Please Wait
7703
"... فأرسلنا الیها روحنا فتمثّل لها بشراً سوّیاً"
Öz ruhumuzu (Cəbraili Məryəmin) yanına göndırdik. Ona (Məryəmə) kamil bir insan sifətində göründü" mənasını kamil şəkildə açıqlayın və ayədəki "təməssül"
("تمثل؛") sözünün hansı mənada işləndiyini izah edin.
"Təməssül" sözü lüğətdə "kiminsə önündə durmaq nəyə və ya kiməsə oxşamaq, təsəvvür etmək, qiyafələnmək" və bu kimi mənaları verir.
Amma yuxarıda qeyd etdiyimiz ayədə "Allahın mələyi insan qiyafəsinə düşərək həzrəti Məryəmin (s) qarşısında dayanır. Həzrəti Məryəm (s) də onun kamil bir insan olduğunu təsəvvür edir."
Əlbəttə ayənin zahiri, həzrəti Cəbrailin tamamilə insana dönməsini çatdırsada bu belə deyil. Əksinə həzrəti Cəbrail (ə) yalnız insan surətində təzahür etmişdir.
"Təməssül" sözü Qurani kərimdə yalnız Məryəm surəsində işlənməsinə baxmayaraq bir çox dini mənbələrdə bu sözə kifayət qədər rast gəlmək olur. Məsələn: İblisin insan cildinə girməsi, dünya malının müxtəlif formalarda bəzi insanların gözünə görünməsi, insanların əməllərinin təcəllası, behiştin Quranda təsəvvür olunması və s.
Mümkündür " Təməssül" sözü barəsində çoxlu şübhələr və suallar irəli gələ bilər. biz burada o sualların üçünü qeyd edib cavablandıracağıq.
1)- Təməssül (bənzətmə) zamanında insan müəyyən xətalara yol verir. Yəni qarşısında təzahür edənin əsil həqiqətindən və kimliyindən xəbərsiz olur. belə olan halda biz, hansı meyarlar əsasında qarşımızda olanı tanıya bilərik?
Cavab: Zehni hökümlərdə əsil meyar insan aşkarda hər nə görərsə, odur. Yəni ilk görüntüdə hər nə təsəvvür edərsə, elədə qəbul etməlidir.
2)- Peyğəmbər və imamlardan savayı kimsənin həzrəti Cəbraili (ə) və ya hər hansı bir mələyi görməsi mümkündürmü?
Cavab: Qurani kərimin və bəzi dini mənbələrin nəzərinə əsasən deyə bilərik ki, peyğəmbər və imamlardan savayı bütün insanlar bəzi məqamlara yiyələnməklə (ariflər kimi) həzrət Cəbraili və başqa mələkləri görə bilərlər.
Məsələn: Məryəm (s) imam və peyğəmbər olmadığı halda həzrət Cəbraili görə bilir. Həmçinin Allah taala əraf surəsinin 185- ci ayəsində insanları mələkut aləminə diqqət yetirmədikləri üçün məzəmmət edir. Bundan əlavə ariflərin nəzərinə əsasən "bütün insanlarda, maddi aləmdən çıxaraq, mələkut aləmini seyr etmək istedadı vardır."
3)- Qeyb aləmindən, təbiət aləminə və ya başqa sözlə desək kamillik və mənəvi aləmdən, naqislik və maddi dünyaya qayıdış, Molla Sədranın fəlsəfəsindəki "Substansional hərəkət" nəzəriyyəsnin əksinə deyilmi?
Cavab: Əgər hər hansı bir şey və ya insan "substansional hərəkət" nəzəriyyəsinə əsasən kamillik zirvəsinə ucalarsa, onun yenidən naqislik məqamına enməsi qeyri mümkündür. Yəni mənəvi aləmdən, təbiət aləminə tam şəkildə rəcət (qayıdış) etmək mümkün deyil. Amma buradakı "təməssül" rəcət mənasında olmadığı üçün, baş verməsi elə də çətin və ağıla sığmaz iş deyil. Əksinə hər hansı bir mələk bu işi yerinə yetirərsə, ilk növbədə o, öz mahiyyətini saxlayır. Yəni, mələyin hər hansı bir şəklə düşməsi, onun zatına və əsliliyinə heç bir təsir etmir. Məsələn: Allah taalanın təbiət aləmində və insanda olan təcəllası da bu qəbildəndir.
Biz öz ruhumuzu həzrət Məryəmə göndərdik və onu gözəl insan surətində ona (Məryəmə) aşkar etdik" (Məryəm 17) Ayədə işlənən "təməssül" ("تمثل") sözü lüğətdə "bənzətmə, qiyafələnmə, təsəvvür etmək, kiminsə önündə durmaq"[1] və sair mənalarda işlənmişdir. Həmçinin "msul" ("مثول") muməssil ("ممثّل") və təməssül ("تمثل") eyni köklü sözlərdən olub öz şəklindən ayrı bir şəklə düşmək" mənasında da işlənir.
