Ətraflı axtarış
Baxanların
25420
İnternetə qoyma tarixi: 2012/01/18
Sualın xülasəsi
Muxtar Səqəfi qəlbən Əbu Bəkrə və Ömərə məhəbbət bəsləyirdimi? Nə üçün Kərbəlada imam Hüseyn (əleyhis-salam)-ı müdafiə etməmişdi?
Sual
Düzdürmü ki, Muxtar Səqəfi qəlbində Əbu Bəkrə və Ömərə məhəbbət bəsləyir və buna görə də Sirat körpüsündən düşən zaman imam Hüseyn (əleyhis-salam) ona nicat verir? İmam Hüseyn (əleyhis-salam) qiyam edərkən o harada idi və nə üçün o həzrəti müdafiə etməmişdir?
Qısa cavab

Muxtarın barəsində hədis kitablarında gələn rəvayətlər iki qisimdir: bəzi rəvayətlərdə o təriflənir, bəzilərində isə məzəmmət olunur. Hədis və rical alimləri Muxtarın barəsində olan hədislərlə qarşılaşarkən əksər hallarda onu tərifləyən rəvayətlərə üstünlük vermiş və bunun müqabilində olan rəvayətlərlə əlaqədar müxtəlif nəzəriyyələr irəli çəkmişlər.

Mərhum Məclisi Muxtarın nicat tapması ilə əlaqədar deyilən rəvayəti onun mədhində və məzəmmətində olan rəvayətlərin arasında ittifaq yaratmaq üçün bir əsas hesab edir. Belə ki, ilkin əqidəsinə görə Cəhənnəm əhli olmuş, lakin axırda imam Hüseyn (əleyhis-salam)-ın şəfaəti ilə ilahi əzabdan nicat tapmışdır. Amma Ayətullah Xoi (rəhmətullah əleyh) bu rəvayətin sənədini zəif bilir.

Muxtar Səqəfi imam Hüseyn (əleyhis-salam)-ın Kərbəladakı qiyamından və Aşura hərəkatından əvvəl o həzrətin Kufədəki səfiri Müslim ibni Əqli himayə etdiyinə görə İbni Ziyadın göstərişi ilə həbs edildi və Kərbəla qiyamının axırına qədər zindanda qaldı.

Ətreaflı cavab

Muxtar ibni Əbi Übeydə. Səqif qəbiləsindəndir, künyəsi Əbu İshaq, ləqəbi Keysandır. (Keysan huşyar və ayıq şəxs mənasınadır.)[1]

Əli (əleyhis-salam)-ın köməkçilərindən olan Əsbəğ ibni Nubatə deyir: “Keys (Keysan) ləqəbini Əli (əleyhis-salam) Muxtara vermişdir.”[2]

O, ədəb-ərkanı və əxlaqi fəzilətləri Əhli-beyt (əleyhimus-salam) məktəbindən öyrənmişdi. Cavanlığının əvvəllərində öz atası və əmisi ilə birlikdə (Əli (əleyhis-salam)-ın qoşununda) İran ordusu ilə müharibə aparmaq üçün İraqa gəlmişdi. O həzrətin şəhadətindən azacıq qabaq Bəsrəyə gəlmiş və orada məskunlaşmışdı.[3]

Əllamə Məclisi (rəhmətullahi əleyh) buyurur: “Muxtar Əhli-beytin fəzilətlərini bəyan edir, imam Əli, imam Həsən və imam Hüseyn (əleyhimus-salam)-ın əxlaqi səciyyə və fəzilətlərini camaat arasında yayır və inanırdı ki, Əhli-beyt Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən sonra imamət və hakimiyyət üçün hamıdan irəli və ləyaqətlidir. Habelə, Peyğəmbər Əhli-beytinə baş verən çətinliklərdən narahatlıq hissi keçirirdi.”[4]

Muxtarın şəxsiyyəti ilə əlaqədar hədis kitablarında gələn rəvayətlər iki qisimdir: bəziləri onu tərifləyir, bəzi rəvayətlər isə onu məzəmmət edir.

a) Muxtarın mədh və tərifində olan hədislər

Hədis kitablarında Muxtarın tərifi ilə əlaqədar nəql olunan hədislər çoxdur. Amma ixtisara riayət etmək üçün onlardan üçünü qeyd edirik:

1. İmam Sadiq (əleyhis-salam) buyurur: “Muxtar imam Hüseyn (əleyhis-salam)-ın qatillərinin kəsik başlarını bizim xanədanımıza göndərdikdən sonra Haşimi qadınları başlarını darayıb, həna qoymağa başladılar.”[5]

Ayətullah Xoi (rəhmətullah əleyh) bu rəvayəti səhih hesab edir.[6] Bu rəvayət Muxtarın gördüyü əməlləri dəstəkləyən bir nişanədir.

