Please Wait
18375
Bu ayə təlaq verilmiş (boşanmış) qadınlar barəsində olan ayədir və rəci təlaqın hökmlərindən biri yəni iddə zamanında onların ərlərinin qayıtmasıdır. Ümumi bir qanuna yəni qadınların hüquq və vəzifələrinin bərabər olmasına işarədir.
Quran ayələrinin cəmindən və bu ayədən məlum olur ki, Allah üstünlüyü təqvada bilir. Hökmlərdə qadınla kişinin bərabər olmasını qəbul etmir və ədalətə əməl edir. Buna əsasən, ailənin idarəsini, Allahın kişilərdə yaratdığı xüsusiyyətlərə görə, kişilərin öhdəsinə qoyubdur.
İşarə etdiyimiz ayə, rəci təlaq barəsindədir.
Buyurur: "... (Bu gözləmə müddəti içərisində) ərləri barışmaq istərlərsə, onları geri almağa (hər kəsdən) daha çox haqlıdırlar. (kişilərin qadınlar) üzərində şəriətə görə güquqları olduğu kimi (qadınların da) onlar (kişilər) üzərində hüquqları vardır. Ancaq kişilər (daha artıq əziyyətə qatlandıqları üçün) onlardan bir dərəcə üstündürlər. Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir."[1]
Bu ayədə işarə olunan bir mühüm qanundur ki, islam nəzərindən qadının haqları və vəzifələri bir- biri ilə uyğunluğu var. (Necə ki, kişinin güquq və vəzifələri bir- biri ilə uyğundur). Yəni qadınların haqları arasında onların vəzifələri ilə bərabərlik var. Əlbəttə onun əksi də doğru olacaq. Yəni əgər bir nəfər üçün haqqlar təyin edilərsə qarşılığında həmin miqdarda vəzifələr də onun boynuna qoyacaqlar. Bu mühüm qaydanın kökü qadınla kişi arasındakı ədalətin mənşəyi və köküdür.
Ümumiyyətlə islam qadınla kişinin bərabər olmasını iddia etmir. Əksinə qadınla kişinin arasında ədalətə iddialıdır. Çünki qadınla kişinin arasında ruhi və cismi və... cəhətdən fərqlərin olmasını heç vaxt inkar etmək olmaz. Həmin fərqlər onların hər birinin fəzilətlərinin fərqlənməsinə səbəb olur. bu da eyni ədalətdir. Əgər fərqlər ola- ola onların hər birindən eyni vəzifələr istənilsə, bu ədalətin əksinədir.[2]
Bu məsələyə diqqət etməklə və həminin müvəffəq və xoşbəxt bir ailənin bacarıqlı bir idarəçiyə ehtiyaclı olmasını nəzərə alaraq, təəssübsüz olan bütün hesablamalar kişinin cismani və... vəziyyəti onun ailəni idarə edən olmasını deyir.[3]
Deməli islam nəzərindən, kişilər bu cəhətdən qadınlardan üstün olsalar da, amma onların bu üstünlüyü, onlar üçün vəzifələrin yaranmsına səbəb olubdur ki, belə vəzifələri qadınlardan istəməyiblər.
Maraqlıdır ki, ayənin sonunda buyurur: "Allah yenilməz qüvvət sahibi hikmət sahibidir. "Bu nurani kəlmələr, hər kəsin cəmiyyətdə yaranış qanunun onun üçün təyin etdiyi və onun bədən quruluşuna uyğun olan vəzifələrə məşğul olmasını tələb edən ilahi qanuna işarədir.[4]
Nəticə budur ki, ayənin məfhumuna və qadınla kişinin yaxşı əməllərinin mükafatı nəzərindən bir- birindən fərqlənməsi[5], təqvanın üstünlük meyarı olması[6] və bu cəhətdən qadınla kişinin heç bir fərqinin olmaması, digər ayələrə diqqət etməklə, yaxşıca məlum olur ki, bu ayə kişilərin üstünlüyünü yalnız ailəni idarə etmə və ona rəhbərlik etmə cəhətdən bəyan etmişdir. Ayənin mənası kişilərin bütün cəhətlərdən üstün olması, deyil.
Daha çox məlumat üçün baxın: Quran və kişilərin qadınlara rəhbərliyi, sual 267 (sayt: 1881).
[1] - Bəqərə surəsi, ayə 228.
[2] - Qadınla kişi arasında ədalət məsələsi, onların bütün şeylərdə bərabər olmaları və birgə hərəkət etmələri mənasında deyil.
Qadın cinsi kişinin vəzifələrindən fərqli vəzifələri yerinə yetirmək üçün yaranıb. Ona görə də fərqli hissləri var. yaranış qanunu çox həssas analıq və güclü nəsilləri tərbiyə etmək vəzifəsini onun öhdəsinə qoyub. Ona görə də mehribanlıq və hisslər payının çoxunu ona veribdir. ,Halbu ki, bu qanuna əsasən, ictimai ağır və çətin vəzifələr kişi cinsinin öhdəsinə qoyulub və düşüncə payının çoxu ona verilibdir. Bunaəsasən, əgər ədaləti icra etmək istəsək, düşüncə, və dözümə daha çox ehtiyaclı olan ictimai vəzifələrin bir hissəsi kişinin öhdəsinə qoyulmalı və çoxlu mehribanlıq və hissləri istəyən vəzifələr, qadınların öhdəsinə qoyulmalıdır. Ona görə də evin idarəçiliyi kişinin öhdəsinə və onun müavinliyi qadının öhdəsinə qoyulubdur. Bu qadınların cəmiyyətdə onların ruh və cismlərinə uyğun işləri və vəzifələri öhdələrinə almalarına və analıq vəzifəsi kənarenda digər həssas vəzifələri də yerinə yetirmələrinə mane olmayacaq. Həmçinin bu fərqlər, mənəvi məqamlar və təqva cəhətdən, qadınların bir dəstəsinin kişilərin çoxundan daha çox inkişaf etmələrinə mane olmayacaq.
Hər halda, təlaq haqqının ya iddədə qayıtmaq, ya məhkəmənin kişilərin əlində olması kimi qanunlar (qadına ya şəriət hakiminətəlaq haqqının verilməsi yerləri istisna etməklə) həmin məsələdənqaynaqlanır və həmin həqiqətlərin bir- başa olan nəticəsidir. Baxın: Təfsiri- nümunə, cild 2, səh 158.
[3] - Bu elə bir məsələdir ki, qadınla kişinin haqlarının bərabər olması iddiasında olanların hamısı onu əməldə təsdiqləyir. Çünki qadınlar kişinin hüquqlarının bərabər olması iddiasında olan ölkələrə baxarkən, bu ölkələrin demək olar hamısının özlərinin mühüm müdirlərini kişilərdən seçmələrini və idarəçilik işlərini kişilərə verdiklərini görürük.
[4] - Baxın: Təfsiri- nümunə, cild 2, səh 161.
[5] - Nəhl surəsi, ayə 97.
[6] - Hücurat surəsi, ayə 13:
«یا أَیُّهَا النَّاسُ إِنَّا خَلَقْناکُمْ مِنْ ذَکَرٍ وَ أُنْثى وَ جَعَلْناکُمْ شُعُوباً وَ قَبائِلَ لِتَعارَفُوا إِنَّ أَکْرَمَکُمْ عِنْدَ اللَّهِ أَتْقاکُمْ إِنَّ اللَّهَ عَلیمٌ خَبیرٌ»