Ətraflı axtarış
Baxanların
8253
İnternetə qoyma tarixi: 2011/02/14
Sualın xülasəsi
İslamda dövlətlə camaat arasındakı rabitə necədir? İslam cəmiyyəti üçün dövlət qarçısında haqqa qaildirmi?
Sual
İslamda dövlətlə camaat arasındakı rabitə necədir? İslam cəmiyyəti üçün dövlət qarçısında haqqa qaildirmi?
Qısa cavab

İslam hakimiyyətində cəmiyyət lazımlı olan rollardan biridir və aşağıdakı mərhələlərdə həmişə səhnədədirlər.

  1. İslam hakimiyyətinin seçilməsi.

  2. Böyük rütbəli şəxsiyyətlərin seçilməsi istər bir başa olsun istərsə də başqa yollarla.

  3. İslam rəhbəriylə məsləhətləşmək.

  4. Öz nümayəndələri vasitəsilə konustitusiyanın yazılmasında şirkət etməlidir.

  5. Dövlət məmurlarının əməllərinə, rəftar və sözlərinə nəzarət etmək.
Ətreaflı cavab

İslam və Quran ayələrinin nəzərində "camaat" dövlətin ən lazımlı qanunu kimi hesab olunur.

Qurani kərim buyurur:

«لقد ارسلنا رسلنا بالبینات و انزلنا معهم الکتاب و المیزان لیقوم الناس بالقسط...»

Yəni, biz Peyğəmbərlərimizi açıq- aşkar dəlillərlə göndərdik, onlarla (səmavi) kitab və mizan (haqqı batildən ayıran və ədalətli qanunlar) nazil etdik ki, insanlar ədalətə riayət etsinlər.[1]

Buna görə də, əgər islam ədalətin icra olunması üçün proqram tökürsə bəs cəmiyyətdə ədalət və bərabərliyin bərpa olmasına ehtiram qail olmuş və onu insanların ixtiyarında qoyur ki, ona riayət olunsun nəinki, hakim və rəhbərlərin ixtiyarında qoyulsun.

Cəmiyətlə hökumət arasında olan rabitəni aşağıdakı qismətlərdə xülasələşdirmək olar:

  1. cəmiyyət tərəfindən İslam hakimiyyətinin seçilməsi:

İslam hakimiyyətində, insanlar eşq və məlumatları olaraq və islama olan məhəbbətləriylə onu istəytib seçir və İlahi qanunların icra olmasını tələb edirlər. Əlbəttə ki, cəmiyyətin seçimi olmadan İslam hakimiyyəti qurula bilməz və ilahi qanunlarda icra oluna bilməz. buna görədir ki, imam Əli (ə) baxmayaraq Allah Taala tərəfindən insanlar üçün vəli və rəhbər təyin edilmişdi, amma camaat tərəfindən təyid edilməyən kimi, bu məsuliyyəti öz öhdəsinə götürmədi; çünki vilayət və rəhbərlik vəzifəsini yerinə yetirmək üçüqn insanlarda hazırlıq yox idi.

Amma hazırlıq olduğu zaman, o həzrət bu məsuliyyətin altından çəkilmədi. Həzrət bu haqda buyurur:

« لولا حضور الحاضر و قیام الحجة بوجود الناصر و ما اخذ الله علی العلماء ان لایقاروا علی کظة ظالم و لا سغب مظلوم لألقیت حبلها علی غاربها و لسقیت اخرها بکأس اوّلها و لألفیتم دنیاکم هذه ازهد عندی من عفطة عنز...» [2]

Yəni əgər bir çox sayda beyət edənlər olmasaydı və mənə kömək olan insanlar bunu höccət (dəlil) olaraq mənə tamamlamasaydı, Allah əgər alimlərdən vədə almasaydı ki, məzlumların ac vəzülkmar hakimlərin qarınlarını doyuzdurduqları zaman sakit olmasınlar, xilafət dəvəsinin cilovunu üstünə atıb onu azad buraxardım və xilafətin sonunu onun birinci badəsiylə qoyurardım. O zaman görərdiniz ki, sizin dünyanız mənim üçün keçinin burnunun suyundan da qiymətsiz bir şeydir.[3]

