Ətraflı axtarış
Baxanların
10989
İnternetə qoyma tarixi: 2011/01/02
Sualın xülasəsi
İnsi- şeytan nədir?
Sual
İnsi- şeytan nədir?
Qısa cavab

"Şeytan" sözü lüğətdə, fitnəkar, hərifləyən, yoldan çıxaran və haqdan boyun qaçıran mənasında olub, ümumilik daşıyan ismlərdəndir. Yəni, Qurani- kərim və başqa ədəbiyyatlarda "şeytan" sözü xüsusi bir varlıqdan xəbər vermir. Əksinə, insana və digər (heyvana) yaranmışlara da şeytan demək olur. HəmçininQurani- kərimdə şərr və fitnəkar insanlar barəsində "şeytan" sözündən istifadə olunmuşdur.

Bu mövzudada "insi- şeytan sözündən əsas məqsəd məhz yer üzündə fitnə- fəsad törədən və insanları haqq yoldan azdıran şeytan sifətli şəxslərdir. Belə insanlar haqq yoldan azmaqla bərabər, başqalarını da öz arxalarınca sürükləməyə çalışırlar.

Ətreaflı cavab

"Şeytan sözü ərəb mənşəli olub "şətənə" sözündən götürülərək uzaqlaşdırılmış, qovulmuş mənasını daşıyır. İlk dəfə iblis Allahın əmrindən boyun qaçırdığı üçün ilahi rəhmətdən uzaqlaşdırılmış və bu ada layiq görülmüşdür.[1] Buna görə də "Şeytan" sözü iblis sözündən tamamilə fərqlənir. Çünki, iblis xüsusi bir yaranmışın ismidir (adıdır) Başqa sözlə desək, "Şeytan" sözü pis əməllərin nəticəsində hər hansı bir yaranmışa deyilə bilər. Amma iblis xüsusi bir ad olduğu üçün hamıya deyilə bilməz. bundan əlavə iblis, ilk dəfə Allahın əmrindən boyun qaçırmaq Adəmə (s) səcdə etmədiyi və onu yoldan çıxartdığı üçün bu oda layiq görülmüşdür. Həmçinin bu saatdada yaşayaraq, öz dəstəsi ilə (insan və cin) insanları haqq yoldan azdırmaq üçün pusquda durmuşdur.[2]

Sihahul lüğəti bu barədə belə yazır: "Əgər hər hansı bir canlı, istər insan olsun, istərsədə cin və ya heyvan haqq yoldan azarsa (haqqa boyun əyməzsə) "Şeytan" adlanır."[3]

Qurani- kərimdə də "Şeytan" sözü şərr, zərərverici, haqq yoldan azaraq başqalarını da azdırmaq istəyən yaranmışlar barəsində işlədilmişdir. Məsələn: Allah- Taala Qurani- kərimdə buyurur:

«انما یرید الشیطان ان یوقع بینکم العداوة و البغضاء...»[4]

"Şeytan sizin aranızda kin- küdurət və düçmənçilik salmaq istəyir."

«و کذالک جعلنا لکل نبی عدواً شیاطین الانس و الجن»[5]

Biz hər peyğəmbərlər üçün cin və insan şeytanlardan düşmənlər qərar verdik.

Bu və başqa ayələrdən məlum olur ki, "Şeytan" dedikdə heç də iblis və ya ayrı məxluqat nəzərdə tutulmur. Əksinə, iblis bir çox pis və şərr əməllərinə görə "Şeytan" deyilir.[6]

Bəzi hədislərdə "şeytan" sözünün mikrob kimi işlədilməsinə də rast gəlmək olar. Məsələn:

«لاتبیتوا القمامة فی بیوتکم... فانها مقعد الشیطان»[7]

Zibil cəm etdsiyimiz qabları gecə evdə saxlamayın çünki, ora şeytanın yeridir".

Zibil qabı ziyanverici həşaratların və mikrobların cəmləşdiyi yer olduğu üçün hədisdə imam (ə) "Şeytan" sözündən istifadə etməklə həm mikroba həm də ziyanverici həşaratlara işarə etmişdir. Bundan əlavə Allah- Taala Qurani- kərimdə təkəbbürü, nəfsani istəkləri, o cümlədən həsədi və münafiqləri "Şeytan" adlandırmışdır.[8]

Bir çox hədislərdən və ayələrdən belə nəticə alırıq ki, "Şeytan" sözünün müxtəlif mənaları vardır. Belə ki, bütün pisliklər və Allahın rəhmətindən uzaq olan hər bir şey "Şeytan" adlanır. Amma bunu da qeyd edək ki, bütün pisliklərin və şərr əıməllərin başında iblis və onun ordusu (insan və cin) durduğu üçün onu şeytanın bariz nümunəsi kimi göstərmək olar.[9]

Başqa sözlə desək, "şeytan" sözünü "şərr" sözünün sinonimi kimi başa düşmək olar.

