Ətraflı axtarış
Baxanların
11930
İnternetə qoyma tarixi: 2012/04/19
Sualın xülasəsi
Rəcəb ayının əhəmiyyəti nədir və onda hansı əməllər vardır?
Sual
Rəcəb ayının əhəmiyyəti nədir və onda hansı əməllər vardır?
Qısa cavab

Fəzilətinə dair məsumlardan (əleyhimus-salam) çoxlu rəvayət nəql olunan aylardan biri də rəcəb ayıdır. Bu ayın əməlləri: oruc tutmaq, istiğfar (günahlardan tövbə) etmək, zikr demək, qüsl etmək, namaz qılmaq, ümrə əməllərini əncam vermək, imamları, xüsusilə iman Hüseyn və imam Riza (əleyhiməs-salam)-ı ziyarət etmək.

Ətreaflı cavab

Rəcəb ayı haram (hörmətli, toxunulmaz) aylardan biridir və onun fəziləti barəsində çoxlu rəvayət nəql olunmuşdur. Rəvayətlərdə bu ay üçün bəyan olunan əməllər iki qisimdir: Bəzi əməllər bu ayın bütün günlərinə aiddir, o cümlədən: oruc tutmaq, bəzi zikrlər və dualar kimi; bəzi əməllər isə bu ayın məxsus günlərinə aiddir, məsələn bu ayın gecələri üçün qeyd olunan əməllər, dualar və namazlar kimi. Habelə, beyz günləri (hər qəməri ayın 13, 14 və 15-ci günləri) yerinə yetirilən əməllərə tövsiyə olunmuşdur.

a) Rəcəb ayının müştərək əməlləri

Oruc

1. İmam Sadiq (əleyhis-salam) buyurur: “Həzrət Nuh (əleyhis-salam) rəcəb ayının birində gəmiyə mindi və səhabələrinə göstəriş verdi ki, həmin gün oruc tutsunlar.” Sonra  buyurdu: “Hər kəs bu gündə oruc tutsa, cəhənnəm odu bir illik (məsafə qədər) ondan uzaq olar. Hər kəs bu ayın yeddi gününü oruc tutsa, cəhənnəmin yeddi qapısı onun üzünə bağlanar. Hər kəs səkkiz gün oruc tutsa, behiştin səkkiz qapısı onun üzünə açılar. Hər kəs bu yada 15 gün oruc tutsa, Allah onun hacətlərini yerinə yetirər. Hər kəs bundan artıq oruc tutsa, Allah ona çoxlu inayət edər (rəhmət nəzəri salar).”[1]

2. İmam Kazim (əleyhis-salam) buyurur: “Rəcəb behiştdə bir çayın adıdır. O, süddən ağ, baldan şirindir. Hər kəs rəcəb ayının bir gününü oruc tutsa, Allah ona həmin çayın suyundan içirdər.”[2]

3. Həzrət yenə buyurur: “Rəcəb ayı böyük (əzəmətli) bir aydır. Onda mükafatlar və həsənələr (savablar) bir neçə qat artırılır, insanın günahları bağışlanır. Hər kəs rəcəb ayının bir gününü oruc tutsa, cəhənnəm odu yüz illik məsafə qədər ondan uzaqlaşar. Hər kəs bu ayda üç gün oruc tutsa, behişt ona vacib olar.”[3]

Rəcəb ayının fəziləti barəsində nəql olunan rəvayətlər çoxdur, biz qeyd olunanlarla kifayətlənirik.

Bu ayın məxsus zikrləri

1. Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih)  buyurur: “Hər kəs rəcəb ayında yüz dəfə أَسْتَغْفِرُ اللَّهَ الَّذِي لَا إِلَهَ إِلَّا هُوَ وَحْدَهُ لَا شَرِيكَ لَهُ وَ أَتُوبُ إِلَيْهِ “əstəğfirullahəl-ləzi la ilahə illa huvə vəhdəhu la şərikə ləh və ətubu iləyh” deyib ondan sonra infaq (ehsan) etsə, Allah onun işini (ömrünü) rəhmət və bağışlamaqla sona çatdırar. Qiyamət günü Allahın hüzuruna gələndə Allah ona buyurar: “Mənim səltənətimə iqrar etdin, hər nə hacətin varsa, istə icabət (qəbul) edim. Çünki Məndən başqa heç kəs sənin istəklərini yerinə yetirə bilməz.”[4]

