Ətraflı axtarış
Baxanların
19108
İnternetə qoyma tarixi: 2011/06/27
Sualın xülasəsi
Bir qadının qanun çərçivəsində ərinin qarşısında olan vəzifəsini açıqlayın və deyin ki, kişi hansı işlərdə qadını məğlub edə bilər.
Sual
Qadının ərinin qarşısında qanuni vəzifəsi nədir?
Qısa cavab

Möhkəm bir ailə həyatı davamlı və minnətsiz məhəbbətdən, dostluqdan, geniş təşəkkürdən, bir- birlərinə səmimi rəftardan və bir- birlərinin hüququna riayət etməkdən ibarətdir. Müqəddəs İslam dini ailələri kiçik bir ictimaiyyət sayaraq onların möhkəm və davamlı olması üçün hər iki tərəf üçün müəyyən qanunlar nəzərdə tutulmuşdur. Çünki, Allah Taala bütün hüquqlar üçün müəyyən vəzifələr də təyin etmişdir. Sualı nəzərə alaraq qadının qadınların şəri baxımdan ərlərinin müqabilində olan vəzifələrini və kişilərin qadınlarının üzərində olan hüquqlarını aşağıda qeyd edirik:

1). Kişinin ailə başçılığını qəbul etmək:

Əgər ailədə hər hansı bir problem yaranarsa nəhayət onu kişi həll etməlidir. Əlbəttə kişinin bu hüququ ona bundan sui istifadə etməyə icazə vermir. Əksinə kişi bütün çətinliklərin müqabilində öz səbrini və gözəl əxlaqını əldən verməməlidir.

2). Qadın kişinin müqabilində daha təmkinli olmalıdır:

Qadın öz ərinin bütün cinsi və şəhvət istəklərini fiziki və pisixi hazırlığını nəzərə alaraq sözsüz adəməlidir. Əgər qadının xüsusi bir problemi olarsa (Heyz, xəstəlik və sair) bu məsələdə üzürlü hesab olunur.

3). Qadın kişinin harada məskunlaşdığını nəzərə almayaraq ona tabe olaraq onunla getməlidir.

Əgər kişi bu məsələ qadına seçim ixtiyarı verərsə, kişinin məskunlaşdığı yer qadının iffətinə xələl gətirərsə, qadının ictimai imicinə xələl gətirərsə, qadına fiziki və psixi təsir göstərərsə bu zaman qadın ixtiyar sahibidir. Kişinin bu vəziyyətdə onu məcbur etmək hüququ yoxdur.

4). Evdən çıxmaq və evə kimisə dəvət etmək məsələsində kişinin icazəsinin şərt olması:

Qadın bu məsələdə bir- başa kişinin ixtiyarındadır və ondan icazəsiz heç bir addım ata bilməz. Amma əgər dini vəzifəsini yerinə yetirmək üçün və ya (məsələn: həccə getmək və sair) həkimə getmək üçün ərindən icazə alması qalması onun canına, iffətinə və şərafətinə xələl gətirərsə, qadın evi ərindən icazəsiz tərk edə bilər.

5). Qadın işləmək istədiyi kollektiv üçün ərindən icazə almalıdır.

Əgər kişi icazə verməsə qadının işləmək hüququ yoxdur.

Ətreaflı cavab

Allah- Taala qadın və kişini elə yaratmışdır ki, onların biri olmasa nə müdavimət nə də bəşəriyyətin sağ qalması mümkündür. Əgər onların ikisindən biri olmasa onların heç birinin ehtiyacları ödənilmiş olmur. Hətta belə olan halda dini və pisixi təkamülün baş verməsi, istər fərdi və ya ictimai mümkün deyil. Elə bil ki, bu iki varlıq bir kamil vücudu təşkil edir. Əgər bunların ikisindən biri olmazsa təkamülün olması mümkün deyildir.[1]

Allah- Taala qadının və kişinin yaradılışında hüquq və vəzifə baxımından elə fərqlər təyin etmişdir ki, onlar öz təkamülünü əldə edə bilər.[2] Bundan əlavə psixi və fiziki fərqlərlə onları bir ailədə müştərək həyat sürərək dünya və axirət səadətinə çatmağa sövq etmişdir. Bir sözlə İlahinin qadınla kişi arasında yaratdığı fərq, onların müştərək həyatda yaşayıb təkamülə çatmasına xidmət edir. Onlar bu fərqlərlə bir- birinin ehtiyacını ödəyir və dünya və axirət evlərini abad edirlər.

