Ətraflı axtarış
Baxanların
9446
İnternetə qoyma tarixi: 2011/05/17
Sualın xülasəsi
Quran nəzərindən Adəmin xilqətindən indiyə qədər altı min il keçmişdirmi?
Sual
Mənim məsihi bir dostum vardır. Onunla Adəm (əleyhis-salam)-ın xilqəti ilə əlaqədar söhbət edirdik. İncildə deyilənlərə əsasən, Allah-taala yeri altı günə yaratmış və axırıncı gündə Adəmi xəlq etmişdir. Quran da belə bir nəzəriyyəyə malikdirmi? Amma əsas məsələ budur ki, məsihilərin dediyinə əsasən, o dövrdən indiyə qədər altı min il keçmişdir. Bilmək istərdim ki, Quran nəzərindən də bu zaman müddəti altı min ildir, ya yox? Əgər belədirsə, bizim eradan əvvəl mövcud olan canlıların xilqəti, yaxud, misal üçün, on beş min il bundan əvvəl yaşamış və indi kəşf olunan insan qalıqları barəsində nə deyirsiniz?! Həmçinin yer kürəsinin yaşının dörd-beş milyard il olduğunu deyən nəzəriyyə barəsində fikriniz nədir?
Qısa cavab

Quranda qeyd olunanlarla asimanların, yerin və Adəm (əleyhis-salam)-ın xilqətindən milyonlar, hətta milyardlar ilk keçməsini deyən nəzəriyyə arasında heç bir ziddiyyət yoxdur. Çünki bəzi arxeoloji qazıntılar ibtidai insan qalıqlarının milyon illər bundan öncə mövcud olduğunu dəstəkləyir.

Əgər Adəmin xilqəti altı-yedi min il bundan qabağa qayıdırsa, onda “Adəmin xilqəti” dedikdə onun nəslindən olan yeni insan növü ola bilər. Çünki bu nəsildən qabaq minlərlə insan növü də mövcud olmuş və sonralar onların kökü kəsilmişdir. Əlbəttə, bu məsələ Quranın və İslam təlimlərinin bəyanı ilə tamamilə uyğundur.

Ətreaflı cavab

Qurani-Məcid və müqəddəs kitab (Tövrat və İncil) asiman və yerin 6 gündə xəlq olunduğunu bəyan edir.[1] Bu fərqlə ki, əvvəla, Quranda Allahın hər gündə əncam verdiyi işlərin incəlikləri bəyan olunmur.[2] Lakin müqəddəs kitabda həmin işlərin incəlikləri qeyd olunur.[3]

İkincisi, Quranda Adəmin 6-cı günün axırında yaradıldığı qeyd olunmur. Amma bəşərin yer üzündə xəlq edildiyi dövrdən indiyə qədər neçə il keçməsinə gəldikdə isə, bu barədə Quranda aşkar bəyan yoxdur.

Mərhum Əllamə Təbatəbai “Əl-mizan” təfsirində buyurur: “Yəhudilərin tarixində deyilir ki, yer üzündə yaradılan bəşərin xəlq edildiyi dövrdən indiyə qədər təqribən 7 min ildən artıq keçmir ki, əqli etibar da bu tarixə kömək edir.”[4] Sonra bu nəzəriyyəni gücləndirir və buyurur: “Bu zaman müddəti Adəmin xilqəti və yeni bəşər nəslinin yaranması ilə əlaqədardır. Lakin mümkündür, Adəmdən qabaq və hazırkı insan nəslindən əvvəl yer üzündə digər insanlar, başqa aləmlər olmuş və başqa bəşər növləri yaşamışdır. Amma sonralar onların nəsli kəsilmişdir. Milyonlar il qabaq yaşamış insanların skeletləri və çürüntüləri isə on beş min il ömrə malik olan insanlardan qabaqkı nəsildir. Əlbəttə, bu yozum Quran və İslam rəvayətləri ilə uyğun gəlir.”[5]


[1] Bu məsələ Quranda 7 yerdə gəlmişdir: “Əraf” 54, “Yunis” 3, “Hud” 7, “Furqan” 59, “Səcdə” 4, “Qaf” 38, “Hədid” 4

