Ətraflı axtarış
Baxanların
6199
İnternetə qoyma tarixi: 2011/04/16
Sualın xülasəsi
İslam və şiəlik nəzərindən ixtiyar və azadlığın hüdudları nədir?
Sual
İslam və şiəlik nəzərindən ixtiyar və azadlığın hüdudları nədir?
Qısa cavab

Azadlığın müxtəlif mənaları vardır və bu mənalara diqqət yetirməklə onun hüdudları bir-birindən fərqlənir:

1. Vücud baxımından istiqlaliyyət mənasına olan azadlıq.

Bu, mütləq vücuda – mutəal Allahın müqəddəs zatına məxsusdur ki, Onda heç bir məhdudiyyət yoxdur.

2. İxtiyar mənasına olan azadlıq.

Bu da kəlam elmində olan bir bəhsdir. Yəni insan iradə üzündən olan felləri və əməlləri yerinə yetirməkdə ixtiyara malikdir, hüquqi və şəri baxımdan o işlərə məhdudiyyət və qadağa qoyulsa belə.

3. Hüquqi azadlıq (insanın məskən, geyim, iş, həyat yoldaşı seçməkdə azadlığı, eləcə də , söz azadlığı, əqidə azadlığı və s).

İslam və şiəlik nəzərindən bunun hüdudları insanın dünya və axirət, maddi və mənəvi məsləhətlərinə maneçilik törətməməsi ilə şərtlənir.

Siyasi bəhslərdə əsas və önəmli bir məsələ olan mədəni və ya ictimai azadlıq bu (üçüncü) qisimdə yerləşir. “İctimai azadlıq” bölməsinə əsas sual bundan ibarətdir ki, dövlət və ya qanun fərdi azadlıqları hansı həddə qədər məhdudlaşdıra bilər?

Cavabı: İslamın siyasi təfəkküründə nə insanın mənəvi həyatının fəsadına və puçluğuna səbəb olan ifrat azadlığa icazə verilir, nə də insana bədbin nəzər salaraq onu, hər növ ədalətsiz və zalım hökuməti qəbul etməyə məcbur edir ki, onun bütün insani kəramətlərini məhv edib aradan aparsın, nəticədə fəal, məsuliyyətçi, ixtiyar sahibi olan belə bir insandan xar, zəlil və iradəsiz bir varlıq düzəltmiş olsun.

Ətreaflı cavab

İnsanın təbiətində heç bir şey istiqlaliyyət və azadlıq qədərində dəyər kəsb etmir. Belə ki, əgər bir şəxsin fəaliyyətlərini müəyyən bir yerdə məhdudlaşdırsalar, bununla belə bütün dünya naz-nemətlərini və ləzzətlərini onun ixtiyarına versələr, yenə də razı olmaz və azadlığı bunların hamısından artıq sevər.

İlahi peyğəmbərlərin müqəddəs adlarının bəşər cəmiyyətləri arasında əbədi qalma səbəblərindən biri də bu məsələdə gizlənmişdir: bəşər övladı bir tərəfdən həmişə özünün təbii və titri haqqı olan azadlığa ehtiyac duyur, digər tərəfdən də ilahi peyğəmbərlər ilk şəxslər ünvanı ilə bəşər övladının bu böyük haqqını – azadlığı müdafiə etmiş, onun tanıtdırılması və həyata keçməsi üçün səy göstərmişlər. Onların bəşəriyyət üçün ərməğan gətirdikləri maariflər ən gözəl prinsiplərə – insanlar arasında azadlığın qorunub saxlanmasına şamildir. Məhz buna görə də peyğəmbərlər həmişə insanların xatirələrində canlı və əbədi qalmışlar. Amma texnika aləmində ixtiraçılar cəmiyyətin maddi ehtiyaclarını təmin etməyə çalışsalar da, sonradan elm, sənaye və texnikada yeni-yeni ixtiralar, daim irəliləyişlər baş verdiyi üçün onların adları bir müddətdən sonra xatirələrdən silinib təmizlənir. Misal üçün, bugünkü dövrdə bir şəxs Misir fironlarının dövründə ixtira olunan şüşə üçün heç bir müqəddəslik görmür və onun ixtiraçısını yad etmir.

