Ətraflı axtarış
Baxanların
8757
İnternetə qoyma tarixi: 2007/12/21
Sualın xülasəsi
Allahın vücudunun sonsuz olması digər varlıqların mövcudluğu ilə ziddiyyətli deyildirmi?
Sual
Əgər Allah-taala sonsuz bir varlıqdırsa və hər yeri əhatə etmişdirsə, onda sair varlıqların mövqeyi necədir?
Qısa cavab

Allah-taalanın sonsuz olmasının mənası budur ki, Onun müqəddəs zatı hər bir cəhətdən sonsuzdur, bütün sonlara malikdir, fərz olunan hər bir cəhətdə qeyri-məhduddur. Elə bir yer yoxdur ki, Allah orada hazır olmasın. Elə bir zaman yoxdur ki, onda mövcud olmasın, elə bir kamal yoxdur ki, Allah ona malik olmasın. Buna görə də Allahın zatında heç bir hədd-hüdud və sərhəd yoxdur.

Allahın sonsuz olmasının mənası bu deyildir ki, cisimlər məkanı tutmuş olduğu kimi, O da hər bir məkanı tutmuş olsun. Əksinə, Allah-taala ümumiyyətlə heç bir məkanda yerləşmir, çünki yalnız cisimlər (eni, uzunluğu və hündürlüyü – həcmi olan varlıqlar) məkan tutur. Allah-taala cisim deyildir ki, hər hansı bir məkanı doldurmuş olsun. Bundan əlavə, məkana sahib olmaq Allah üçün (məkana) ehtiyaclı olmaq və nöqsan sayılır, hər hansı bir şeyin xüsusi bir məkanda məhdudlaşmasını və Allahın hadis olmasını tələb edir ki, bu da Allah üçün qeyri-mümkündür, mütəal Allah belə şeylərdən pak və pakizədir.

Ətreaflı cavab

Bu suala cavab vermək üçün əvvəlcə Allahın sonsuz olmasının mənasını, aləm varlıqlarının Onunla əlaqəsini aydınlaşdırmaq lazımdır. Allahın sonsuz olmasının mənası budur ki, Onun müqəddəs zatı hər bir cəhətdən sonsuzdur və bütün kamallara malikdir.[1]

Onun vücudu, fərz olunan hər bir cəhətdə qeyri-məhduddur. Elə bir yer yoxdur ki, Allah orada olmasın, elə bir zaman yoxdur ki, Allah orada mövcud olmasın. Elə bir kamal yoxdur ki, Allah ona malik olmasın.[2]

Buna görə də Allahın zatında heç bir hədd-hüdud yoxdur və Quranın buyurduğu kimi:

هُوَ اللَّهُ فِي السَّماواتِ وَ فِي الْأَرْضِ

“O həm asimanlarda, həm də yerə Allahdır.”[3]

Başqa ayədə buyurulur:

فَأَيْنَما تُوَلُّوا فَثَمَّ وَجْهُ اللَّهِ

“Hər yerə üz tutsanız, Allahın vəchi oradadır.”[4]

Deməli, Allah hər bir yerdə mövcuddur, hər hansı bir hədd-hüdudla və sərhədlə məhdudlanmır. O, zamanın və məkanın fövqündədir. Allahın sonsuz olmasının mənası bu deyildir ki, O, bütün məkanları doldurmuş olsun; ümumiyyətlə O heç bir məkanı doldurmamışdır, çünki yalnız cisimlərin (həcmə: eni, uzunluğu və hündürlüyü olan şeylərin) məkana ehtiyacı vardır. Allah da cisim deyildir ki, hər hansı bir məkanı tutmuş olsun. Ustad Məkarim Şirazi buyurur: “Allah ona görə cisim ola bilməz ki, hər cisim zaman, məkan, keyfiyyət, xassə, əsər və s. cəhətindən məhduddur və hər bir cisim müəyyən hüdudlara malikdir. Halbuki Allahın zatı hər bir cəhətdən sonsuzdur və qeyri-məhdud olan bir varlıqdır. Aydındır ki, belə varlıq cismin yönlərində – zaman və məkan hüdudlarında həsr edilə bilməz.”[5]

Bundan əlavə, əşyaların  məkanda yerləşməsi onların həmin xüsusi məkanda məhdud olmasını tələb edir. Əgər Allahın məkanı olsaydı, onda xüsusi bir məkanla məhdudlanardı ki, bu da Allahın müqəddəs zatının qeyri-məhdud olması ilə uyğun gəlmir.[6]