[2] Yalnız “Fussilət” surəsinin 1-12-ci ayələrində yerin xilqəti, onun üzərində olan yeyinti məhsullarının təqdirinin 4 gündə və asimanın xilqəti 2 gündə olduğu bəyan edilir. Bəzi müfəssirlər də bu ayələrə diqqət yetirməklə yaradılışın tarixini ehtimal üzrə təxmin etmişlər. "Təfsiri-nümunə", 6-cı cild, səh. 202

[3] Kitabi Müqəddəs, Sifri peydayiş, 1-ci bab, nömrə 1-31

[4] O alim buyurur: “Hər yüz ildə iki nəfəri min nəfərə çatdıra biləcək nəsil artırma amili yalnız o iki nəfəri üç nəfər edə bilər və min nəfərdən yalnız bir nəfər qalar. Bu mühasibəni yeddi min ilə qədər, yəni yetmiş əsrə qədər hesablasaq, görəcəyik ki, bəşərin sayı 2,5 milyarda çatır. Bu ədəd də hazırkı (“Əl-mizan”ın yazıldığı ildə, red.) dünya əhalisinin sayıdır ki, beynəlxalq faktor əsasında qeyd olunmuşdur.

Deməli, əqli etibar da tarixdə deyilənləri təsdiqləyir. Lakin geoloqlar inanırlar ki, yer üzündə insanın yaşı milyonlarla ildən artıqdır. Onlar bu müddəaya dair əvvəlki insan nəsillərinin qalıqlarını, qədim insanların daşlaşmış skeletlərini dəlil gətirmişlər. Belə ki, hər birinin yaşı (özlərinin elmi meyarları əsasında) təxmin edilərək 500 min ilə çatır.

Onların bu etiqadın isbatına dair gətirdikləri dəlillər qane edici deyildir. Bu çürüntülərin hazırkı insan nəslinin əcdadının daşlaşmış skeletləri olmasını isbat edə biləcək bir dəlil yoxdur. Habelə bu daşlaşmış skeletlərin yer üzərində yaşayan insan nəsillərindən birinə aid olması ehtimalını da rədd etməyə dair dəlil yoxdur. Çünki belə olması mümkündür və bizim dövrəmiz qeyd olunan çürümüş insanlar nəslinə birləşməyə bilər. Əksinə, Adəm Əbul-Bəşərin xilqətindən qabaq yer üzündə yaşayan insanlara aid ola bilər ki, sonradan onların kökü kəsilmişdir. Həmçinin belə insan növünün yaranıb nəsli kəsilməsi təkrar olunmuş, bir neçə dövrədən sonra növbə hazırkı nəslə çatmışdır. “Əl-mizan”ın farsca tərcüməsi, 4-cü cild, səh. 222

[5] O buyurur: Qurani-Kərim insanın yer üzündə necə yaranmasını aşkar şəkildə bəyan etmir; belə ki, bu növ varlığın (insanın) yer üzündəki zühurunun bizim qərarlaşdığımız hazırkı dövrə həsr olunmasınımı, yoxsa çoxlu dövrələrə malik olmasını və bizim dövrəmizin o dövrlərin axırıncı insanları olmasını bəyan etmir. Baxmayaraq ki, bəzi Quran ayələrindən belə əldə etmək olar ki, Adəmin xilqətindən əvvəl yer üzündə digər insanlar da mövcud olmuşdur. O cümlədən “Bəqərə” surəsi, ayə: 31 “O zamanı yada sal ki, Pərvərdigarın mələklərə buyurdu: “Mən yer üzündə canişin və xəlifə yaradacağam.” Mələklər dedilər: “(Pərvərdigara), Sən yer üzündə elə bir kəs yaradırsan ki, fəsad törədib qan axıtsın?! (Əgər insanın yaradılışından məqsəd, ibadətdirsə, onda) biz Sənə təsbih və təqdis edir, Səni müqəddəs tuturuq.” Bu ayədən belə aydın olur ki, Adəm övladlarının xilqətindən qabaq insaniyyətin əvvəlki dövrləri olmuşdur. İmamlardan (əleyhimus-salam) nəql olunan bəzi rəvayətlərdə hazırkı dövrdən qabaq bəşəriyyətin bir çox dövrlərinə işarə etmişdir. “Əl-mizan”ın tərcüməsi, 4-cü cild, səh. 223

