Ətraflı axtarış
Baxanların
8111
İnternetə qoyma tarixi: 2012/03/11
Sualın xülasəsi
Hansı İmamın, başqa İmamlara nisbət məxsus sifətləri və xüsusiyyətləri vardır?
Sual
On dörd Məsumdan hansı İmamın, başqa İmamlara nisbət məxsus sifətləri və xüsusiyyətləri vardır?
Qısa cavab

Məzhəbi təlimlərə əsasən Məsum İmamların iki cür heysiyyəti və varlığı vardır. Biri nurani, o biri isə cismani. Nurani varlıq cəhətindən onların hamısı birdirlər, amma cismani və dünyəvi varlıq cəhətindən zaman və məkanın şəraitinə uyğun olaraq onardan hər birinin məxsus xüsusiyyətləri vardır. Məsələn: İmam Əli (ə) şücaət və xitabədə, İmam Hüseyn (ə) cihad və şəhadətdə, İmam Baqir və Sadiq (ə) təlim və tərbiyədə və İmam Kazım (ə) zindana dözməkdə və s.... Bu xüsusiyyətlər məxsus şəraitə əsasən onlarda formalaşıbdır. Busifətlər başqalarında da olubdur. Demək olmaz ki, İmamlardan (ə) biri məxsus bir sifətə malikdir ki, başqalarında yoxdur. Demək lazımdır ki, bizim hədislərdə İmamların (ə) bu dünyadakı yeri və rütbəsi onların imamətinin tərtibinə əssən qeyd olunubdur.

Ətreaflı cavab

Məzhəbi təlimlərə əsasən məsum İmamların iki cür heysiyyəti və varlığı vardır. Biri nurani, o biri isə asimani. Nurani varlıq cəhətindən onların hamısı birdirlər,[1] amma cismani və dünyəvi varlıq cəhətindən zaman və məkanın şəraitinə uyğun olaraq onlardan hər birinin məxsus xüsusiyyətləri vardır. Məsələn: İmam Əli (ə) şücaət və xitabədə, İmam Hüseyn (ə) cihad və şəhadətdə, İmam Baqir və Sadiq (ə) təlim və tərbiyə də və İmam Kazım (ə) zindana dözməkdə və s....

Bu xüsusiyyətlər məxsus şəraitə əsasən onlarda formalaşıbdır. Bu sifətlər başqalarında da olubdur. Demək olmaz ki, İmamlardan (ə) biri məxsus bir sifətə malikdir ki, başqalarında yoxdur.

Demək lazımdır ki, bizim hədislərdə İmamların (ə) bu dünyadakı yeri və rütbəsi onların İmamətinin tərtibinə əsasən qeyd olunubdur.

Nümunə ünvanında bir neçə hədisə işarə edirik:

1.İmam Sadiq (ə) buyurub: Hər kim Əmirəl- mömininin Əlinin (ə) riyazətini tərk edə Allah- Taala ona nəzər etməz. Mələklər və Peyğəmbərlər riyazət edən şəxsi ziyarət etmirsən? Həqiqətən Əmirəl- möminin bütün İmamlardan üstündür.[2]

2. Hişam ibn Salim deyir: Həzrət Sadiqə (ə) dedim: İmam Həsən (ə) fəzilətli və üstündür yaxud İmam Hüseyn (ə)? Buyurdu: İmam Həsən, İmam Hüeyndən fəzilətlidir.

Dedim: Bəs nəyə görə İmamət, o həzrətdən (ə) sonra İmam Hüseynin (ə) övladlarında davam tapdı və İmam Həsənin (ə) övladlarına yetişmədi?

Buyurdu: Allah- Taala istədi Musa və Harunun (ə) adəti (ənənəsi) o ikisinin haqqında da icra oluna. Baxmayaraq ki, onun hər ikisi nübüvvətə şərik idilər necə ki, İmam Həsən və İmam Hüseyn (ə) İmamətdə şərik idilər.

Allah Taala nübüvvəti Musanın övladlarında deyil Harunun övladlarında qərar verdi. Baxmayaraq ki, Musa Harundan fəzilətli və üstün idi.

Dedim: Eyni vaxtda iki İmamın olması mümkündürmü?