İmam Kazim (əleyhis-salam) buyurur: “Həqiqətən, mütəal Allah həmişə olmuşdur və Onun zamana və məkana ehtiyacı yoxdur. Amma heç bir məkan Allahdan xali deyildir və eyni halda Allah heç bir məkanı tutmamış, heç bir məkanda hülul etməmişdir.”[7]

Bir nəfər imam Əli (əleyhis-salam)-dan soruşdu: “Pərvərdigarımız asimanları və yeri yaratmazdan qabaq harada idi?” Həzrət buyurdu: “Hara sualı məkanın sualıdır. Allah heç bir məkanın olmadığı dövrdə mövcud idi.”[8]

Digər tərəfdən, Allah-taala zatən hər bir şeydən ehtiyacsız olan bir varlıqdır, bütün mümkün aləmi Ona ehtiyaclıdır. Əgər Allahın məkanı olmalı idisə, vücuda gəlmək üçün həmin məkana ehtiyacı olardı. Belə olan halda artıq Allah-taala vacibul-vücud və zatən ehtiyacsız olan bir varlıq yox, əksinə məkana ehtiyaclı olan bir varlıq olardı. Necə ki, biz insanlar özümüz üçün məkana ehtiyac duyuruq. Əli (əleyhis-salam) yəhudi alimlərindən birinə buyurdu: “Allah-taala məkanı yaratdığı üçün Özünün məkana malik olması qeyri-mümkündür. O, hər hansı bir məkanın Ona özündə yer verəcəyindən çox-çox yüksəkdədir. Məgər öz dini kitablarınızda görməmişsiniz ki, bir gün Musa ibni İmran oturmuşdu. Şərqdən bir mələk gəldi, həzrət soruşdu: “Haradan gəlirsən?” Dedi: “Pərvərdigarımın hüzurundan.” Sonra qərbdən bir mələk gəldi, həzrət soruşdu: “Haradan gəldin?” Dedi: “Pərvərdigarımın yanından.” Üçüncü bir mələk gəldikdə “hardan gəldin?” deyə soruşduqda, dedi: “Yeddinci asimandan – Pərvərdigarımın yanından.” Dördüncü bir mələk gəldikdə soruşdu: “Haradan gəlirsən?” Dedi: “Yeddinci qat yerdən –  Pərvərdigarımın yanından.” Burada həzrət Əli (əleyhis-salam) buyurdu: “Pak və münəzzəhdir ki, O kəs ki, heç bir məkan Ondan xali deyildir və heç bir məkan Ona başqa bir məkandan yaxın deyildir.”[9]

Halbuki, əgər Allah-taala məkana malik olan bir varlıq olsaydı, əvvəla, həmin məkanda hüdudlanar və artıq digər məkanlarda mövcud ola bilməzdi. İkincisi, belə olan halda məkana ehtiyaclı bir varlıq olardı, nəinki məkanın xaliqi və yaradanı.

Digər bir dəlil budur ki, məkan hədisdir (əvvəlcə olmayıb sonradan vücuda gələn varlıq), o qədim və əzəli deyildir, halbuki Allah-taala həm əzəlidir, həm də əbədidir.[10] Əgər mütəal Allah məkana malik olmalı idisə, onda məkan hadis bir iş olduğuna görə Allah da hadis olar və artıq zatən qədim və əzəli olmazdı. Halbuki, Allah zatən qədim və əzəlidir, buna görə də Onun məkana malik olması qeyri-mümkündür.[11]

Amma “Allah hər yerdə vardır” - dedikdə, ümumiyyətlə məqsəd budur ki, Allah məkanın fövqündədir, buna görə də bütün məkanlar Onun müqabilində eyni səviyyəlidir, Allahın vücudu hər yeri əhatə etmişdir və O, hər yerdə vardır.[12]

Əbu Şakirin dediyi “yeganə görünməz Allah daşın içində vardırmı?” sualın cavabında İmam Sadiq (əleyhis-salam) buyurmuşdur: “Hər bir şeyin daxilində və hər yerdə vardır, necə ki, hava hər yerdə olduğu halda görünmür, Allah-taala da hər bir yerdə mövcuddur.”[13]

Qurani-Kərim bu barədə buyurur: “Məşriq də, məğrib də Allaha məxsusdur! Hər tərəfə üz çevirsəniz, Allah oradadır. Allah ehtiyacsız və biləndir.”[14]

Aləm varlıqlarının Allahla əlaqəsi necədir?

