Ətraflı axtarış
Baxanların
8996
İnternetə qoyma tarixi: 2011/10/24
Sualın xülasəsi
Quranın andlarının sirləri nədədir?
Sual
Quranın andlarının sirlərini açıqlayın.
Qısa cavab

“Qəsəm” sözə ərəb sözü olub “and içmək” mənasını verir və tərifi də bundan ibarətdir ki, insanın öz şərəf və namusuna görə iqrar etdiyi məsələ əsasında Allahı, yaxud böyük bir şeyi özünə şahid kimi tutur. And içmək tarix boyu xüsusi dil və ya millətə məxsus olmamış və həmişə bütün millətlər və tayfalar arasında ürfi qanun kimi geniş adət olaraq yayılmışdır. Quranda 104 ayədə 118 dəfə and içilmiş və onlardan 95 dəfəsində Allah-Taala tərəfindən and içilmişdir.

İlahi andlarla adi insanlar arasında içilən andlar arasında diqqət olunacaq qədər fərq vardır. Allah-Taaalanın andlarının çox yüksək səviyyədə hikmətləri vardır. Məsələn, and içilmiş mövzunun əzəmətli olması, təkid, dinləyicidə təsir qoyması, dəlil gətirmək, höccətin tamam olması, and içilmiş şeyin isbat olunması, insanlara şübhədə olduqları şeyin açıqlanması və təsdiqi, bəşərin and içilmiş mövzuda mənafe və zərərlərinə diqqətlərinin çəkilməsi, əvvəlcədən inkar olunmuş mövzunun and vasitəsi ilə təsdiq olunması, xurafatla mübarizə və s...

Quranda bəzi yerlərdə Allah-Taala başqaları tərəfindən içilmiş andları nə nəql edir.

Ətreaflı cavab

a) Andın tərifi;

Fars dilində “sugənd” yəni, and içmək mənasını verən bu söz əslində “sukunte” (Saokenta) kökündən olub, kükürd mənasındadır. Bu mənada and içmək yəni, kükürd yemək mənasını verir ki, qədimdə günahkar şəxsi günahsızdan ayırd etməkdən ötrü istifadə edilirmiş. Qədimdə suya bir miqdar kükürd qatıb müttəhimə verirlərmiş. Bununla da onun günahkar və ya günahsız olmasını ayırd etsinlər.[1] Sonradan xüsusi and içmək mənasında işlənilib ki, o da insanın öz şərəf və namusuna görə iqrar etdiyi məsələ əsasında Allahı yaxud, böyük bir şeyi özünə şahid kimi tutmasıdır. Məsələn, Allaha, peyğəmbərə və İmamlara və s..and içmək.[2]

Ərəbə dilində olan “qəsəm” sözü fars dilindəki “sukənd” (and içmək) sözü ilə bir mənadadır.

b) And içmənin tarixi;

Bəşər tarixindən və əsərlərindən yerdə qalan nişanələr və əlamətlər nişan verir ki, and içmək tarix boyu xüsusi dil və ya millətə məxsus olmamış və həmişə bütün millətlər və tayfalar arasında ürfi qanun kimi geniş adət olaraq yayılmışdır. Çox güclü ehtimala görə and içmənin tarixi bəşərin ilk yaranış tarixinə qayıdır. Bu mövzuda ən mötəbər dəlil isə Qurani-Kərimdir. Qurani-Kərim insanların müxtəlif dövrlərdə o cümlədən, həzrət İbrahimin (əleyhissalam)[3], Yəqub peyğəmbərin (əleyhissalam) övladlarının,[4] sehrbazların Firona and içmələrin,[5] ondan əvvəldə isə Şeytanın ilk insan olan Adəm və Həvva[6] müqabilində and içmələrini nəql etmişdir.

 

Q) Quranın andları;

Quranda 23 surə and içməklə başlanmışdır. Quranın 44 surəsində 104 ayənin içində 118 dəfə and içilmiş, onlardan 95 dəfəsi Allah-Taala tərəfindən olmuşdur. Yerdə qalan digər andlar bunlardan ibarətdir:

1.İki dəfə İslam Peyğəmbərinin (s) dilindən Qiyamətin isbatında və o gündə əməllərin hesab-kitab əsasında olmasını bildirməkdən ötrü;

2.Dörd dəfə həzrət Yusifin (əleyhissalam) qardaşları tərəfindən and içilib;

3.Bir dəfə sehrbazlar Firona and içirlər ki, Musaya (əleyhissalam) qalib gələcəklər;

4.Bir dəfə Şeytan qeyri-muxlis bəndələrin hamısını düzgün yoldan çıxaracağına and içib;

5.On beş dəfə içilən andlar isə müşriklərə, münafiqlər və Qiyaməti inkar edənlərə aiddir;[7]

d) Allah-Taalanın andları ilə xalq arasında adət olmuş andların fərqləri;