Buna əsasən ayədəki "fətəməssəlu" sözü "Allahın mələyinin insan şəklinə" düşdüyünü çatdırır. Amma demək olmaz ki, Cəbrail mahiyyət baxımından kamil insan olmuşdur. Belə bir zati dəyişikliyin təbii surətdə baş verməsi qətiyyən mümkün deyil. Amma həzrət Məryəm (s) məsələnin həqiqətindən xəbərsiz olduğu üçün ilk baxışdan onun, insan olduğunu təsəvvür edir.[2]
"Təməssül" sözü Qurani kərimdə yalnız həzrət Məryəmin dastanında işlədilmişdir.
Amma tarixdə və hədislərdə bu sözə müxalif mənalarda və sinonimlədə rast gəlmək olur. o cümlədən, Şeytanın "Darul nədvədə"[3] ağıllı kişi cildinə düşüb Qureyşin başçılarına peyğəmbərin əleyhinə məsləhət verməsi və onları bu işə həvəsləndirməsi, dünyanın batininin həzrət Əlinin (ə) gözünə gözəl, nazlı qadın kimi görünməsi (təməssülü), malın, sərvətin və övladın insan can verən zaman müxtəlif şəkillərdə təcəllası, insanın əmələrinin qəbirdə qorxulu heyvan və ya yaxşı qiyafədə zühur etməsi və sair.
Bunlar hamısı "təməssül" mənasında olub müxtəlif sinonimlərdə işlədilmişdir. Amma hər bir şeyin "təməssül" etməsi onu əslindən döndərməmişdir. Əksinə, öz zatını qoruyaraq, işin həqiqətini onun önündə canlandırmışdır.
Qurani kərimdə, Hud surəsinin 69- 70- ci ayələrinə nəzər saldıqda iki mələyin həzrət İbrahimə İshaqın müjdəsini verməyə gəldiyi nəql olunur. Bu mələklər insan quyafələrində gəldikləri üçün İbrahim (ə) Onları süfrəyə (buzov ətindən kabab) dəvət edir. Əllamə şirani bu barədə belə yazır:
"Onların insan qiyafəsində gəlməkləri, İbrahimi (ə) onların insan olduğunu düşündürməyə vadar edir. Onlar süfrəyə əl uzatmayanda İbrahim (ə) təşvişə düşür. Mələklər onun narahat olduğunu görüb həqiqəti o həzrətə söyləyirlər.[4]
Amma Tövratda mələklərin buzov ətindən yedikləri yazılmışdır.[5]
Yuxarıda qeyd etdiyimiz nümunələrdən məlum olur ki, mələklər müxtəlif zamanlarda müəyyən insanlar üçün öz əsillərini itirmədən, "təcafi"[6] etmədən özlərini aşkar etmişlər.
Bu mövzu və xüsusən "təməssül" barəsindəmümkündür zehnimizə çoxlu sayda şübhələr və suallar gəlsin. Yazının məhdud olmasını nəzərə alaraq yalnız onların bir neçəsini qeyd edib cavabladıracağıq.
1)- "Təməssül" məsələsində "müdrik" (gərən, dərk edən) hər nə görərsə onun həqiqət olduğunu düşünür və inanır. Amma bir halda ki, onun gördüyü, düşündüyü məxluq deyildir. Belə olan halda "müdrik" hansı meyarlar əsasında müşahidə etdiyinin əslindən və zatından xəbərdar olmalıdır?
Cavab: Müdrik ilk müşahidəsində qarşı tərəfin olduğunu düşünərək, ehtimal verərsə onu elə də qəbul etməlidir. Başqa sözlə desək, ilk baxışdan nə başa düşürsə, onu da doğru sanmalıdır. Məsələn: Onun insan olduğunu düşünərsə, onunla insan kimi rəftar etməlidir. Necə ki, həzrət İbrahim (ə) onların insan olduğunu düşünərək, mələkləri süfrəyə dəvət etdi. Həmçinin həzrət MÇəryəm (ə) mələyin insan olduğunu sanaraq, ona toxunmamağı əmr edir və s.[7]
2)- Peyğəmbər və imam olmayan şəxslər (həzrət Məryəm (s) kimi cənab Cəbraili (ə) və sair) mələkləri müşahidə edə bilərmi? Ümumiyyətlə peyğəmbər və imam olmayan şəxslər "mələkut"[8] aləmi ilə əlaqə yarada bilərmi?
Cavab: Bəzi Quran ayələrinə və dini mənbələrə istinad etməkləm deyə bilərik ki, bu iş bütün bəşəriyyət üçün mümkündür.[9] Həmçinin həzrət Məryəmin dastanını buna misal gətirmək olar. Çünki həzrət Məryəm (s) nə peyğəmbər idi nə də imam."[10]
3)- Qeyb aləmindən, təbiət aləminə qayıdış Molla Sədranın "substansional hərəkə" nəzəriyyəsinə əsasən mümkündürmü?
Həmçinin,"təməssül" zamanında hər hansı bir qeyri maddi bir qeyri maddi bir qüvvənin (ruhun, mələyin) maddiləşməsi, onun üçün ali məqamdan enmək mənasında deyilmi?