Şübhəsiz, aləm varlıqları kəsrətə – çoxluğa malikdir, onların müxtəlif növləri və sinifləri vardır. Amma onların hamısı Allahın sifətlərinin təcəllisi, Onun sonsuz feyzlərindən biri hesab olunur. Cabir imam Sadiq (əleyhis-salam) soruşdu: “Siz qəbul edirsinizmi ki, Allah hər yerdə vardır?!” İmam buyurdu: “Bəli.” Cabir dedi: “Buna əsasən, təsdiq etməlisiniz ki, Allah hər bir şeyin içində də vardır?!” İmam buyurdu: “Bəli.” Cabir soruşdu: “Buna əsasən, məxluqla Xaliqini eyni olduğunu deyənlərin əqidəsi düzgün olmalıdır! Çünki Allahın hər bir şeydə olduğuna inandığımız zaman təsdiq etməliyik ki, hər şey, hətta daş, odun və otlar Allahdır?!” İmam buyurdu: “Belə deyildir! Allah daşda, suda və bitkidə vardır, lakin daş, su və bitki Allah deyildir. Necə ki, yağ çıraqda vardır, lakin çıraq yağ deyildir.”[15]

İmran Sabi imam Riza (əleyhis-salam)-dan soruşdu: “Buyurun, Allah məxluqdadır, yoxsa məxluqlar Allahda qərarlaşıb?”

Həzrət buyurdu: “Ey İmran! Allah belə sözlərdən pak və pakizədir. İndi Allahın bir lütfünü sənin üçün misal çəkirəm ki, dərk edəsən. De görüm, güzgüyə baxdığın və özünü orada gördüyün zaman sən güzgüsən, yoxsa güzgü səndə qərarlaşıb? Əgər siz ikinizdən heç biri digərinə qarışmırsa, bəs özünü nəyin vasitəsilə onda görürsən?

İmran dedi: “Mənimlə güzgü arasında olan işığın vasitəsi ilə.”

Həzrət Riza (əleyhis-salam) buyurdu: “O güzgüdə olan nur gözünlə gördüyün nurdan (işıqdan) artıqdırmı?

Dedi: “Bəli.”

Həzrət buyurdu: “Belə isə, bizə göstər!”

İmran heç bir söz deyə bilmədi. Həzrət buyurdu: “Nur həm özünü, həm də güzgünü görməyə bir vasitədir, amma ikinizdən biriniz digərinə daxil olmadan. Deməli, mümkündür ki, Allah-taala da məxluqa təsir qoysun, amma onların içində olmasın, yaxud onlar Allahın içində olmasın.”[16]

İmam Əli (əleyhis-salam) bu barədə buyurur:

لَيْسَ فِي الْأَشْيَاءِ بِوَالِجٍ وَ لَا عَنْهَا بِخَارِج

“O (Allah), əşyaların daxilində deyildir və onlardan xaricdə də deyildir.”[17]

Son söz:

Həqiqi vücud yalnız Allaha məxsusdur, yerdə qalan varlıqların hamısı Onun feyzlərini əks etdirən sadəcə güzgü kimidir. Onlar Allahın rübubi zatının təcəllisini göstərirlər. Bu da Əli (əleyhis-salam)-ın buyurduğu aşağıdakı kəlamın mənasıdır: “Mən elə bir varlıq görmədim ki, ondan qabaq, ondan sonra və onunla yanaşı Allahı görməmiş olum.”[18]

Çünki əgər Allah olmasaydı, heç bir varlıq yaranmazdı.

 


[1] Məkarim Şirazi, Nasir, “Bir müsəlman əqidəsi”, 1-ci çap, səh. 38

[2] Məkraim Şirazi, Nasir, “Allahı belə tanıyaq”, “Məhəmmədi” nəşriyyatı, səh. 42

[3] “Ənam” surəsi, ayə: 3

[4] “Bəqərə” surəsi, ayə: 151

[5] Məkarim Şirazi, Nasir, “Bir müsəlman əqidəsi”, səh. 43

[6] Yenə orada, səh. 47

[7] Səduq, “Tövhid”, 28-ci bab, hədis 12

اِنَّ اللهَ تَبَارَکَ وَ تَعَالَي کَانَ لَمْ يَزَلْ بِلَا زَمَانٍ وَ لاَ مَکَانٍ وَ هُوَ الْآنَ کَمَا کَانَ لاَ يَخْلُو مِنْهُ مَکَانٌ وَ لَا يُشْغَلُ بِهِ مَکَانٌ وَ لاَ يَحِلُّ فِي مَکَانٍ

