Ətraflı axtarış
Baxanların
11985
İnternetə qoyma tarixi: 2011/09/12
Sualın xülasəsi
İçində cədvəl və şəkillər olan kitablardan istifadə etməyin hökmü nədir?
Sual
Mənim əlimdə müəyyən dualar yazılan bir kitab vardır. İçərisində ədədlər yazılmış cədvəl şəkilli fiqurlar da vardır. Məncə, bu ədədlər Allahın adlarıdır. Bunlar sehr və cadudur, yoxsa dua kitabıdır? Ondan istifadə etmək günahdırmı?
Qısa cavab

Əvvəla, sualınıza diqqət yetirməklə həmin kitabın hansı elmdə yazılmasını ayırd etmək çətindir və əlavə təfsilata, izaha ehtiyac vardır. Amma qısa şəkildə desək, kitabın mövzusu “qəribə elmlər”, misal üçün cəfr, rəml, nücum və sair kimi elmlər mövzusunda ola bilər, lakin onun (müşahidə edilmədən) dəqiq şəkildə ayırd edilməsi mümkün deyildir.

İkincisi, qəribə elmlərlə sehr, cadu və dua kitabları arasında çoxlu fərq vardır. Qəribə elmlər təlimlə, xüsusi qayda-qanunların öyrənilməsi ilə əldə olunur. Qəribə elmlərin əsas hədəf və məqsədi xüsusi formullar və vasitələrdən istifadə etməklə gələcəkdən xəbər vermək, müxtəlif şəxslərin vəziyyət və hallarından məlumat əldə etməkdir. Əlbəttə, bütün hallarda yox, təkcə müəyyən hallarda həqiqətə çatır. Amma sehr, cadu isə cinlər və s. ilə əlaqə yaratmaq qalibində şəriətə zidd olan əməl və rəftarlardan ibarətdir. Bu iş camaatın işlərində nasazlıq yaratmaq, onların gündəlik həyatlarında qarışıqlıq icad etmək üçün baş verir. Sehri öyrətmək və öyrətmək haramdır. Yalnız əqli və şəri məqsədlər olan hallar istisnadır.

Üçüncüsü, Əhli-beyt (əleyhimus-salam)-dan bizə gəlib çatan dua kitablarının məqamına diqqət yetirməklə əksər hallarda bizə lazım olan şey onları öyrənmək və düzgün istifadə etməkdir.

Ətreaflı cavab

Müxtəlif bəşər elmləri arasında bəzi elmlər çox da fayda və səmərəyə malik deyildir, bunlar çoxlu elmi və əməli bəhrələrə, faydalara malik olan və əksəriyyət təşkil edən sair elmlərlə müqayisədə cüzi əhəmiyyətə malikdirlər. Bu kimi bəhrəsiz elmlərdən biri kimi qəribə elmlərin – misal üçün, cəfr, rəml, [1] nücum və s. adını qeyd etmək olar. Əlbəttə, bu elmlər sehr və cadu ilə aşkar ixtilaflara və dərin fərqlərə malikdir. Qəribə elmlər xüsusi qayda-qanunları öyrənməklə əldə olunur, bunların öyrənilməsinin əsl hədəfi və məqsədi xüsusi formullar vasitəsi ilə gələcəkdən xəbər vermək, müxtəlif şəxslərin əhval və rəftarlarından məlumat əldə etməkdir. Bu da həmişə deyil, yalnız bəzi hallarda həqiqətlə uyğun olur. Buna görə də həqiqətən ilahi dinlərin ən əhatəlisi və kamili olan islam dinində onların öyrənib-öyrədilməsinə dair təşviq gözə dəymir. [2] Amma bütün müctəhidlərin aşkar bəyanına əsasən, sehr və cadunun öyrənib öyrədilməsi və istifadə edilməsi haramdır. Yalnız əqli və şəri məqsədlər olan cüzi hallar istisna olunur. [3] Çünki onun həm özü, həm də müqəddiməsi Allahın  haram buyurduğu işin nümunələrindəndir, məs; şəri olmayan riyazətlər, cinlərin ehzar edilməsi (çağırılması), xüsusən başqalarının gündəlik işlərində qarışıqlıq yaratmaq məqsədi olduqda şəriət sahibi tərəfindən şiddətlə qadağan edilmişdir. Həmin dəlilə görə ilahi kitab olan Quran, Peyğəmbər (səlləllahu əleyhi və alih) sünnəti və Əhli-beyt (əleyhimus-salam)-ın rəftar və davranışı əsasında ilahi maarif və hökmlərin təbliğ və nəşrini öhdəsinə alan bu alimlər çox da mühüm əhəmiyyət kəsb etməyən elm və kitablardan heç vaxt istifadə etməmiş və hal-hazırda da etmirlər. Amma böyük şiə şəxsiyyətlərindən bəziləri qəribə elmlərdən bəhrə almışlar, amma bunu heç vaxt izhar etmirdilər. Belə ki, Müəllim Sani – Əbu Nəsir Farabi (r) cəfr elmində bir kitabça yazmış, lakin bir müddətdən sonra onu məhv edərək buyurmuşdu: “İstəmirəm ki, mənim əsərlərim bu elm sahəsində olsun.” [4] Bu məsələ ilə əlaqədar Əllamə Həsənzadə Amuli yazır: “Cəfr elmi həfr (quyu qazmaq) kimidir; bəzən xəzinəyə çatır, bəzən isə yalnız əzab əziyyəti qalır.” [5]