Kişi və qadının hüququ və vəzifəsi üç baxışdan: Fiqh,[3] Əxlaq[4] və hüquq[5] anlamlarından din alimlərinin geniş mövzusu olmuşdur. Bu mətində əsas sual qadının ərinin müqabilində dini vəzifəsi barəsindədir. Bu yerdə əxlaq da psixologiya baxımından hüquq və vəzifə sayıldığı üçün onu da qeyd edirik.[6]

Bunu da qeyd edək ki, qadının fiqh elmi baxımından ərinin qarşısında olan vəzifəsi hüquq elmi baxımından olan vəzifəsi ilə elə də fərqli deyildir. Amma biz burada qadının əxlaq və hüquq baxımından olan vəzifələrini xülasə şəkildə qeyd edəcəyik.

Qadının əxlaq baxımından ərinin qarşısında olan vəzifəsi:

Qadının əxlaq baxımından olan vəzifəsini hədislərə istinad edərək iki dəstəyə bölmək olar. Yəni kişinin ailədə olan dəyəri və əhəmiyyəti və qadının onun müqabilində ki vəzifəsi.

1). Kişinin ailədə olan dəyəri və əhəmiyyəti:

A). Peyğəmbərimiz (s) buyurmişdur: Əgər Allah Taaladan başqasına səcdə etmək icazəsi olsaydı, əmr edərdim qadınlar ərlərinə səcdə etsinlər.

B). Kşinin qadının üzərində olan haqqı bütün haqlardan üstündür.

S). Qadının cihadı kişinin zəhmətlərinə səbr etməkdir.

Q). Qadının kişini əsəbləşdirmək hüququ yoxdur. Belə olarsa kişi ondan bezər.

V). Kişi qadınından narazı olarsa, qadının əməlləri qəbul deyildir.

C). Əgər qadın ərinin qiymətini bilməsə onun üçün savab yazımaz.[7]

2). Qadının əxlaq baxımından ərinin müqabilində olan vəzifəsi:

A). Əgər qadın ərindən başqasına meyilli olarsa Allahın yanında zinakar sayılır.

B). Qadın hətta dəvənin üstündə də olsa belə öz ərinin ehtiyaclarını ödəməlidir. Qadın gecə və gündüz ərinin ehtiyaclarını ödəməyə hazır olmalıdır. Olmasa mələklərin lənətinə düçar olacaqdır.

V). Qadın ərinin icazəsi olmadan müstəhəbb oruc tuta bilməz. Əlbəttə bunu misal olaraq qeyd etdik. Ümumiyyətlə kişinin razılığı olmada qadın müstəhəb əməllər edə bilməz.

Q). Qadının namazının uzun olması kişinin ehtiyaclarının ödənməsinə mane olarsa savabı azalar.

S). Qadın ərinin icazəsi olmadan sədəqə verə bilməz.

H). Əgər qadın ərinin icazəsi olmadan evdən çölə çıxarsa mələklər ona lənət yağdırır.[8]

X). Əgər qadın ərindən başqası üçün bəzənib ətirlənərsə, onun ibadətləri qəbul olmaz.[9]

Qadının hüquq və qanun baxımından vəzifəsi:

Qadının hüquq və qanun baxımından olan vəzifəsi iki cəhətdən araşdırılacaq.

Birincisi kişinin və qadının müştərək hüquqları və vəzifələri, ikincisi isə qadının xüsusi vəzifəsidir.

A). Müştərək vəzifələr:

1. Gözəl rəftar: Kişinin və qadının ümdə vəzifələrindən biri budur ki, ailədə xoş əxlaq, xoş rəftar və gülərüz olsunlar. Belə ki, ailədə pis rəftar etmək və əsəbilik yaxşı nəticə vermir. Əlbəttə kiminsə şəri və qeyri problemi varsa eybi yoxdur. (məsələn, psixi çatışmamazlıq, ruhi xəstə və sair)

2). Həmkarlıq: Kişi və qadın gərək ailənin bütün işlərində, xüsusən ailənin xoşbəxtçiliyini təmin edən işlərdə bir- birləri ilə məsləhətləşməli və həmkarlıq etməlidirlər. həmkarlığın ümdə şərtlərindən biri də budur ki, bu həmkarlıq zamana, məkana və el arasında olan lazımi adətlərə uyğun olmalıdır. Məsələn: Əgər el arasında evdarlıq, uşaq saxlamaq, ona süd vermək qadının və işləyib evə qazanc gətirmək isə kişinin öhdəsindədirsə bu zaman onu sevə- sevə minnətsiz yerinə yetirməlidirlər.

