Ətraflı axtarış
Baxanların
7487
İnternetə qoyma tarixi: 2011/11/19
Sualın xülasəsi
Digər dinlərin ardıcılları ilə müsəlmanların sülhsevr rəftarları barəsində Qurani- Kərimin baxışı necədir?
Sual
Digər dinlərin ardıcılları ilə müsəlmanların sülhsevr rəftarları barəsində Qurani- Kərimin baxışı necədir?
Qısa cavab

“Məzhəbi dinc birgə yaşama” əsl islami fikirdir. Bir çox Qurani- Kərim ayələri müxtəlif şəkillərdə, kamil surətdə bunu sifariş etmişdir. Qurani- Kərim baxımından məzhəbi müharibələrə və müxtəlif məzhəblərdə mövcud olan əqidəvi ixtilaflara görə dava- dalaşlara, - məsələn, səlib xaç müharibələri- icazə verilir. Digər dinlərin ardıcıllarına kin və düşmənçilik bəsləmək qadağandır. Digərlərindən önə keçmək üçün xəyanət yolunu seçmək qeyri- dinidir.

Qurani- Kərim sülh halında birgə yaşayış üçün müxtəlif yollar sifarş etmişdir. Bunların ən mühümlüləri aşağıdakılardır:

1. Fikir və əqidə azadlığı

2. Müştərək üsullara diqqət

3. İrqçiliyin qadağan edilməsi

4. Dinc dialoqlar

5. Sülhamiz təklifləri qəbul etmək

6. Azlıqların hüquqlarını qəbul etmək

7. Peyğəmbər və səmavi kitabların rəsmi tanınması

8. Beynəlxalq sülh

9. Digər dinlərin üstünlüyünü axtarış edən xülyalarla mübarizə

10. Beynəlxalq məsələlərdə kömək

Ətreaflı cavab

“Məzhəbi dinc birgə yaşama” əsl islami fikirdir. On dörd əsr bundan öncə bəşəriyyət üçün məzhəbi “birgə yaşayış” anlayışı olmadığı halda, bir çox Qurani- Kərim ayələri müxtəlif şəkillərdə, kamil surətdə bunu sifariş etmişdir.

Qurani- Kərim baxımından məzhəbi müharibələrə və müxtəlif məzhəblərdə mövcud olan əqidəvi ixtilaflara görə dava- dalaşlara, - məsələn, səlib xaç müharibələri- icazə verilir. Digər dinlərin ardıcıllarına kin və düşmənçilik bəsləmək qadağandır. Digərlərindən önə keçmək üçün xəyanət yolunu seçmək qeyri- dinidir.

Qurani- Kərim xristiyan və yəhudi qrupları bir- birlərini küfrdə təqsirləndirərək istehza etmədə bir- birlərindən önə keçmələrini, təhqir və xəyanətlə bir- birlərinin insani hüquqlarını taptalayaraq həmişə müharibə və ixtilafları qızışdırmışlar:

Yəhudilər dedilər: Xristiyanlar haqq deyirlər və xristiyanlar dedilər: Yəhudilər haqq deyirlər. Baxmayaraq ki, onlar öz kitablarını oxuyurdular. Haqq barəsində bilməyənlər kimi sözlər söyləyirdilər. Sonda Allah- təala qiyamət günü ixtilafları olduğu şeylərdə onlar arasında hakimlik edəcəkdir.[1]

Qurani- Kərim sülh halında birgə yaşayış üçün müxtəlif yollar sifarş etmişdir. Bunların ən mühümlüləri aşağıdakılardır:

1. Fikir və əqidə azadlığı

Qurani- Kərimin bəzi ayələrində “əqidə azadlığının” əslini təkid etmişdir. Yəni qəlbi etiqadların və vicdani məsələlərin xüsusiyyəti elədir ki, əsasən onlarda məcburiyyət və ikrah yoxdur.

“Dində məcburiyyət yoxdurArtıq doğruluq azğınlıqdan ayırd edildi.”[2]

“Əgər Rəbbin istəsəydi, yer üzündə olanların hamısı iman gətirərdi. İnsanları iman gətirməyə sənmi məcbur edəcəksən? “[3]

Peyğəmbərlər İlahi qanunları və əmrləri insanlara çatdırmaqla görəvləndirilmişlər, istər müxaliflər iman gətirsinlər, istərsə də yox: “Və de: Haqq Rəbbinizdəndir. Kim istəyir inansın, kim də istəyir inanmasın.”[4]

“Əgər Allah istəsəydi onlar müşrik olmazdılar. Biz səni onların üzərində gözətçi qoymamışıq və sən onların vəkili də deyilsən!”[5]

Allaha iman və İslamın əsasları heç vaxt məcburi ola bilməz. Ruh və fikrə nüfuz yolu yalnız dəlil və məntiqdir. Mühum olan odur ki, İlahinin həqiqət və əmrlərinin bəyan edilsin ki, insanlar onu dərk, iradə və ixtiyarla onu qəbul etsinlər.