İlahi andlarla adi insanlar arasında içilən andlar arasında diqqət olunacaq qədər fərq vardır. Çünki;

1.Adi insanların andlarından məqsəd öz mətləblərinin isbatıdır. Bu o haldadır ki, and içən dinləyicinin onun hədəfinə inanmasını istəyir. Elə ki, danışan dinləyicilərin ona inanmadıqlarını ehtimal verir, and içməklə çalışır ki, söylədiyi mətləbi onlara inandırsın və onlarda olan şəkk və şübhəni aradan aparsın. Amma Allah-Taalanın ehtiyacı yoxdur ki, dinləyicilər Onun sözlərini qəbul etsinlər. Əksinə, bəndələrin və dinləyicilərin ehtiyacları var ki, ilahi sözləri və göstərişləri eşidib onu qəbul etsinlər və ona əməl etsinlər. Nəticədə bu sözlərin faydası yenə də dinləyiciyə çatır.

2.Adi insanlar adətən müqəddəs varlıqlara və ya onlar üçün ən əhəmiyyətli şeylərə and içirlər, amma Allah-Taala Quranda elə şeylərə and içmişdir ki, onların bəziləri insanların yanında heç də müqəddəs sayılmır.

H) Allah-Taalanın andlarının sirr və fəlsəfəsi;

Allah-Taala bütün doğruçulardan doğru danışandır. Amma bəzi dərin hikmətlərinə görə öz kəlamlarında andlar içmişdir ki, onlardan bəzilərinə işarə edirik:

1.And içilmiş mövzunun əzəmətli olmasını açıqlamaqdan ötrü; adətən çox mühüm və dəyərli məsələlərdə and içərlər. Beləliklə, Quranın hansısa mövzuda and içməsi o mövzunun çox mühüm və dəyərli olmasına bir dəlildir.[8] Məsələn, Quranda oxuyuruq: “Ya, Sin! Hikmətlə dolu Qur’ana and olsun ki,”[9] Həmin and içmənin özü səbəb olur ki, dinləyici and içilmiş mövzu haqqında dərindən düşünsün və təzə həqiqətlər ələ gətirsin. Bununla da, Allah-Taalaya tərəf ən düzgün yolları tapa bilsin.[10]

2.Təkid; and içmək həmişə hansısa məsələnin təkidinə və əhəmiyyətinə görə olur. Həmçinin, belə andın özü dəlalət edin ki, haqqında and içilmiş mövzu yüksək dərəcədə əhəmiyyətli olmaqla yanaşı Allah-Taalanın istəyi çox ciddi və təkidlədir.[11] Allah-Taala kafirlərin cəzalandırılması haqqında and içmiş və buyurur: “(Ya Peyğəmbərim!) Səndən: "O (bizi qorxutduğun əzab və ya Qiyamət günü) doğrudurmu?" - deyə xəbər alacaqlar. Onlara belə cavab ver: "Rəbbimə and olsun ki, o doğrudur. Siz ondan canınızı qurtara bilməzsiniz!"[12]

Əvvəlcədən Qiyamət, Quranın haqq olması, İslam Peyğəmbərinin (s) risaləti, savab və əzablar haqqında xüsusi xəbərlər verildiyinə görə bu ayədə bütün bunlara&nb