3). Uşağın tərbiyə olunması: Kişi və qadın hər ikisi uşağın tərbiyə olunmasında məsuliyyət daşıyırlar. Onlar hər bir cəhətdən bu məsələ üçün əllərindən gələni əsirgəməməlidirlər.

4). Sadiqlik və vəfadarlıq: Qadın və kişi ömürlərinin sonuna kimi bir- birlərinə sadiq qalmalı və öz əhdlərinə vəfadar olmalıdırlar.

B). Qadının kişinin müqabilində xüsusi vəzifəsi:

1). Kişinin ailədə olan başçılığın qəbul etməlidir. Əgər ailədə hər hansı bir problemin həli məsələsi irəli gələrsə son sözü kişi deməlidir. Əlbəttə kişi bu vəzifəni hüsnü niyyətlə başa vurmalıdır. Onun bundan sui istifadə etmək haqqı yoxdur. Buna heç bir şəri qanun yol vermir. Bütün işlər İslam dini çərçivəsində olmalıdır.

2). Qadın kişiyə nisbətən təmkinli olmalıdır.[10]

Qadın kişinin bütün şəhvət baxımından olan istəklərinə əgər psixi və fiziki hazırlığı varsa cavab verməlidir Əgər şəri və qeyri baxımdan üzürlü olsa eybi yoxdur.

3). Kişi haranı özünə məskən və yaşayış yeri seçərsə qadında orada yaşamalıdır. Əgər kişi bu məsələdə qadına ixtiyar vermiş olarsa qadın öz məskənini özü seçə bilər. bundan əlavə əgər kişinin seçdiyi məskən qadının ictimai nüfuzuna, iffətinə və cisminə xələl gətirərsə bu zaman o, ixtiyar sahibidir.

4). Qadın evdən bayıra çıxmaq və ya evə kimisə dəvət etmək məsələlərində ərinə itaət etməlidir. Əgər öz şəri vəzifəsini yerinə yetirmək üçün (həccə getmək) evdən xaric olarsa bu zaman ərinin icazəsi lazım deyildir.

Bundan əlavə, əgər evdə qalmaq qadın üçün hər bir cəhətdən zərərli olsa ərindən icazə almadan evi tərk edərək bayıra çıxa bilər.

5). Hər hansı bir kollektiv və ya müəssisədə işləmək üçün ərinin icazəsi əsas çərtdir.

Bura kimi qadının və kişinin məsuliyyəti qısa şəkildə izah edildi. Bundan sonrakı mövzumuzu kişinin ailədə olan məsuliyyətini izah edəcəyik.

Kişilərin qadınların müqabilində olan vəzifələri:

Kişinin qadının müqabilində olan vəzifəsi iki cəhətdən, əxlaq və hüquq baxımından izah açıqlanacaqdır.

A). Kişinin əxlaq baxımından vəzifəsi hədislərdə belə bəyan edilmişdir.

Qadınlarla yaxşı rəftar etməyin dəyəri:

a). Qadınları sevmək Peyğəmbərin əxlaqıdır.[11]

2). Qadınlara eşqini bildirmək və onlara qarşı məhəbbətini biruzə vermək onların heç vaxt yadından çıxmır.

3). Qadınların səhfini bağışlamaq və üz vurmamaq.

4). Qadınlarla xoş rəftar etmək və onlarla səmimi olmaq.

5). Allah yanında ən sevimli o kəslərdir ki, öz həyat yoldaşı ilə gözəl rəftar etsin.

6). Ən sevimli kişilər o kəslərdir ki, öz həyat yoldaşlarına çoxlu yaxşılıq edərlər.

7). Kişi Allahdan qorxmalıdır ki, "olmaya öz həyat yoldaşının hüququna riayət etməyə və ona zülm edə".

Əxlaq baxımından vacib nöqtələr:

1). Kişi öz həyat yoldaşına xidmətçi kimi deyil, əksinə xanım kimi baxmalıdır. Ona gül kimi qiymət verməlidir ki, onun iyi və təravəti aradan getməsin. Ondan bacarmadığı işi tələb etməsin.

