Please Wait
6734
Müqəddəs dinimiz təlaq verərkən qadın və kişi üçün bəzi şərtlər müəyyən edib ki, aşağıda bəyan olur:
A). Kşinin şərtləri ki, boşayandır, məsələn bu şərtlərə malik olmalıdır:
1- Ağıllı olmalı (dəli olmamalı).
2- Həddi buluğa çatmalı (uşaq olmamalı).
3- Öz ixtiyarı və niyyəti ilə həyat yoldaşını boşamalı. (Zarafata və məcburiyyət üzündən olmamalı).
B). Qadının şərtləri bunlardır:
1- Daimi həyat yoldaşı olmalı, (müvəqqəti (siğə) olmamalı).
2- Heyz və nifas qanından pak olmalı. Əgər qadın heyz ya nifas qanı günlərində olarsa, ona verilən təlaq doğru deyil.
C). Təlaq siğəsinin də aşağıdakı şərtləri olmalıdır:
1- Siğə, xüsusi şərii siğə olmalıdır.
2- Danışıq formasında, kəlmə və sözlərlə olmalıdır. Yazıya işarə ilə təlaq baş vermir, bu şərtlə ki, həmin şəxsdilsiz və lal olmasın.[1]
3- İki nəfər adil şahidin (iki kişi) yanında yerinə yetirlməlidir.
Buna əsasən, cib telefonu və sms vasitəsi ilə yerinə yetirilən təlaq, hətta əgər əri tərəfindən də olsa, faydasızdır. Çünki təlaq kəlmələrlə, danışıq formasında və iki ədalətli şahidin yanında olmalıdır. Qadının hazır olması şərt deyil. Çünki təlaq iqaatdandır. Yəni bir tərəfli[2] icradır ki, ərin ya onun vəkilinin vasitəsi ilə icra olur.[3]
Əlbəttə, təlaq bütün şərtləri ilə yerinə yetirilənlərdən sonra, ər ya hər kəs onu hər bir yolla (o cümlədən sms) qadına xəbər verə bilər.
Həzrət Ayətullahul- üzma Məkarim Şirazinin dəftərinin cavabı:
Kafi deyil.
Həzrət Ayətullahul- üzma Fazil Lənkəraninin dəftərinin cavabı:
Xeyr, təlaq öz şərtləri ilə icra olunmalıdır. Amma bu yolla təlaqın yerinə yetirildiyini bir nəfərə çatdırmaq olar.
Həzrət Ayətullahul- üzma Bəhcətin dəftərinin cavabı:
Təlaq iki ədalətli şahidin hüzurunda, digər şərtlərlə birgə yerinə yetirilməlidir.