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Qurani-kərimin qissələri və əhvalatları tarixi gerçəklik əsasında bəyan olunmuşdur, yoxsa gerçəkliyi olmayan təmsillər və simvolik məqsədlər daşıyır?
    12607 Quran elmləri 2012/03/14
    Qurandakı əhvalatlar və qissələr haqq əsasındadır, sadiq və doğru hadisələrdir, onda gerçəkliyin əksinə olan heç bir şey yoxdur. Buna görə də Quran qissələrinin (mətləbi başa düşmək üçün) “xəyali və simvolik əfsanəyə və s.” bölgüsünün heç bir düzgün izahı yoxdur. Çünki Quranda bəyan olunan tarixi hadisələrin hamısı tamamilə ...
  • Беһишт вә ҹәһәннәмдә дә өлүм вармы?
    7199 Qədim kəlam 2012/05/20
    Гуран ајәләри, рәвајәтләр вә әгли дәлилләрин һамысы јекдилликлә она дәлаләт едир ки, инсан Беһиштә вә ја ҹәһәннәмә ҝетдикдән сонра бир даһа өлүм ҝөрмәјәҹәк. Гурани-Кәрим бир тәрәфдән Гијамәти Әбәди ҝүн адландырыр, диҝәр тәрәфдән исә Беһишт әһлини һәмишәлик галанлар кими вәсф едир. Рәвајәтләрдә ҝәлиб ки, беһиштликләрә вә ҹәһәннәмликләрә хитаб ...
  • Hermonotik nədir və onunla nisbiliyin arasında nə kimi əlaqə vardır?
    7478 Təzə kəlam 2012/09/24
    Hermonotik kəlməsi iki termində işlənir: a) Ümumi termin: Ümumi termində bu kəlmə mətnin təfsiri barəsində aparılan hər növ tədqiqata şamil olur. Buna görə də hermonotik bu zəmində bütün mərhələlərə şamil olur, hətta üsul elmindəki “kəlmə” bəhsi də hermonotik bəhslərdən hesab olunur. b) Xüsusi ...
  • Bir müsəlman ailədə doğulan övlad ilk növbədə müsəlmandır, yoxsa adi insan?
    6727 Qədim kəlam 2012/01/18
    İnsanın insaniyyəti onun zati bir xisləti olduğuna görə bu cəhətdən insaniyyət ondan ayrıla bilməz. Amma müsəlman olmaq insanın zati xüsusiyyəti deyil, arizidir. Yəni ola bilər ki, bir insan müsəlman olmasın. Hal-hazırda qeyri-müsəlman insanların hamısını misal çəkmək olar. Buna görə də dünyaya gələn insan ilk növbədə və zatən insandır, amma həddi-buluğa ...
  • Нәфс вә ја руһ да јухуја мүбтәла олурму?
    8245 Qədim kəlam 2010/06/13
    Кечмишдән бу вахта гәдәр инсан үчүн ән мүһүм вә ихтилафлы бәһсләрдән бири руһ вә онун һәгигәти һаггындадыр. Јухарыдакы суал да һәмин мөвзудан мәншәләнир ки, инсанын һәгигәти һәмин мадди вә заһири тәрәфидир, јохса, онун заһиринин архасында диҝәр бир варлыг да вар ки, онда артыг ...
  • Бәда, Лөвһ-мәһфуз, Китаби-мубин (ашкар китаб), Лөвһи мәһв вә исбатын мәнасы нәдир?
    8126 Qədim kəlam 2010/03/11
    Бәда, лүғәтдә ҝизлиндән сонра ашкар олан мәнада ишләнир. Гурани-Кәримдә дә һәмин мәнада ишләнмишдир. “Вə (o зaмaн) Аллaһдaн oнлaрa ҝүмaн eтмəдиклəри ҝөрүнəҹəкдир.” [i] Алимләр арасында јарадылыш аләминдә “бәда” сөзү, шәриәтдәки нәсх мәнасына бәнзәр бир мәна вә рәјин ...
  • Allah təalanın məkrinin mənası nədir?
    10615 Təfsir 2012/09/01
    Ərəb lüğətində “məkr” kimisə məqsədindən yayındırmaqdır. (istər məqsədi pis yaxud yaxşı olsun). Bu mənaya əsasən məkr hər yerdə pis deyil. Bu mənanın Allaha aid edilməsi ziyanverici planların məhv edilməsi mənasındadır. Bu fasidlər barəsində işlədildikdə isə islah proqramlarının önünü kəsmək mənasında işlədilir. Bu ayənin məqsədi “Məsihin” ...
  • Yaşları ötmüş şəxslər üçün elmiyyə hövzələrində dini təhsil almaq necə mümkündür?
    8620 Nizamlar hüquq və əhkam 2011/07/28
    Elm öyrənmək heç bir yaşda və zamanda gec deyildir. Atalar demişkən, “balığı hər vaxt sudan tutsan, təzədir.” Peyğəmbər (səlləllahu əleyhi və alih) bu barədə buyurur: “Elm əldə etmək hər bir müsəlmana vacibdir. Agah olun! Allah-taala elm axtaranları sevir.”
  • Namaz qılmayan şəxslər qətiyyətlə cəhənnəm əhlidirlərmi? Hətta əgər çoxlu yaxşı işlər görsələr də?
    13730 Qədim kəlam 2012/04/17
    Bizim dini təlimlərə əsasən, dini əməllər arasında namaz ilk ibadət əməli sayılır. İnsanın namazı qəbul olsa, digər ibadət əməlləri də qəbul olar. Digər tərəfdən, Quran ayələrinin buyurduğuna əsasən, kiçik miqdarda yaxşı əməl edən hər kəs, onun savabını alacaq. Məlumdur ki, bu ayələrə əsasən, ölçü tərəzisində əgər xeyir ...
  • İslam nəzərindən süni mayalanmanın hökmü nədir?
    20239 Nizamlar hüquq və əhkam 2011/09/18
    Süni mayalanma xüsusilə insanın süni mayalanması yeni məsələlərdən biridir, ona görə də onun hökmü ayə və rəvayətlərdə açıqlanmayıbdır. Amma şiənin fəqih alimləri ayə və rəvayətlərdə ictihad üslubundan istifadə etməklə bu barədə nəzərlərini bildiriblər. Hazırda bu barədə şiə fəqihləri arasında neçə nəzər var:1.

Ən çox baxılanlar

  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    168964 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    166749 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    122173 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    116018 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    115355 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    96760 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    61213 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    56748 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    49534 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    47490 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...