İmam Sadiq (əleyhis-salam) buyurur: “Yoxsa güman edirsiniz ki, Allah-taala sizdən başqa heç bir bəşər yaratmamışdır?! Xeyr, belə deyildir! Əksinə, sizdən qabaq min-minlərlə (milyonlarla) insan növü yaratmışdır ki, onun sonuncusu həmin insanlardandır (“Tovhid”, Səduq, səh. 277, hədis 2, Tehran çapı)

İbni Meysəm də “Nəhcul-bəlağə”nin şərhində (1-ci cild, səh. 173) imam Baqir (əleyhis-salam)-dan bu mənada bir hədisi nəql etmişdir. Şeyx Səduq da həmin məsələni “Xisal” kiabında (2-ci cild, səh. 652, hədis 54) qeyd etmişdir. “Xisal”da imam Sadiq (əleyhis-salam)-dan belə bir rəvayət nəql edilir: “Allah-taala on iki min aləm yaratmışdır ki, onların hər biri də yeddi asiman və yeddi yerdən böyükdür. Həmçinin heç bir aləmin əhalisinin zehninə gəlməz ki, mütəal Allah o aləmdən başqa bir aləm yaratmış olsun.” “Xisal”, 2-ci cild, səh. 639, hədis 14.

Həmin kitabda imam Baqir (əleyhis-salam)-dan belə nəql olunur: “Allah-taala həmin (bizim yaşadığımız) yer üzündə, onu yaratdığı dövrdən etibarən yeddi aləm (də) xəlq (və sonra onları məhv) etmişdir. Aləmlərdən heç biri Əbul-Bəşər Adəmin nəslindən deyildi. Mütəal Allah onların hamısını yer qabığında yaratmış, bir nəsildən sonra digər nəsli icad etmiş və hər biri üçün bir aləmdən sonra başqa bir aləm qərar vermişdir. Axırda Əbul-Bəşər Adəmi yaratdı və onun nəslini yer üzündə yaydı.” “Xisal”, 2-ci cild, səh. 358, hədis 45