Həzrət Əlinin (ə) bu cümlələri bunu bildirirki, baxmayaraq hökumət təşkil vermək ədaləti icra edib məzlumun haqqını zalımdan almaq, Allah tərəfindən imamın öhdəsinə qoyulmuş bir vəzifədir, amma bu vəzifə camaatın beyəti və difasıyla deyildirsə, camaatın islam dövlətini təşkil vermək üçün səhnədə hazır olmazsa, imamın vəzifəsi deyil insanları güc vasitəsiylə özündən itaət etməyə məcbur etsin. İmam insanları ayıldaraq insanları hazırlaşdırmalıdır.

İmam Xumeyni (rəh) camaatın beyəti haqda deyir: "Müsəlmanların işlərinin uzadılması və hökumətin olması onların rəyinə bağlıdır" çünki kanistusiyada ona (müsəlmanların rəyinə) işarə olunmuşdur. İslamın əvvəllərində onu "vəliyi müslimin) "Müsəlmanların rəhbəriy"lə beyət etmək adlandırırdılar.[4]

İslam hakimiyyətində rəhbər, Allahın əmr etdiyi işləri və əhkamın icraçısı və beyəti qəbul edən deməkdir. Əlbəttə yalnız bu mənada işlənilmişdir.

  1. Hakimiyyətə seçilən rəhbərlər cəmiyyət tərəfindən seçilməlidir:

İslam hakimiyyətində (rəhbər, dövlət başçısı, depudatlar...) camaat tərəfindən seçilməlidir ki, bunlardan bəzisi bir başqa və bəziləri isə başqa bir yolla seçilməlidir.

Camaat bir başa dövlət başçısın, depudatları, bələdiyyə rəhbərliyini seçir. Amma camaatın birbaşa seçkilərdə iştirak etməməsi budur ki, (bir vasitəylə) rəhbərin təyin olunmasında öz nümayəndələri tərəfindən rəy verilir.

Bunun kimi (bir vasitəylə) nazir və yaxud ali rütbəli məsuliyyətlər dövlət başçısı və yaxud depudatlar tərəfindən seçilir.

İslam hökumətində lazım olan işlərdən biri də böyük məqamlı rəhbərlərin təyin edilməsi camaat tərəfindən təyin olmasıdır. İslam inqilabının banisi imam Xumeyni (rəh) bu mövzuda deyir: "İş bacarın və etimadlı şəxslərin vəzifəyə təyin edilməsi camaat tərəfindən olmalıdır; və bu işlərin məsuliyyətini onlara tapşırmaq lazımdır."[5]

Başqa bir yerdə isə buyurmuşdur:

"Biz deyirik o şəxs ki, istəyir dövlətin məsuliyyətin öz öhdəsinə götürüb idarə etsin, o şəxsi biz istəyirik öz taleyimizi ona tapşıraq, elə bir insan olmalıdır ki, camaat onu təyin etsin və camaatın seçimiylə qabağa getsin."[6]

  1. İslam rəhbərinin camaatla məsləhəti:

Hakim bunu özünə lazımlı bilməlidir ki, camaatın nəzərindən xəbərdar olub və camaatı idarə etmək üçün onların ən yaxşısından bəhrələnməlidir. Əlbəttə bunu da qeyd etmək lazımdır ki, son nəticə hakimin öz ixtiyarındadır; istər öz rəyinə əməl etsin və yaxud başqalarının.

