Ətraflı axtarış
Baxanların
8784
İnternetə qoyma tarixi: 2011/01/04
Sualın xülasəsi
İnsan və Allah tərəfindən olan hidayətlər.
Sual
Allah- taala nə üçün fasiq (günahkar) insanları düz yola hidayət etmir?
Qısa cavab

İnsanların düz yola hidayət olması iki qismə bölünür:

Birincisi insanın daxilindən (fitrətən) gələn tohid səsidir ki, buna bəzən təbii (təkvini) hidayət və vicdanın səsi də deyirlər.

Qurani- kərimin bəyanına əsasən bütün dünya insanları, Allah taalanın lütfü sayəsində bu hidayət növündən bəhrələnərək ilahi şəriətə tərəf yönəlmişdir.

İkinci hidayət yolu isə möminlərə və Allahdan qorxub günahdan çəkinənlərə aiddir. Yəni zalımların, kafirlərin və fasiqlərin (pis əməl sahiblərinin) burada payı yoxdur. Çünki, möminlər (birinci qeyd etdiyimiz) təbii hidayət növündən gözəl bəhrələnməklə yanaşı öz qəlblərini pak və münəzzəh saxlamışdırlar. Bu da onların, düzgün hidayət olmalarına və bu yolda ilham səadətə çatmalarına səbəb olmuşdur. Amma fasiqlər, kafirlər və zalımlar Allaha asi olaraq fitrətinsəsini batırmış və pis əməllərə yiyələnmişlər. yəni onlar günah etdikləri üçün ilahi hidayətdən məhrum olmuşlar.

Ətreaflı cavab

"Hidayət" sözü ərəb mənşəli olub "hədəyə" sözündən tutulmuş və böyük, yolgöstərmək və tanıtdırmaq mənasını daşıyır.[1]

Amma Allahşunaslıq və əxlaq elmləri terminində bu sözün mənası "xeyir və sarab yolun bələdçisi mənasında işlənir.[2]

"Fisq" sözü isə əxlaq və fiqh terminlərində və həmçinin lüğətdə "Allahın əmirlərindən boyun qaçırmaq" mənasında işlənməklə yanaşı ümumi məna daşıyır. Yəni bu sözü həm kafir həm də müsəlman barəsində işlətmək olar. Buna əsasən "Fasiq" sözü o, insana şamil olur ki, o, Allahın əmrindən boyun qaçırmaqla yanaşı həm də ona qarşı çıxmış olsun.

Alla- taala lütf və mərhəmət mənbəyi olduğu üçün öz rəhmət qapısını daim bəndələrinin üzünə açıq qoymuşdur. Bu səbəbdən də bütün insanları, orada olan fitrət yolu ilə töhid (təkallahlığı), paklıq və səadət yoluna dəvət etmişdir. Belə ki, bəşəriyyət lap körpə çağlarından başlayaraq ağı- qaradan və yaxşını- pisdən, öz vicdanları ilə seçə bilirlər.

Bu da onların əsil səadət yolunu tapmaları üçün ən böyük amillərdən biridir.

Allah- taala heç bir bəndəsindən səadət yolunu gizlətməmişdir. Hər kəs ona tərəf bir addım gələrsə, o, ona tərəf on addım gələr.

Burada sualın cavabını daha da vazeh və geniş vermək üçün hidayət və onun növlərini açıqlamağı vacib bilirik. Allah- taala Qurani- kərimdə buyurmuşdur:

«والله لایهدی القوم الفاسقین»[3]

"Allah (özünə asi olan) fasiqləri doğru yola yönəltməz"[4]

Ayədə gələn "hidayət" (düz yolda olmaq) sözü, "zəlaləti" (haqq yoldan azmaq) sözünün antenini alaraq qismə bölünür:

1)- Ümümi hidayət:

Yəni bütün insanların haqq yola hidayət olması. Qurani- kərim bu barədə buyurmuşdur:

«الذی خلق فسوی»، «و الذی قدر فهدی»[5]

O Rəbbin ki, (hər şeyi) yaratdı və nizama saldı, o Rəbbin ki, (hər şeyin keyfiyyətini və davamını) əzəldən müəyyən edərək (hamıya) yol göstərdi.

«قال رب الذی اعطی کل شیء خلقه ثم هدی»[6]

Musa velə cavab verdi: Rəbbimiz hər şeyə öz xilqətini verən, sonra da ona doğru yolu göstərəndir"[7]

Ayənin bəyanına əsasən Allah- taala bəşəriyyəti yaratdıqdan sonra, ilkin mərhələdə bütün hidayət qapılarını onların üzünə açıq qoymuş və onları haqq yola dəvət etmişdir.