Digər məsələ “fikir və düşüncədə azadlıqdır. Qurani- Kərim bir çox ayələrdə insanı varlıq aləmi barəsində təfəkkür və düşüncəyə çağırır və ondan istəyir ki, ağıl gücü ilə öz mənafe və ziyanını bilsin və kamal və azadlıq üçün hər cür əsarət, çirkinlik və azğınlıqdan uzaqlaşsın.

“Onun (Quranın) haqq olduğu onlara (müşriklərə) bəlli olsun deyə, Biz öz qüdrət nişanələrimizi onlara həm xarici aləmdə, həm də onların öz daxilində mütləq göstərəcəyik. Məgər Rəbbinin hər şeyə şahid olması kifayət deyilmi?!”[6]

 “Yerdə tam yəqinliklə inananlar üçün əlamətlər vardır. Sizin özünüzdə də əlamətlər vardır. Məgər görmürsünüz?”[7]

2. Müştərək üsullara diqqət etmək

İslam öz yaranışından dünyaya sülh içində birgə yaşayış şüarını həmişə elan etmişdir. Bu din kitab əhlinə belə müraciət edir:

“(Ya Rəsulum!) Söylə: “Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan bir kəlməyə tərəf gəlin! (O kəlmə budur:) “Allahdan başqasına ibadət etməyək. Ona şərik qoşmayaq və Allahı qoyub bir- birimizi Rəbb qəbul etməyək!” Əgər onlar yenə də üz döndərərlərsə, o zaman deyin: “İndi şahid olun ki, biz, həqiqətən, müsəlmanlarıq (Allaha təslim olanlarıq)!”.[8]

Bu ayə kitab əhlini vəhdətə dəvət edən mühüm ayələrdən biridir. Bu ayənin dəlilləri, öncəki ayələrin dəlillərindən fərqlənir. Öncəki ayələr birbaşa şəkildə islama dəvət edirdilər. Lakin bu ayə “islamla” “kitan əhli” arasında olan müştərək nöqtələrə diqqət yetirir.

Quran müsəlmanlara öyrədir ki, əgər kimsə bütün müqəddəs hədəflərdə sizinlə həmkarlıq etməsə, bir yerdə oturmayın, çalışın ən azından sizinlə müştərək olan hədəflərində həmkarlıq üçün onları cəlb edin və onu müqəddəs hədəflərinizin öncüsü kimi qərar verin.[9]

3. İrqçiliyin qadağan edilməsi

Qurani- Kərim hər növ irqçiliyi məhkum etmişdir və bütün insanların bir ata və ananın övladları olduğunu bildirir.

“Ey insanlar! Biz sizi bir kişi və bir qadından yaratdıq. Sonra bir- birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır. Həqiqətən, Allah biləndir, xəbərdardır.”[10]

İnsanların sülh içində birgə yaşamalarının əsas qaydalarından biri insanların bərabərliyidir. Çünki irqçilik, özünü digərlərindən üstün hesab etmək və digər məzhəb və millətlərə təhqirlə baxış bəşəriyyət üçün bir çox problemlər yaratmışdır.

Rəng, irq və millət fərqi üstünlük hesab edilmir. Quran baxımından dil və rənglərin müxtəlifliyi İlahi əlamət və nişanələrdəndir və bir- birlərini tanımaq üçün vasitədir. Əgər bütün insanlar eyni şəkildə, bir rəngdə və eyni güc və boyda olarlarsa, həyat problem və hərc- mərcliyə çevrilərdi.

Quran baxımından insanların bir- birlərinə görə üstünlük meyarı yalnız təqva və pərhizkarlıqdır. İnsanmların cəmi “bəşəriyyət ailəsini” və “vahid ümmətləri” təşkil edirlər:

“İnsanlar tək ümmət idi. Allah onlara müjdə verən və xəbərdarlıq edən peyğəmbərlər göndərdi, insanlar arasında ixtilafları ayırd etmək üçün O, peyğəmbərlə birlikdə haqq olan kitab nazil etdi....”[11]

Qurani- Kərimin bir çox ayələri ümumidir: Məsələn: “Ey adəm övladı”[12], “Ey insan”[13]

Bu müraciətlə və təbirlər onu göstərir ki, insaniyyət bütün yer sakinlərinin müştərək adıdır. Müxtəlif məntəqələrdə yaşayanlar bir- birlərindən insaniyyət cəhətdən heç bir fərqləri yoxdur. İnsan tarix boyu rəng, dil, irq və s cəhətdən müxtəlif olmuşdur. Lakin islam nöqte nəzərindən onlar bir ata və ananın övladlarıdır. Bu fərqlər insanın insaniyyətinə ziyan vurmur.[14]

4. Sülhsevər dialoqlar

Qurani- Kərim müsəlmanlara əmr edir ki, kitab əhli ilə “gözəl cədəllər” və “sülhsevər dialoqlar” aparın. Öz əlaqələrinizi “müştərək üsullar” üzərində qurun.

