kainat maddəsində dəyişiklik edə bilər və maddi ...
  • Zamanın keçməsinə diqqət yetirməklə İmam Zaman (əleyhis-salam)-ın zahiri bədən quruluşu necədir?
    5766 Qədim kəlam 2011/10/20
    Həzrət Məhdi (əleyhis-salam) 255-ci hicri-qəməri ilində dünyaya gəlmişdir. Hal-hazırda 1432-ci (miladi 2011) il olduğunu nəzərə alsaq, bu ilin Nimeyi-Şəbanında o həzrətin 1177 yaşı tamam olacaqdır. İmam Zaman (əleyhis-salam) əziz atasının şəhadətindən sonra onun pak cənazəsinə namaz qılarkən camaat onu görmüşdü: buğdayı bir uşaq ...
  • İslam nəzərindən insanın xilqəti necə olmuşdur?
    6578 Qədim kəlam 2011/07/28
    Qurani-kərim insanın yaranışının əvvəli ilə əlaqədar müxtəlif təbirlər bəyan etmişdir. Bəzi ayələrdə insanın ilkin maddəsi “palçıq” deyə təqdim edilir, bəzi ayələrdə deyilir ki, “insanı sudan xəlq etdik”, digər ayələrdə də insan xilqətinin mənşəyi nütfə, bəzilərində ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    162919 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    155103 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    117818 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    109771 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    99032 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    91377 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    53391 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    45390 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    43790 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    42954 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...