Doğrudur ki, əgər bir məsələnin hökmü Allah və yaxud məsum (ə) tərəfindən sadir olmuşdursa hakim o hökm əsasında əməl etməlidir; baxmayaraq ki, camaatın nəzəriylə müxalifdir və camaatın da müxalifətçilik etməyə haqqı yoxdur. Çünki onlar özləri istəmişdirlər dövlətləri islamın göstərişləri və qanunları əsasında olsun. İmam Əli (ə) buyurur: "Sizin dediyinizə görə mən sizinlə bir araya gəldim, and olsun Allaha ki, mənim hakimiyyət və rəhbərliyə əlaqəm yox idi. Amma siz məni bu iş üçün dəvət etdiniz və bu işi mənim ixtiyarıma buraxdınız. Mən də sizin istəyinizi rədd etməkdən qorxdum ki, ümmət arasında müxalifət düşsün. Mənim ixtiyarımda olduqdan sonra Allahın kitabına və rəsul əkrəmin dediklərinə diqqət etdim və Allahın kitabı və onun rəsulunun dediklərindən bəhrələndim; beləliklə sizin və başqalarının nəzərinə ehtiyac duymadım. Amma əgər bir məsələ haqda Allahın kitabı və Peyğəmbərin göstərişlərindən hökm əldə edə bilməyib məsləhətə ehtiyacım olduğu zaman sizlərlə məsləhətləşməyə hazıram."[7]

Bəs imam Əli (ə) bu uca və böyük məqamı və elmiylə buyurur:

«سلونی قبل ان تفقدونی»

Yəni nə qədər ki, mən sizin aranızdan getməmişəm, öz məsələləriniz haqqında məndən soruşun.[8] Bir çox məsələlərdə özünə lazım bilir ki, camaatla məsləhətləşsin, doğrusu budur ki, məsum olmayan rəhbərlərdə təzə məsələlərdə iş bacaran və dünya görüşlü insanlarla məsləhətləşməlidir. Hal- hazırda nəzər sahibləriylə məsləhətləşib və ən çox üstünlük rəylə işə başlamaq, təşkilatlar və kanistusiyaya əsaslanaraq icra olunur. Amma bu iclasda qanun rəyin çoxluluğuna bağlıdır; yəni hər hansı bir məsələdə rəy üstünlük təşkil verərsə, o qanun icra olunacaqdır.

Bunun üçün də İslam dövlətində, camaat öz nümayəndələri tərəfindən qanunun sadir edilməsində (ölkə daxilində icra olunacaq qanunlarda) şirkət etməkləri mümkündür və burada şirkət edərək ölkənin daxili işlərində öz nəzəriyyələrini irəli sürə bilərlər.

  1. Qanununsadir olmasında şirkət etmək.

İslam dövlətində camaat İslam şurasının iclasında olan nümayəndələr tərəfindən, ölkədə icra olan qanunların qəbul olunmasında haqları vardır. Bunu bu cür deyək ki, kanustusiyanın qəbul edilməsi, ölkəni idarə etmək deməkdir və o da referendom və yaxud camaatın rəyi nəticəsində qüvvəyə minir.

  1. Camaatın rəhbərlərə nəzarəti:

Camaat gözü açıqlıq və eşidən qulaqlarıyla, rəhbərlərin bütün əməl və rəftarlarının nəzarət altında saxlayırlar. Əlbəttə keçmiş dövrlərdə də hakimiyyət rəhbərlərini də bu cüröz nəzarətləri altında saxlayaraq dövlət işlərində hər hansı nöqsanı müşahidə etdikdə etirazlarını bildirərək onun qarşısını alırdılar.

İslam dövlətində ilahi qanunların bəyənilmiş şəkildə icra edilməsi və islam göstərişlərinə riayət etməklə misal üçün ədalət bərabərliyə riayət etmək, cəmiyyətdə olan bərabərsizliyi aradan qaldırmaq, insanların hüququnu qorumaq, hakimiyyət etmək üçün güclü qüdrətə və rəhbərliyə yiyələnmək, təkəbbürdən uzaq olmaq, Allah və camaat qarşısında məsuliyyət hissi keçirmək, başqalarına nəsihət etməkdən əvvəl özünə nəsihət etmək, işlərində və sözlərində düzgün olmalı bir sözlə Quranın və ilahi rəhbərlərin əmrlərinin icra olunmasına nəzarət edirlər.