Buyurudu: Xeyr. Ola bilər o ikisindən biri sakit otura və öz zamanının İmamından itaət edə və ikincisi onun rəhbəri ola. Amma hər ikisi eyni zamanda İmamətə məmur ola bilməz.[3]

3. Ənəş rəvayət edir ki, Həzrət Sadiqdən (ə) soruşdum: Peyğəmbərdən (s) sonra ən üstün və xilafətə layiqli şəxs kimdir? Buyurdu: Əli ibn Əbi Talib, ondan sonra Həsən, sonra Hüseyn (Allahın rəsulunun (s) nəvələri və qadınların ən yaxşısının övladları), sonra Əli ibnil- Hüseyn, sonra Məhəmməd ibn Əli, ondan sonra Cəfər ibn Məhəmməd, sonra hidayət olmuş və hidayət edən İmamlar; çünki səbr, iffət və düzgünlük, islah etmək və çalışmaq, əmanətdarlıq (hər bir kəsə), uzun səcdə etmək, gecəni ibadətə məşul omaq, haramdan uzaqlıq, fərəcin (xilas olmanın) intizarın çəkmək, xoşrəftarlıq və qonşuluğu riayət etmək, onlardadır.[4]

Daha çox agahlıq üçün aşağıdakı göstəricilərə müraciət edin:

Psixoloji və bəşəri baxışda İmamların arasındakı fərq 12183 (sayt: 11944).

İmam Həsən, hidayət çırağı və nicat gəmisi. 10875 (sayt: 10731).

Həzrət Məhəmməd (s) və Əlinin (ə) nurani vəhdəti (birliyi). 7840 (sayt: 8095).

 


[1] - Əllamə Məclisi, Biharul- ənvar, cild 26, səh 16, Əl- vəfa müəssisəsi, Beyrut, 1404 hicri qəməri.

«... فَقَالَ الْإِمَامُ (عَلِيُّ بْنُ الْحُسَيْنِ)(ع) لَا تَعْجَبُوا مِنْ قُدْرَةِ اللَّهِ أَنَا مُحَمَّدٌ وَ مُحَمَّدٌ أَنَا وَ قَالَ مُحَمَّدٌ يَا قَوْمُ لَا تَعْجَبُوا مِنْ أَمْرِ اللَّهِ أَنَا عَلِيٌّ وَ عَلِيٌّ أَنَا وَ كُلُّنَا وَاحِدٌ مِنْ نُورٍ وَاحِدٍ وَ رُوحُنَا مِنْ أَمْرِ اللَّهِ أَوَّلُنَا مُحَمَّدٌ وَ أَوْسَطُنَا مُحَمَّدٌ وَ آخِرُنَا مُحَمَّدٌ وَ كُلُّنَا مُحَمَّدٌ»

İmam buyurdu: Allahın qüdrətinə təəccüb etməyin. Mən Məhəmməd və Məhəmməd mən. Və Məhəmməd buyurdu: Camaat,Allahın qüdrətinə təəccüb etməyin. Mən Əliyəm və Əli mən. Bizim hamımız bir nurdanıq, bizim ruhumuz Allahın əmrindədir, bizim birincimiz Məhəmməd, ortancılımız Məhəmməd, axırıncımız Məhəmməd və bizim hamımız Məhəmmədik.

[2] - Seyid Rəzi, Xəsaisul- Əimmə (ə), səh 40, Məcməul- buhusi astane qüdse Rəzəvi, 1406 hicri qəməri.

«وَ قَالَ الصَّادِقُ (ع) مَنْ تَرَكَ زِيَارَةَ أَمِيرِ الْمُؤْمِنِينَ (ع) لَمْ يَنْظُرِ اللَّهُ تَعَالَى إِلَيْهِ أَ لَا تَزُورُ مَنْ تَزُورُهُ الْمَلَائِكَةُ وَ النَّبِيُّونَ (ع)  وَ إِنَّ أَمِيرَ الْمُؤْمِنِينَ أَفْضَلُ مِنْ كُلِّ الْأَئِمَّةِ»

[3] - Biharul- ənvar, cild 25, səh 249.

«...عنْ هِشَامِ بْنِ سَالِمٍ قَالَ قُلْتُ لِلصَّادِقِ جَعْفَرِ بْنِ مُحَمَّدٍ (ع) الْحَسَنُ أَفْضَلُ أَمِ الْحُسَيْنُ فَقَالَ الْحَسَنُ أَفْضَلُ مِنَ الْحُسَيْنِ قُلْتُ فَكَيْفَ صَارَتِ الْإِمَامَةُ مِنْ بَعْدِ الْحُسَيْنِ فِي عَقِبِهِ دُونَ وُلْدِ الْحَسَنِ فَقَالَ إِنَّ اللَّهَ تَبَارَكَ وَ تَعَالَى أَحَبَّ أَنْ يَجْعَلَ سُنَّةَ مُوسَى وَ هَارُونَ جَارِيَةً فِي الْحَسَنِ وَ الْحُسَيْنِ أَ لَا تَرَى أَنَّهُمَا كَانَا شَرِيكَيْنِ فِي النُّبُوَّةِ كَمَا كَانَ الْحَسَنُ وَ الْحُسَيْنُ شَرِيكَيْنِ فِي الْإِمَامَةِ وَ إِنَّ اللَّهَ عَزَّ وَ جَلَّ جَعَلَ النُّبُوَّةَ فِي وُلْدِ هَارُونَ وَ لَمْ يَجْعَلْهَا فِي وُلْدِ مُوسَى وَ إِنْ كَانَ مُوسَى أَفْضَلَ مِنْ هَارُونَ»