Əhli-beyt (əleyhimus-salam)-dan nəql olunan duaların yazıldığı kitablarının mövqeyinə diqqət yetirməklə bizə lazım olan, eləcə də dində təkid olunan məsələ dua kitablarının öyrənilməsi və onlardan istifadə edilməsidir. Çünki bu mühüm məsələyə diqqət yetirməklə Xaliqlə məxluq arasında əlaqə daim bərqərar olur və bu kimi hallarda rəml, cəfr və s. kitablara ehtiyac duyulmur.

Əlavə məlumat üçün bax:

1. “Kifayətur-rəml”, Seyid Cavad Zehni Tehrani

2. Görünüş: “Sehrin müşahidəsinin haram olmaması və onun barəsində tədqiqat”, sual 13799 (13637).

3. Görünüş: “Başqa aləm varlıqları ilə əlaqə”, sual 292

4. Görünüş: “Cinin və şeytanın qüdrəti”, sual 10487 (10479).

5. Görünüş: “İnsanın cinlə əlaqəsi”, sual 13323 (13096).

6. Görünüş: “İnsan və cinlə əlaqə”, sual 468



[1]   “Kifayətur-rəml”, Seyid Cavad Zehni Tehrani

[2] Dinin bu kimi elmlərə diqqət yetirməməsinin səbəblərindən biri bəlkə də bu ola bilər ki, bu elmlər cəmiyyətdə əxlaqi səciyyələrin, Allaha təvəkkülün, Onun qəza və qədərinə razı olmağın əhəmiyyətsiz olmasına səbəb ola bilər.

[3] “Məsaili cədid”, səh. 83; “Tovzihul-məsaile mərace”, 2-ci cild, səh. 980; “Əcvibətul-istiftaat”, Ayətulah Xamenei, 2-ci cild, səh. 50