2). Gündəlik yaşayış üçünlazım olan məişət əşyalarının qadının ixtiyarında qoyulması. Məsələn: İmkan qədər zəmanəyə uyğun elektrik malları, geyim, yemək və sair. bayramlarda isə ona hədiyyə almağı unutmasın.

3). Ailənin mühüm işlərində qadınla məsləhətləşmək ailənin davamına bais olar.

4). Yaxınlıq zamanı bütün etika normalarına riayət etmək.

B). Hüquq baxımından olan vəzifələr:

Bu vəzifədə iki hissəyə müştərək və xüsusi vəfifələrə bölünür. Birinci hissə qadının və kişinin müştərək hüquqlarıdır.

Kişinin qadının üzərində xüsusi olan vəzifəsi və hüququ:

A). Qadının bütün gündəlik tələbatı kişinin öhdəsində olmalıdır.

1). Zamana və məkana uyğun olaraq gündəlik yeyinti mallarının hazırlanması.

2). Zamana və məkana uyğun olaraq geyim əşyalarının hazırlanması.

3). Zamana və məkana uyğun olaraq bəzək əşyalarının hazırlanması.

4). Zamana və məkana uyğun olaraq yaşayış yerinin (ev), hazırlanması.

5). Ev əşyalarının və məişət əşyalarının kişi tərəfindən hazırlanması.

6). Əgər zaman və şərait tələb edərsə evdə xidmətçinin olması.

7). Qadının bütün xəstəliklərinin dəvası üçün lazım olan hər bir şey kişinin öhdəsindədir.[12]

B). Kişinin qadınla yaxınlıq zamanı öhdəsinə düşən vəzifə:

Bu mövzuda qanun susaraq öz yerini gözəl rəftara və əxlaqa verir.

Amma müctəhidlər bu məsələyə iki primadan yanaşırlar.

1)- Qadının kişinin üzərində olan vəzifəsi budur ki, əgər qadın bakirə olarsa toydan sonra kişi gərək onun yanında yeddi gün qalsın. Əgər cavan qız uşağıdırsa yeddi gün deyl, üç gün qalmalıdır. Əgər kişinin ondan başqa üç arvadı varsa dörd gündən bir dəfə onun yanında qalmalıdır. Yəni hər gün bir arvadın yanında qalsın.[13]

2)- Cinsi yaxınlıq: Kişinin dörd ayda bir dəfə öz xanımı ilə yaxınlıq etmək hüququ var. bu qadının hüququndan sayılmır.



[1] - Cüzveyi hüquqe zən dər İslam, 209- cu iclas, 2096- cı səhifə. Ustad Misbah Yəzdi.

[2] - Bəqərə surəsi, ayə 233, Nisa surəsi, ayə 4, Nəhl surəsi, ayə 72- 21.

[3] - Fəqihlər və məracelər, nigah və kəbin haqqında yazılmış kitablarda öz nəzərlərini bildirmişdirlər.

[4] - Verilmiş sualların əxlaq nöqteyi nəzərindən verilmiş cavabları İmamların (ə) hədislərindən yığılmışdır. Hilət- əl müttəqin. 4- cü bab, 6- cı fəsil, qadının və kişinin hüquqları mövzusundan.

[5] - Bu yerdə kişinin və qadının əhkam baxımından olan fərqli hüquqlarına qısa işarə edik:

1). Əxlaq əhkamı əqlə və dinə istinad edilir. Amma ümumi qanunlar müctəhidlər və din mütəxəssisləri tərəfindən yazılır.

2). Əxlaq məsələsi insanın Allahla və başqaları ilə rabitədən aslıdır. Amma qanun məsələsi ictimai məsələdir ki, hamı rtərəfindən icra olunmalıdır.

3). Əxlaqdan əsas hədəf Allaha yaxınlaşmaq və təkamül əldə etməkdir. Amma qanuna əməl etmək asudə və əmniyyəti ictimaiyyətin yaradılması və qorunması deməkdir.

4). Əxlaq məsələsi niyyətə bağlıdır. Amma qanun onun zahirinə əməl etməyi tələb edir.

5). Əxlaqi nöqtələrə əməl etmək müsbət dəyərləndirilir. Amma qanuna riya məqsədi ilə də əməl etməkdir.

6). Əxlaq məsələləri vacib və ya müstəhəbdir. Amma qanuna əməl etmək lazımdır.