Amma azadlıq insanın təbii haqqı, onun fitrəti və təbiəti ilə qaynayıb qarışmış bir istəyidir. Bu müqəddəs haqq barəsində nəzərdə almaq lazımdır ki, onun məfhumu müxtəlif mənalar kəsb edən məfhumlar sırasındadır. Bir kəsin bilə-bilə, yaxud bilməməzlik üzündən azadlığın bir mənasına aid olan hökmü onun başqa mənalarına da götürməsi  mümkündür! Azadlığın məfhumu barəsində sözdə olan sofistikaya düçar olmamaq üçün gərək onun müxtəlif mənaları ilə tanış olaq:

a) Vücud baxımından istiqlaliyyət mənasına olan azadlıq

Azadlığın mənalarından biri budur ki, bir varlıq tamamilə və hər bir cəhətdən müstəqil olsun, digər varlıqlardan heç birinin nüfuz və təsir dairəsində olmasın. Misal üçün, Allaha etiqadı olmayan insanlar deyirlər ki, varlıq aləmi (kainat) heç bir şeyə bağlı deyildir, özü-öz ayaqları üzərində dayanmışdır. Yaxud Allaha imanlı olan şəxslərdən bəziləri deyir ki, Allah-taala aləmi xəlq etdikdən sonra onu öz başına boşlamışdır və xəlq edildikdən sonra aləmin Allaha ehtiyacı yoxdur! Belə şəxslər aləmdə insan üçün də bu qəbildən olan azadlığa inanırlar. Lakin İslam nəzərindən bu növ azadlıq (vücud baxımından istiqlaliyyət) yalnız Allah-taalanın müqəddəs zatında həsr olunur və vücud məhdudiyyəti yalnız Allah-taalada yoxdur, yalnız O, hər bir cəhətdən müstəqil və ehtiyacsızdır, digər varlıqların hamısı bütünlükdə Ona bağlı və Ona ehtiyaclıdır.

b) İxtiyar mənasına olan azadlıq [1]

Azadlığın ilahiyyat, fəlsəfə, kəlam, eləcə də fəlsəfi psixologiya sahələrinə aid olan digər bir mənası da cəbr (məcburiyyət) qarşısında olan azadlıqdır. Qədim dövrlərdən nəzər sahibləri və mütəfəkkirlər arasında belə bir bəhs olmuşdur ki, görəsən insan doğrudanmı öz rəftar və davranışında azad və ixtiyar sahibidir, yoxsa azad olduğunu sadəcə güman edir, həqiqətdə isə məcburdur və özündən heç bir iradəsi yoxdur?! [2]

Bu bəhsdə üç nəzəriyyə mövcuddur:

1. Məcburiyyət və iradəsizlik: Bu nəzəriyyənin ardıcılları [3] deyirlər ki, insanlar öz əməl, rəftar və davranışlarında ən azacıq belə, iradə sahibi deyildirlər və bəşər ustanın əlində olan şüurlu bir vasitə, əmək aləti kimidir, baş verən şeylər isə Allahın istək və iradəsidir.

2. Təfviz və ya hər şeyin (mütləq şəkildə) insana həvalə edilməsi. Bu nəzəriyyə ardıcılları [4] deyirlər ki, Allah-taala insanı yaratmış və onda iradə, beyin, şüur, əsəb sistemi qoymuş, işlərinin hamısını onun özünə həvalə etmişdir. Buna əsasən, Allah-taala insanın əməl, rəftar və davranışında heç bir təsir qoymur, qəza və qədərin də heç bir təsiri yoxdur.

3. “Əmrun beynəl-əmreyn” yaxud tam ixtiyarla sırf məcburiyyət arasında olan bir məsələ [5] (nə sırf cəbr, nə də sırf təfviz; əksinə bir növ ixtiyar).

