Ətraflı axtarış
Baxanların
11910
İnternetə qoyma tarixi: 2012/04/09
Sualın xülasəsi
Allah-taala Quranda buyurur ki, qadağan olunmuş meyvədən yedikləri zaman Adəmlə Həvvanın övrətləri aşkar oldu. Allah onları cahil yaratmışdımı və onlar qadağan olunmuş meyvədən yeməklə öz eyiblərindən agah oldular?
Sual
Allah-taala Quranda buyurur ki, qadağan olunmuş meyvədən yedikləri zaman Adəmlə Həvvanın övrətləri aşkar oldu. Allah Adəmlə Həvvanı cahil yaratmışdımı və onlar qadağan olunmuş meyvədən yeməklə öz eyiblərindən agah oldular?
Qısa cavab

Bəzi dinlərdə Adəmlə Həvvanın hadisəsində deyilir ki, Allahın qadağan etdiyi meyvədən yedikdən sonra övrətləri onlara aşkar oldu. Bu hadisə ilə əlaqədar Quranda olan ayələri iki hissədə araşdırmaq olar: Birinci hissə bizim külli bəhsimiz barəsindədir. İkinci hissə isə “bəda” – “yəbdu” kökündən alınan və aşkar olmaq mənasına işlənən, habelə sayı çox və dəlalət baxımından bu sual ilə daha çox əlaqəli olan ayələr irəli çəkilir. Təfsir alimləri bu kəlmənin Quranda istifadə olunan mənasına, müxtəlif ayələrdə istifadə olunma yerlərinə diqqət yetirməklə bu kəlmənin lüğət tərcüməsini ayənin izahında gətirmişlər. Bu ayələrdən meyvəni yeməkdən qabaq qəbahətli işlər barəsində cahil olmağa, övrətləri aşkar olduqdan sonra isə bu qəbahətlərə alim olmaları mənası düşünülmür. Əksinə, ayələrin zahiri mənası budur ki, meyvəni yeməzdən qabaq övrətlərinin onlara aşkar olunacağı məlum deyildi və məhz bu meyvəni yedikdən sonra məlum oldu. Gizli (məxfi) olma amillərindən biri kimi qeyd etmək olar ki, bu məsələ çox qarşıya çıxan məsələ deyildi və həmin səbəbə görə onlar bu barədə çox da nigarançılıq hissi keçirmirdilər.

Ətreaflı cavab

Suala cavab vermək üçün bu mərhələdə istifadə edəcəyimiz bir neçə şeyi araşdırmaq lazımdır:

1. Bu barədə mövcud olan ayələri araşdıraq. Yəni bu məsələ ilə əlaqədar olan ayələri zikr edək, onları, aralarında mövcud olan fərqlər əsasında təsnif edək.

2. İstifadə olunan ayələrin ayrı-ayrılıqdakı kəlmələrində dərindən fikirləşək: görək, onların dəlaləti nə ola bilər və biz onların məzmunundan nə kimi nəticə ala bilərik.

3. Ayələri araşdırdıqdan sonra cavab məqamına gələcəyik: görəsən ayələrin məzmununa əsasən Adəm və Həvva o meyvədən yeməzdən qabaq övrətlərinin aşkar olmasının qəbahəti barəsində alim idilərmi, yoxsa ondan sonra alim oldular?

Qadağan olunmuş meyvədən yedikdən sonra Adəmlə Həvvanın övrətlərinin onlara aşkar olması məsələsini təkcə islam mənbələrində deyil, yəhudi və məsihilərin müqəddəs kitablarında da (Əhdi-ətiq və Əhdi-cədid) görmək olar. Orada deyilir: “Qadın gördü ki, o ağacın meyvəsi yemək üçün münasibdir. Zahirdə xoşa gələn, ürək oxşayan, elm artıran olduğunu gördükdə onun meyvəsindən özü yedi, ərinə də verdi və o da yedi. Bundan sonra hər ikisinin gözü açıldı və çılpaq olduqlarını başa düşdülər. Daha sonra əncir ağacının yarpaqlarını bir-birinə tikərək özləri üçün örtük düzəltdilər.”[1]

Bu hadisə ilə əlaqədar mövcud olan ayələri müqəddəs kitabımız olan Quranın bir neçə yerində görmək olar. Onların bəziləri təkrardır. Amma bu ayələrdə istifadə olunan kəlmələrə görə iki qismə bölmək olar ki, dəlalət baxımından da dəyişiklik icad edir. Onların hər ikisi bu mənaya dəlalət edir ki, Adəm və Həvva qadağan olunmuş ağacın meyvəsindən yedikləri zaman övrətləri onlara aşkar oldu.