7). Əxlaq məsələlərinə diqqət yetirmək insanın istəyi ilədir. Bu yerdə axirət məsələləri də nəzərə almır. Amma qanunda ixtiyar yoxdur gərək əməl edərək ona boyun əyəsən.

Əxlaq fəlsəfəsi kitablarına və Quran maarifi dərsləri silsiləsinə müraciət edin. 177- ci iclas.

[6] - Bu sualda qanun məsələlərində 1112- dən 1117- yə kimi olan qanun məclislərinin maddələrindən istifadə olunub. Qanuni mədəni və qəvanine dadrəsi, hüquqe mədəni kitabı, 4- cü cild, 5- ci səhifə, doktor Hüseyn İmami, və hüquqe xanevade kitabı, 1- ci cild, doktor Həsən səfayi və Əsədullah İmaminin kitablarına istinad edilmişdir.

[7] - Məclisi, hilət- əl müttəqin, 6- cı fəsil, 76- 77- ci səhifələr.

[8] - Müctəhidlərin nəzərinə əsasən qadın ev işlərinə görə ərindən pul ala bilər. Amma bəzi hüquqşunasların bəyanına əsasən bu qanuna ziddir. Ev işlərinin müqabilində qadın kişidən pul ala bilməz. Hüquqi xanevadə kitabı, səfayi və İmami, cild 1, səhifə 162.

[9] - Hilət- əl müttəqin 6- cı fəsil, 76- 79- cu səhifələr.

[10] - Təmkin sözünün ümumi xüsusi mənaları üçün mədəni hüquq kitabına müraciət edin. 173- cü səhifə.

[11] - Ürvətül- vüsqa, mərhum Təbatəbai, Yəzdi, cild 2, nikah kitabı, səhifə 626.

[12] - Bir çox fəqihlər bunu kişinin vəzifəsi kimi qəbul etmirlər. Mədəni hüquq kitabı, 343- cü səhifə.

[13] - Bu nəzər başqa nəzərlərdən məşhurdur. Yenə də ora, səhifə 446.