Cavab: Substansional bir qüvvənin yenidən əvvəlki halına qayıtması mümkün deyil.
Bundan əlavə mücərrəd (qeyri maddi) bir şeyin təbiət aləminə gələrək maddi bir şeyə şevrilməsi də həmçinin mümkünsüzdür.
Əvvəldə qeyd etdiyimiz kimi "təməssül" məsələsi "rəcət"dən tamamilə fərqli bir məsələdir. Hətta əvvəldə qeyd etdiyimiz "təcafi" də deyil. Çünki, "rəcət" məsələsində qayıdan şəxs, öz zatını itirmədən qayıdır. Yəni necə aradan getmişdisə elə də qayıdır və heç vaxt onun qayıdışından ikinci bir hal başa düşülmür. Həmçinin "təcafi" deyəndə konkret bir hal nəzərdə tutulmur.
Bundan əlavə, hər hansı bir insan qadirdir ki, öz ruhunun qüdrəti sayəsində, bütün cinsi xüsusiyyətlərini itirmədən qeyb aləmini seyr etsin və yenidən əvvəlki halına qayıtsın.[11] Böyük islam ariflərini buna misal gətirmək olar. Ariflərin nəzərinə əsasən Allah taala insanı və təbiəti yaratmaqla onda təcəlla edir. Yəni Allah taala yaradılışın vasitəsi ilə özünü pünhanlıqdan aşkara çıxardır və bütün camal sifətlərini və adlarını bəşəriyyət üçün bariz edir.[12] Mələklərin təkamülə çatması üçün onların maddi bədəndən ehtiyacları yoxdurş lakin bəzi ilahi fərmanları yerinə yetirərkən Allahın əmri ilə müxtəlif bədənlərdə təzahür edirlər. bunun da onların zatına heç bir aidiyyatı yoxdur. Məsələn: Həzrət, Məryəmin (s) gördüyü mələk (Cəbrail) ilahi əmirləri yerinə yetirərkən müxtəlif qiyafələrdə ola bilər.
Vacib deyil ki, həmişə "təməssül" halında insan ya kişi halında olsun.
Başqa sözlə desək, bəzən mələk öz məmuriyyətini yerinə yetirmək üçün zahiri bir bədənə ehtiyacı olur. bu vaxt o, öz məmuriyyətini dəqiq və kamil surətdə yerinə yetirmək üçün xüsusi bir bədənlə təzahür edir. Məmuriyyətini başa vurduqda isə o, bədıni tərk edərək, yenidən mələkut aləminə qayıdır. Yəni mələyin "təməssülü" (qiyafələnməsi) onun məmuriyyəti ilə əlaqədardır.
Nəticə:
Bütün yazılanlardan belə nəticə alırıq ki, ayədə olan "təməssül" sözü bənzəmək və bir dondan digər bir dona girmək mənasında işlənir.[13]
[1] - Dəhxuda, Lüğətnamə, sözlər və təmsillər.
[2] - Əllamə Təba- təbai, Təfsiri- Əl- mizan kitabı, cild 14, ayə 17 Məryəm surəsi, Məkarim irazi, Nümunə təfsiri, cild 13.
[3] - Mütərcim: Darul- nədva"nın lüğəvi mənası "söhbət evi"dir. Amma ictimai termin kimi istifadə olunarsa bu günki, kafe, çay evi tarixdə bunun bənzər i"səqifə"dir.
[4] - Həsənzadə Amuli, insan və Quran kitabı, səh 68
[5] - Tövrat, yaradılış kitabı, 8- 18
[6] - Mütərcim: "Tacəfi" sözünün mənası, boşluq, məsafə, ama buradakı mənası, bir şeyi əvvəlki halətindən yeni bir halətə keçməməsi mənasındadır. Məsələn: Əgər bir nəfər camaat namazında ikinci rükətində imama qoşularsa, o təşəhhüd oxunan zaman yarı oturaq halda qalmalıdır. Onun bu halına nə qiyamdadır nə də oturulu deyərlər. əksinə iki halın arasındadır deyırlər. bu halın adı ərəb dilində "təcafi"dir. Yəni mələk əvvəlki halından, insanlığa tərəf keçməmişdir. əksinə iki halın arasında öz məmuriyyətini yerinə yetirmişdir.
[7] - Yenə də ora, səhifə 71, Həmreyi, Mirzə Xəlil, Ufuq, vəhy kitabı, səh 322, çap aban, 347- ci nömrə.
[8] - Mələklər dünyası, ruhlar yaşayan yer, mənəvi həyat.
[9] - Qurani kərim, Əraf surəsi, ayə 185., Ənam surəsi, ayə 75.
[10] - Qəsəsul əhkam kitabının şərhi, səhifə 47 birinci çap, bahar 1378
[11] - Rəfi Qəzvini, seyid Əbül Həsən, rəcət və merac kitabı, səh 44, 3 çap.
[12] - İnsan şunasi, seyid Həsən İbrahimiyan, həs 114, 1 çap 1381
[13] - Rəfi Qəzvini, seyid Əbül Həsən, rəcət və merac kitabı, səh 45