Please Wait
19266
- bölüşdürülməsi
Bu barədə mərceyi- təqlidlərin fətvalarını nəzərinizə çatdırıram:
Sual: Müsəlmanın qeyri- müsəlman, şiənin sünni ilə evlənməsi doğrudurmu?
Həzrət ayətullah ul üzma Fazil Lənkərani:
Müsəlman qadının qeyri- müsəlmanla ailə qurması caiz deyil, həmçinin şiə qadının sünniyə ərə getməsi məkruhdur. Müsəlman kişinin qeyri- müsəlman ilə ailə qurması müvəqqəti olsa, şiə kişinin sünni qadın ilə ailə qurmasının maneəsi yoxdur.
Həzrət ayətullah ul üzma Bəhcət:
Kitab əhlidirsə müvəqqəti əqdin işkalı yoxdur. Ancaq şiə qadın və qızın sünni ilə ailə qurması ehtiyati- təklifə görə icazə verilmir.
Həzrət ayətullah ul üzma Sistani:
Kitab- əhli ilə ailə qurmaq ehtiyati- vacibə görə caiz deyil və sünnni ilə ailə qurmaq məzhəbin dəyişdirilməsinə səbəb olmazsa caiz deyil.
Həzrət ayətullah ul üzma Məkarim Şirazi:
Müsəlmanın qeyri- müsəlman ilə ailə qurması caiz deyil və şiə kişilərinin sünni qadınlarla ailə qurmasının işkalı yoxdur. Amma şiə qadınlarının sünni kişilərlə ailə qurması məzhəbin dəyişdirilməsinə səbəb olur deyə işkallıdır.
Şərh: Bəzi firqələrlə: ğulat, nasibilər, xəvaric və özünü müsəlman hesab edən əslində isə küfr edənlərlə ailə qurmaq caiz deyil.[1] [2]
[1] - İqtibas əz risaleyi daneşcuyi ss 212 və 228
[2] - Iqtibas əz sual 1254 ( sayt: 1333) (sünni xanımlarla evlənmək)