2. “Muxtara nalayıq sözlər deməyin, çünki o bizim qatillərimizi öldürüb intiqamımızı aldı, çətin şəraitlərdə müəyyən miqdarda mal-dövləti bizim aramızda bölüşdürdü, dul qadınlarımızın (iqtisadi) vəziyyətini sahmana saldı.”[7]

3. Bir rəvayətdə deyilir ki, Übeydullah ibni Ziyad və Ömər Sədin kəsik başını imam Səccad (əleyhis-salam)-ın yanına gətirdikləri zaman səcdəyə düşdü və Allaha həmd-səna etdikdən sonra buyurdu: جَزىَ اللهُ المُختارَ خَیراً “Allah Muxtara xeyir əvəzi versin!”[8]

b) Muxtarın məzəmmətinə dəlalət edən hədislər

Burada nümunə üçün üç rəvayəti qeyd edirik:

1. İmam Sadiq (əleyhis-salam) buyurur: “Muxtar imam Səccad (əleyhis-salam)-ın adından yalan danışırdı.”[9]

2. Bir rəvayətdə də deyilir ki, Muxtar imam Zeynul-abidin (əleyhis-salam) üçün 20 min dinar (qızıl pul) göndərdi. Həzrət onu qəbul edərək xarab olmuş mənzillərin abadlaşdırılmasına sərf etdi. Digər dəfə qırx min dinar pulu imam Səccad (əleyhis-salam)-a göndərdi. Amma bu dəfə onun hədiyyəsini qəbul etmədi.[10] Və başqa bir rəvayətə görə buyurdu: فَإِنِّی لَا أَقْبَلُ هَدَایا الْکَذَّابِین “Mən yalan danışanların hədiyyəsini qəbul etmirəm!”[11]

3. Muxtara vurulan digər bir tənə bundan ibarətdir: O, Məhəmməd ibni Hənəfiyyənin imamətinə inanır və camaatı ona doğru dəvət edirdi. Bu məsələ ilə əlaqədar “keysaniyyə” firqəsi yaranmışdır.[12]

Muxtar alimlərin nəzərindən

Hədis və rical alimlərinin çoxu Muxtarla əlaqədar rəvayətlərlə qarşılaşan zaman onun tərifində olan rəvayətlərə üstünlük vermiş, bunun müqabilində olan rəvayətlərlə əlaqədar müxtəlif izahlar və nəzəriyyələr irəli sürmüşlər. O cümlədən:

a) Muxtarın məzəmmətində deyilən rəvayətlər sənəd baxımından son dərəcə zəifdir.[13] Kəşşi bu barədə buyurur: “Belə nəzərə çarpır ki, bu rəvayətlər sünnülər tərəfindən quraşdırılan saxta rəvayətlərdir.”[14]

b) Ehtimal verilir ki, bu kimi hədislər təqiyyə üzündən, eləcə də imamların və ümumi şəkildə Bəni-Haşimin zalım hakimlərin şərindən amanda qalması məqsədi ilə onların (imamların) tərəfindən deyilmiş olsun.[15]

v) Bir hədisdə deyilir ki, Muxtar imam Səccad (əleyhis-salam) və onun ailəsi üçün iki dəfə hədiyyə göndərdi. Yalnız ikinci dəfə həzrət hədiyyələri qəbul etmədi. Səbəbi də Muxtarın yalançılıqda müttəhim olunması kimi bəyan edilir. Bu məsələ çox zəif nəzərə çarpır. Çünki əgər hədiyyələrin qəbul edilməməsinin səbəbi onun yalan danışması olsaydı, birinci dəfədə də qəbul edilməməli idi.[16]

v) Keysaniyyə firqəsinin yaranmasını Muxtara aid edən rəvayətlərdə Muxtarın yalançı olması iddia edilir. Rical alimlərinin nəzərinə görə bu, sünnü alimlərinin ona vurduğu töhmətlərdən başqa bir şey deyildir. Çünki Məhəmməd ibni Hənəfiyyə heç vaxt imamət iddiası etməmişdi ki, Muxtar da camaatı ona doğru çağırmış olsun. Bundan əlavə, keysaniyyə firqəsi Məhəmməd ibni Hənəfiyyənin vəfatından sonra formalaşmışdır.[17]

 

Muxtarın əqidəsi

Alimlərdən bəziləri də Muxtarı düzgün və səhih əqidəyə sahib olduğunu qəbul etməmiş və bu məsələni iki rəvayətə istinadən demişlər ki, onları qeyd edirik:

عَنْ أَبِی عَبْدِ اللَّهِ (ع) قَالَ لِی: "یجُوزُ النَّبِی(ص) الصِّرَاطَ یتْلُوهُ عَلِی وَ یتْلُو عَلِیاً الْحَسَنُ وَ یتْلُو الْحَسَنَ الْحُسَینُ فَإِذَا تَوَسَّطُوهُ نَادَى الْمُخْتَارُ الْحُسَینَ(ع) :یا أَبَا عَبْدِ اللَّهِ(ع) إِنِّی طَلَبْتُ بِثَارِکَ فَیقُولُ النَّبِی(ص) لِلْحُسَینِ(ع) :أَجِبْهُ؛ فَینْقَضُّ الْحُسَینُ(ع) فِی النَّارِ کَأَنَّهُ عُقَابٌ کَاسِرٌ فَیخْرِجُ الْمُخْتَارَ حُمَمَةً وَ لَوْ شُقَّ عَنْ قَلْبِهِ لَوُجِدَ حُبُّهُمَا فِی قَلْبِهِ

1. İmam Sadiq (əleyhis-salam) buyurur: Peyğəmbər-Əkrəm (səlləllahu əleyhi və alih) Sirat körpüsündən keçir, onun arxasınca Həzrət Əli, sonra İmam Həsən, daha sonra imam Hüseyn. Onlar Sirat körpüsünün ortasına çatan zaman (cəhənnəm əzabında olan) Muxtar nida edib deyir: “Ey Əba Əbdillah! Axı mən sənin intiqamını almışdım?!” Peyğəmbər buyurur: “Ey Hüseyn, ona cavab ver!” Sonra imam Hüseyn şahin quşu kimi Muxtara cəhənnəmin atəşindən nicat verir. Əgər Muxtarın qəlbi yarılsaydı, əvvəldəki iki xəlifəyə qarşı məhəbbət onun qəlbində görünəndi.”[18]

2. Bu məzmuna yaxın olan başqa bir rəvayət imam Sadiq (əleyhis-salam)-dan nəql olunur. Rəvayətin axırında ravi imamdan soruşur: “Nə üçün Muxtar gördüyü bu qədər xidmətlərlə belə cəhənnəm odunda giriftar olub?!” İmam cavabında buyurur: “Çünki Muxtarın sinəsi əvvəldəki iki xəlifənin məhəbbəti ilə dolmuşdu...” Sonra imam and içib buyurur: “Əgər Cəbrəilin və Mikailin də qəlbində bu iksinə qarşı zərrə qədər məhəbbət olsaydı, Allah-taala onları üzü üstə cəhənnəm oduna atardı!”[19]

Əllamə Məclisi (rəhmətullahi əleyh) bu rəvayəti Muxtarı tərifləyən və onun məzəmmətinə dəlalət edən sair rəvayətlər arasında müştərək cəhət hesab edir və deyir: “Əvvəlki əqidəsinə görə cəhənnəm əhli olmuş, lakin münasib rəftar və əməllərinə görə axırda İmam Hüseyn (əleyhis-salam)-ın vasitəsi ilə ilahi əzabdan nicat tapmışdır.”[20]

Amma Ayətullah Xoi (rəhmətullah əleyh) bu iki rəvayətin sənədini zəif bilmiş və Muxtarın əqidəsini səhih hesab etmişdir.[21]

Muxtar və imam Hüseyn (əleyhis-salam)-ın qiyamı

Muxtar Səqəfi Aşura qiyamdan əvvəl imam Hüseyn (əleyhis-salam)-ın Kufədəki səfiri Müslim ibni Əqili himayə etdiyinə görə (Müslimin şəhadətindən sonra) İbni Ziyadın göstərişi ilə həbs olundu və Kərbəla qiyamının axırına qədər Kufədə zindanda qaldı.[22] Buna görə də Kərbəlada iştirak edə bilmədi ki, imam Hüseyni müdafiə etmiş olsun.