Bu nəzarətlər bir çox şəkillərdə ola bilər ki, onlar aşağıdakılardan ibarətdir:

A). Tanınmış (gözəl) işlərə əmr edib bəyənilməyən (inkar olunmuş) işlərdən çəkindirmək: Din təlimləri insanları bu böyük və lazmlı iş uğrunda xüsusiylə də məsuliyyətli şəxsiyyətləri səylərini göstərməyə çağırır.

İmam Əli (ə) buyurur: "Bütün yaxşı işlər və Allah yolunda cihad, insanları yaxşı işə dəvət edib pis işlərdən çəkindirməyin qarşısında bir damcını böyük bir dənizin dalğalarıyla müqayisə etmək kimidir.

Həqiqətən insanların başqalarını yaxşı əməllərə dəvət etməsi və çirkin işlərdən çəkindirməsi, onların ömrünün qısalmasına və ruzilərinin azalmasına səbəb olmaz; bəlkə bunlardan əlavə haqq sözü zalım hakimin qarşısında demək kimidir."[9]

Zalım hakimin qarşısında haqq sözü deməyin dəyəri budur ki, hər bir halda camaat öz rəhbərindən və onun dediklərindən itaət edir; onların bu cür hakimin itaəti nəticəsində cəmiyyətdə fəsadlıq artır. Bunun üçün də onlara (rəhbərlərə) haqqı söyləmək böyük bir əhəmiyyət daşıyır.

İmam Baqir (ə buyurur: "Hər kəs zalım rəhbərin yanına gedib onu Allah təqvasına doğru əmr edib nəsihət etsə və təqvasızlığın aqibətindən qorxutsa, insanların cinlərin və onların gördükləri işləri qədər ona savab verilər."[10]

İslam nəzərində, hakimləri yaxşı işlərə dəvət etmək vəçirkin içlərdən çəkindirməko qədər böyük əhəmiyyət daşıyır ki, onu tərk edəni ilahi əzaba düçar olmasına qaildir.

İmam Əli (ə) buyurur: "Allah Taala heç vaxt bir dəstə günahkar insanlar üzündən bütün insanlara əzab etməz, amma əgər o bir dəstə aşkar olaraq günah edərkən başqaları onlara etiraz etməzlərsə, hər iki dəstə Allah əzabına düçar olacaqlar."[11]

B). İlahi rəhbərlərin nəsihəti:

İmam Əli (ə) özüylə (imam olaraq) camaat (ümmət) arasında qarşılıqlı hüquqların açıqlamasında buyurur: "Ey camaat! Mənim sizin və sizin də mənim boynumda vacib olan bir haqq vardır...

Amma mənim sizin boynunuzda olan haqqım budur ki, mənimlə olan beyətinizdə vəfalı olub, aşkarda və gizlində (xeyirxahlıq üçün) məni nəsihət edəsiniz..."[12] burada nəsihət imamların və ilahi rəhbərlərin xeyirxahlığı deməkdir; yəni lazımdır ki, camaat, cəmiyyət üçün olan xeyirxahlıqlarının sirrini və öz hakimlərinin işlərinə necə nəzarət olunmasını bilməlidirlər. bu vaxt həqiqət və haqqı qorumaq üçün heç bir halda zalım hakimdən itaət etməyib haqqı aşkar etməlidir.

İran islam Respublikasının kanustusiyasında camaatın hakim və rəhbərlərə nəzarəti:

A)- Bir- başa nəzarət:

Konustusiyanın birinci fəslinin, səkkizinci bəndində yazılmışdır: İran islam respublikasında, xeyrə dəvət, yaxşı işlərə əmr edib çirkin işlərdən çəkindirmək hər bir vətəndaşın vəzifəsi və camaatın arasında qarşılıqlıdır; istər dövlət camaata qarşı olsun istərsədə camaat dövlətə qarşı...."[13]

B)- Vasitə yoluyla nəzarət:

Hökumət məmurlarının vəzifəsi fəaliyyəti və cəmiyyətin çox olmasıyla bağlı, bütün camaatın bir- başa rəhbərlərə nəzarət etməsi imkansızdır. Bunun üçün də onların işlərinə nəzarət vasitə yoluyla həyata keçirilir.