Belə ki, insanlara öz yaradanını arayıb- axtarmaqda bələdçilik etmişdir. Bu hidayət növü əvvəldə qeyd etdiyimiz kimi xüsusi insanlar üçün deyil, əksinə millətindən və irqindən aslı olmayaraq bütün yaranmışlar üçündür. Bu elə bir ilahi qanundur ki, insan yaranan gündən qiyamət olana kimi qüvvədə qalacaqdır. Allah taala Qurani- kərimdə buyurur:

«...فطرت الله التی فطر الناس علیها...»[8]

Üzünü fitri olaraq insanlara verdiyi dinə (islama) tərəf tut"

Allah taala zatən insanları islamçı yaratmış və onlara doğru yolu göstərmişdir.

Lakin insanlar öz həyat yollarında püxtələşdikcə və ya yaşadıqları mühit onlara bu yolda mənfi təsir göstərdikcə fitrətin səsi artıq öz təsirini itirir.

Bu yerdə Allah- taala insanları zəlalətdən və qəflət yuxusundan oyatmaq üçün peyğəmbərlər göndərir.

«فبعث فیهم رسله، و واتر الیهم انبیاءه، لیستادوهم میثاق فطرته...»

"(Allah talla) bir birinin ardınca peyğəmbərlər göndərdi ki, insanlarda olan fitrətin tövhid (təbii hidayət) səsi yenidən dirilsin".[9]

Allah- taala insanları peyğəmbərlər vasitəsi ilə düzgün yola hidayət etməsi yenə də əvvəldə olduğu kimi, ümumilik daşıyır. Yəni peyğəmbərlər öz zamanında bütün dünya insanlarını haqq olan dinə tərəf yönəltmişlər.

«انا هدیناه السبیل اما شاکراً و اما کفوراً»[10]

"Bizim öhdəmizə düşən yalnız doğru yola yönəltməkdir (mömin ya kafir olmaq isə hər kəsin öz işidir)"

Ayədən məlum olduğu kimi, insanların Allah tərəfindən düz yola yönəlməsi ilahi bir nemət olaraq daim onların sorağındadır, Amma təəssüflər olsun ki, bəzi insanlar bu ilahi nemətə görə Allaha şükür etmək əvəzinə, ona qarşı çıxaraq küfrə tərəf addımlayırlar. Allah Taala Qurani- kərimdə buyurur:

«ذالک الکتاب لاریب فیه هدی للمتقین»[11]

Biz ona haqq yolu göstərdik. İstər (nemətə) minnətdar olsun, istər nankor. (bu onun öz işidir) bəs o kəslər ki, Allahın ümumi hidayət qanunlarından (təbii hidayət) istifadə edərək ona tərəf addımlayır və ilahi nemətlərə çükür edir, onlar ilahi məhəbbəti qazanaraq daha da uca məqamlara nail oldular. Belə insanlar Allahın mömin və təqvalı bəndələrinin sırasında özlərinə yer tuturlar. Amma o kəslər ki, ilahi dəvətlərə məhəl qoymayaraq nəfsin ardınca gedir. Təbii ki, onlar şeytanın toruna düşmüş fasiqlərdir.

2)- Xüsusi hidayət:

Xüsusi hidayət növü, ümumi hidayət növündən fərqli olaraq ümumilik daşımır və bütün insanlara şamil olmur. Çünki bu növ hidayətdən yalnız möminlər günahdan çəkinən bəndələr istifadə edə bilir. Allah taala Qurani- kərimdə buyurur:

«ان علینا للهدی»

A)- Bu içində heç bir şəkk- şübhə olmayan, təqvalılara doğru göstərən bir kitabdır"[12] Quran təfsirçiləri bu ayə barəsində bir neçə nəzər vermişdirlər:

Bəzi təfsirçilərin nəzərinə əsasən Qurani kərim bütün insanların doğru yola hidayət olmaları üçün, Allah tərəfindən göndərilmişdir. Həmçinin onun göndərilməsində heç bir qövm, tayfa və irq nəzərdə tutulmamışdır. Amma insanlar özləri müqəddəs kitabın müqabilində iki dəstəyə bölünmüşdür:

Birinci dəstəyə aid olan insanlar, Qurani- kərimdən üz çevirərək əmirlərinin əksinə əməl edənlərdir ki, Qurani kərim onların barəsində buyurur: "Əgər onları dəvət etsən «و ان تدعوهم الی الهدی لایسمعون...»[13] belə qəbul etməzlər"

İkinci dəstəyə aid olan insanlar isə, Quranın bütün əmirlərini yerinə yetirən mömin və təqvalı bəndələrdir ki, Allah yanında uca məqam sahibləridirlər.