“Kitab əhlinin zülm edənləri istisna olmaqla, onlarla ən gözəl tərzdə mücadilə edin! Və belə deyin: “Biz həm özümüzə nazil olana (Qurana), həm də sizə nazil olana (Tövrata və İncilə) inanırıq. Bizim də Allahımız, sizin də Allahınız birdir. Biz yalnız ona təslim olanlarıq!”[15]

Öncəki ayədə cahil və inətkar “butpərəstlərlə” davranış tərzlərindən söhbət açırdı ki, onların zəruri hallarından danışırdı. Lakin bu ayə “kitab əhli” ilə daha mülayib mücadilədən bəhs edir. Çünki onlar ən azından bəzi səmavi kitab və peyğəmbərlərin əmrlərini eşitmişdilər və İlahi ayələri eşitməyə daha çox hazırlıqlı idilər.

Qurani- Məcid müsəlmanlara əmr edir ki, kafir və butpərəstlərə pis söyüşlər söyləməkdən çəkinsinlər. Çünki onlar da həmin metodla hərəkət edəcəklər:

“Allahdan başqasına tapınanları söyməyin. Yoxsa onlar da bilmədikləri üzündən Allahı düşməncəsinə söyərlər. Beləcə, hər bir ümmətə öz əməllərini gözəl göstərdik. Sonra onlar Rəbbinin hüzuruna qayıdacaqlar. Onlara (Allah) etdikləri əməllər barəsində xəbər verəcəkdir!”[16]

İslam, bəzi möminlərin bütpərəst məsələsi barəsində çox narahat olan və müşriklərin bütlərinə söyüş verən zaman məntiq və dəlillər əsasında sülhsevər əmrlər vermişdir. Birbaşa əmr verəmişdir ki, söyüş söyməkdən pərhiz etsinlər. İslam ən pis xurafat və dinlər qarşısında belə nəzakət və ədəb qaydalarına rəayət etməyi lazım hesab edir. Çünki hər qrup və millət öz əqaid və əməlləri barəsində təəssübkeşlik edir. Söyüş söymək və kobudluq etmək onların öz inanclarında daha da möhkəmlənməsinə səbəb olur.

5. Sülhamiz təklifləri qəbul etmək

“Əgər onlar sizdən aralanıb bir tərəfə çəkilsələr və sizinlə vuruşmayıb sülh təklif etsələr, o zaman Allah sizin üçün onların əleyhinə çıxmağa heç bir yol qoymaz.”[17]

Ərəb qəbilələri arasında “bəni zumrə” və “əşcə” adlı iki qəbilə var idi. Bəni zumrə qəbiləsi müsəlmanlarla sülh müqaviləsi bağlamışdı və əşcə qəbiləsi də bəni zumrə qəbiləsi ilə həmpeyman idilər.

Bir müddətdən sonra müsəlmanlar xəbərdar oldular ki, əşəc qəbiləsi 700 nəfərlik Məsud bin Rəcilə adlı sərgərdəsinin başçılığı ilə Mədinənin yaxınlığına gəlirlər. Peyğəmbər Əkrəm (s) nümayəndələrini göndərdi ki, onların səfərlərinin məqsədini öyrənsin. Onlar izhar edirdilər ki, biz Muhəmmədlə düşmənçiliyin aradan qaldırılması üçün gəlmişik. Peyğəmbər Əkrəm (s) bunu eşidən kimi bir miqdar xurma hədiyyə kimi onlara göndərdi. Sonra onlarla əlaqə yaratdı və onlar söyləyirdilər ki, biz sizin düşmənlərinizlə mübarizə etməyə qadir deyilik. Çünki bizim sayımız azdır. Nə də sizinlə mübarizə etməyə nə meylimiz vardır nə də gücümüz. Çünki bizim məkanımız sizə yaxındır. Buna görə biz sizinlə düşmənçiliyin aradan qaldırılması üçün gəlmişik. Bu zaman yuxarıdakı ayə nazil oldu və lazım olan əmrləri müsəlmanlara verdi.[18]

6. Azlıqların hüquqlarının qəbul edilməsi

Heç bir din azlıqların azadlıqlarının zamini, milli hüquq və şərəfinin qorunmasında islam kimi deyildir. İslam kamil ictimai ədaləti sadəcə İslam dövlətində müsəlmanlar üçün deyil, bütün məkanlar üçün – məzhəbi, irqi, dil və rəng ixtilafları ilə- təmin edir. Bu böyük insaniyyət aləminin üstünlüklərindən biridir ki, İslamdan savayı heç bir məzhəb və qanun bu arzunu həyata keçirə bilməz.