Qurani- kərimdə iblis sözünün yerinə şeytan kəlməsinin əsas səbəbi də budur ki, iblis şəytənətlərin (şərr cin və insanlar) içində pisliklərin ən uca mərtəbəsində özünə yer almışdır.[10] Amma iblisin özü hansı tayfadandır? Cin, insan yoxsa mələk sualına gəldikdə isə, Quran ayələrinə əsasən onun cinnilərdən olması məlum olur.

«... فسجدوا الاّ ابلیس کان من الجن ففسق عن امر ربه...»[11]

"Cinnilərdən olan iblisdən savayı hamı səcdə etdi".

Nəticə:

Hər kəs Allahın əmrindən çıxaraq fitnə- fəsad törədə və başqalarını da bu işə sövq edərsə ona şeytan deyərlər. həmçinin bu pis əməlin sahibinin hər bir tayfadan olması mümkündür. Məsələn: Cin, insan, heyvan və sair.

Bundan əlavə bu mövzuda "insi- şeytan" kəlməsindən məqsəd, mətində qeyd etdiyimiz pis sifətlərə malik olan insanlardır.

Mövzuya aid geniş məlumat üçün aşağıdakı kitablara müraciət edə bilərsiniz:

  1. Şeytan və ölüm, səh 398 (sayt 849)

  2. Nalə və şeytanın şivəni, səh 762

  3. Şeytanın yaradılış fəlsəfəsi, səh 233

  4. Şeytanın məqsəd və proqramları, səh 234



[1] - Məcməul bəhreyn, maddeye şeytan

[2] - Şiri təmədari, Cəfər, lüğəti Quran təsirinin şərhi, cild 2, səh 290, Bistuni, Muhəmməd, Quran baxımından şeytanı tanımaq kitabı, səh 2

[3] - Sihahul lüğəti, əlnun babı, Şin fəsli, şeytan sözü, cild 5, səh 2144

[4] - Maidə surəsi, ayə 91

[5] - Ənam surəsi, ayə 112

[6] - Bistuni, Məhəmməd, Quran baxımından şeytanı tanımaq kitabı, səh 13- 14

[7] - Rey şəhri, Məhəmməd, Mizanul hikmət, cild 13, səh 63 40

[8] - Musəvi, Qərəvi, Məhəmməd Cavad, Quran baxımından Adəm kitabı, cild 2, fəsil 9, itlaqatı şeytan, səh 337- 398

[9] - Bistuni, Məhəmməd, Quran baxımından şeytanı tanımaq kitabı səh 13- 14

[10] - Misbah Yəzdi, Məhəmməd Təqi, Quran maarifi kitabı, cild 1- 3, səh 297- 298