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Müasir insanın problemlərinin həlli üçün münasib olan mənəvi dəyərlər hansılardır?
    7415 قابلیت های عرفان 2012/09/24
    Həqiqi səadətə çatmaq üçün insanın təkamül hərəkətini bir neçə istiqamətdə bəyan etmək olar: 1. İnsanın Allahla əlaqəsi; 2. İnsanın özü ilə əlaqəsi; 3. İnsanın sair insanlarla əlaqəsi. Bunların hər birinin özünə məxsus xüsusiyyətləri olduğuna görə özünə məxsus həddi-hüdudu da ...
  • Xal qoymaq haramdır?
    6497 Nizamlar hüquq və əhkam 2012/02/09
    Həzrət Ayətullah Məhdi Hadəvi Tehraninin (damət bərəkatuh) cavabı belədir: Əgər bədən üçün zərəri olmaya, onun şəkilləri qəbahətli (eyibli) olmaya və xal qoyan şəxsin şəxsiyyətinin süstlüyünə səbəb olmaya, maneəsi yoxdur. Bu sualın ətraflı cavabı yoxdur. ...
  • Һәгиги дин (јәни, Аллаһ јанында лөвһи мәһфузда олан дин) чохлуг тәшкил едирми?
    8447 Din fəlsəfəsi 2009/06/18
    Нәгливәәглидәлилләринсанынҹөвһәринин(затынын) мүштәрәколмасыны тәсдигедир. Шүбһәсиз, дин өзлүјүндә һәмин ҹөвһәрә дә нәзәр
  • Ислам Пејғәмбәринин (сәлләллаһу әләјһи вә алиһи вә сәлләм) инсанларын иман ҝәтирмәләри мүгабилиндә мәсулијјәти
    6704 Qədim kəlam 2010/06/22
    Гуран, истәр ибтидаи, истәрсә дә мүдафиә ҹиһадыны инсанларын һаггынын мүдафиәси сајыр вә бу һагларын ән мүһүм нөвләриндән бири төвһиддир. Инсанын фитрәтинин ән дәјәрли ҹәһәти төвһиддир вә Ислам белә бир һаггы горујуб мүдафиә етмәкдән өтрү ҹиһада иҹазә вермишдир. Әмр бе мәруф (јахшы ишләрә дәвәт) вә нәһј әз ...
  • İnsi- şeytan nədir?
    10590 Qədim kəlam 2011/01/02
    "Şeytan" sözü lüğətdə, fitnəkar, hərifləyən, yoldan çıxaran və haqdan boyun qaçıran mənasında olub, ümumilik daşıyan ismlərdəndir. Yəni, Qurani- kərim və başqa ədəbiyyatlarda "şeytan" sözü xüsusi bir varlıqdan xəbər vermir. Əksinə, insana və digər (heyvana) yaranmışlara da şeytan demək olur. HəmçininQurani- kərimdə şərr və fitnəkar insanlar barəsində "şeytan" sözündən istifadə olunmuşdur. ...
  • İslamın elmi mirasında “islami tibb” adlı müstəqil bir elm vardırmı? Yeni tibb elmi ilə rəvayətlərdə (təbabətə dair) mövcud olan tövsiyələr arasında ziddiyyət yaranan zaman çıxış yolu nədir?
    9617 Qədim kəlam 2012/06/23
    Allah-taala peyğəmbərlərin göndərilməsinin əsas hədəfini insanların mənəvi və ruhi saflaşdırılması, onlara din və hikmətin öyrədilməsi kimi bəyan edir. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alih) özünün besətdən olan hədəfini “bəşər cəmiyyətlərində gözəl əxlaqların təkmilləşdirməsi” kimi elan edir. Hal-hazırda bəşər elmlərinin, o cümlədən təbabət, sənaye və s. sayı-hesabı yoxdur. ...
  • Hansı səbəbə görə “əuzu billahi minəş-şeytanir-rəcim” cümləsini “Bismillahir-Rəhmanir-Rəhim”-dən qabaq deyirik?
    33005 Quran elmləri 2011/11/24
    Quran və rəvayətlərə uyğun olaraq tilavətin ədəb qaydalarından biri də tilavətə başlamazdan qabaq “əuzu billahi minəş-şeytanir-rəcim” deməkdir. Hətta onu “Bismillahir-Rəhmanir-Rəhim”-dən də qabağa salmaq lazımdır. Çünki “Bismillahir-Rəhmanir-Rəhim” Quranın bir hissəsidir. Əlbəttə, şeytandan Allaha pənah aparmaq təkcə sözdə olmamalı, əksinə insanın ruhunun dərinliklərinə ...
  • Qız və təklif yaşının hansı əsasa başlanmasını bilmək istəyirəm?
    11677 Nizamlar hüquq və əhkam 2012/04/18
    İslamda təklif yaşı, yetkinliyin əsasına təyin olunubdur. Yəni, yetkinlik nişanələri (ən azı bu əlamətlər, möhtəlim olma (opllyusiya, şeytani olmaq) oğlanlar və heyz görmə (menstruasiya, aybaşı) qızlar üçün) hasil olan vaxt şəxs təklif yaşına yetişir. Amma İslam dinində təbii əlamətlərdən başqa oğlanlar və qızların yetkinliyi üçün yaş həddi ...
  • Quslun fəlsəfəsi nədir?
    9426 Əhkam və hüquq fəlsəfəsi 2012/04/17
    Cənabət quslunun səbəbi, nəfsin onun çirkinliklərindən təmizlənməsi və bədəni çirkinliklərdən pak etməkdir. Çünki, cənabət bədənin hamısından xaric olur. Ona görə də, insana bədənin hər yerini paklamaq vacibdir. Alimlərin insanın bədənində apardıqları araşdırmalara əsasən, bədənin bütün fəaliyyətlərini idarə edən iki qism köklü əsəb sistemi var. bəzən bədəndə bəzi ...
  • Үсулиддиндә әдаләтдән мәгсәд нәдир?
    8645 Qədim kəlam 2010/09/29
    Кәлам елминдә әдаләт бәһси ҝениш мәнада арашдырылыр вә тәриф олунур. Амма, алимләр арасында (хүсусилә, имамијјә илә мөтәзилә) әдаләт бәһсиндә ән чох ихтилафлы мәсәлә һәр бир шәхсә мүкафат вә ҹәза верилмәсиндә онун һаггынын нәзәрә алынмасы зәрурәтидир.Әшаирә мәзһәбиндән оланлар әдаләт бәһсиндә бу нәзәријјәни ...

Ən çox baxılanlar

  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    167315 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    165632 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    120704 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    115333 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    113908 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    95564 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    57136 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    55533 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    47504 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    46691 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...