Məzhəbi azlıqlar “öhdəçilik peymanı” və vətandaşlıqla kəsb etməklə bağlılığı ilə dövlətdə azd şəkildə yaşaya bilərlər və müsəlmanlar kimi ictimai hüquq, daxili və xarici əmniyyətdən bəhrələnə bilərlər.

Qurani- Kərim birbaşa olaraq islamın ümumi siyasətini biganə digər məzhəblərin və millətlərin hüquqlarına riayət barəsində belə buyurur:

“Allah sizinlə din yolunda vuruşmayan və sizi yurdunuzdan çıxartmayan kimsələrə yaxşılıq etməyi və onlarla ədalətlə rəftar etməyi sizə qadağan etməz. Allah ədalətli olanları sevər!”[19]

Deməli, əgər islam və müsəlmanlar üçün hər hansı maneəçilik törətmədikləri və onlara zidd işlər görmədikləri halda, İslam məzhəbi azlıqlara və islam müxaliflərinə islam cəmiyyətində yaşamağa və insani hüquqlardan bəhrələnməyə icazə verir. Digər ayədə belə buyurulur:

“Allah sizə ancaq sizinlə din yolunda vuruşan, sizi yurdunuzdan çıxardan və çıxartmağa kömək edən kimsələrlə dostluq etmənizi qadağan edər. Onlarla dostluq edənlər əsl zalımlardır!”[20]

Bu iki ayələrə diqqət etməklə İslamın ümumi siyasəti belə anlaşılır: Azlıqlar müsəlmanların hüquqlarına təcavüz etmədikcə və müsəlmanların əleyhinə hiylələr qurmadıqca İslam dövlətlərində yaşamaqda tamamilə azaddırlar və müsəlmanlar onlarla ədalətlə davranmağa borcludurlar. Lakin, əgər İslam və müsəlmanlar əleyhinə digərləri ilə həmkarlıq edərlərsə, müsəlmanlar onların fəaliyyətlərinə mane olmaqda vəzifəlidirlər və onları heç zaman öz dostları hesab etməsinlər.

İslamda məzhəbi azlıqların ehtiram və azadlıqları o həddədir ki, əgər “zimmə əhli”- ndən bir kəs ki, onun dinində caiz olan, amma İslamda haram olan (şərab işmək) bir iş edərsə, heç kəs ona təcavüz etməyəcək. Əlbəttə o zamana qədər ki, bu iş zahir olmasın. Əgər bu işi zahirdə edərsə, “qanune təhdil himayə” qanununa ziddir və məsuliyyətə cəlb ediləcəkdir. Əgər onlarda da haram olan işi məsələn: zina, livat və s görərsə hüquqi cəhətdən müsəlmanlardan fərləri olmayacaqdır. Hakim onlara cəza verməkdə haqlıdır. Əlbəttə onları öz millətinə təhvil verə bilər ki, öz məzhəbi qanunları ilə cəzalandırılsın. [21]

İslam fiqhi baxımından əgər iki nəfər zimmə əhli öz ixtilaflarını müsəlman hakiminin yanına apararlarsa, hakim islam qanunları əsasında hökm verməlidir. Yaxud da onlardan üz çevirməlidir. Qurani- Kərim bu barədə belə buyurur:

“Əgər haram yeyən və yalana qulaq asan kitab əhlındən sənin yanına gəlsələr, aralarında hökm et və ya onlardan üz çevir.”[22]

Əlbəttə burada məqsəd o deyil ki, Peyğəmbər (s) öz istəkləri ilə bu iki yoldan birini seçə bilər, burada bu o deməkdir ki, şərait və vəziyyəti nəzərə alınmalıdır. Əgər məsləhət olarsa müdaxilə etsin, yoxsa üz çevirsin.[23] Bu ayədən anlaşılır ki, kitab əhli ilə müsəlmanların birgə yaşayışı o həddə idi ki, onlar qəzavət üçün Peyğəmbərin (s) yanına gəlirdilər. Bütün qruplar üçün ədalət həmişə bir dəyərdədir. Əgər hakim və yaxud islam dövləti hakimlik və aracı kimi seçilmişsə, ədalətə riayət etməlidir və məntəqədə olan irqi məsələlər, qrup təəsübləri, şəxsi istəklər və təhdidlər qəzavətlərə təsir göstərməməlidir.