[4] - Deyləmi, Həsən, İrşadul- qulub iləs- savab, cild 2, səh 421, İntişarate- şərife Rəzi, 1412 hicri qəməri.

«الْأَعْمَشِ عَنْ جَعْفَرِ بْنِ مُحَمَّدٍ (ع) قَالَ سَأَلْتُهُ عَنْ أَفْضَلِ الْخَلْقِ بَعْدَ رَسُولِ اللَّهِ (ص) وَ أَحَقِّهِمْ بِالْأَمْرِ فَقَالَ عَلِيُّ بْنُ أَبِي طَالِبٍ (ع) وَ بَعْدَهُ الْحَسَنُ ثُمَّ الْحُسَيْنُ سِبْطَا رَسُولِ اللَّهِ وَ ابْنَا خِيَرَةِ النِّسْوَانِ ثُمَّ عَلِيُّ بْنُ الْحُسَيْنِ ثُمَّ مُحَمَّدُ بْنُ عَلِيٍّ ثُمَّ جَعْفَرُ بْنُ مُحَمَّدٍ ثُمَّ مِنْ بَعْدِهِ الْأَئِمَّةُ الْهُدَاةُ الْمَهْدِيُّونَ (ع) فَإِنَّ فِيهِمُ الْوَرَعُ وَ الْعِفَّةُ وَ الصِّدْقُ وَ الصَّلَاحُ وَ الِاجْتِهَادُ وَ أَدَاءُ الْأَمَانَةِ إِلَى الْبَرِّ وَ الْفَاجِرِ وَ طُولُ السُّجُودِ وَ قِيَامُ اللَّيْلِ وَ اجْتِنَابُ الْمَحَارِمِ وَ انْتِظَارُ الْفَرَجِ بِالصَّبْرِ وَ حُسْنُ الصُّحْبَةِ وَ حُسْنُ الْجِوَار»