[1] Məclisi, Məhəmməd Baqir, "Biharul-ənvar", 45-ci cild, səh. 345, “Vəfa” müəssisəsi, Beyrut, 1404-ci h.q ili; Firuzabadi, Məhəmməd ibni Yəqub, “Qamusul-mühit”, 1-ci cild, səh. 257, Beyrut, “Daru ehyait-turasil-ərəbi”, 1991-ci miladi il

[2] Kəşşi, “Ər-rical”, səh. 127, Tehran, 1348-ci şəmsi il; "Biharul-ənvar", 45-ci cild, səh. 344

[3] Musəvi Muqərrəm, Əbdür-Rəzzaq, “Məqtəlul-Huseyn (əleyhis-salam)”, “Darus-siqafə”, 2-ci çap, 1411-ci il; Zərkəli, Xeyruddin, “Əl-ə`lam”, 8-ci cild, səh. 70, 1-ci çap, Beyrut, “Darul-elm lil-məllain”

[4] “Biharul-ənvar”, 45-ci cild, səh. 352

[5] “Biharul-ənvar", 45-ci cild, səh. 386; “Rical”, Kəşşi, səh. 127

[6] Xoi, Əbul-Qasim, “Möcəmur-rical”, 18-ci cild, səh. 94, Qum, 1410-cu h.q ili

[7] “Biharul-ənvar", 45-ci cild, səh. 343, “Rical”, Kəşşi, səh. 125

[8] “Rical”, Kəşşi, səh. 127

[9] "Biharul-ənvar", 45-ci cild, səh. 343

[10] “Rical”, Kəşşi, səh. 128

[11] Yenə orada, səh. 126

[12] Hilli, İbni Davud, “Rical”, səh. 514, Tehran, 1383-cü şəmsi il

[13] “Möcəmur-rical”, 18-ci cild, səh. 97

[14] “Rical”, İbni Davud, səh. 514. Bu məsələ Kəşşinin “Rical” kitabında yoxdur. Bəlkə də İbni Davudun əlində olan nüsxədə mövcud olmuşdur.

[15] “Möcəmur-rical”, 18-ci cild, səh. 100

[16] “Rical”, İbni Davud, səh. 514

[17] “Möcəmur-rical”, 18-ci cild, səh. 101

[18] Şeyx Tusi, “Təhzibul-əhkam”, 1-ci cild, səh. 467, hədis 1528, Tehran, 1365-ci hicri şəmsi ili

[19] “Biharul-ənvar", 45-ci cild, səh. 340; “Müstətrəfatus-Sərair”, səh. 567

[20] “Biharul-ənvar", 45-ci cild, səh. 345, hədis 5

[21] “Möcəmur-rical”, 18-ci cild, səh. 100

[22] Məclisi, Məhəmməd Baqir, "Biharul-ənvar", 45-ci cild, səh. 353, “Vəfa” müəssisəsi, Beyrut, 1404-cü il; Kərəmi, Əli, “Dər sugi Əmiri azadi – guyatərin tarixi Kərbəla”, səh. 398, “Haziq” nəşriyyatı, Qum, birinci çap, 1380-ci şəmsi il; İbni Həcər Əsqəlani, Əhməd ibni Əli, “Əl-isabə fi təmyizis-səhabə”, Adil Əhməd Əbdül-Mövcud və Əli Məhəmməd Müəvvəzin tədqiqatı ilə, 6-cı cild, səh. 250, Beyrut, “Darul-kutubil-elmiyyə”, 1-ci çap, 1415-ci hicri qəməri il; Təbəri, Əbu Cəfər Məhəmməd ibni Cərir, “Tarixi Təbəri”, Məhəmməd Əbul-Fəzl İbrahimin tədqiqi ilə, 5-ci cild, səh. 571, “Darut-turas”, Beyrut, 2-ci çap, 1387-ci hicri qəməri ili.