7. Səmavi kitabların və peyğəmbərlərin rəsmi tanınması

Bütün səmavi kitablar əsasən məsələlərin üsullarında bir- birləri ilə həmahəngdirlər və vahid hədəfləri (insanın tərbiyət və təkamülü) vardır. Baxmayaraq ki, ikinci dərəcəli məsələlərdə bir- birləri ilə fərqlər mövcuddur. Hər bir yeni din ən yüksək mərhələləri keçir və daha mükəmməl proqramlara sahibdir. Qurani- Kırim peyğəmbərlərə və keçmiş səmavi kitablara hörmət və ehtiram göstərməyi təsdiq edərək buyurur:

“(Ya Rəsulum!) Biz (Quranı) sənə haqq olaraq, özndən əvvəlki kitabı təsdiq edən və onu qoruyan olaraq endirdik. Sən onların arasında Allahın nazıl etdiyi (Quranla) ilə hökm et...”[24]

Təqribən iyirmi ayə Tövrat və incili təsdiq və təyid etmişdir. [25] Əsasən peyğəmbər özündən sonrakı peyğəmbəri təyid etməsi və özündən əvvəlki səmavi kitabı təsdiq etməsi İlahi sünnətdir. Allah təala Musanın (ə) və Tövratın təyidində, növbəti səmavi kitab və peyğəmbər vasitəsilə, yəni Həzrət İsa (ə) və İncil belə buyurur:

“Onların ardınca Məryəm oğlu İsanı özndən qabaqkı Tövratı təsdiqləyici olaraq göndərdik. Onun içində haqq yolu və nur olan, özündən əvvəlki Tövratı təsdiq edən, müttəqilər üçün doğru yol və nəsihət olan İncili verdik.”[26]  

8. Beynəlxalq sülh

İslam başlanğıcdansülh qaydasının əsasını qoymuşdur. Bu yolla beynəlxalq sülh və dinc birgə yaşayış üçün yolu həmişə yaratmışdır. Bu barətə İslamın canının slh olduğunu bilmək kifayyətdir. Deyildiyi kimi İslam sözü “sələmə” kökündəndir və sağlamlıq və aramlıq mənasındadır. Buna görə Quran əmr edir ki, hamı “sülh və sağlamlıq” gəlin:

“Ey iman gətirənlər! Hamınız bir yerdə sülhə gəlin!”[27]

“Səlm” sözü sülhdən də ali və davamlıdır. Çünki sağlamlıq və əmniyyət mənasındadır və zahiri müvəqqəti sülh deyil.

Allah- təala Peyğəmbərə (s) əmr verir ki, əgər sənin düşmənlərin slhlə gələrlərsə və ona meyilləri olarsa, sən də fürsətdən istifadə et və onlarla razılaş:

“Və əgər düşmənlər sülhə meyil göstərsələr, sən də sülhə tərəf ol.”[28]

İnsanlar arasında sülhə İslamın meyli o qədərdir ki, imanlı şəxslərə xoş xəbər verirərək bildirir ki, bəlkə müsəlmanların sülhsevər rəftarları onlar və düşmənlərin dostluq əlaqələri yaranar.

“(Ey möminlər!) Ola bilsin ki, Allah sizinlə düşmənçilik etdiyiniz kimsələr arasında dostluq yaratsın. Allah hər şeyə qadirdir. Allah bağışlayan və rəhm edəndir!”[29]

Qeyri müsəlmanlar iki qrupa bölünürlər: Birinci qrupa müsəlmanlar qarşısında duranlar daxildir. Onlar müsəlmanlar üzərinə öz silahlarını çəkmişlər. Müsəlmanları öz yur və yuvalarından zorla çıxartmışlar. Xülasə, onlar islam və müsəlmanlarla düşmənçiliklərini əməl və sözdə aşkar edirlər. Bu qrupla müsəlmanların vəzifələri hər növ dostluq və rabitələrdən çəkinməkdən ibarətdir. Buna ən bariz nümunə Məkkə müşrikləri, xüsusilə Qureyşin başçılarıdır. Bəzi qruplar bunları həyata keçirdi, bəziləri də onlara kömək etdilər.

Amma ikinci qrup küfr və şirk kimi müsəlmanlarla işləri yox idi. Ədavətlik etmirdilər. Onlarla müharibə etmir və evlərindən və yurdlarından çıxartmırdılar. Hətta onlardan bəzi qruplar müsəlmanlarla müharibə etməmək üçün müqavilələr də bağlamışdılar. Belə qruplarla vəvalı olunmalı və ədalətlə rəftar edilməlidir. Bu qrupa misal Xəzaə tayfasıdır ki, müsəlmanlarla sülh bağlamışdılar. [30]

Xülasə, sülhü və sülhlə birgə yaşayışı dəstəkləyən xarici siyasət və ən ağıllı və mütərəqqi proqramları islam da bu proqramları qəbul etmiş və zəruri hallarda bundan müdafiə etmək üçün qüvvələri gücləndirməyi istəmişdir.

İslam sülh və dinc birgə yaşayış üçün çox əhəmiyyət verir. Hətta kiçik ictimalarda və ailəvi ixtilaflarda belə sülh və barış əmri vermişdir. “sülh daha xeyirlidir”.