2. Həzrət başqa bir rəvayətdə  buyurur: “Hər kəs bu ayda min dəfə “la ilahə illəllah” desə, Allah onun əməl dəftərində yüz min həsənə yazar.”[5]

Bu ayın zikrləri də çoxdur ki, bu barədə yazılan kitablara müraciət edə bilərsiniz.

b) Bu ayın məxsus əməlləri

Bu ayın məxsus əməlləri onun hər gecəsində qılınmalı olan namazlardır və onun qılınma qaydası rəvayətlərdə gəlmişdir.[6]

O məxsus əməllər: Birinci gecədə, on beşinci gecədə və ayın axır gecəsində qüsl etmək,[7] rəcəb ayının birinci cümə axşamının (leylətur-rəğaib),[8] on üçüncü, on dördüncü və on beşinci gecələrinin (beyz gecələrinin) namazını qılmaq,[9] ümrə əməlini yerinə yetirmək,[10] imam Hüseyn[11] və imam Riza (əleyhiməs-salam)-ı ziyarət etmək.[12]

 


[1] Səduq, Məhəmməd ibni Əli, “Səvabul-ə’mal”, səh. 53, “Şərif Rəzi” nəşriyyatı, Qum, 1364-cü şəmsi il

[2] Yenə orada

[3] Yenə orada

[4] Hürr Amili, “Vəsailuş-şiə”, 10-cu cild, səh. 484, hədis 13907, “Alul-beyt (əleyhis-salam)” müəssisəsi, Qum, 1409-cu qəməri il