Şiələr Əhli-beytə (əleyhimus-salam) tabe olaraq bu əqidəni seçmişlər. Yəni insanın müqəddəratı onun öz əlindədir, əməl, rəftar və davranışında ixtiyar sahibidir, amma Allahın istəyi ilə, ilahi qəza və qədərin təsiri əsasında. Başqa sözlə, insanla əlaqədar hər hansı bir hadisə və əməldə iki iradə təsiri qoyur: Allahın iradəsi və insanın iradəsi. Bu iki iradə həyata keçməyincə heç bir əməl baş vermir.

Əlbəttə, bu iki iradə eyni səviyyəli, yəni iki səbəbin vahid bir nəticəyə təsir göstəriləsi qəbilindən deyildir. Əksinə, bir-birinin davamındadır və biri digərindən sonrakı mərhələdə gəlir. Yəni hər bir varlığın vücudu ilahi vücud sayəsində və hər bir qüdrət sahibinin qüdrətinin Allahın qüdrətinə bağlı olduğu kimi, hər bir ixtiyar sahibi olan varlığın ixtiyar və iradəsi də Allah-taalanın ixtiyar və iradəsinin davamında gəlir.

Bu nəzəriyyənin düzgünlüyünü çox sadə bir dəlillə isbat etmək olar: Bir tərəfdən Allahın xaliqiyyət və rübubiyyətdə tövhidinə, Onun hər bir şeyə qüdrət və iradəsinin ümumiliyinə diqqət yetirməklə, digər tərəfdən isə, Onun ədalətinə, bütün insanlarda mövcud olan fitrətin və ümumi vicdanına şəhadətinə nəzər yetirməklə insanın ixtiyar və azadlığını dərk etmək olar.

Diqqət yetirilməli məsələ budur ki, bu bəhsdə deyilən azadlıq əyani gerçəklikdən xəbər verən təkvini azadlıq mənasınadır. Bu bəhsdən hüquqi və dəyər azadlığını nəticə almaqla ləfzi müştərəklik (omonim) müğalətəsinə düşmək olmaz.

v) Ürək bağlamamaq mənasına olan azadlıq [6]

Azadlığın üçüncü mənası əsas etibarı ilə  əxlaq və irfanda istifadə olunan bir məfhumdur və məqsəd budur ki, insan dünyaya, maddi ləzzətlərə, dünyəvi və qeyri-ilahi şeylərə ürək bağlamasın. Onun eşq və məhəbbəti yalnız Allah-taalaya bağlansın. Əgər bir şeyi sevirsə, yalnız Allaha məhəbbət sayəsində sevsin, Allahın camalının əks etdiricisi olduğuna görə ona ürək bağlasın. Dəyər mənasından ibarət olan azadlığın bu mənası mütləq şəkildə və heç bir qeyd olmadan istənilmir. Yəni əgər insan hər bir şeyə və şəxsə məhəbbətdən, hətta Allaha məhəbbətdən belə azad olsa, onda bu, dəyərin ziddi olur.  Sapmaların və müğalitlənin də yeri belə hallardadır.

q) İctimai kateqoriyadan biri olan “qul olmaq” müqabilindəki azadlıq”

Qədim dövrlərdə [7] qul alveri rəvacda idi, bəzi insanlar digərlərini qul kimi alır, onları işlədir və istismar edirdilər. Bir qrup insan da azad idi və heç kəsin qulu deyildi. İslamın zühuru ilə eyni zamanda qulların azad olunması istiqamətində əsaslı tədbirlər irəli sürüldü ki, ixtisara riayət etmək üçün onları qeyd etmirik. Əziz oxucular bu barədə yazılan kitablara müraciət edə bilərlər.

d) Hüquq və siyasət terminində olan azadlıq (hakimiyyət haqqı)

Azad insan o insandır ki, qeyrisinin hakimiyyəti altında olmasın, öz həyat, rəftar, davranışını yalnız özü təyin etmiş olsun. Burada iki növ nəzəriyyə mövcuddur:

Birincisində deyilir ki, insan gərək mütləq şəkildə azad olsun və heç kəsin, hətta Allahın belə, hakimiyyəti dairəsində qərarlaşmasın.

