Ətraflı axtarış
Baxanların
6460
İnternetə qoyma tarixi: 2011/10/24
Sualın xülasəsi
İslami cəhətdən hindlilər (bütpərəstlər) nəcisdirlərmi və onların rütubətindən çəkinmək lazımdırmı?
Sual
Mən Toronku şəhərində yaşayıram. Burda mənim ev işlərimdə hindli bir xanım mənə kömək edir. İslama görə o məzhəbinə görə nəcis sayılırmı? Əgər nəcisdirsə, mən bütün mənzili suya çəkməliyəmmi? Çünki, o evin bütün qismətlərində iş görüb. Mən özüm ayətullah Xamneyinin müqəllidiyəm. Təşəkkür edirəm.
Qısa cavab

Bütün müctehidlərin rəyinə əsasən, kafir nəcisdir  onun rütubətindən çəkinmək lazımdır. Mərhum İmam Xomeyni (rəhmətullah) bu haqda yazır: “Kafir, yəni Allahı inkar edən şəxs  ya Allaha şərik qoşan insan  ya İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) həzrət Məhəmməd ibn Əbdullahı qəbul etməyən şəxs nəcis sayılır.”[1]

Başqa mərceyi təqlidlərin o cümlədən ayətullah Xamneyinin  nəzəri budur.[2]

Beləliklə, hindilər çoxlu sayda tanrılara sitayiş etdiklərinə görə müşrik, başqa cəhətdən bütpərəst  sayılırlar. Deməli, həm kafir  həm  nəcisdirlər. Həmçinin, sizin mənzilinizdə  hər miqdar əlləri rütubətli halda dəyən əşyalar da nəcis sayılır. Bu rütubət, əşyalara keçmişsə  onları da nəcis edir. Təbii ki, bütün bunları paka çıxarmaqdan ötrü suya çəkmək lazımdır.[3]  

Deməli, aşağıdakı hallarda onların rütubətli halda toxunduqları yerləri paklamaq lazımdır:

1.   Onun rütubətli bədəninin mənzil əşyalarına toxunması;

2.   Ya o şəxsin əli, ya da toxunduğu əşya rütubətli olmalıdır, əks halda quru halda olan əşya nəcis olmur;

3.   Əgər nəcisin əşyaya keçib keçməməsində şəkk etsəniz, öz şəkkinizə etina etməyə bilərsiniz.    



[1] Tozihul-məsail (İmam Xomeyninin haşiyəsi), c.1; səh.76, məsələ 106

[2] Tozihul-məsail (İmam Xomeyninin haşiyəsi), c.1; səh.76, məsələ 106

[3] Nəcis şeylərin paka çıxması yollarına görə mərceyi təqlidləri risalələrinə müraciət edin.

Ətreaflı cavab
Бу суалын изаһлы ҹавабы јохдур.
Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar