Please Wait
8901
İt və donuzun nəcis olması barəsində imamlardan (əleyhimus-salam) çoxlu rəvayət nəql olunmuşdur. Bu rəvayətlər iki qisimdir: bəzi rəvayətlərdə “nəcisdir” kəlməsi aşkar deyilmiş, bəzilərində isə aşkar deyilməmişdir, amma mülazimədən (bir şeyin hökmünün deyilməsindən başqa bir şeyin hökmünün də məlum olması) it və donuzun nəcis olması başa düşülür. Bu kimi rəvayətlərdə itin və ya donuzun artığının insanın paltarına dəyməsi ilə əlaqədar imamlara sual verilir, onların verdiyi cavablardan bu iki heyvanın nəcis olması başa düşülür. Yəni imam (əleyhis-salam)-dan soruşulur ki, itə və donuza toxunan paltarda namaz qılmaq olarmı? İmam (əleyhis-salam) buyurur ki, xeyr. Bu cavabdan itin və donuzun nəcis olması başa düşülür.
Burada nümunə olaraq iki rəvayəti qeyd edir və əlavə məlumat üçün möhtərəm istifadəçini rəvayət mənbələrinə həvalə edirik. Bunu da xatırladırıq ki, rəvayətlərin düşünülməsi və ondan şəri hökmün əldə edilməsi müxtəlif çıxarış və nəzəriyyələrə bağlıdır ki, elmiyyə hövzələri onu təlim verməyə vəzifələridir.
Amma rəvayətlər:
1. İtin nəcis olmasını göstərən rəvayət:
أَنَّهُ سَأَلَ أَبَا عَبْدِ اللَّهِ (ع) عَنِ الْکَلْبِ فَقَالَ رِجْسٌ نِجْسٌ لَا یُتَوَضَّأْ بِفَضْلِهِ وَاصْبُبْ ذَلِکَ الْمَاءَ وَاغْسِلْهُ بِالتُّرَابِ أَوَّلَ مَرَّةٍ ثُمَّ بِالْمَاءِ
İmam Sadiq (əleyhis-salam)-dan it barəsində sual olunduqda həzrət buyurdu: “Nəcisdir. İtin yaladığı suyun artığını tullayın, onunla dəstəmaz almayın. O su qabını da əvvəlcə torpaqlayın, sonra isə su ilə yuyun.”
2. Donuzun nəcis olmasını göstərən rəvayət:
أَسْأَلُهُ عَنِ الثَّوْبِ یُصِیبُهُ الْخَمْرُ وَ لَحْمُ الْخِنْزِیرِ أَ یُصَلَّى فِیهِ أَمْ لَا فَإِنَّ أَصْحَابَنَا قَدِ اخْتَلَفُوا فِیهِ فَقَالَ بَعْضُهُمْ صَلِّ فِیهِ فَإِنَّ اللَّهَ إِنَّمَا حَرَّمَ شُرْبَهَا وَ قَالَ بَعْضُهُمْ لَا تُصَلِّ فِیهِ فَکَتَبَ (ع) لَا تُصَلِّ فِیهِ فَإِنَّهُ رِجْسٌ
İmam (əleyhis-salam)-dan “şərab və donuz əti dəymiş (toxunmuş) paltar barəsində soruşdum və dedim ki, bu paltarda namaz qılmaq olarmı? Həzrət cavabında buyurdu: “Xeyr, bu paltarla namaz qılma, çünki nəcisdir.”[1]
[1] Əlavə məlumat almaq üçün bax: “Vəsailuş-şiə”, 3-cü cild, “itin nəcis olması” babı, səh. 415-418, “donuzun nəcis olması babi”, səh. 418-419