[11] - Kəhf surəsi, ayə 50

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Nəzirin deyiliş qaydası və düzgün şəraiti nədir? Həddi buluğa çatmayanın nəzir etməsi düzgündür ya yox?
    11774 Əhd etmək, nəzr etmək və and içmək 2015/05/30
    Nəzirin tərifi: Nəzir budur ki, insan Allaha görə hər hansı bir yaxşı işi yerinə yetirəcək və ya hər tərki gözəl olan hər hansı bir əməli tərk edəcək.[1] Nəzirin növləri: Nəzir iki növdür: 1.Şərtli nəzir; Şərtli nəzir və ya şükür nəzri o nəzirdir ki, insan ...
  • Əxlaq və əxlaq elmi arasında nə fərq var?
    12491 Nəzəri əxlaq 2012/01/08
    "Əxlaq" kəlməsi lüğət cəhətdən xasiyyət, təbiət, səciyyə və adət mənasında olan "xulq" kəlməsinin cəmidir. Həmin adət və səciyyənin yaxşı ya pis olmasından asılı olmayaraq.Əxlaq elminin alimləri və filosofları əxlaq üçün çoxlu təriflər bəyan ediblər. İslam alimlərinin təriflərindən ümumi verə biləcəyimiz tərif budur: "Əxlaq insan nəfsi üçün bir keyfiyyətdir ki, ...
  • Seçilmiş dörd qadının və onların atalarının adı nədir?
    15574 تاريخ بزرگان 2011/09/11
    Övliya və saleh insanların arasında elə qadınlar olub ki, bəşərin tarixi boyu, tövhid və İlahi hədəflər yolunda çoxlu fədakarlıq ediblər və onların adı həmişə bəşərin qara tarixində parlayır. Amma İslami rəvayət və mənbələrdə uca dərəcəli, şərəfli və üstün dörd qadının adı qadınların ən üstünü və behişt qadınlarının üstünü olaraq çəkilmiş ...
  • Nə üçün Peyğəmbər və imamlar, özləri hədis kitabı yazmamışdırlar?
    10623 Hədis nəql edənlər 2012/01/16
    İslam Peyğəmbəri Allahın istəyi və bəzi məsləhətlər üzündən o dərs oxumamış və heç bir zaman müəllim yanına getməmiş və o cümlədən kitabda yazmamışdır. Allahın bu məsləhətinin də səbəbi tamami ilə məlumdur. O həzrətin Quran adlı kitabı əbədi möcüzədir və dərs oxuyub yazan bir şəxs üçün bir kitab gətirmək çətin vəmümkün ...
  • Бәда, Лөвһ-мәһфуз, Китаби-мубин (ашкар китаб), Лөвһи мәһв вә исбатын мәнасы нәдир?
    7962 Qədim kəlam 2010/03/11
    Бәда, лүғәтдә ҝизлиндән сонра ашкар олан мәнада ишләнир. Гурани-Кәримдә дә һәмин мәнада ишләнмишдир. “Вə (o зaмaн) Аллaһдaн oнлaрa ҝүмaн eтмəдиклəри ҝөрүнəҹəкдир.” [i] Алимләр арасында јарадылыш аләминдә “бәда” сөзү, шәриәтдәки нәсх мәнасына бәнзәр бир мәна вә рәјин ...
  • Quranda kişilərin qadınlara nisbət üstünlüyünün açıqlanması, qadınların təhqir olunmasına və kişilərin fəxrlənməsinə səbəb olmur?
    20089 زن 2012/09/01
    Qurani- kərimin bir sıra ayələrində kişilərin qadınlara nisbət üstünlük məsələsi bəyan olubdur. Bu mövzunun açıqlanması kişiləri bütün sahələrdə üstün bilmək mənasına deyil. Bir çox alimlərin və təfsirçilərin nəzərinə əsasən kişilərin qadınlara nisbət üstünlüyünün səbəbi kişilərin bir sıra xüsusiyyətlərə sahib olmasıdır ki, onların vasitəsiylə ailəni idarə etmək vəzifəsinə ...
  • Bir adam necə yuxu yozmaq qüdrətin ələ gətirə bilər?
    10855 Hədis elmləri 2012/01/11
    Röya ya yuxu görmək bir işdir ki, hamı üçün həyat boyu baş verir. Ama onun keyfiyyeti hələ alimlər üçün belə aydın olmamışdır. Qurani kərim Həzrəti Yusifdən yad edərkən buyururu ki, həm doğru yuxu gördü[1] və həmdə Allah yuxu yozmaq elmin ona öyrətdi.[2] Yusif zindanda ...
  • imam Baqir (ə) İmam Sadiq (ə) dan çoxlu hədislər ola- ola, niyə onların sözləri bir kitabla cəm olmamışdır?
    11013 Hədis elmləri 2012/01/16
    İmam Baqir (ə) və İmam Sadiq (ə) ın yaşadığı zaman və məkan mövqe və şəraitinə diqqət etdikdə, o dövrdə kitabın yazılmaması üzürlü səbəb sayılır. Amma bu hədislər Üsuli ərbəə miə adı altında, sonralar kirabi ərbəə adı altında cəm olubdur ki, sonradan böyük hədisçi cənab Hürr Amili 30 cilddə Vəsailuş- Şiə ...
  • Aya həzrət Nuh (ə) gəmini düzəltdiyi vaxt, Cəbrail ona mismarlar vermişdir ki, onun üzərində beş kimsənin adı həkk olmuşdu?
    6933 Qədim kəlam 2012/03/11
    Şiə məzhəbinin bizi hədis mənbələrində bu rəvayət, Peyğəmbər (s) və Əhli- beytin əzəməti barəsində gəlmişdir. Qeyd etmək lazımdır ki, bu rəvayətlərin sənədinin silsiləsində "Yəhya ibni Əksəm" sünni məzhəbdir, vardır. Bu rəvayət vbaxmayaraq ki, sənəd cəhətindən nöqsanı vardır, amma Peyğəmbərin (s) və İmamların (ə) əzəməti baxımından ...
  • Aya sərmayəyə xums şamil olur ya xeyr?
    7516 O şey ki, ona xums təəlluq tapır 2012/04/18
    Müctəhidlərin sərmayənin xumsu barəsində nəzərləri ibarətdir: Bir şəxs sərmayəni hazırlamışdır. Əgər onun xumsunu versə və əldə qalanıyla bir iş görə bilməzsə ki, öz ruzisini təmin etsin, aya bu sərmayənin xumsunu verməlidir? Bütün müctəhidlər (yalnız ayətullah Vəhid Xorasani və ayətullah Safi): əgər onun xumsunu verməklə öz ruzisini əldə ...

Ən çox baxılanlar

  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    168361 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    166316 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    121696 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    115768 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    114747 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    96319 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    60183 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    56408 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    48953 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    47164 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...