Şiənin əqidəsi budur ki, insan gərək sair insanların hakimiyyəti altında olmasın; nəinki Allahın da hakimiyyət dairəsindən azad olsun. Yəni hakimiyyət (haqqı) ilk növbədə və əsas etibarı ilə yalnız Allaha məxsusdur və Allah bu hakimiyyət haqqını (istədiyi) insana həvalə edə bilər.

Onun ən sadə dəlili budur ki, Allah-taala bizim maddi və fiziki vücudumuzu yaratmış və mənşəyi ilahi yönə malik olan ruhu bizə vermişdir. Bundan əlavə, bizə sonsuz nemətlər də vermişdir ki, heç bir vəchlə sayılıb qurtara bilməz. O cümlədən hava, su, yemək, bədən üzvləri, təfəkkür qüvvəsi və insanın həyatı ilə əlaqəli olan hər bir şey. Allahın bu maddi və mənəvi nemətlərlə əlaqədar malikiyyət haqqı heç bir vəchlə alına bilməz. O həqiqi malik, biz isə Onun bəndəsi və Onun mülkiyyətiyik. “Malik öz mülkündə istədiyi hər bir şeyi əncam verə bilər” kimi əqli qanuna əsasən Onun bizim üzərimizdə hər növ təsərrüf etməyə haqqı vardır. Biz gərək Onun müqabilində sözsüz təslim və itaətçi olaq.

Bunu da qeyd edək ki, heç kəs bizim vücud kamalımızdan, ehtiyac və xüsusiyyətlərimizdən xaliqimiz və yaradanımız qədər xəbərdar deyildir, heç kəs də mənəvi kamallara çatmaq yolumuzu Onun qədər bilmir. Deməli, yalnız Allah-taala həm bizim təkamülə çatmağımızı və məsləhətimizi istəyir, həm də təkamülə çatmaq yollarını bilir. Deməli, əgər biz öz məsləhətimizi istəyiriksə, gərək Allahın bizim üçün bəyəndiyi yol və üslublara tabe olaq, Onun hakimiyyətini qəbul edək. [8]

q) Hüquqi azadlıq [9]

“Hüquqda azadlıq” dedikdə məqsəd budur ki, ictimai həyatda elə işlər vardır ki, insan özü onları yerinə yetirə bilər, dövlət və hökumətin də onların qarşısını almağa haqqı yoxdur. O cümlədən, insanın yaşayış yeri, paltar növü, iş, həyat yoldaşı seçməkdəki azadlığı, söz və əqidə azadlığı və s. [10]

Bu barədə azadlıq və hüquqların mütləq olmadığı, habelə müəyyən hədd-hüdudlarda olacağı barədə heç bir mübahisə və münaqişə yoxdur. Keçmiş dövrlərdən indiyə qədər dünyanın heç bir yerində heç bir hüquq sistemi insanlara mütləq azadlıq verməmişdir. Ümumiyyətlə, qanun və hüquq sisteminin tənzim olunmasın özü cəmiyyətdə müəyyən hədd-hüdudun təyin edilməsi mənasınadır. Bəhs yalnız azadlığın hüdudları ilə əlaqədar irəli çəkilir.

Hal-hazırda adətən deyilir ki, azadlığın həddi-hüdudu başqalarının azadlığıdır, yəni insan hər bir işi görməkdə azaddır, yalnız onun rəftar və davranışı başqalarının azadlığına maneçilik törətdiyi hallar istisnadır. Hüquqda liberal nəzəriyyənin qoyuluşu belədir.

Amma bu məsələni İslam nəzərindən araşdırmaq istəsək, cavab bu olacaqdır: azadlığın həddi-hüdudu insanın maddi və mənəvi məsləhətləri, dünya və axirət məsləhətləri əsasındadır. Yəni hər bir əməl, rəftar və davranışın seçilməsində azadlığın ilkin prinsipi budur ki, insanın məsləhətlərini təmin etsin, istər maddi, istərsə də mənəvi. [11]