Birinci dəstədən olan ayələrdə məlum feldən istifadə olunmuşdur:

يَابَنىِ ءَادَمَ لَا يَفْتِنَنَّكُمُ الشَّيْطَانُ كَمَا أَخْرَجَ أَبَوَيْكُم مِّنَ الْجَنَّةِ يَنزِعُ عَنهْمَا لِبَاسَهُمَا لِيرُيَهُمَا سَوْءَاتهِمَا

“Ey Adəm övladları! Şeytan sizi aldatmasın! Necə ki, sizin valideynlərinizi cənnətdən çıxartdı və paltarlarını soyundurdu ki, eyiblərini onlara göstərsin.” [2]

Bu ayədə çoxlu təmsil növlərindən istifadə olunmuşdur. Xüsusilə bu ayədən qabaq təqva “ən yaxşı paltar” kimi qeyd edilir: وَ لِبَاسُ التَّقْوَى‏ ذَالِكَ خَيرْ... “Təqva libası daha yaxşıdır...” [3] Təfsir alimlərindən bir çoxu ayədəki bu ifadəni təmsil yönü hesab edirlər ki, onun nəticəsi bundan ibarətdir: “Ey Adəm övladları! Bilin! Sizin elə eyibləriniz vardır ki, təqva paltarından başqa heç nə onu örtə bilməz. Təqva libası da fitrət yolu ilə sizə geyindirdiyimiz həmin paltardır. Belə isə, ayıq olun ki, Şeytan sizi aldatmasın, Allah verən bu paltarı sizin əyninizdən çıxartmasın. Necə ki, behiştdə ata-ananızın (Adəm və Həvvanın) əynindən çıxartdı. Bəli, Biz şeytanları ayələrimizə iman gətirməyib öz ixtiyarları ilə onlara tabe olanların dostu qərar verərik.” Buradan aydın olunur ki, İblisin behiştdə Adəm və Həvva ilə etdiyi iş (libaslarını çıxartmaq və nəticədə övrətlərinin aşkar olması) bir təmsildir: şeytan bütün insanları aldatmaqla onların əynindən təqva paltarını çıxara bilər.[4]

Fəxr Razı (şiə təfsirlərində də gələn) bəzi incəliklərə işarə etmişdir:

1. Libasın çıxarılmasının Şeytana aid edilməsi ilkin illətə (səbəbə) istinad olunduğuna görədir. Şeytan bu işin əsl səbəbkarı olduğuna görə sonradan baş verən bu halların hamısı ona aid edilir.

2. “Liyuriyəhuma” kəlməsindəki “lam” hərfi (li) aqibət mənasınadır, yəni işlərinin axır-aqibəti övrətlərinin aşkar olması oldu. Başqa sözlə, Allah Adəmlə Həvvanın övrətinin aşkar olmasını Şeytanın məqsədi qərar verdi və “o meyvədən yeməklə çılpaq olmaları” işlərinin aqibəti oldu.

3. O meyvədən yeməkdən qabaq bədənlərində olan paltarın hazırkı paltar növündən, yoxsa başqa növdən olması barəsində deyir: Bəziləri demişlər ki, bu paltar nurdan idi. Bəziləri bu paltarı təqva üçün bir təmsil hesab etmiş, bəziləri də ayənin zahirindən başa düşüldüyü kimi, behişt paltarı olduğunu demişlər. [5]

İkinci qisimdən olan ayələrin hamısında “bəda yəbdu” (aşkar oldu) kəlməsindən istifadə edilmişdir:

فَأَكَلَا مِنهْا فَبَدَتْ لهَمَا سَوْءَاتُهُمَا وَ طَفِقَا يخَصِفَانِ عَلَيهْمَا مِن وَرَقِ الجْنَّة

“O ikisi (Adəm və Həvva) o meyvədən yedilər və eyibləri aşkar oldu, onu behişt yarpaqları ilə örtməyə başladılar.” [6]

 

Bu ayənin oxşarı:

فَوَسْوَسَ لَهُمَا الشَّيطانُ لِيُبْدِي لَهُما ما وُورِي عَنْهُما مِنْ سَوْآتِهِما

“Şeytan o ikisini vəsvəsəyə saldı ki, onların gizli olan şeyləri – övrətləri aşkar olsun.”[7]

Müxtəlif surələrdə də qeyd olunan bu kimi ayələrdə əvvəlcə görək “bəda” kökündən alınan “bədət” və “yubdi” kəlmələri hansı mənaya gəlmişdir? Həmin kəlmədən belə bir məna almaq olarmı ki, bu hadisədən qabaq Adəm və Həvva bu mövzu barəsində cahil idilər? Yoxsa bu kəlmə, onların bu işdən qabaq cəhalətdə olmasına və ondan sonra isə elmli olmasına dəlalət etmir? Təfsirlərdə “bəda” kəlməsini “aşkar olmaq” mənasına götürmüşlər ki, cahil olmaq yox, məxfi olmaq mənasının müqabilidir (antonimidir).[8]

“Bəda” kəlməsi Quranın bir çox yerlərində gəlmişdir ki, burada onun bir neçəsindən istifadə edə bilərik. Onlardan biri günahkarlar barəsində nazil olan “Ənam” surəsinin 18-ci ayəsidir: “Əvvəllər gizlətdiyi şeylər onlar üçün aşkar oldu. Günahkarlar cəhənnəm atəşi qarşısında qərarlaşan zaman əldən verdikləri şeyləri bərpa etmək bəhanəsi ilə bu dünyaya qayıtmaq istəyəcəklər. Burada “bəda”nın mənası əvvəlcə yox olmaq, sonra vücuda gəlmək mənasına deyildir. Bu kəlmədən əvvəlcə cəhalət, sonra isə elm başa düşmək olmaz. Bəhs etdiyimiz bu ayə də həmin əsasda olmalıdır. Yəni, bu kəlmədən həzrət Adəm və Həvvanın əvvəlcə məsələ barəsində cahil olması kimi bir məna çıxarmaq olmaz. Quran və hədislərdə də bu cəhalətin isbat edilməsi üçün bir dəlil yoxdur.

“Ma vuriə ənhuma” ifadəsinin əsli olan “muvarat” kəlməsi də bir şeyi, onu örtəcək başqa bir şeyin arxasında qərar vermək mənasınadır.[9] Hər iki ayədə mövcud olan digər bir kəlmə “sov’at” kəlməsidir ki, onun da mənasında diqqət yetirmək lazımdır. Təfsir alimləri bu kəlməni bədənin xüsusi bir üzvünə işarə olan “övrət” mənasına götürmüşlər[10] və ümumi mənada olan pislik və çirkinlik mənası nəzərə alınmır. Qadağan olunmuş meyvədən yeməklə övrətlərinin aşkar olmasını deyən ayələrdə məqsəd onların eyibləri yox, övrətləri nəzərdə tutulur (necə ki, sualın mətnində belə güman olunmuşdur).

İndi gərək bu qəbahətin əvvəllər onlara nə üçün məxfi qalmasını araşdıraq. İnsanlar çoxlu nemətlərə sahibdirlər, bu da bir çox məsələlərin və qəbahətlərin onlara məxfi qalmasına səbəb olur. Həmin nemətlərə sahib olduqları vaxta qədər özləri də bilmədən onlardan istifadə edirlər, bu nemətlərdən məhrum olmaq nəticəsində qarşıya çıxacaq problemlər və çətinliklərlə əlaqədar heç bir nigarançılıqları olmur. Misal üçün, insan sağlam olduğu vaxta qədər heç bir nigarançılıq hissi olmadan ondan istifadə edir, ehtiyac duyduğu bütün işləri yerinə yetirir, sağlamlığın olmaması və xəstəlik kimi məsələlərə əsla diqqət yetirmir və bu barədə nigaran olmur. Amma bu neməti əldən verdikdən sonra çoxlu qəbahətli işlər ona aşkar olur və sağlamlıq nemətinin o eyiblər üçün bir pərdə olduğunu başa düşür. Əlbəttə, bunun mənası o deyildir ki, bu qəbahətlər barədə cahil olmuşdur; əksinə, bu barədə agahlığı var idi, lakin bu nemət həmin qəbahətlər üzərinə çəkilmiş bir hicab sayılırdı. Bu nemətin aradan getməsi ilə həmin qəbahətlər də ona aşkar olur. Adəmlə Həvvanın hadisəsi də bu qəbildəndir: onlar nur, təqva və s. hicab nemətlərinə malik olduqlarına görə övrətin qəbahətinə diqqət yetirmirdilər. Bu nemət və həqiqətdə bu halət onlardan alındıqdan sonra onların diqqəti bu məsələyə yönəldi və bu qəbahət onlara aşkar oldu.