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Zikrdən məqsəd nədir?
    13129 ذکر 2012/10/06
    Allahı zikir etmək insanın ruhiyyə və əxlqında böyük təsiri vardır ki, qarşılıqlıdır. Allahı yad etmək bəndədən və ürəyin aydın, saf və Allahın əmirlərinə əməl etməmək qorxusu, günahların bağışlanması, elm və hikmətin əta olunması isə Allah tərəfindəndir. Umumi olaraq zikri iki hissəyə bölmüşdürlər dildə və qəlbdə, dildə olan ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    95362 Təmkin etməyin həddi və şərayiti 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • “Quran qiraətinin batini ədəb qaydaları” dedikdə məqsəd nədir?
    8169 Quran elmləri 2012/04/09
    Quran Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih)-in əbədi möcüzəsi və böyük Allahın kəlamıdır. Buna görə də islamın əvvəllərindən etibarən müsəlmanların arasında xüsusi ehtiram və dəyərə layiq görülmüşdür. Müsəlmanlar hətta bu asimani kitabın qiraəti ilə əlaqədar Quran ayələrinə və Peyğəmbərin tövsiyə və hədislərinə əsasən öz növbəsində misilsiz olan xüsusi ...
  • Aya qadın edə bilər ailəsinin icazəsi olmadan internetdə başqalarıyla rabitə yaratsın?
    6844 Nizamlar hüquq və əhkam 2012/02/07
    Müctəhidlərin bu sual qarşısında olan cavabları ibarətdir: 1.             Xamineyi: Əgər kişinin malından istifadə etmirsə, icazə lazım deyil, amma diqqət etmək lazımdır naməhrəmlə rabitə həmişə fəsadla birlikdədir və ya günaha düşmək qorxusu vardır və caiz deyildir (icazə verilmir).
  • Əhli-sünnət və Bilal Həbəşi
    8583 تاريخ بزرگان 2011/09/12
    Əhli-sünnətin mənbələrində Peyğəmbər (səlləllahu əleyhi və alih)-in böyük səhabəsi olan cənab Bilal Həbəşi barəsində müəyyən mətləblər qeyd olunmuş və deyilmişdir ki, onu Əbu Bəkr azad etmişdi. Kafirlərin işgəncələri qarşısında müqavimətli bir şəxs olan Bilal Peyğəmbər (səlləllahu əleyhi və alih)-in azan deyəni, müharibələrdə İslam mücahidi idi və həmişə Peyğəmbərlə yanaşı ...
  • İmam Zaman (ə.c.) barəsində şiə və sünni nəzərləri arasında fərqlər varmı?
    15829 Qədim kəlam 2011/11/09
    Məhdəviyyət inancı və Məhdi (ə)- in zühuru düşüncəsi İslam əqidəsinin mühüm bir hissəsindən sayılır ki, İslam Peyğəmbəri (s)- in müjdə verməsinə əsasən, bütün İslami firqə və məzhəblər arasında formalaşmışdır. Həzrət Məhi (ə)- də aid hədislər əhli- sünnənin məşhur kitablarının çoxunda da gəlibdir. Bu hədislərə yaxşı diqqət etdikdə, imam ...
  • Һансы үстүнлүјә ҝөрә Аллаһ-таала Һәзрәт Сүлејмана (әлејһиссалам) һөкумәт вә әзәмәтли мүлк әта етмишдир?
    8588 Qədim kəlam 2010/09/29
    Илаһи пејғәмбәрләрин ҝөндәрилмәсиндән һәдәф дүзҝүн јашајыш вә хошбәхтлик јолуну, илаһи ҝөстәришләри инсанлара чатдырмагдыр. Амма бәзи дини мәсәләләр вар ки, о ҹүмләдән, игтисади ислам ганунлары, ҹиһад вә с... һаким гүдрәт олмадан оналары иҹра етмәк мүмкүн дејил. Белә олан һалда әҝәр ҹәмијјәтин идарә едәнләри пејғәмбәрләрин ҝөстәришләринә табе олмасалар, ...
  • “Əliyə itaət etmək (Allaha) bəndəlik və xüzu, ona itaətsizlik etmək Allaha küfrdür” hədisi düzdürmü?
    7059 Hədis elmləri 2011/10/20
    Məzmunu mütəvatir olduğuna görə bu hədis (məzmunca) səhihdir. Yəni bu mənaya çoxlu hədislərdə təkid olunmuşdur. Bu hədisdə deyilən “küfr” islamın müqabilində olan küfr yox, imanın müqabilində olan küfrdür. Aydındır ki, kafirin nəcis olması və s. hökmləri iman müqabilində olan küfrə aid ...
  • İslami cəhətdən hindlilər (bütpərəstlər) nəcisdirlərmi və onların rütubətindən çəkinmək lazımdırmı?
    6702 Nizamlar hüquq və əhkam 2011/10/24
    Bütünmüctehidlərinrəyinəəsasən, kafirnəcisdirvəonunrütubətindənçəkinməklazımdır. MərhumİmamXomeyni (rəhmətullah
  • Sizin Qold-kuist şirkəti barəsində nəzəriniz nədir?
    6309 Nizamlar hüquq və əhkam 2011/09/12
    Qold-kuist, Qold-mayn şirkətlərinin fəaliyyəti, eləcə də ümumi şəkildə piramida tipli sərmayə yığmağa məşğul olan şirkətlərin ölkə iqtisadiyyatına vurduğu zərər və xəsarətlərə nəzər yetirməklə o şirkətlərin fəaliyyəti qadağandır. O zərərlərdən bəzilərini qeyd edirik:1. Sərmayənin və valyutanın ölkədən xaric olması və onun müqabilində həqiqi əmtəənin ...

Ən çox baxılanlar

  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    166904 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    165544 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    120577 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    115153 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    113567 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    95362 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    56800 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    55448 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    47359 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    46553 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...