Bu məsələ ona oxşayır ki, yeyinti məhsulları və dava-dərman istehsal edən bir şəxsə, insan sağlamlığına zərər verən şeylər istisna olmaqla, istədiyi hər növ yeməyi və ya dava-dərmanı istehsal etməkdə azadlıq verilsin. Bir istehsalçının məhsulları içərisində də zəhərli, yaxud insan həyatına zərərli olan bir dərmanın və ya yeməyin varlığına ehtimal əsasında onun istehsalı qadağan olunur. Burada artıq ticarət azadlığından söhbət getmir və heç kəs də bu qadağanın “bəşər hüquqları”nın əksinə olduğunu demir. Uzağı bunu deyə bilərlər ki, dünyada mövcud olan və diqqət mərkəzinə olan şeylər adətən, insanın orqanizminə vurulan zərərlərdən ibarətdir. Amma İslam dini fiziki zərərlərdən əlavə, mənəvi və ruhi zərərləri də nəzərdə almışdır.

 

Yekun bəhs

Siyasi bəhslərdə əsas mehvəri təşkil edən mədəni və ya ictimai azadlıq bu kateqoriyada yerləşdirilir. Bu bölmədə ictimai azadlıqla əlaqədar əsas sual budur ki, dövlət və ya qanun fərdi azadlıqları hansı həddə qədər məhdud edə bilər?

Cavab: İslam nəzərindən insanın, bütün xeyirlərə və mənəviyyatlara dəvət edən ilahi fitrətə malik olmasına baxmayaraq, [12] onun varlığında heyvani meyllərin mənşəyi sayılan maddi təbiət də vardır. Bəşərin əbədi səadəti onun fitrətinin maddi təbiətinə qələbə çalması ilə hasil olur. Əlbəttə, onun təbiəti də öz payına uyğun olaraq layiqincə bəhrələnməlidir.

Digər tərəfdən, insanın dünya həyatını təmin edən qanunçuluq da ilahi hidayət ilə və rəbbani vəhy sayəsində olmalıdır. Çünki, insanın məsləhət və zərərini düzgün şəkildə bilən yalnız Allahdır.

Buna əsasən, islamın siyasi təfəkküründə nə ifratçı azadlığa icazə verilir ki, onun fəsada düşməsinə səbəb olsun, nə də insana bədbin nəzərlə onu hər növ ədalətsiz hökuməti qəbul etməyə məcbur edir ki, onun bütün insani kəramətlərini aradan aparsın, fəal, məsuliyyətli və ixtiyar sahibi ünvanlı bir varlıq əvəzinə ondan iradəsiz, xar və zəlil bir varlıq düzəltmiş olsun. [13]

Bu məqalənin hazırlamasında istifadə olunan mənbələr:

1. “İslamda hüquq nəzəriyyəsi”, Misbah Yəzdi, Məhəmməd Təqi, səh. 303-400

2. “Səadət yolu”, Şərani, Əbul-Həsən, səh. 97-98

3. “Etiqad prinsipləri”, Qaimi, Əsğər, səh. 78-84

4. “Vilayət və diyanət”, Hadəvi Tehranı, Məhdi, səh. 131-134



[1] Bu barədə aşağıdakı görünüşə bax: “İnsan və ixtiyar”, sual 7673 (sayt 7746)

[2] Bu barədə aşağıdakı görünüşə bax: “İnsan və ixtiyar”, sual 10284 (sayt 10240)

[3] Sünnülərin əksəriyyəti, hətta hamısı bu nəzəriyyəni qəbul edilər.

[4] Bu nəzəriyyənin tərəfdarları sünnülərdən mötəzilə adlı bir qrupdur ki, onların nəsli kəsilmişdir və hal-hazırda bu nəzəriyyənin tərəfdarı yoxdur.

[5] Bu barədə aşağıdakı görünüşə bax: “Əmrun beynəl-əmreyn”, sual 7676 (sayt 7751)

[6] Bu barədə aşağıdakı görünüşə bax: “Din və azadlıq”, sual 74 (sayt 317)

[7] Quldarlıq hal-hazırda inkişaf etmiş mədəni dünyada da müxtəlif formalarda mövcuddur.

