Baxanların
5999
İnternetə qoyma tarixi: 2011/04/16
Saytın kodu fa620 Arxiv kodu 13286
Sualın xülasəsi
Məsumların yaşadıqları dövründə mömin insanların Quranla rəftarları necə olmuşdur?
Sual
Məsum imamların yaşadıqları dövürdə möminlər dini suallarının cavabı üçün Qurana müraciət edirdilər yoxsa İmamlara?
Qısa cavab

Qurani kərim Allah- Taala tərəfindən bəşəriyyət üçün göndərilmişdir ki, insanlar onu oxumaqla, başa düşməklə və əməl etməklə ilahi səadətə və xoşbəxtliyə nail olsunlar. Amma Quranın bütün ayələrini elə də asanlıqla başa düşmək olmur. Əksinə Qurani- kərimin ayələrinin bəzisini başa düşmək asan, bəzisini çətin və bəzisini isə çox çətindir. Yalnız Allahın xüsusi bəndələri (İmam və Peyğəmbər) bu ayələrin öhdəsindən gələ bilərlər.

Məsumların (ə) dövründə yaşayan insanların hamısı Qurani- kərimi öz elmləri çərçivəsində anlayır və ondan bəhrələnirdilər. Amma ayələrin dəqiq təfsirini nazil olma səbəblərini və təvilini başa düşmək üçün Peyğəmbərə (s) və İmamlara (ə) müraciət edirdilər.

Ətreaflı cavab

göndərilmiş ilahi kitabdır. İnsan Quran oxuyarkən elə bil Allah- Taala ilə söhbət edir. Bu səbəbdən də Quran oxuyarkən onun mənasına diqqət yetirmək lazımdır. Necə ki, Quran özü insanları təfəkkürə və zəkalı olmağa dəvət edir.[1]

Amma gərək buna da diqqət yetirək ki, Quranın bütün ayələri bir mənalı olaraq asan başa düşülmür. Əksinə, elə ayələr vardır ki, onların başa düşülməsi addi insanlar üçün olduqca çətindir. Amma bununla yanaşı Quranın ümumi insanların başa düşəcək qədər ayələri olduqca çoxdur. Qurani kərimdə Allah Taala buyurmuşdur: (ya Peyğəmbər) sənə (kitabın) bir hissəsi Quranın əslini, (əsasını) təşkil edən möhkəm (mənası aydın, hökmü bəlli), digər qismi isə mütəşabih (çətin anlaşılan), dəqiq mənası bilinməyən ayələrdir. Onların yozumunu (təfsirini) Allahdan və elmdə qüvvətli olanlardan başqa kimsə bilməz. bunları ancaq ağıllı adamlar dərk edər.[2]

İmam Baqir (ə) buyurmuşdur: Peyğəmbər (s) ən böyük elm sahibi idi. Allah Taalanın ona nazil etdiklərinin hamısını dəqiqliyi ilə anlayırdı. Elə bir şey yox idi ki, Allah Taala ona nazil etsin və onun açıqlamasını bəyan etməsin. Peyğəmbər və onun vəsiləri (İmamlar) hər bir şeydən xəbərdardırlar."[3]

Deməli Peyğəmbərin (s) və İmamların (ə) dövründə yaşayan insanlar Quranı öz elmləri çərçivəsində anlayıb başa düşə biliblər. onların zəka və dərrakələri Peyğəmbər və İmamlardan aşağı olduğundan müəyyən bir çərçivədə Qurandan bəhrələniblər. Amma Quanı dəqiq anlamaq üçün Peyğəmbərə (s) və onun vəsilərinə (İmamlara) maraciət etmək lazımdır. Əgər belə etsək Quranın batinindən və zahirindən xəbərdar olmuş olarıq .



[1] - Nisa surəsi, ayə Məhəmməd (s) surəsi, ayə 24

[2] - Bax: Ali- imran surəsi, ayə 7.

[3] - Üsuli kafi, cild 1, səhifə 213. hədis 2.

Başqa dillərdə Q tərcümələr