[8] Qaimi Əsğər, “Etiqad prinsipləri”,  Qum, elmiyyə hövzəsini müdiriyyət mərkəzi, 65-ci səh. 1378-ci il

[9] “İctima”, Təbərsi, 2-ci cild, səh. 313

[10] هُوَ الْأَوَّلُ وَ الْآخِرُ وَ الظَّاهِرُ وَ الْباطِنُ وَ هُوَ بِكُلِّ شَيْ‏ءٍ عَليم

[11] Şeyx Tusi, “Kəşful-murad fi şərhi Təcridil-etiqad”, “Şəkuri” nəşriyyatı, 1373-cü il, səh. 318

[12] Məkarim Şirazi, Nasir, “Allahı necə tanıyaq?”, səh. 81

[13] Məhəmmədi Reyşəhri, “İslamda azad bəhs”, Qum elmiyyə hövzəsini islami təbliğat dəftərxanasının nəşriyyat mərkəzi, tir ayı, 1372-ci səh. 58

[14] “Bəqərə” surəsi, ayə: 115: وَ لِلَّهِ الْمَشْرِقُ وَ الْمَغْرِبُ فَأَيْنَما تُوَلُّوا فَثَمَّ وَجْهُ اللَّهِ إِنَّ اللَّهَ واسِعٌ عَليم

[15] Məhəmmədi Reyşəhri, “İslamda azad bəhs”, səh. 90

[16] “Ehticacat”,  "Biharul-ənvar"ın 4-cü cildinin tərcüməsi, 2-ci cild, səh. 307

[17]  "Nəhcul-bəlağə", xütbə 186

[18] “Vəhdəti vücud və bəda”, səh. 13-17; Cəfəri, Məhəmməd Təqi,  "Nəhcul-bəlağə"nin təfsiri və tərcüməsi, 14-cü cild, səh. 290