[8] Bu hakimiyyət növü İslam hökuməti sistemində (vilayəti-fəqih) təcəlli etmişdir. Bu barədə aşağıdakı görünüşə bax: “Vilayəti-fəqih və azadlıq”

[9] “Hüquqda azadlıq” bəhsinin insanların xüsusi və şəxsi həyatı, eləcə də sırf fərdi rəftarları ilə heç bir əlaqəsi yoxdur ki, hüquq onları məhdud etmək istəsin və ya istəməsin. Əksinə, bu, ictimai həyatla əlaqədar olan bir məsələdir.

[10] Bu barədə aşağıdakı görünüşə bax: “İslamda əqidə azadlığı və mürtədin edam olunması”, sual 53; həmçinin “Söz azadlığının meyar və hüdudları”, sual 92 (sayt 1765

[11] Bu barədə aşağıdakı görünüşə bax: “Din və azadlıq”, sual 74 (sayt 317

[12]   فِطْرَتَ اللهِ الَّتِی فَطَرَ النَّاسَ عَلَیْهَا “Rum” surəsi, ayə: 30

[13] Hadəvi Tehrani, Məhdi, “Vilayət və diyanət”, səh 133-134

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Günəş vasitəsi ilə bina və yerin paklanması şərti
    5379 Nizamlar hüquq və əhkam 2012/01/16
    Şərh: Günəş mütəhhirlərdən (pak edicilər) biridir. Yer və bina, günəş vasitəsi ilə pak olanlardandırlar.[1] Amma yer və binanın günəş vasitəsi ilə pak olması şərti budur ki, günəşin düşdüyü yerin, yaxudbinanın üzü ilə onun daxili arasında hava və ya başqa pak şey fasilə salmasın.Məsələn, sement bloklar ...
  • Нәјә ҝөрә гадынын ган баһасы (дијә) кишинин ган баһасынын јарысы гәдәрдир?
    6131 Nizamlar hüquq və əhkam 2010/07/18
       Тарихи вә дини мөзулара әсасән, “ган баһасы” игтисади бир мәсәлә олуб, зијанын арадан галдырылмасындан өтрү тәјин олунмушдур. Башга тәрәфдән, Ислам нөгтеји-нәзәриндән һәдәфиндә олан ҹәмијјәтдә мүһүм игтисади мәсулијјәтләр кишинин өһдәсинә гојулмушдур. Јәни, әҝәр кишинин игтисади вәзифәләринә күлли бир нәзәрлә диггәт етсәк мәлум олар ...
  • Mən bir kişiylə müvəqqəti olaraq məhrəm olmuşam. Əlbəttə o özü mənim tərəfimdən vəkil oldu və nikah oxundu, amma mehriyyə və zamanın nə qədər olmasını mənə deməmişdir. Aya bu nikah düzgündürmü?
    5181 Nizamlar hüquq və əhkam 2012/01/08
    Bəzi Müctəhidlərin cavabı bunlardan ibarətdir:Ayətullah Xamineyinin dəftərxanası:Əgər kişi mühriyyə və zamanın təyin olunmasında belə vəkil olmuşdursa, maneəsi yoxdur. Əlbəttə o halda ki, bütün şəraitlər o cümlədən ehtiyat vacibdir ki, atanın və ya babanın (atasının atası) bakirə qızların nikahında icazəsi olmalıdır.Həzrət Ayətullah Sistaninin dəftərxanası:Maneəsi yoxdur.Həzrət Ayətullah ...
  • Nə üçün müsəlmanlar müxtəlif dini mərasimlərdə və əlamətdar hadisələrdə qoyun və ya başqa heyvan kəsirlər?
    5571 Əhkam və hüquq fəlsəfəsi 2011/07/28
    İnsan bütün məxluqların ən şərafətlisidir. Allah-taala bütün varlıqları, o cümlədən heyvanları onun üçün xəlq etmişdir ki, onların mənfəətindən istifadə etsin (ətindən yemək, minmək, ağır yükləri daşımaq və sair). Bayramlarda və dini mərasimlərdə heyvan kəsilməsi ilahi göstərişdən qaynaqlanır. Kəsilməyə yararlı ...
  • Вилајәти-фәгиһ мәсәләсиндә, мәнсуб етмәк вә сечилмәк нәзәријјләринин һансы
    5657 Nizamlar (Qurluşlar) 2010/02/06