B)- Mərhum Əllamə Təbatəbainin nəzərinə əsasən ayədəki "təqvalıların doğru yola yönəlməsi" «هدی للمتقین» sözündən insanların təbii hidayəti (təkvini) başa düşülür. Yəni o kəslər ki, günahdan Allaha pənah aparmaqla öz fitrətini pak saxlayıblar. Yalnız onlar Qurandan kamil surətdə faydalanıb hidayətin yüksək mərtəbələrinə nail ola bilərlər.[14]

C)- Üçüncü nəzər isə budur ki, o kəslər ki, ümumi hidayətdən (fitri və şərii) layiqincə istifadə edib və Allaha tərəf addımlayıbsa, Allah taalanın xüsusi hidayətinə nail olub. O kəslər həqiqətən Allahın mömin bəndələridirlər.[15] yuxarıda qeyd etdiklərimizə əsasən "Allah fasiqləri hidayət etməz"[16] ayəsindən belə nəticə alırıq ki, o kəslər ki, ümumi hidayətdən üz çevirmiş və şəriətə əməl etməmişdir məhz onlar hidayət olmayan fasiqlərdir[17] Qurani kərim onlar haqqında buyurur:

«... و الله لایهدی القوم الفاسقین»[18]

"Əgər Allah (əzəldən) onlarda bir xeyir bilsəydi (haqq sözü) onlara eşitdirərdi. Onlar eşitsəydilər belə yenə də (haqdan) inadla üz çevirib gedərdilər"

Bu və ya bir çox belə ayələrdən belə nəticə alırıq ki, insanların Allah tərəfindən hidayət olmasının əsas şərti onların özlərinin Allaha tərəf getməsidir. Yəni Allah taala bütün hidayət paqılarını hər zaman insanların üzünə açıq qoymasına baxmayaraq, əgər insan özü qapıdan içəri girməsə hidayət nuru ona şamil olmayacaqdır.

Qurani- kərim Allaha tərəf üz tutmayanları kafir, münafiq, zalım və fasiq adlandırmışdır. Həmçinin onların hidayət olmayacağını da bəyan etmişdir. Çünki onlar Allahı unutmuşdurlar.[19] (əslində bundan istifadə olunub)