[5] Yenə orada, hədis 13908

[6] “Vəsailuş-şiə”, 8-ci cild, səh. 91,  bab 5

[7] Yenə orada, 3-cü cild, səh. 334, bab 22

[8] Yenə orada, 8-ci cild, səh. 98, bab 6

[9] Yenə orada, 8-ci cild, səh. 24, bab 3

[10] Yenə orada, 14-cü cild, səh. 300, bab 3

[11] Yenə orada, 14-cü cild, səh. 465, bab 50

[12] Yen orada, 14-cü cild, səh. 565, bab 87

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Şiənin sünni ilə ailə qurması caizdir?
    21788 Məzhəbdə iştiraklıq 2012/05/19
    Bu barədə mərceyi- təqlidlərin fətvalarını nəzərinizə çatdırıram: Sual: Müsəlmanın qeyri- müsəlman, şiənin sünni ilə evlənməsi doğrudurmu? Həzrət ayətullah ul üzma Fazil Lənkərani: Müsəlman qadının qeyri- müsəlmanla ailə qurması caiz deyil, həmçinin şiə qadının sünniyə ərə getməsi məkruhdur. Müsəlman kişinin qeyri- ...
  • Uxdud səhabələri kim idi?
    8467 Təfsir 2012/03/14
    “Uxdud” böyük çala, yaxud xəndək mənasınadır. Bu ayədə odla doldurulan böyük çala nəzərdə tutulur ki, mömin şəxsləri oraya salıb yandırmış və ağır işgəncə ilə qətlə yetirmişlər. Bu hadisənin nə zaman baş verməsi, hansı qövmə aid olması, eləcə də bunun xüsusi və konkret bir hadisə, yoxsa ...
  • Həzrət Peyğəmbərin (s) vəfatından sonra o həzrətin qızı Fatimeyi Zəhranın (s) hansı çətinliklərlə qarçşılaşdı?
    8442 تاريخ بزرگان 2012/04/18
    Həzrət Fatimənin (ə) Peyğəmbərin (s) vəfatından sonra hansı çətinliklərlə qarşılaşdığı barədə, çoxlu sözlər və rəvayətlər vardır. Bu mövzuda sizin diqqətinizi sünni məzhəbinin ən etibarlı kitabı səhih Buxaridən olan rəvayətə cəlb edirik. ...
  • İmam Əli (əleyhis-salam) Əbu Bəkr, Ömər və Osmanla beyət etmişdimi? Nə üçün?
    19571 Qədim kəlam 2011/11/24
    Əvvəla, İmam Əli (əleyhis-salam)-ın özü, köməkçilərindən bir dəstəsi, eləcə də Peyğəmbər (səlləllahu əleyhi və alih) səhabələrindən bir qrupu əvvəldə Əbu Bəkrlə beyət etməmişdilər. Sonradan beyət etmələri də yalnız islamın hifz olunması, islam hökumətinin mənafeyinin qorunması məqsədi ilə baş vermişdi. İkincisi, bütün problem qılınc və şücaətlə həll olunmur, hər yerdə ...
  • “Ğüfeylə” namazının fəziləti və o namazı qılmaqla Yezidin bağışlana bilməsi barəsindəki hədis səhihdirmi?
    12313 Hədis elmləri 2012/04/19
    Belə bir rəvayət mötəbər hədis kitablarında gəlməmişdir, hətta bu məzmunun oxşarını da rəvayət kitablarında görməmişik. Bundan əlavə, rəvayətə oxşayan bu sözün məzmununda da tənqid olunası bir neçə məsələ vardır: 1. Cinayətlə ondan tövbənin necəliyi arasına tənasübün olmaması; 2. Əməldə niyyət məsələsinin nəzərə alınmaması;
  • Бир нәфәр хачпәрәсти Ислам ирфаны илә Ислама неҹә ҝәтирмәк олар?
    6993 Nəzəri irfan 2012/05/21
    Ислами ирфаны, онун хүсусијјәтләрини вә шахәләрини һәмчинин, Ислам вә Әһли-Бејт (әлејһиссалам) мәктәбинин сајәсиндә јетишән ирфаны ачыгламагла өз мәгсәдинизә чата биләрсиниз. Биринҹи: Ислами ирфан ики гисмә, нәзәри вә әмәли гисмә бөлүнүр. Нәзәри ирфанын әсас вә көклү мөвзусу ики мәсәләдир. Биринҹи, төвһидин һәгигәтинин ачыгланмасы; икинҹи һәгиги тәкаллаһлыны ...
  • لا اله الا هو “la ilahə illa huvə” ilə لا اله الا الله “la ilahə illəllah” cümlələrinin arasında nə kimi fərq vardır?
    22090 Qədim kəlam 2012/02/13
    Bəzi rəvayətlərdə qeyd olunur ki, “ya Huvə”, “ya mən la huvə illa huvə” Allahın ismi-ə’zəmidir (ən böyük adıdır). Aydındır ki, Quranda gələn bu kəlmə لا اله الا هو “la ilahə illa huvə” ilə لا اله الا الله “la ilahə illəllah” arasında olan fərq “Huvə” ilə “Allah” kəlmələri arasındakı fərqə qayıdır.
  • İslam nəzərindən insanın xilqəti necə olmuşdur?
    7998 Qədim kəlam 2011/07/28
    Qurani-kərim insanın yaranışının əvvəli ilə əlaqədar müxtəlif təbirlər bəyan etmişdir. Bəzi ayələrdə insanın ilkin maddəsi “palçıq” deyə təqdim edilir, bəzi ayələrdə deyilir ki, “insanı sudan xəlq etdik”, digər ayələrdə də insan xilqətinin mənşəyi nütfə, bəzilərində ...
  • Oğurluq günahını necə bərpa edə bilərik?
    12731 Nizamlar hüquq və əhkam 2011/11/24
    Allah-taalanın lütf və mərhəmətinin sizə şamil olduğuna görə təbrik edirəm! Çünki siz bu işin qəbahətli olduğunu başa düşüb tövbə ilə bu yaramaz işi bərpa etmək fikrinə düşmüşsünüz. Tövbə etməklə bu günahın bərpa olunması üçün ona deməyiniz lazım və vacib deyil. Siz onu öz işinizdən agah etməyin; özünüzlə ...
  • Hər ay məvacibdən müəyyən miqdar bir şəxsə vəqf etmək doğru hesab edilirmi?
    5057 Vəqf 2014/05/26
    Bu haqda alimlər arasında ixtilaf var. Bəzi müctehidlər pulun vəqf olunmasını düzgün, bəziləri isə belə bir vəqfi doğru hesab etmirlər. Bəziləri isə belə bir əməli ümumiyyətlə, nəzir hesab edirlər. Bundan əlavə: Təqlid olunan müctehidlər bu sualı belə cavablandırırlar: Həzrət ayətullah-üzma Xamnei (Allah hifz etsin) Pulun vəqf olunması düzgün deyildir.

Ən çox baxılanlar

  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    168749 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    166584 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    121994 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    115901 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    115123 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    96569 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    60860 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    56618 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    49356 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    47354 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...