Camaat bir neçə nəfəri dövlət işləri üzrə nümayəndə olaraq seçirlər. məsuliyyətləri onların öhdəsinə qoyduqdan əlavə özlərinin nəzarət vəzifələrini də onlara tapşırırlar, baxmayaraq ki, bu ixtiyarı (nəzarəti) tamamıyla öz əllərindən verməmişdirlər.

İran İslam respublikasının konustusiyasında (qanunvericiliyində) bir çox maddələrində, bir çox işlərin icrası üçün camaat tərəfindən nümayəndələrin seçilməsinə işarə olunmuşdur. Onlardan bir neçəsinə işarə edirik:

  1. İslam şürası məclisində nümayəndə seçilməsi qanunun qüvvədə olması və bunun kimi lazımlı olan bir çox qanunların icrasında nəzarət üçün bir çox yollar vardır ki, onlardan daha çox lazımlısı bunlardan ibarətdir: Ölkə işlərinin hər birində ayrı- ayrılıqda axtarış və tədqiq aparmaq, çatışmamazlığı demək, sual, hər bir naziri tanıtdırmaq, dövlət başçısı nazirlər kabineti və müxtəlif orqanlar tərəfindən camaatın şikayətlərini həll etməlidir.[14]

  2. Dövlət başçısının icra başçısı, qanun icraçısı, daxili işlər naziri, və hər bir naziri istənilən iş üçün təyin etməyə səlahiyyəti vardır.[15]

  3. İslam rəhbərinin seçilməsi üçün nümayəndələrin təyin edilməsi, bu məqsədlə ki, cameye şərait (rəhbərliyə ləyaqəti olan şəxs) rəhbərliyə təyin edib, onun bu vəzifədə qalmasının şəraitini araşdırmaq.[16]

  4. İslami Şuraların, məntəqə, rayon və kəndlər də seçilməsi, bunun üçün ki, nəzərdə tutulmuş qanunlar əsasında öz vəzifələrini yerinə yetirsinlər.

Bundan əlavə seçkilərin düzgün qaydada aparılması prosesinə nəzarət etsinlər.[17]

A-    Camaatın, rəhbər və dövlət məmurlarına başqa yollarla nəzarəti:

  1. Siyasi və elmi qurumların nəzarəti.[18]

  2. Ümumi mətbuat.[19]

  3. Nümayiş və aksiyalar.[20]

  1. Camaatın dövlətlə bir olması və ondan himayət etməsinin faydası.

İslam hakimiyyəti qeyd olunduğu kimi camaatın rəyinə bağlıdır, bundan əlavə onun davamlı olması isə camaatın himayətinə ehtiyacı vardır. Camaatın dövlətdən müdafiə etməsi hökuməti daxildən və xaricdən olan düşmənlərdən qoruyub saxlayır.

İmam Əli (ə) bu mövzuda öz sözləriylə malik Əştərə olan naməsində bu cürgöstəriş verir ki, onun sığınacaq yeri hər bir halda və hər bir şeydə zəhməti olan onsanlar olsun; sərvətli və təkəbbürlü insanlara sığınmaqdan amanda qalaraq hər zaman birinci dəstənin razılğın əldə etmək fikrində olsun.[21]

İmam Xumeyni (rəh) bu mövzuda buyurur: "Dövlətin himayəçisi millət olmalıdır, əgər dövlətin himayəçisi olmasa o dövlət dağılacaq."[22] Başqa bir yerdə buyurur:

"Hər bir halda camaata ehtiyacımız var; yəni İslam dövləti həmişəcamaatı istəyir, bu camaatdır ki, bu dövləti indiki halına çatdırmışdır və bu camaat dövləti sonuna kimi də irəli aparmalıdır."[23]

  1. İslam nəzəriyyəsində islam hökuməti və dövlətində ilahi qanunların icra olunması nəzərdə tutulmalıdır.