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Digər bir şəxsə sili vurmağın və üzün qızarması və yaxud qaralmasının diyəsi nə qədərdir?
    6215 Hüdud, Qisas və diyat 2014/01/30
    A və B, bu mövzuda, göstərici: « Üzə sili vurmağın diyəsi» sual 3269- u mütaliə edin. Başa zərər yetirilərsə, sağlam və yaxud əlil insanın qarşılığı təyin edilir.[1] Sili vurmaq və bunun kimilərin diyəsi, kişi və qadın, böyük və kiçik, o cümlədən bədən üzvləri arasında ...
  • Bu ibarətdən məqsəd nədur?
    7351 Hədis elmləri 2012/01/16
    İbarətin mənası budur: Günlərlə düşmənçilik etməyin ki, onlar da sizinlə düşmənçilik edəcəklər. Bu ibarət bəzi hədislərdə Peyğəmbərdən (s) daxil olmuşdur və «ایامکم» dan məqsəd həftənin günləri olur. Bu təbir və ibarə zamanın əhəmiyyətin çatdırır və günləri pis bilib onlar barədə şikayət etmək lazım deyil yoxsa mümkündür pis fal vurduğu şey ...
  • Lobsterin, dərya sədəflərinin və su ulduzunun yeyilməsi haramdırmı?
    9060 Nizamlar hüquq və əhkam 2011/09/12
    Lobsteri,[1] dərya sədəflərini və su ulduzunu yemək haramdır. Dini mənbələrdə heyvanların ətinin halal və ya haram olması barəsində külli qayda-qanunlar və müxtəlif meyarlar mövcuddur. Məsələn, quruda yaşayan heyvanlar üçün bir sıra qayada-qanunlar və meyarlar, dəryada yaşayan heyvanlar üçün başqa meyarlar, quşlar üçün daha başqa meyarlar ...
  • İslamda ağılın rolu nə qədərdir hansı yerlərdə və necə ondan istifadə olunur?
    13090 Təzə kəlam 2011/01/05
    Ağıl qiymətli bir qüvvədir ki, Allah taala onu insanın vücudunda qərar vermiş və bir neçə mərhələdən ibarətdir.Nəzəriyyə ağılı: Bunun işi bundan ibarətdir ki, hadisələri dərk edib tanıyır və onun haqqında qəzavət edir.
  • Xarici kəsrət və nəfsi kəsrətin mənası nədir?
    7816 کثرت موجودات 2013/07/15
    Kəsrət: Kəsrət və vəhdət məntiqi tərifə ehtiyacı olmayan məlum mənalardandır. Ona görə də, onlara edilən tərif ləfzi tərif və ismin izahıdır. Məsələn kəsrətin tərifində belə deyilir: "Kəsrət bölünmə heysiyyətidir". Yəni qisimləri var. Bölünə bildiyinə görə ona kəsrət deyilir.[1] Xarici və nəfsi kəsrət: Xarici ...
  • Üzə sili vurmağın şəri hökmü ki, qızartı, şiş və qaralmamışdır, nədir?
    6720 Hüdud, Qisas və diyat 2013/12/19
    Müctəhidlərin fətvasına əsasən, əgər üzə sili vurmaq üzün şiş, qızartı və qaralmasına səbəb olsa hər birinin xüsusi diyəsi vardır, bu cür olmadıqda diyəsi yoxdur. Lakin üz olmasa və bədənin digər üzvlərindən olsa və şiş, qızartı və qaraltıya səbəb olsa, onun diyəsi üzün diyəsinin yarı miqdarındadır. Üzə sili ...
  • Airobika idman növünün hökmü nədir?
    7269 İdman hərəkətləri musiqi ilə birlikdə 2012/04/18
    Həzrət Ayətullah uzma Xameneinin dəftrəi: Ümumiyyətlə ləhvi musiqi yaxud da günah məclislərinin musiqisinə uyğun yaxud da şəhvəti təhrik edən yaxud da haram işlə olarsa və ya fəsad olarsa, caiz deyil. Həzrət Ayətullah uzma Sistaninin dəftəri: Əgər musiqi ləhvo ləb məclislərinin musiqisi ...
  • Kişinin ailə məsələlərində qadının üzərində hakim olmasını Qurani kərim necə başa salır? Quranın bu barədə olan nəzərini açıqlayın.
    24274 Nizamlar hüquq və əhkam 2011/02/15
    Ailə məsələlərində kişinin hakim olması haqda Quranda beə buyurulmuşdur: «الرجال قوامون علی النساء»Amma ayənin həqiqi mənası bu deyil ki, kişilər qadınların üzərində hakimdirlər və hər nə istəsələr edə bilərlər. Əksinə təfsirçilərin və lüğətşunasların nəzərlərinə əsasən "qivan" ...
  • İslam dini nöqteyi nəzərindən bir qatil və günahkar kafir iman gətirərsə onun keçmiş günahları bağışlanırmı?
    8245 Nizamlar hüquq və əhkam 2011/06/12
    Müqəddəs İslam dinində yeni müsəlman olmuş şəxslər üçün müəyyən qanunlar təyin olunmuşdur. O cümlədən, əgər kafir şəxs müsəlman olmazdan öncə bir sıra günahlara qatılarsa və Allah Taalanın haqqını aradan apararsa (namaz qılmaz, oruc tutmaz və sair. Bu kimi vacibləri tərk edərək günaha düşərsə). Allah tərəfindən onun günahı bağışlanır.
  • Иман нәдир?
    7668 Təzə kəlam 2010/07/18
    Иман инсан үчүн мүгәддәс олан мәнәви ишләрә сәмими гәлбдән бағланмаға дејилир вә бу јолда өз ешг, мәһәббәт вә шүҹаәт ҝөстәрмәјә һазырдыр.    Гуранда иманын ики ганады вар; елм вә әмәл. Елм әмәлсиз күфрлә нәтиҹәләнә ...

Ən çox baxılanlar

  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    168484 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    166403 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    121784 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    115794 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    114866 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    96406 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    60422 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    56453 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    49081 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    47210 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...