9. Digər dinlərin üstünlüyünü axtarış edən xülyalarla mübarizə

Qurani- Kərimin bəzi ayələri digər dinlərin tünd əqaid və təəssübkeş inancları ilə mübarizə etmək barəsindədir. O səhv əqidələr ki, digər məzhəbin ardıcıllarına kin və düşmənçilik bəsləmişdir. Bizim səmavi kitabımız öz ardıcıllarını digər məzhəblərin ardıcılları ilə dinc birgə yaşayışa dəvət etməklə, digər səhv düşüncə və təsəvvürləri bir-birinə vurmuşdur. Yəhudilər və xristiyanlar inanırdılar ki, onlar Allahın seçdiyi millətlərdir. Yalnız onlar İlahi məqamla əlaqə yaratmışlar. İlahi cənnət onlara məxsusdur və heç bir dinin ardıcılları bundan bəhrələnməyə ləyaqətləri yoxdur. Yalnı Yəhud və Nəsranilərdir ki, hər sahədə hamıdan yüksək və hər kəsdən gözəl ehtiram və hörmətə layiqdirlər. Hər kəs bu iki seçilmiş qrup qarşısında təzim və ehtiram göstərməlidir.[31]  

“Yəhudilər və nəsranilər dedilər: Biz Allahın övladları və xüsusi dostlarıyıq. De: Bəs nə üçün sizi günahlarınıza görə cəzalandırır? Şübhəsiz siz də yaradılan varlıqlardan olan bəşərsiniz. Hər kəsi istəsə və layiq bilsə bağışlayar və hər kəsi istəsə və layiq bilsə cəzalandırar. Yerin və göylərin hakimiyyəti onlardadıronlar və bütün varlıqların dönuşu Onadır.”[32]

Və digər ayədə belə buyurulur:

“Onlar dedilər: Cənnət yəhudilər və xaçpərəstlərdən başqası girməyəcək!” Bu, ancaq onların xülyalarıdır. Onlara söylə: “Əgər doğru deyirsinizsə, dəlilinizi gətirin!”

“(Xeyr, onların dediyi kimi deyil) əksinə, yaxşı işlər görüb özlərini Allaha təslim edənlərin Rəbbi yanında mükafatı vardır. Onların heç bir qorxusu yoxdur və onlar qəm- qüssə görməzlər”.[33] Deməli Allahın cənnəti heç bir qrupa məxsus deyil. Qurani- Kərim bu səhv və qürürverici, müharibə və ixtilaf yaradan, puç və məntiqsiz əqidəni dəlillərlə aşkar edir.

Şübhəsiz, əgər belkə səhv və qorxulu əqidə cəmiyyətdə hakim olarsa dünyada sülh və dinc birgə yaşayış olması mümkün deyildir.

Qurani- Kərim baxımından heç bir millət və heç bir kəs Allahla qardaşlıq əlaqəsi bağlamamışdır. Üstünlük və əzəmət o şəxslərə məxsusdur ki, yalnız həqiqət qarşısında pak qəlblə iman gətirirlər və onların heç bir səhv təəssübünü qəbul etmirlər.

10. Beynəlxalq məsələlərdə fərqlər

Həmkarlıq və tərəftaşlıq, ictimai həyatın zərurətlərindəndir. İctimai həyat və beynəlxalq qanunlar, müxtəlif, iqtisadi, ictimai və mədəni sahələrdə həmkarlıq və tərəftaşlıq olmasa mümkün deyil. Gnbəgün artan bu dünyəvi problemi həll etmək üçün tərəftaşlıq və yoldaşlıqdən savayı yol yoxdur.

Qurani Kərim əqli olan tərəftaşlıq və yoldaşlğı təyid və sifariş etmiş və bunun yolunu “möminlik və təqvada” görür. Tərəftaşlıq üçün zülm və sitəm edilməsini də qadağan etmişdir.

“Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun, günah iş görməkdə və düşmənçilik etməkdə bir- birinizə kömək göstərməyin.”[34]   

Dünya səthində ədalət, bərabərlik, sülh və əmniyyətin yaradılma nümunəsi “möminlikdir”. İstismar, zülm, irqçiliklə mübarizə və təcavüzlərin kökünün kəsilməsi üçün hər növ təlaş, təqva və millətlərin yaxınlaşması üçün səylər Allahın iradə və istəkləridir. Bu yolda fəsad və zülmə səbəb olan hər növ həmkarlıqdan çəkinmək lazımdır. [35]

Müştərəklərə diqqət artdıca, beynəlxalq anlaşılma daha çox olacaq. Nəticədə dünyada sülh və əminamanlıq təmin olacaqdır. Qurani- Kərim müştərəklərə diqqət etməyi sifariş etməklə yanaşı, möminlik və təqva cəhətdən tərəftaşlıq etməyi də qeyd etmişdir. Müsəlmanlara icazə vermişdir ki, onlarla iqtisadi və s əlaqələr qursunlar və şərab, donuz ətindən və s... savayı onların qidalarından istifadə etsinlər:

Şübhəsiz ki, iqtisadi əlaqələr, əhli kitabın qidalarından istifadə və s əməktaşlıq, tərəftaşlığın və dinc birgə yaşayışın yaranma şəraitini təmin edəcəkdir. İslam baxımından tərəftaşlıq dini təklif olmamışdan öncə bəşəriyyətin zərurətlərindən hesab olunur. Allah təalanın yaratdığı bu sərvətlərdən faydalanmaq həmkarlıq və əməkdaşlıq olmadan mümkün deyil.