Misal üçün ölkə daxilində qayda- qanun və əmniyyət qorunub saxlanmalı ümumi camaatın yaşayışının təmin edilməsi, ədalətsizliyi və zülmü aradan götürmək və ...

İslam və İlahi rəhbərlərin nəzərində, islam hakimiyyəti o zaman onun rəhbəri üçün qiymətli sayılır ki, məzlumların tapdalanmış haqlarından müdafiə edir. Məhrum və ehtiyaclı olan onsanlara xidmət edir bir sözlə Allah bəndələrinə maddi və mənəvi yardımçı olur.

İmam Əli (ə), Malik Əştərə yazdığı məktubunda buyurur: Camaatla olan mehribançılığı öz qəlbinə təlqin et, hamıyla mehriban ol, olmaya ki, ov heyvanları kimi onları yeməkdən özünə qənimət sayasan; çünki camaat iki dəstədir: Bir dəstəsi sənin mömin qardaşların, başqa bir dəstəsi isə sənin kimi məxluqdurlar.[24]

İmam Xumeyni (rəh) öz mövlası olan islam dövlətini bu cür vəsf edir:

"İslam hakimiyyətində, dövlətə lazımdır ki, camaata xidmət etsin. Millət əgər baş nazirin zülm etdiyini belə görsə məhkəməyə şikayət edib onu hakim qarşısına aparsın. Məhkəmə əgər onun günahını sabit edərsə onun cəzasını versinlər."[25]

Bunlar hüquq və qanunun bir hissəsidir ki, islam camaatın dövlət qarşısında və dövlətin də camaat qarşısında olan hüquqlarına qaildir.

Əlavə məlumat üçün aşağıdakı kitablara müraciət edə bilərsiniz:

1. Huquqe əsasi və nəhadhayi siyasi, Əbülfəzl, Məlik Əfzəl Ərdəkani.

2. Huquqi insani, Alixani.

3. Nəzarət və nəhadhayi nəzarəti, Möhsin, Məlik Əfzəl Ərdəkani.

4. Huquqe Əsasiye Cumhuriye İslamiye İran. Seyyid Məhəmməd, Haşimi.

5. Qanuni Əsasiye Cumhuriye İslamiye İran.

6. Cayiqahi Mərdom dər nizame islami, əz didqahe imam Xumeyni. Müəssiseye tənzim və nəşr asare imam (rəh)

7. Məcəlleye hömuməte islami, dəbirxaneye məclise xobreqan, sale devvom, şomareye çaharom. Səh 134- dən sonra.



[1] - Hədis surəsi, ayə 25.

[2] - Nəhcül bəlağə, cild 3, Tərcümə, Məhəmməd Dəşti.

[3] - Nəhcül bəlağə, cild 3, Tərcümə, Məhəmməd Dəşti.

[4] -Cayeqahe Mərdom dər nizame islami, əz didqahe imam Xumeyni, səh 9, müəssiseye tənzim və nəşre asare imam (rəh)

[5] - Cayeqahe Mərdom dər nizame islami, əz didqahe imam Xumeyni, səh 10.çap müəssiseye tənzim və nəşre asare imam (rəh).

[6] - -Cayeqahe Mərdom dər nizame islami, əz didqahe imam Xumeyni, səh 11 çap

[7] - Şeyx Tusi, Əmali, səh 731. (Nur surəsi, ayə 1, S D)

[8] - Nəhcül- bəlağə, xütbə 189- 5.

[9] - Nəhcül- bəlağə, hikmət 374.

[10] - Vəsailüş- şiə, çap 12. bab 3. Əbvabe əmr be məruf nəhy əz münkər, hədis 11.