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • İslam və xristiyanlıqda mənəviyyatın fərqləri?
    9468 Təzə kəlam 2011/10/04
    Hər bir dində mənəviyyatın dəyər və etibarı, həmin dinin dəyər və etibarı ilə birbaşa əlaqəsi vardır. Xristiyanların özlərinin də etiraf etdiyinə görə xristiyan dininin mənbələri ağıla zidd təlimlərlə zəngindir. Təbii ki, belə mənbələrdən götürülən mənəviyyat bir çox kənara çıxmalarla müşahidə olunacaqdır. Bu islamla xristiyanlıq arasında olan ən mühüm ...
  • Quranın dəfi və ya tədrici nazil olmasından nə qədər keçir?
    8599 Quran elmləri 2010/11/10
    Quranın bir dəfəlik, Peyğəmbərin (s) qəlbinə nazil olması qədr gecəsində (ramazan ayının gecələrindən biri) olmuşdur. Bəzi ayə və rəvayətlərə nəzər saldıqda, bu ehtimalı vermək olur ki, qədr gecəsi həmin ramazan ayının igirmi üçüncü gecəsidir və Quranın (dəfi) bir dəfəlik nazil olması tədricən əlli altı ...
  • Ümumi hökmlərin açıqlanmasından əlavə, fiqhi məsələlərin şaxələri də Qurani kərimdə açıqlanıbdırmı?
    7047 مبانی فقهی و اصولی 2013/07/15
    Qurani kərim ayatul əhkamda ümumi şəkildə islamın müqəddəs şəriətinin hökmlərini açıqlasa da, ümumiyyətlə məsələlərin şaxələrini və xırdalıqlarını açıqlamaq istəməmişdir. Amma bəzi yerlərdə uyğun gəldik də hökmün əsası qoyulduqdan sonra, onun bəzi şaxələrinə də işarə edibdir. Burda nümunə olaraq bu məsələlərdən bəzisini yalnız ayələri zikr etməklə gətiririk:
  • Həyat və ölüm kəlməsi Quranda neçə dəfə işlədilmişdir?
    9002 Quran elmləri 2011/11/06
    Həyat, yaşamaq, mənasında və ölüm isə onun əks mənası kimi işlədilir. Həyat və ölüm hər ikisi Allahın yaratdıqlarındandırlar. Qurani kərim buyurur: O şəxs ki, ölüm və həyatı yaratdı, sizin imtahanınız üçün idi ki, sizlərdən hansı biriniz yaxşı əməl sahibi olacaq və o məğlub olunmaz və bağışlayandır.[1] ...
  • Bütün əməlləri xalis niyyətlə necə yerinə yetirmək olar?
    8145 Əməli əxlaq 2011/07/28
    İxlas – işlərin yerinə yetirilməsində və bəndəlikdə başqasının razılığını yox, yalnız Allah-taalanın razılığını əldə etmək, layiqli bəndəlik məqsədində olmaq mənasınadır. Deməli, əvvəlcə ixlasın maneələrini, yəni riyakarlıq, dünyaya ürək bağlamaq, şeytani vəsvəsələri aradan qaldırmaq lazımdır, bundan sonra imanın gücləndirilməsi, Allah-taalanın müqəddəs ...
  • Təyin olunmuş ruziylə, insanın çalışmasının nə rabitəsi var?
    8781 Qədim kəlam 2010/09/23
    Rizq və ruzu iki cürdür: Dalınca getdiyimiz ruzi və bizim dalımızca gələn ruzi. Rəvayətlərdə, bizim dalımızca gələn ruzi " talib rizq" və dalınca getdiyimiz ruzi "mətlub rizq" adlanmışdır. Talib və qəti ruzi, vücud, varlıq, ömür, şərait, mühit, ailə və istedad və sair ruzisidir ki, bu qism ruzi ...
  • Məsihilərlə evlənməyin şərt və hökmləri hansıdır?
    8937 Nizamlar hüquq və əhkam 2011/06/27
    İslam nəzərindən, məsihilər kitab əhlindəndirlər. Şiənin təqlid mərcələrinin nəzərinə əsasən, müsəlman qadın onlarla evlənə bilməz. həm daimi evlilik həm də müvəqqəti evlilik. Müsəlman kişi də kitab əhlindən olmayan kafir qadınlarla daimi ya müvəqqəti evlənə bilməz. Amma müsəlman kişilərin kitab əhli qadınlarıyla müvəqqəti evlənməsi barəsində möhkəm nəzər icazəli olma və daimi ...
  • Kişilər üçün ağ qızıldan istifadə etmək haramdırmı?
    19023 Kişilər üçün ipəyin və qızılın haramlığı 2012/04/09
    Ayətullah əl-uzma Xameneinin (müddə zilluhul-ali) dəftərxanası: Əgər ağ qızıl adlandırılan şey (metal) başqa bir maddə qarışdırılmasına görə rəngi ağaran həmin sarı qızıldırsa, haramdır. Amma əgər qızılın miqdarı camaat arasında qızıl adlandırılmayacaq dərəcədə az olsa, eybi yoxdur. Platinin də eybi yoxdur. Ayətullah əl-uzma Sistaninin ...
  • Digər bir şəxsə sili vurmağın və üzün qızarması və yaxud qaralmasının diyəsi nə qədərdir?
    6186 Hüdud, Qisas və diyat 2014/01/30
    A və B, bu mövzuda, göstərici: « Üzə sili vurmağın diyəsi» sual 3269- u mütaliə edin. Başa zərər yetirilərsə, sağlam və yaxud əlil insanın qarşılığı təyin edilir.[1] Sili vurmaq və bunun kimilərin diyəsi, kişi və qadın, böyük və kiçik, o cümlədən bədən üzvləri arasında ...
  • Hindıya onun Quranla tanışlıq və onu oxumaq istəməsini nəzərə almaqla Quran hədiyyə etməyin şərii hökmü nədir?
    6987 Nizamlar hüquq və əhkam 2011/09/11
    Bu barədə mərcələrin nəzərini açıqlamamışdan qabaq, bir neçə məsələyə diqqət etmək lazımdır:Hindu kafirlərdən sayılır.Quranın kafirlər tərəfindən hörmətsizlik və ya nəcislənməsinə yəqin etdikdə (nəinki ehtimal), mərcələrdən heç biri onlara Quranı verməyə icazə vermirlər.

Ən çox baxılanlar

  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    168399 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    166343 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    121729 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    115774 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    114775 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    96376 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    60299 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    56424 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    49015 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    47174 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...