Nəticə olaraq onu qeyd etmək olar ki, baxmayaraq bu ayə birbaşa şəkildə həmkarlıq və əməkdaşlığın adlarını çəkməmişdir, lakin əhli kitabla əməkdaşlıq və həmkarlığın nümunələrini bəyan etmişdir. Məsələn: Əhli kitabın qidalarından istifadə- şərab və donuz ətindən savayı. Həqiqətdə əhli kitabın qidalarından və s istifadə edilməsinə icazə din birgə yaşayışın və əməkdaşlığın şəraitinin yaradılmasına nümunədir.



[1] - Bəqərə surəsi, ayə 13. 

«و قالت الیهود لیست النصاری علی شیء و قالت النصاری لیست الیهود علی شیء و هم یتلون الکتاب کذلک قال الذین لایعلمون مثل قولهم فالله یحکم بینهم یوم القیامة فیما کانوا فیه یختلفون»

[2] - Bəqərə surəsi, ayə 256.

«لا اکراه فی الدین قد تبین الرشد من الغی»

[3] - Yunis surəsi, ayə 99.

«ولو شاء ربک لامن من فی الارض کلهم جمیعاً أفانت تکره الناس حتی یکونوا مؤمنین»

[4] - Kəhf surəsi, ayə 29.

«و قل الحق من ربکم فمن شاء فلیومن و من شاء فلیفکر»

[5] - Ənam surəsi, ayə 107.

«ولو شاء الله ما اشرکوا و ما جعلناک علیهم حفیظاً و ما انت علیهم بوکیل»

[6] - Fussilət, surəsi ayə 53.

«سنریهم آیاتنا فی الآفاق و فی انفسهم حتی یتبین لهم انه الحق أو لم یکف بربک انه علی کل شیء شهید»

[7] - Zariyat surəsi, ayə 20 və 21.

«و فی الارض آیات للموقنین * و فی انفسکم أفلا تبصرون»

[8] - Ali- İmran surəsi, ayə 64.

«قل یا اهل الکتاب تعالوا الی کلمة سواء بیننا و بینکم الا نعبد الا الله و لا نشرک به شیئاً و لا یتخذ بعضنا بعضاً ارباباً من دون الله فإن تولوا فقولوا اشهدوا بانا مسلمون»

[9] - Bax: Nasir Məkarim Şirazi və digərləri, təfsire nümunə, cild 2, səh 450.

[10] - Hucurat surəsi, ayə 13.

«یا ایها الناس انا خلقناکم من ذکر و أنثی و جعلناکم شعوباً و قبائل لتعارفوا إن اکرمکم عند الله أتقاکم إن الله علیم خبیر»

[11] - Bəqərə surəsi, ayə 213.

«کان الناس امة واحدة فبعث الله النبیین مبشرین و منذرین و أنزل معهم الکتاب بالحق لیحکم بین الناس فیما اختلفوا فیه و ما اختلف فیه ....»

[12] - “Ey adəm övlad” cümləsi bir neçə ayədə, məsələn: Eraf surəsinin 26, 27, 35 və 171 ayələrində və İsra surəsinin, ayə 70 zikr olunmuşdur.

[13] - İnfitar surəsi, ayə 6, İnşiqaq surəsi, ayə 6 və digər 60 ayədə.

[14] - Bax: Yasir Əbu Şəbane, Əl nizamul dulal hədid beynil vaqeil hali və əl təsvirul islami, səh 542- 543.

[15] - Ənkəbut surəsi, ayə 46.

«و لا تجادلوا أهل الکتاب إلا بالتی هی أحسن الا الذین ظلموا منهم و قولوا آمنا بالذی أنزل إلینا و أنزل إلیکم و إلهنا و إلهکم واحد و نحن له مسلمون»

[16] - Ənam surəsi, ayə 108.

«و لا تسبوا الذین یدعون من دون الله فیسبوا الله عدوا بغیر علم کذلک زینا لکل أمة عملهم ثم الی ربهم مرجعهم فینبئهم بما کانوا یعملون»

[17] - Ən- Nisa surəsi, ayə 90.

«... فان اعتزلوکم فلم یقاتلوکم و ألقوا إلیکم السلم فما جعل الله لکم علیهم سبیلاً»

[18] - Nasir Məkarim Şirazi və digərləri, təfsire nümune, cild 4, səh 54.

