Please Wait
6015
- bölüşdürülməsi
Ayətullah ul üzmaXameneinin nəcis şeyin neçənci vasitəyə qədər nəcis olduğu barədə nəzəri belədir:
“Nəcisin eyni ilə təmasda olan şey pak bir şeyə toxunsa o pak şeyi nəcis edir və həmin şey də yenidən başqa bir pak şeyə toxunsa ehtiyati- vacibə əsasən onu nəcis edir. Lakin bu ikinci vasitəsilə nəcis olmuş üçüncü şey başqa bir şeyə toxunarsa onu nəcis etməz.”[1]
Həzrət Ayətullah ul üzma Sistani üçüncü şeyin nəcis olması barəsində misal çəkir:
Sağ əl nəcisin rütubətinə dəyib rütubətlənsə və onun rütubəti sol əl ilə təmasda olsa sol əlin nəcis olmasına səbəb olur. Sol əl quruyandan sonra yaş libasa toxunsa libası nəcis edər. Ancaq o libas başqa bir şeyə toxunsa onu nəcis etməz. [2]
Beləliklə dördüncü vasitəyə qədər hamısı nəcis, dördüncü vasitə pak hökmündədir. Əlbəttə bu hökm nəcasətin eyni ikincidə olmaması şərti ilədir. Yəni nəcasətin eyni vasitələrə keçdiyi vaxta qədər eyni nəcasətə malik olan hər vasitə başqa şeylə toqquşduğu zaman onu da nəcis edər. Ona görə ki, nəcasətin paklanmasında əsas şərt nəcasətin eyninin aradan götürülməsi vacibdir. Nəcis və nəcis olmuş şeyin aradan götürülməsi arasında heç bir fərq yoxdur.[3]
[1] - Əcvətul- istiftaaat, Ayətullah- üzma Xameneyi, cild 1, səh. 58, sual 283
[2] - Tozihil- məsail, cild 1, səh. 88.
[3] - Məcməul- risalə, cild 1, səh. 47, məsələ 111