Onların bu barədə məlumatlı və agah olmasının şahidi budur ki, bu nemət alındıqdan və övrətlərinin aşkar olunmasının qəbahəti bilindikdən sonra özlərini ağac yarpaqları ilə örtməyə çalışırdılar: “O meyvədən yedilər, övrətləri onlar üçün aşkar oldu və onları cənnət yarpaqları ilə örtməyə başladılar.”[11] Bu cümlədən məlum olur ki, bu nemət onlara məxfi qalmışdı, nəinki bu barədə cahil idilər. Çünki bu nemətin alınması ilə eyni zamanda və fasiləsiz olaraq bu məsələ onlara aşkar oldu, dərhal öz övrətlərini örtmək fikrinə düşdülər. Əgər bu işdən qabaq cahil olsaydılar, cəhalətin qarşısında dayanan (antonimi olan) “elm” kəlməsinin müxtəlif formalarından istifadə edilməli idi ki, bu meyvəni yeməkdən qabaq mövzu barəsində cahil olduqlarını və yalnız həmin hadisədən sonra məsələni bilmələrini göstərmiş olsun. Övrətin aşkar olmasının qəbahətini bilmələrinin digər şahidi budur ki, libasları alındıqdan dərhal sonra libas hazırlamaq fikrinə düşdülər və behişt ağaclarının yarpaqlarından libas kimi istifadə etməyə başladılar.

Ayələrin məzmunu onların bu qəbahət barədə cahil olmasını çatdırmır. İbarənin zahiri (təfsirlərdə nəql olunduğu kimi) yalnız məxfi qalmağa dair isrardır. Lüğətin zahiri mənasına görə də daha çox elm ilə uyğundur və məna belə olur: Onların bu mövzu barəsində agahlığı var idi, lakin qarşıya çıxan gündəlik məsələ olmadığına görə bu qəbahət onlara gizli qalmışdı.

 


[1] “Kitabi-müqəddəs”, “sifri peydayiş”, 3-cü bab, ayə 6-7

[2] “Əraf” surəsi, ayə: 27

[3] “Əraf” surəsi, ayə: 26

[4] Təbatəbai, Məhəmməd Hüseyn, “Əl-mizan” təfsiri, tərcüməçi: Həmədani, Seyid Məhəmməd Baqir, 8-ci cild, səh. 87, “İslami nəşriyyat”ın dəftərxanası, Qum, 1374-cü şəmsi il

[5] Fəxrəddin Razi, Əbu Əbdillah, “Məfatihul-ğeyb”, 14-cü cild, səh. 223, “Daru ehyait-turasil-ərəbi”, Beyrut 1420-ci qəməri il

[6] “Taha” surəsi, ayə: 121

[7] “Əraf” surəsi, ayə: 20

[8] Qürəşi, Seyid Əli Əkbər, “Təfsiru Əhsənil-hədis”, 6-cı cild, səh. 45, “Besət” qurumu, Tehran, 1377; Hüseyni Şirazi, Seyid Məhəmməd, “Təbyinul-Quran”, səh. 332, “Darul-ülum”, Beyrut, 1423-cü qəməri il.

[9] Təbərsi, Fəzl ibn Həsən, “Cəvamiul-came” təfsiri, 2-ci cild, səh. 303, “Astani qüdsi Rəzəvinin” tədqiqat qurumu, 2-ci çap, Məşhəd, 1377-ci şəmsi il

[10] Feyz Kaşani, Molla Möhsün, “Safi”, təfsiri, Ə’ləmi Hüseynin tədqiqi ilə, 2-ci cild, səh. 186, “Sədr” nəşriyyatı, 2-ci çap, Tehran, 1415-ci qəməri il

[11] “Taha” surəsi, ayə: 121

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    163850 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    159146 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    118741 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    111913 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    105761 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    92596 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    54137 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    49529 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    44951 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    44400 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...