[11] - Vəsailüş- şiə, çap 12. bab 3. Əbvabe əmr be məruf nəhy əz münkər, hədis 11.

[12] - Nəhcül- bəlağə, xütbə 34.

[13] - Birinci maddə, səkkizinci bəndi.

[14] - 62- 76- 88- 79- 90 maddələr. İran islam kanistusiya qanunları, və 193- cü maddə islam şurasının daxili işlərin proqramı.

[15] - Qanunun yüz otuz dördüncü maddəsi.

[16] - Yüz yeddinci Maddə.

[17] - Yüzüncü maddə.

[18] - Yüz igirmi altıncı maddə. (126)

[19] - Yüz igirmi dördüncü maddə (124).

[20] - Yüz igirmi yedinci maddə. (127).

[21] - Nəhcül- bəlağə, namə 53.

[22] - Cayqahe Mərdom dər nizame islami, əz didqahe imam Xumeyni,

əh 162.

[23] - Cayqahe mərdom dər nizame islami, əz didqahe imam Xumeyni, səh 166.

[24] - Nəhcül- bəlağə, namə 2- 52.

[25] - Cayqage mərdom dər nizame islami, əz didqahe imam Xumeyni, (rəh), səh 50.

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Müasir insanın problemlərinin həlli üçün münasib olan mənəvi dəyərlər hansılardır?
    7415 قابلیت های عرفان 2012/09/24
    Həqiqi səadətə çatmaq üçün insanın təkamül hərəkətini bir neçə istiqamətdə bəyan etmək olar: 1. İnsanın Allahla əlaqəsi; 2. İnsanın özü ilə əlaqəsi; 3. İnsanın sair insanlarla əlaqəsi. Bunların hər birinin özünə məxsus xüsusiyyətləri olduğuna görə özünə məxsus həddi-hüdudu da ...
  • Xal qoymaq haramdır?
    6497 Nizamlar hüquq və əhkam 2012/02/09
    Həzrət Ayətullah Məhdi Hadəvi Tehraninin (damət bərəkatuh) cavabı belədir: Əgər bədən üçün zərəri olmaya, onun şəkilləri qəbahətli (eyibli) olmaya və xal qoyan şəxsin şəxsiyyətinin süstlüyünə səbəb olmaya, maneəsi yoxdur. Bu sualın ətraflı cavabı yoxdur. ...
  • Һәгиги дин (јәни, Аллаһ јанында лөвһи мәһфузда олан дин) чохлуг тәшкил едирми?
    8447 Din fəlsəfəsi 2009/06/18
    Нәгливәәглидәлилләринсанынҹөвһәринин(затынын) мүштәрәколмасыны тәсдигедир. Шүбһәсиз, дин өзлүјүндә һәмин ҹөвһәрә дә нәзәр
  • Ислам Пејғәмбәринин (сәлләллаһу әләјһи вә алиһи вә сәлләм) инсанларын иман ҝәтирмәләри мүгабилиндә мәсулијјәти
    6704 Qədim kəlam 2010/06/22
    Гуран, истәр ибтидаи, истәрсә дә мүдафиә ҹиһадыны инсанларын һаггынын мүдафиәси сајыр вә бу һагларын ән мүһүм нөвләриндән бири төвһиддир. Инсанын фитрәтинин ән дәјәрли ҹәһәти төвһиддир вә Ислам белә бир һаггы горујуб мүдафиә етмәкдән өтрү ҹиһада иҹазә вермишдир. Әмр бе мәруф (јахшы ишләрә дәвәт) вә нәһј әз ...
  • İnsi- şeytan nədir?
    10590 Qədim kəlam 2011/01/02
    "Şeytan" sözü lüğətdə, fitnəkar, hərifləyən, yoldan çıxaran və haqdan boyun qaçıran mənasında olub, ümumilik daşıyan ismlərdəndir. Yəni, Qurani- kərim və başqa ədəbiyyatlarda "şeytan" sözü xüsusi bir varlıqdan xəbər vermir. Əksinə, insana və digər (heyvana) yaranmışlara da şeytan demək olur. HəmçininQurani- kərimdə şərr və fitnəkar insanlar barəsində "şeytan" sözündən istifadə olunmuşdur. ...
  • İslamın elmi mirasında “islami tibb” adlı müstəqil bir elm vardırmı? Yeni tibb elmi ilə rəvayətlərdə (təbabətə dair) mövcud olan tövsiyələr arasında ziddiyyət yaranan zaman çıxış yolu nədir?
