Please Wait
10560
"Kövsər" çoxlu xeyir mənasındadır. Onun üçün çoxlu dəlil və faktlar qeyd etmək olar. Məsələn: Kövsər arxı və hovuzu, şəfaət, nübüvvət, hikmət, elm, çoxlu nəsl, çoxlu zürriyyə və sair.
Kövsərin iki mənası var, biri dünyaya aid (Fatimeyi- Zəhra (s), o biri isə axirətə (kövsər hovuzu)- na aiddir. Kövsər hovuzu, Behiştdə ləzzətli bir suyun mənbəyidir ki, çox genişdir və behişt əhli qiyamətin dayanacaqlarını və məhşərin çətinliklərini arxada qoyandan sonra, Behiştə daxil olmadan sonra, dərhal ora daxil olacaqlar, və susuz dodaqlarını o su ilə doyurub və təsəvvür edilməz bir ləzzət alacaqlar. Bu hovuzdan iki arx axır və Behiştdə axmaqdadadır. Onun mənbəyi Allahın ərşinin sutunu olur.
Kövsər hövuzu, əziz Peyğəmbər (s)- in xüsusi hovuzudur. Onun su paylayanı imam Əli (ə) və digər məsum imamlar (ə)- dərlar. O biri Peyğəmbərlərin də, öz ardıcılları üçün, xüsusi hovuzları var, amma islam Peyğəmbəri (s)- nin hovuzunun bərəkəti və genişliyində deyildirlər.
"Kövsər" "Fovəl" vəznində, "kəsrətdən" götürülən bir vəsf olub və "çoxlu" xeyir" mənasındadır. Bu kəlmənin mənası o qədər geniş və ümumidir ki, çoxlu mənalara o cümlədən "sonsuz xeyirə" də şamil ola bilər. Mübarək kövsər surəsində olan "kövsər" kəlməsi üçün, şiə və süni təfsirlərində "kövsər" kəlməsi üçün çoxlu mənalar qeyd olubdur ki, onların hamısı çoxlu xeyirin mənalarından sayılır. Bu mənalar kimi: 1. Kövsər arxı və hovuzu... 2. Qiyamət günündə bpyük şəfaət məqamı. 3. Nübuvvət. 4. Hikmət və elm. 5. Quran. 6. Ardıcıl və səhabələrin çoxluğu. 7. Möcüzələrin çoxluğu. 8. Elm və əməlin çoxluğu . 9. Tövhid və onun əndazəsi. 10. Allahın dünya və axirətdə Peyğəmbər (s)- ə olan nemətləri. 11. Uzun zaman qalan çoxlu nəsil və zürriyyə. Şübhəsiz nəslin çoxluğu və Peyğəmbər (s)- in nəslinin qalması, onun bahalı gövhər qızı Fatimeyi Zəhranın (s) vücudundan nəşətlənibdir. Deməli "kövsərin"ən bariz mənası həzrəti Zəhra (s)- ın mübarək vücududur. Bu reallığı açıqlayan və bu həqiqətin sübutu, kövsər surəsinin ayələrinin üslubu və nazil olma səbəbidir. Bəli Fatimə (s)- in vücudu çoxlu xeyirin mənbəyidir ki, həm Pryğəmbər (s)- in Peyğəmbərliyinin qiyamət gününə kimi qalmasına səbəb olubdur, həm də onun pak nəslinin əbədiliyinə səbəbdir.[1]
Ona görə də, Kövsər hovuzuna aid rəvayətlərə, kövsər surəsinin nazi olma səbəbinə və ayələrin üslub və mətninə istinad etməklə belə nəticə almaq olar: "Kövsərin" iki aydın mənası var ki, biri dünyada, o biri isə axirətdədir. Onun dünyəvi mənası "Məhəmmədi kövsər"dir, Fatimeyi Zəhradır ki, Peyğəmbər (s)- nin pak nəsli və övladlarının mənbəyidir ki, o və onun nəsli camaatı dünyada ilahi ədəb, əhkam, əxlaq və maarifdən doydurublar. Onun digər mənası "behişti kövsər"dir. Behiştdə bir hovuzdur ki, Əli (ə) və digər məsum imamlar (ə) onun su paylayanı olanlar və məhşər səhrasından xilas olan susuzların ağızlarını sudan doydurarlar.[2]
Kövsər hovuzunun təsviri
Allah rəsulu (s)- ın dilindən kövsər hövuzunun təsvirləri:
Kövsər hovuzu Behiştdə çoxlu xeyirə malik bir arxdır ki, bir hovuzdan tökülür və onun ətrafında, səmanın ulduzları qədər qablar düzülübdür. Mənim ümmətim behiştdə daxil olandan sonra, ona daxil olarlar. Mənim yanımda mədinədən Yəmənə kimi genişlikdə ya Mədinədən Ommana kimi olan genişlikdə bir hovuz var ki, onun ətrafı qızıldandır və böyük lolo və mərcan daşları üzərində axar. Kim ondan içərsə, heç vaxt susamaz. Ora daxil olan ilk şəxslər kasıb mühacirlər (Məkkədən Mədinəyə köçənlər) olarlar. Onun su su paylayanı və rəhbəri mövla Əmirəlmöminin Əli (ə)- dir. Mömindər kövsər suyundan içəndən sonra Peyğəmbər (s)- in ətrafına cəm olub və bir- birləri ilə görüşməkdən sevinərlər. Kövsərin çeşməsi, vəsilər (ə) və onların şiələrinin məkanə olan ərşin gövdəsindən qaynaqlanır. Oradan iki navalça ilə hovuza tökülür, sonra iki arx ilə behiştdə axır. Hər bir Peyğəmbərin behiştdə bir arxı var və onların hovuzuna daxil olanların çoxluğuna görə bir- birinə fəxr edərlər, amma, mən, mənim hovuzuma daxil olanların digərlərindən daha çox olmasına ümidvaram.[3]
Kövsər hovuzu məsum imamların sözündə:
"Əmirəl- möminin (ə) buyurdular: Bizim kövsər hovuzu doludur. Ona behiştdən iki arx tökülür, biri təsnim çeşməsindən, o biri isə muin çeşməsindən".[4]
Mötəbər hədisdə, imam Sadiq (ə) buyurdular: Bizim müsibətimizə görə, ürəyi qəmlənən şəxs, ölən zaman şad olar. Elə şadlıq ki, kövsər hövuzunda bizim yanımıza gələnə kimi, o şadlıq heç vaxt onun qəlbindən çıxmaz. Kövsər bizim dostumuz ona daxil olduğuna görə, sevinər. O qədər ki, ona növbənöv yeməklərin ləzzətindən daddırar ki, oradan başqa yerə getmək istəməz. kim ondan bir şərbət içsə, heç vaxt susamaz və ondan sonra heç vaxt yorğunluq görməz. o kafur kimi sərin, müşk iyli, zəncil dadlı, baldan daha şirin, qaymaqdan daha yumşaq, göz yaşından saf və ənbərdən daha yaxşı iylidir. Behiştin təsnim çeşməsindən qaynayır. Behiştin arxlarının hamısından keçir və yaqut və mirvari və daşları üzərində axır. Bizim müsibətimizə ağlayan hər göz, kövsərə baxmaqla şad və xoşhal olar. Bizim dostlarımızın hamısına bizə itaət və məhəbbət etmələri miqdarında, onun suyundan verərlər. Ondan ləzzət alar və kimin məhəbbəti çox olsa, ləzzəti də çox olacaq.[5]
Qeyd olunması yaxşı olan məsələ budur ki, şübhəsiz məsum on iki imam (ə)- ın hamısı qiyamət günündə kövsər hovuzunun su paylayanıdırlar. Necə ki, hədislərdən və dəlillərdən aşkardır və imam Hüseyn (ə) buyurdular: " و نحن وُلاة الحوض نسقى وُلاتنا" kövsər hovuzunun sahibləri bizik, öz dostlarımızı sudan doyurarıq."[6] Necə ki, Peyğəmbər (s) onun huzuruna daxil olanların digərlərindən daha çox olmalarına ümid edirlər, kövsər adını və onun təsviri olanlardan olmasını arzu edər. Amma məlumdur ki, əgər bu arzu həqiqi olsa, ona əl tapmaq üçün çalışmaq lazımdır. Azuqəni əldə edəndən sonrada, bu mayanın daxili və xarici, cin və insanlardan olan şeytanlar və yol kəsənlər vasitəsilə qarət olmaması və ya bəlaya düçar olmaması üçün onu qorumaq lazımdır. Əks təqdirdə, zəhmətlər puç olacaq və nəticəsi olmayacaq və onun hovuza daxil olması, yuxu və xəyala çeviriləcək. Yuxu və xəyalla şadlanmaq və məqsədə yetişmək üçün çalışmamaq və ona hazırlaşmamaq, bihudə arzu və diqqətsiz bir işdir.