[19] - Əl- Mumtəhinə surəsi, ayə 8.

«لا ینهاکم الله عن الدین لم یقاتلوکم فی الدین و لم یخرجوکم من دیارکم أن تبروهم و تقسطوا إلیهم إن الله یحب المقسطین»

[20] - Əl- Mumtəhinə surəsi, ayə 9.

«انما ینهاکم الله عن الذین قاتلوکم فی الدین و أخرجوکم من دیارک و ظاهروا علی إخراجکم أن تولوهم و من یقولهم فأولبک هم الظالمون»

[21] - Cəfər Sübhani, məbaniye hokuməte İslami, tərcümeye və negareşe Davud İlhami, səh 526- 530.

[22] - Maidə surəsi, ayə 42.

«فان جاوک فاحکم بینهم أو أعرض عنهم»

[23] - Təfsire nümunə, cild 4, səh 386.

[24] - Maidə surəsi, ayə 48.

«و أنزلنا إلیک الکتاب بالحق مصدقاً لما بین یدیه من الکتاب و مهیمنا علیه فاحکم بینهم بما أنزل الله»

[25] - Bəzi ayələr bunlardır:

«و مصدقا ما بین یدی من التوراة ....»

Ali- İmran surəsi, ayə 50. “Məndən əvvəl göndərilmiş Tövratı təsdiq edərək sizə haram edilmiş bəzi şeyləri ....”.

«یا أیها الذین اوتوا الکتاب بما نزلنا مصدقا لما معکم»

Nisa surəsi, ayə 47. “...onlara da lənət etməmişdən əvvəl əlinizdə olanı (Tövratı) təsdiqləyən olaraq nazil etdiyimizə (Qurana) iman gətirin!”.

«فیه هدی و نور و مصدقا لما بین یدیه من التوراة ...»

Maidə surəsi, ayə 46: “Onların ardınca Məryəm oğlu İsanı özündən qabaqkı Tövratı təsdiqləyici olaraq göndərdik.”

«انی رسول الله الیکم مصداقا لما بین یدی من التوراة».

Saff surəsi, ayə 6. “Həqiqətən mən özümdən əvvəlki Tövratı təsdiqləyən allahın elçisiyəm”.

«و لما جاءهم کتاب من عندالله مصدق لما معهم»

Bəqərə surəsi, ayə 89: “Onlara Allah tərəfindən əllərindəkini (Tövratı) təsdiq edən bir kitab göndərlidiyi zaman....”

«و لما جاءهم رسول من عند الله مصدق لما معهم»

Bəqərə surəsi, ayə 101: “Allah tərəfindən onlara əllərindəkini təsdiq edən bir peyğəmbər gəldikdə....”

[26] - Maidə surəsi, ayə 46.

«و قفینا علی اثارهم بعیسی ابن مریم مصدقا لما بین یدیه من التوراة و آتیناه الانجیل فیه هدی و نور و مصدقا لما بین یدیه من التوراة و هدی و موضوعة للمتقین»

[27] - Bəqərə surəsi, ayə 208.

«یا أیها الذین آمنوا ادخلوا فی السلم کافة...»

[28] - Ənfal surəsi, ayə 61.

«و أن جنحوا للسلم فاجنح لها...»

[29] - Mumtəhinə surəsi, ayə 7.

«عسی الله أن یجعل بینکم و بین الذین عادیتم منهم مودة و الله قدیر و الله غفور رحیم»

[30] - Təfsire nümunə, cild 22, səh 31- 33.

[31] - Bax: Muhəmməd Muctəhed Şəbestəri, “həm zistiye məzhəbi”, məktəbe islam, il 7, şöbə 3, səh 37.

[32] - Maidə surəsi, ayə 81.

«و قال الیهود و النصاری نحن أبناء الله و أحباوه قل فلم یعذبکم بذنوبکم بل أنتم بشر ممن خلق یغفر لمن یشاء و یعذب من یشاء و لله ملک السماوات و الأرض و ما بینهما و إلیه المصیر»

[33] - Bəqərə surəsi, ayə 111- 112.

«و قالوا لن یدخل الجنة الا من کان هودا او نصاری تلک أمانیهم قل هاتوا برهانکم إن کنتم صادقین بلی من أسلم وجهه لله و هو محسن فله آجره عند ربه و لا خوف علیهم و لا هم یحزنون»

[34] - Maidə surəsi, ayə 2.

«تعاونوا علی البر و التقوی و لا تعاونوا علی الاثم و العدوان»

[35] - Bax: Abbas Ümid Zəncani, fiqhe siyasi, cild 3, səh 441- 461.

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    163888 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    159538 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    118839 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    112028 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    106163 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    92695 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    54205 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    50000 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    45077 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    44524 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...