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Uşaq saldırmaq haramdırmı?
    32096 Nizamlar hüquq və əhkam 2012/07/18
    `Uşaq saldırma haram və böyük günahlardandır. Bu işi görən tövbə etməli və kəffarəsi (iki ay bir- birinin ardınca oruc tutmaq) var. onun diyəsi də belədir. Rüşeyim uşaqlıqda qərarlaşandan sonra, 40 gün müddətində spermadır. Onu saldırmağın diyəsi bu müddətdə 20 misqal şərii qızıl sikkədir ki, hər ...
  • Bir kosmonavt səmada qibləni necə təyin etməli, necə dəstəmaz alıb və namaz qılmalıdır; onun namazı tamamdır yoxsa qəsr?
    7543 Nizamlar hüquq və əhkam 2011/04/14
    Vacib namazlar, heç bir şəraitdə insanın boynundan götürülmür. Hər bir müsəlman ki, təklif yaşına çatmışdırsa, vacibdir hər hansı bir halda mümkündürsə öz namazını qılmalıdır. O şəxslər ki, səmadadırlar əgər yer kürəsinə doğru üzlərini çevirsələr qibləyə doğru durmuşdurlar. Amma yer kürəsinin hansı tərəfdə olduğunu təyin edə bilməyirlərsə dörd tərəfə namazlarını ...
  • Rəvayət vardır ki, Allah- Taala Fatimənin paklığına xatir onun övladlarını cəhənnəmə aparmaz. Xahiş edirik onu təhlil edin.
    6412 Hədis elmləri 2012/01/08
    Bu rəvayət şiə və Əhli- sünnə kitablarında vardır və onu nəql edən ravilərin və mənbələrin çoxluğu ona etimad etməyə dəlildir.Amma bu qeyri- müəyyənlik həmişə olubdur ki, bu hədisin genişliyi və əhatə dairəsi hara kimidir? Başqa rəvayətlərə əsasən bu nəticəyə gəlmək olar ki, ancaq həzrət Zəhranın (s.ə.) vasitəsiz övladları o ...
  • Qadın məhkəmədə hakim ola bilərmi?
    7590 Əhkam və hüquq fəlsəfəsi 2011/06/18
    Din alimləri və mütəxəssisləri bu mövzuda bir araya gəlməmişdirlər. Yəni bu mövzu barəsində müxtəlif nəzərlər irəli sürmüşlər. bunu da qeyd edək ki, bu məsələ İslam dininin zəruri və fundamental inancları sırasında deyildir. Qadının hakim olması ilə müxalif olan kəslər icmaya və hədislərə əsaslanırlar. Amma bu ...
  • Nə üçün Allah Evinin üstünə çəkilən parça yalnız qara rəngdədir?
    7480 Dahilərin sirəsi 2012/02/13
    Hal-hazırda Kəbə Evinin üstünə çəkilən qara rəngli parça “Kəbənin köynəyi”, “Kəbənin pərdəsi”, yaxud “Kəbənin paltarı” adlandırılır. Bu pərdə son əsrdə qara rəngli olmuş və Quran ayələri onun üzərində gözəl xətlə və qızılı rəngdə yazılmışdır. Amma əvvəllər bu pərdə üçün digər rənglərdən istifadə olunurdu. İbni İshaq yazır: “Peyğəmbər (səlləllahu əleyhi ...
  • Aya məsum olmayan Müctəhiddən itaət etməyə dəlalət dən ayə və rəvayətə işarə edə bilərsinizmi?
    6620 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qurani- kərim buyurur: Və yaxşı deyildir müsəlmanlar hamısı (cihad üçün) hərəkət etsinlər. Bəs nə üçün o dəstələrdən bir hissəsi köçmürlər ki, (bir hissəsi qalsın və) dində məlumat əldə etsinlər və öz qövmlərini ki, onlara doğru qayıtdılar, qorxutsunlar ki, onlar (İlahi əzabdan) qorxsunlar.[1] Quran, bu ayədə ...
  • Şirkətlərin və idarələrin personelinə (işçilərinə) girov adıyla ödənilən məbləğə xüms gəlir?
    5636 Nizamlar hüquq və əhkam 2011/10/30
    İmam Xumeyni və Məqami müəzzəm Rəhbərin fətvasına uyğun olaraq o pul ki, idarələr şirkətlər və fabriklərdən fəhlə işçi və personelinə girov adıyla verilir o puldan hər nə qədər xüms ilindən artıq qalarsa onun xümsu ödənilməlidir.[1]
  • Bu elmi bir həqiqətdir ki, insan yer səthindən asimana tərəf nə qədər çox qalxsa, fəzada oksigenin miqdarı bir o qədər azalır. Bu mətləbə işarə edən Quran ayəsi hansıdır?
    6854 Təfsir 2012/09/24
    Quranın hərtərəfli bir kitab olması barəsində bəhs edən alimlər və müfəssirlər “görəsən Quran yeni elmlərin bütün incəliklərini bəyan edibmi, yoxsa bu barədə heç bir söz deməmişdir?” məsələsində nəzər ixtilafına malikdirlər. Bəziləri inanır ki, Quran elmi bir ensiklopediya kimi bütün elmi məsələlərin incəliklərini özündə əhatə edir. ...
  • İmam Zaman (əleyhis-salam)-ın bizdən razı olmasını necə başa düşmək olar?
    6086 Əməli əxlaq 2011/10/22
    İmam Zaman (əleyhis-salam)-ın şiələri olan həqiqi möminlər həm özlərini, həm də əməllərini anbaan o həzrətin hüzurunda görür, o əziz insanın şərf xatirini kədərləndirməmək, yaxud o həzrətin xüsusi inayətlərindən məhrum olmamaq üçün, habelə o həzrətin diqqətini daha artıq cəlb etmək və ona yaxınlaşmaq üçün ruhi-mənəvi ...
  • "Möminlər"dən məqsəd müsəlmanların hansı dəstəsidir?
    8848 Qədim kəlam 2011/07/02
    Möminlər Allahın varlığını təsdiq edən, Onun müqabilində təslim olan, bütün ilahi peyğəmbərlərə iman gətirən və bunlara əməl etməkdə də israrlı olanlardır.Nəzərinizə çatdıraq ki, imanın mərtəbə və dərəcələri vardır. Quran ayələrinə, Peyğəmbərdən (s) nəql olunan hədislərə əsasən Əhli-beytin (ə) vilayətinə etiqad bəsləmək imanın ali və əsil mərtəbələrindəndir. Quran ayələri vasitəsi ...

Ən çox baxılanlar

  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    165475 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    165109 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    120164 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    114441 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    112037 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    94583 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    55602 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    55108 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    46751 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    46177 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...