    9617 Qədim kəlam 2012/06/23
    Allah-taala peyğəmbərlərin göndərilməsinin əsas hədəfini insanların mənəvi və ruhi saflaşdırılması, onlara din və hikmətin öyrədilməsi kimi bəyan edir. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alih) özünün besətdən olan hədəfini “bəşər cəmiyyətlərində gözəl əxlaqların təkmilləşdirməsi” kimi elan edir. Hal-hazırda bəşər elmlərinin, o cümlədən təbabət, sənaye və s. sayı-hesabı yoxdur. ...
  • Hansı səbəbə görə “əuzu billahi minəş-şeytanir-rəcim” cümləsini “Bismillahir-Rəhmanir-Rəhim”-dən qabaq deyirik?
    33005 Quran elmləri 2011/11/24
    Quran və rəvayətlərə uyğun olaraq tilavətin ədəb qaydalarından biri də tilavətə başlamazdan qabaq “əuzu billahi minəş-şeytanir-rəcim” deməkdir. Hətta onu “Bismillahir-Rəhmanir-Rəhim”-dən də qabağa salmaq lazımdır. Çünki “Bismillahir-Rəhmanir-Rəhim” Quranın bir hissəsidir. Əlbəttə, şeytandan Allaha pənah aparmaq təkcə sözdə olmamalı, əksinə insanın ruhunun dərinliklərinə ...
  • Qız və təklif yaşının hansı əsasa başlanmasını bilmək istəyirəm?
    11677 Nizamlar hüquq və əhkam 2012/04/18
    İslamda təklif yaşı, yetkinliyin əsasına təyin olunubdur. Yəni, yetkinlik nişanələri (ən azı bu əlamətlər, möhtəlim olma (opllyusiya, şeytani olmaq) oğlanlar və heyz görmə (menstruasiya, aybaşı) qızlar üçün) hasil olan vaxt şəxs təklif yaşına yetişir. Amma İslam dinində təbii əlamətlərdən başqa oğlanlar və qızların yetkinliyi üçün yaş həddi ...
  • Quslun fəlsəfəsi nədir?
    9426 Əhkam və hüquq fəlsəfəsi 2012/04/17
    Cənabət quslunun səbəbi, nəfsin onun çirkinliklərindən təmizlənməsi və bədəni çirkinliklərdən pak etməkdir. Çünki, cənabət bədənin hamısından xaric olur. Ona görə də, insana bədənin hər yerini paklamaq vacibdir. Alimlərin insanın bədənində apardıqları araşdırmalara əsasən, bədənin bütün fəaliyyətlərini idarə edən iki qism köklü əsəb sistemi var. bəzən bədəndə bəzi ...
  • Үсулиддиндә әдаләтдән мәгсәд нәдир?
    8645 Qədim kəlam 2010/09/29
    Кәлам елминдә әдаләт бәһси ҝениш мәнада арашдырылыр вә тәриф олунур. Амма, алимләр арасында (хүсусилә, имамијјә илә мөтәзилә) әдаләт бәһсиндә ән чох ихтилафлы мәсәлә һәр бир шәхсә мүкафат вә ҹәза верилмәсиндә онун һаггынын нәзәрә алынмасы зәрурәтидир.Әшаирә мәзһәбиндән оланлар әдаләт бәһсиндә бу нәзәријјәни ...

Ən çox baxılanlar

  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    167315 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    165632 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    120704 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    115333 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    113908 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    95564 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    57136 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    55533 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    47504 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    46691 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...