[4] “Min bir nöqtə”, Əllamə Həsənzadə Amuli, 2-ci cild, səh. 722

[5] Y enə orada, 1-ci cild, səh. 160

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Tənbəlliyi aradan qaldırmaq üçün dua varmı?
    10370 Əməli əxlaq 2012/02/13
    O işlərdən ki, dini təlimlərdə onlardan çəkindirilib, ərinmək və tənbəllikdir və İmamlar (ə) Allaha bu bəyənilməyən xislətdən pənah aparırlar.Bu barədə İmamlar (ə)- dan çatmış dualardan bəziləri bunlardan ibarətdir:1.             Müsədə Sədəqənin övladı deyir: İmam Sadiq (ə)- dan böyük ...
  • Başqa planetlərdə yaşamaq olarmı?
    7505 Nizamlar hüquq və əhkam 2011/05/05
    Başqa planetdə yaşamaq sualı iki cəhətdən araşdırıla bilər: 1). Görəsən bağqa planetlərdə yaşayış varmı? Biz onun nişanələrin görə bilirikmi? Görəsən başqa planetlərdə yaşamaq imkanı insanlar üçün realdırmı? İnsan o yerlərə gedib çıxa bilərmi?. Bu suallara cavab vermək bizim deyil, əksinə astronomların və ...
  • İslam nöqtey- nəzərində təbliğin meyar və metodları nədir? Klassik (sünnəti) metodlardan istifadə etmək vacibdirmi?
    8397 Əməli əxlaq 2012/03/11
    Dini cəhətdən təbliğ və rabitələr əxlaq üzərində qurulmalıdır. İslam təlimlərində bu barədə çoxlu tövsiyələr edilmişdir ki, hədəfə çatmaq üçün bu metodları bizim ixtiyarımıza buraxmışdır. Baxmayaraq ki, peyğəmbər və İlahi övliyalar öz zamanlarına uyğun. Adi və klassik təbliğ metodlarından istifadə etmişlər, amma bu nöqtəyə diqqət etmək lazımdır ki, ...
  • Şiə kitablarında gələn rəvayətlərdə bəzən oruc halında cinsi əlaqədə olmağın orucu batil etməməsi haqqında məsələ var. Bunun haqqında nə deyə bilərsiz?
    7428 Cənabət 2015/05/28
    Soruşulan mövzu haqqında onu demək olar ki, həqiqətən də Şeyx Hürr Amili özünün Vəsil-Şiə kitabında "məni (sperma) gəlmədən arxadan oruc qadınla əlaqədə olmağın hökmü" adı bir fəsl açmış və bəzi rəvayətləri nəql etmişdir. Bu fəsldə Şeyx Tusidin üç rəvayət nəql etmişdir ki, onlardan birində kişinin öz qadını ...
  • İmamlara nisbət verilən şəkillərin şərii hökmü nədir?
    10473 Nizamlar hüquq və əhkam 2011/05/05
    Aşağıda təqlid mərcələrinin cavabı belə gəlibdir: Həzrət Ayətullahul- üzma Xamineyi: Bu işin öz- özlüyündə şərii cəhətdən iradı yoxdur. Bu şərtlə ki, ürfdə hörmətsizlik sayılan və İmamların şəni ilə ziddiyyətçiliyi olmayan işlərlə olmasın.[1] Həzrət Ayətullahul- üzma Safi Gülpayqani: Ümumiyyətlə onları divara vurmamaq, o həzrətlərin şəninə ...
  • Həzrət Abbas su gətirən zaman nə mədhi oxuyurdu?
    8410 Dahilərin sirəsi 2011/12/25
    Keçmiş zamanlarda doyüşlərdən öncə öz doyüşçülərini ruhlandırmaq üçün müxtəlif şüarlar və mədhlər (təriflər) söyləyirdilər. İmam Hüseyn və onun yavərləri də aşura günü bir çox əzici və məna dolu şüar və mədhlər söyləmişlər. O cümlədən Həzrət Hüseynin (ə) böyük qardaşı həzrət Əbulfəz Abbasın da aşura günü müxtəlif vaxtlarda ...
  • qadın xanəndəsinin səsini eştiməyin nə hökmü var?
    7894 کلیات 2015/06/29
    Bu sual haqqında əvvəlcədən qeyd etməliyik ki, qadın insanı vəcdə gətirən və adi halətindən çıxaran xanəndəçiliklə məşğul olmamalıdır. Bütün fəqihlər yekdilliklə istər örpəkdə olsun, istərsə də başı açıq belə bir əməlin qadın üçün haram olmasına fətva veriblər. Amma, qadının ğina və həyəcansız xanəndəlik etməsi haqqında alimlər arasında ...
  • Allahın Məknun və Mustəəsər adlarından məqsəd nədir?
    8576 Nəzəri irfan 2011/10/08
    Məsum Əhli- beytdən bizə çatan dua və rəvayətlərdən istifadə olur ki, Allah Taalanın bəzi adları vardır ki, onları özü üçün seçmiş və onlardan heç bir kəsin xəbəri yoxdur. Bu adlar "Əsmai Mustəəsərə" kimi tanınmışdırlar. Rəvayətlərdən istifadə olunur ki, Əsmai- Mustəəsərə Allahın qeyb əzəm adlarından və Allahın ilk adlarındadırlar. Mustəəsər adlarını ...
  • Allahın vücudunun sonsuz olması digər varlıqların mövcudluğu ilə ziddiyyətli deyildirmi?
    8912 پروردگار. نامها و ویژگی ها 2012/06/23
    Allah-taalanın sonsuz olmasının mənası budur ki, Onun müqəddəs zatı hər bir cəhətdən sonsuzdur, bütün sonlara malikdir, fərz olunan hər bir cəhətdə qeyri-məhduddur. Elə bir yer yoxdur ki, Allah orada hazır olmasın. Elə bir zaman yoxdur ki, onda mövcud olmasın, elə bir kamal yoxdur ki, Allah ona malik ...
  • Беһишт вә ҹәһәннәмдә дә өлүм вармы?
    7183 Qədim kəlam 2012/05/20
    Гуран ајәләри, рәвајәтләр вә әгли дәлилләрин һамысы јекдилликлә она дәлаләт едир ки, инсан Беһиштә вә ја ҹәһәннәмә ҝетдикдән сонра бир даһа өлүм ҝөрмәјәҹәк. Гурани-Кәрим бир тәрәфдән Гијамәти Әбәди ҝүн адландырыр, диҝәр тәрәфдән исә Беһишт әһлини һәмишәлик галанлар кими вәсф едир. Рәвајәтләрдә ҝәлиб ки, беһиштликләрә вә ҹәһәннәмликләрә хитаб ...

Ən çox baxılanlar

  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    168952 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    166739 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    122151 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    116012 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    115340 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    96747 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    61187 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    56740 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    49507 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    47476 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...