[1] - Sihahul- lüğət, cild 6, səh 2533

[2] - Səccadi, Seyid Cəfər, islam marifinin fərhəngi, cild 4, səh 622

[3] - Səccadi, Seyid Cəfər, islam marifinin fərhəngi, cild 4 446

[4] - Səf surəsi, ayə 5

[5] - Əla surəsi, ayə 2- 3

[6] - Taha surəsi, ayə 50

[7] - Rum surəsi, ayə 30

[8] - Məadixah, Əbdülməcid, Nəhcül- bəlağənin tərcüməsi, birinci xütbə

[9] - Ləyl surəsi, ayə 12

[10] - İnsan surəsi, ayə 3

[11] - Bəqərə surəsi, ayə 2

[12] - Təbərisi, Məcməul- bəyan təfsiri, cild 1, səh 118

[13] - Əraf surəsi, ayə 198

[14] - Təbatəbai, seyid Məhəmməd Hüseyn, Əl- mizan təfsiri, cild 1, səh 45

[15] - Cavad Amili, Əbdüllah, nəsim təfsiri cild 2, səh 140

[16] - Səf surəsi, ayə 5

[17] - Təbatəbai, seyid Məhəmməd Hüseyn, Əl- mizan təfsiri, cild 1, səh 72

[18] - Ənfal surəsi , ayə 23

[19] - Mir Baqiri, seyid Möhsin, Quranda insanın ixtiyarı siması, səh 152

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Qüslün və dəstəmazın əvəzinə təyəmmüm etməyin keyfiyyətini bəyan edin?
    7882 Nizamlar hüquq və əhkam 2012/02/13
    Təyəmmün necəliyi: Təyəmmümdə dörd şey vacibdir: 1. Niyyət, 2. İki əli bir yerdə təyəmmüm səhih olan şeyin üzərinə vurmaq, 3. Hər iki əlin içini bütün alına və alının iki tərəfinə çəkmək, ...
  • Əvba qəzvəsi nədir?
    6428 تاريخ بزرگان 2012/03/14
    Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih) Qureyş və Bəni-Zümrə qəbiləsi ilə müharibə aparmaq üçün səfər etdiyi ilk qəzvədə öz köməkçilərindən iki yüz nəfərlə şəhərdən xaric oldu, Vədan və Əvba məntəqəsinə tərəf irəliləri. Lakin Qureyşdən heç bir əsər-əlamət görmədiyindən qayıtdı. Bu qəzvəni “Vədan və Əbva qəzvəsi” adlandırırlar. Burada müharibə ...
  • Yuxu ilə huşdan geymə vəziyyətində ruhun fəaliyyətlərinin fərqi nədir?
    11591 İslam fəlsəfəsi 2011/11/24
    Ruhun ayıqlıqda bədənlə əlaqəsi və idarəsi onun yuxudakı əlaqə və idarəsi ilə tamamilə fərqlidir. Buna görə də islam təlimlərində yuxu bir növ “ölümün qardaşı” hesab olunmuşdur.Təcrübi elmlərin yuxu zamanı ruhun bədənlə əlaqəsinin necəliyi barədə agahlığı olmasa da, yuxu zamanı baş verən fiziki dəyişikliklərə ...
  • Misir müsəlmanlarının imam Əliyə (ə) inancları vardırmı?
    6955 تاريخ بزرگان 2012/09/01
    Misir dövləti İslamın mühüm mərkəzlərindən biridir və Misir xalqı Əhli- beytə xüsusi hörmət və sevgi bəsləyirlər. İranın Misirdəki mədəniyyət nümayəndəsi cənab Dr Zəmani bu barədə belə deyir: Bu ölkənin bütün əhalisini Əhli- beyit (ə) və Peyğəmbər (s) aşiqi hesab etmək olar. Onlar pak İmamlara (ə) şiddətli şəkildə ...
  • Nə üçün Allahın sifətlərinin içərisində yalnız ədalət sifəti üsuliddindən hesab edilir?
    9243 Qədim kəlam 2011/11/14
    Şiənin əqaidi tovhid, ədalət, məad, nübuvvət və imamətdən təşkil olunmuşdur. Baxmayaraq ki, ədalət Allahın sifətlərindən biridir və tovhid bəhsində izah edilmlədir. Lakin böyük əhəmiyyət kəsb etdiyindən ayrıca izah edilir. Amma əhəmiyyətli olmasının səbəb ondan ibarətdir ki, ədalət sifəti ədliyyə (şiə və mötəzilə) kəlamı ...
  • Heyzli qadının hazırladığı yemak, əli ilə yoğrulub hazırlanın çörəklərin və yeməklərin yeməyin nə iradı var?
    14215 Heyiz və nifas 2014/05/18
    Əvvəlcədən bir məsələni qeyd etmək lazımdır ki. İslamdan əvvəl cahiliyyət dövründə insanlar heyz halında olan qadını bir növ çirikn sayır və onlarla yaxından əlaqə qurmurdular. Həmin məsələyə görə, qadın aybaşı vaxtı evin bir küncünə qısılır, ona əşya kimi baxılır və ondan uzaqlaşırdılar.[1] Amma, İslamda ...
  • İslam peyğəmbəri Həzrət Məhəmməd (s)- in həyatını qısa olaraq bəyan edin.
    4941 پیامبر اکرم ص 2019/10/09
  • İslam dininin təkcə haqq din olmasına baxmayaraq, nəyə görə Quranda digər dinlərin tərəfdarlanın da nicat tapanlardan olmasınin mümkünlüyü açıqlanır?
    10790 بهشت و جهنم 2014/05/18
    İslam təlimlərində və müqəddəs Quranda ilk əvvəldən, belə bir qanun qətiyyətlə qeyd olunmuşdur ki, əgər qeyri-müsəlmanlardan hər hansı ümmət öz pak fitrətlərində olub, yaxşı əməl sahibi olsalar və həqiqətən də İslamın həqiqəti onlara aydınlaşmasa və çatmasa, nicat əhli ola bilərlər. Bu mətləb, Quranın müxtəlif ayələrində tam aydınlıq ...
  • Şiə nəzərindən məhərrəm ayının pişvazına getməyin mənası vardırmı?
    6974 Nizamlar hüquq və əhkam 2012/01/18
    Şəhidlərin sərvəri İmam Hüseyn (əleyhis-salam) üçün əzadarlıq və matəm mərasimi təşkil etmək məsum imamların (əleyhimus-salam) tərəfindən təşviq edilən sünnət və qanunlardan biridir. Bu mərasimin əsası məhz onların təşviqi ilə qoyulmuşdur.[1] Amma onun necə keçirilməsinə gəldikdə isə, haram işlərlə yanaşı olmayıncaya qədər heç bir eybi yoxdur. ...
  • Tənbəlliyi aradan qaldırmaq üçün dua varmı?
    10307 Əməli əxlaq 2012/02/13
    O işlərdən ki, dini təlimlərdə onlardan çəkindirilib, ərinmək və tənbəllikdir və İmamlar (ə) Allaha bu bəyənilməyən xislətdən pənah aparırlar.Bu barədə İmamlar (ə)- dan çatmış dualardan bəziləri bunlardan ibarətdir:1.             Müsədə Sədəqənin övladı deyir: İmam Sadiq (ə)- dan böyük ...

Ən çox baxılanlar

  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    168770 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    166601 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    122013 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    115911 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    115140 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    96587 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    60895 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    56631 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    49365 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    47366 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...