Ümid edirik ki, Allah dünyada bizi əhli beytin (ə) maarifindən və onların eşqindən faydalandırsın, axirətdə kövsər hövuzunun kənarında, bizim gözlərimizi onların gözü ilə işıqlandırsın və susuz canımızı onların əli ilə sudan doyursun. Ona görə də, nüdbə duasında oxuyuruq:
"... واسقنا من حوض جده صلى الله علیه وآله بکاسه و بیده ریّا رویّا هنیئاً سائغاً لاظمأ
بعده یا ارحم الراحمین"
(İlahi) bizi əsrin imamının (ə) babasının hovuzundan, onun (ə) piyaləsi və əli ilə sirab elə. Elə sudan doymaq ki, ondan sonra heç vaxt susuzluq olmasın. Ey rəhimlərin ən rəhimlisi".
Mənbələr:
1. Xarəzmi, Məqtəl, cild 2, səh 33
2. Zəməxşuri, Məhmud ibn ömər, Kəşşaf, cild 20, səh 806- 808
3. Təbatəbayi, Məhəmməd Hüseyn, Əl- mizan, cild 20, səh 370- 373
4. təbərisi, Fəzl ibn Həsən, Məcməul- bəyan, cild 5, səh 548- 549
5. Əllamə Məclisi, Biharul- ənvar, cild 8, səh 18
6. Əllamə Məclisi, Həqqul- yəqin, səh 453- 455
7. Feyz Kaşani, Molla Möhsin, Məhcətül- bəyza, cild 8, səh 352- 353
8. Mühəddis Qummi, Əbbas, Məfatihul- cinan, Nüdbə duası,
9. Misbah Yəzdi, Məhəmməd Təqi Kövsərin saf suyundan bir piyalə, səh 19- 22
[1] - Müraciət edin: Misbah Yəzdi, Məhəmməd Təqi kövsərin saf suyundan bir piyalə, səh 20- 22, Əllamə ,təbatəayi, Məhəmməd Hüseyn, Təfsirul- mizan, cild 20, səh 370, və müxtəlif təfsirlər, kövsər surəsinin barəsində
[2] - Əlbəttə "Məhəmməd kövsəri" və Behişt kövsəri" arasındakı əlaqə və nisbəti anlamağın çoxlu düşünmə və araşdırmağa ehtiyacı var. Bəlkə belə demək olar ki, adi insanların düşüncəsi, onu anlamaq və təsəvvür etməyə acizdir.
[3] - Müraciət edin: Feyz Kaşani, Möhsin, Məhcətül- bəyza, cild 8, səh 352- 353 və kövsər surəsi barəsində olan müxtəlif təfsirlər.
[4] - Əllamə Məclisi, Həqqul- yəqin, səh 453. biharul- ənvar, cild 8, səh 18
[5] - Əllamə Məclisi, Həqqul- yəqin, səh 455
[6] - Biharul- ənvar, cild 45, səh 49