Please Wait
5112
Həzrət Ayətullah əl- uzma Sistaninin (muddə- zilluhul- ali) dəftəri:
Əri ilə əlaqə yaratmaq üçüç Həzrət Ayətullahın vəkillərindən birinə müraciət edin. Əgər yaşamaq istəmirsə və boşamırsa da, onu boşamaq üçün, vəkil bizə məlumat versin.
Həzrət Ayətullah əl- uzma Məkarim Şirazinin (muddə- zilluhul- ali) dəftəri:
Şəriət hakimi ya şəriət hakimi tərəfindən olan vəkillərdən biri üçün, qadının çox çətinlikdə olması sabit olsa, onun ərinə son xəbərdarlığı edir ki, ya onunla yaxşıca yaşasın və onun haqlarını təmin etsin və ya onu boşasın. Əgər bunların heç birinə əməl etməsə, yaxud onu tapmaq mümkün deyilsə, şəriət hakimi qadını boşaya bilər. İddə saxladıqdan sonra evlənə bilər.
Həzrət Ayətullah əl- uzma Safi Gülpayqaninin (muddə- zilluhul- ali) dəftəri:
Əgər ər qanuni cəhətdən arvadını boşayıb və onu öz arvadı bilməyib, nəfəqədə vermir və şərii boşanmağa da hazır deyilsə, siz yaşadığınız yerin alimlərindən birinə müraciət etsin və o da bu barədə tam araşdırma apardıqdan sonra, şərii boşanma siğəsi oxusun. Qadın iddəsini keçirəndən sonra, evlənsin.
Həzrət Ayətullah Məhdi Hadəvi Tehraninin (damət bərəkatuh) cavabı belədir:
Bütün şərtlərə malik fəqihə ya şərii məhkəməyə müraciət etməklə, boşanmaq məsələsini həll etsinlər.
Bu sualın ətraflı cavabı yoxdur.