    Бәзиләри ислам һөкумәти мәсәләсиндә әтрафында, вилајәти-фәгиһ мөвзусунда мүхтәлиф нәзәријјәләр вермәјә чалышмыш вә белә тәсәввүр јаратмаг истәмишләр ки вилајәти-фәгиһ нәзәријјәси өзү ики гисмә, “сечмәк нәзәријјәси” вә “мәнсуб етмәк нәзәријјәсинә” бөлүнүр. Лакин, кечмиш бәһсләрдән даһи шиә фәгиһләринин нәзәријјәси нишан верди ки вилајәти-фәгиһ нәзәријјәсиндә јалныз, мәсум ...
  • Ümumiyyətlə tato haramdır?
    12107 Cürbəcür 2015/05/04
    Həzrəti Ayətullah ul üzma Sistaninin ofisi (Allah onun ömrün uzun etsin) Özü- özlüyündə caizdir, icazə verilir. Həzrəti Ayətullah ul üzma Məkarim Şirazinin ofisi (Allah onun ömrün uzun etsin) Əgər bədən üçün xüsusi bir zərəri yoxdursa və əxlaqa zidd şəkillər onda olmasa icazə verilir. Hər halda dəstəmaz və ...
  • Qəbirlərin ziyarəti müvəqqəti olaraq qadağan olunmuşdur. Hansı ildə icazə verildi?
    6919 Qədim kəlam 2012/04/18
    İslamın əvvəlində qısa bir müddət qadağan olunan işlərdən biridə qəbirlərin ziyarəti olub. Bu qadağan olmanın müxtəlif dəlilləri vardır. İslami cəmiyyətin kəmiyyət və keyfiyyət cəhətdən inkişaf və genişlənməsi ilə bu məsələyə məşğul olmaq üçün münasib fəza hazırlandı. Buna görə də Peyğəmbər Əkrəm (s) bir müddətdən sonra qəbirlərin ...
  • Qurani- kərimdə müsəlman hansı mənanı daşıyır?
    22012 Təfsir 2011/05/30
    Quran terminində, müsəlman Allahın göstərişləri bərabərində tam şəkildə təslim olmaq və hər növ şərik qoşmaqdan kənar olub Allahın birliyini qəbul edib Allahdan başqasını pərəstiş etməmək deməkdir. Buna görə ki, Qurani- kərim həzrət İbrahimi () müsəlman tanıtdırır.Allah yanında həqiqi din İslam dinidir " ان ...
  • Günahdan paklanmanın hansı yolları vardır?
    7088 Əməli əxlaq 2011/06/14
    İnsanın günahlarının bağışlanması yolları çox olmasına baxmayaraq biz onların bəzilərini aşağıda qeyd edirik: 1). Tövbə və Allaha tərəf qayıdış (bəzi şərtlərlə) 2). Günahların bağışlanmasına səbəb olan ən gözəl savabları əldə etmək, yəni yaxşı əməllərə qədəm qoymaq. 3). Kiçik günahların ...
  • Xeyir əməllə həsənə və salehlin fərqləri nədir?
    6656 Əməli əxlaq 2011/05/17
    Xeyir, həsənə, saleh kəlmələri lüğət baxımından fərqli mənalara malik olsa da, xarici nümunə və işlədilmə baxımından aralarında heç bir fərq yoxdur. ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    157029 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    137282 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    112991 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    103137 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    86555 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    77799 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    50786 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    39307 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Saqqal və bədən tüklərini kəsməyin hökmü nədir?
    38815 Nizamlar hüquq və əhkam 2011/08/09
    Ülgüc və ya üz qırxan maşınla yalnız üz tüklərini (saqqalı) dibindən qırxmaq[1] (belə ki, başqaları - onun üzündə saqqal yoxdur – deyə) ehtiyat vacibə görə caiz deyil.[2] Əlbəttə, saqqalın bir hissəsini belə kəsmək, onu tam kəsmək hökmündədir.
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    38213 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".