Ətraflı axtarış
Baxanların
10893
İnternetə qoyma tarixi: 2013/02/02
Sualın xülasəsi
Nəfsi kamilləşdirmək və özünü düzəltmək üçün haradan başlamaq lazımdir?
Sual
Nəfsi kamilləşdirmək və özünü düzəltmək üçün haradan başlamaq lazımdir?
Qısa cavab
Təzkiyə, yəni nəfsin çirkinliklərdən təmizlənməsi. Qurani kərimdə də nəfsin təmizlənməsinin əhəmiyyəti bəyan edilmişdir. Amma bunu da qeyd etmək lazımdır ki, nəfsin təmizlənməsinin başlanğıc nöqtəsi və özünü düzəltmə hər bir şəxsdə müxtəlifdir. İslamda olmayan şəxs üçün başlanğıc İslamı qəbul etməkdir. Möminlər üçün isə birinci mərhələ özünü tənbeh və nəfsin təmizlənməsinin vacibliyinə agah olmaqdır. Əlbəttə yaradılış səbəbi, hədəfi, peyğəmbərlərin besətinin səbəbi və s kimi məslələr tənbeh və agahlığın artmasına səbəb olacaqdır. Növbəti mərhələ keçmiş əməllərin tövbəsi və bunların əvəzinin verilməsinə əzmdir. Həmçinin taptaladığımız şəxslərin hüquqlarının və Allah taalanın bizim boynumuzda olduğu haqqının əvəzini vermək. Digər mərhələ, öz elmimiz çərçivəsində vacib işlərin yerinə yetirilməsi üçün təlaş və İlahinin haram etdiyi şeylərdən çəkinmək və bu yolda möhkəm dayanmaqdan ibarətdir. Bu mərhələ Allah taalanın yeni elmlər əta etməsinə səbəb olur. Bununla da seyr- suluk yolunda inkişaf edir. Allah taala Özü də Qurani kərimin bəzi ayələrində bu yolda cihat edən bəndələrinə dayaq durmaq və himayət etməyi xəbər vermişdir.
Ətreaflı cavab
Özünü düzəltmə məsləsi Qurani kərimdə " təzkiyə" və "təzki" kimi bəyan edilmişdir. Bunların lüğətdə mənası isə özünü çirkinliklərdən təmizləməkdir.[1]
Qurani kərimin bir çox ayələrində özünü düzəltmənin əhəmiyyəti vurqulanmışdır. Məsələn: Şəms surəsində belə oxuyuruq: " Sonra da ona günahlarını və pis əməllərdən çəkinməsini (xeyir və şəri) öyrədənə ki, Nəfsini (günahlardan) təmizləyən mütləq nicat tapacaqdır! Onu (günaha) batıran isə, əlbəttə, ziyana uğrayacaqdır."[2]. Həmçinin fatir surəsinin, 19- cu ayəsində, Əla surəsinin 14 və 15- ci ayələrində bu məsələyə təkid edilmişdir. Deməli nəfsin təmizlənməsi və özünü düzəltmə şəriət baxımından məqbul və bəyənilən işdir.
Amma bunu da qeyd etmək lazımdır ki, nəfsin təmizlənməsinin başlanğıc nöqtəsi və özünü düzəltmə hər bir şəxsdə müxtəlifdir. İslamda olmayan şəxs üçün başlanğıc İslamı qəbul etməkdir. Belə ki, bir çox əxlaq alimləri bunu dərəcələrə bölmüşlər: Əvvəl islam sonra iman. Üçüncü mərhələdə hicrət və sonra Allah yolunda cihat etmək də bu yolda mövcuddur. [3]
Amma İslamı qəbul edən şəxslər üçün Qurani kərim belə müraciət edir: " Ey iman gətirənlər! Nəfslərinizi qorumaq sizin borcunuzdur."[4], "Ey iman gətirənlər! Öz imanınızı artırın!"[5]qeyd etmək lazımdır ki, birinci mərhələ tənbeh və oyanışdır. Belə ki, başlamalı və özünü çirkinliklərdən ayırmalıdır. Tənbeh və agahlıqdan sonra belə sual meydana çıxır: Haradan başlamaq lazımdır? Qeyd etmək lazımdır ki, sualı verən şəxs özü bu mərhələni keçmişdir. Çünki öz ağlı və düşüncəsi ilə "bu aləmin əbədi qalıcı yer olmadığı və bütün bu imkanlar və peyğəmbərlərin göndərilməsi heyvani yaşayış üçün olmadığı" nəticəsinə gəlmişdir.[6]
Bu mərhələdən (tənbeh və agahlıq) sonra tövbə məhələsi başlayır. Yəni əldən çıxmış işlərin əvəzinin verilməsi. Taptaladığımız şəxslərin hüquqlarının və Allah taalanın bizim boynumuzda olduğu haqqının əvəzini vermək.
Əlbəttə bu tövbə əzmlə yerinə yetirilir. Etdiyiklərimizdən tövbə və nə edəcəklərimizə doğru əzm və iradə. Buna görə də bir çox əxlaq alimləri ikinci mərhələni tövbə[7] və bəziləri isə əzm[8] adlandırmışlar.
Həzrət imam Xomeyni bu məqama uyğun əzm barəsində belə buyurur: "Günahlardan çəkinmə, vacibləri yerinə yetirilməsinə, kemmiş əməllərın əvəzinin qaytarılmasına çalışmaq və surət və zahiri cəhətdən əqli və şəri insan olmağa əzm."[9]
Məbəs gününün duasında belə qeyd edilmişdir: "Sənə çatmaq yolunda salikin ən gözəl azuqəsinin iradə və əzm olduğunu bildik ki, onunla yalnız Səni seçək."[10]
Növbəti mərhələ. Günahlardan çəkinmə və vaciblərin yerinə yetirilməsidir.
Həzrət Ayətullah Behcət "seyr sluk qərarına gəlmişəm" Nə edim? Verilən suala cavabında belə buyurur: günahlardan çəkinmək bütün ömr üçün kifayətdir. Min il belə olsa.[11] Deməli bu mərhələdə öz elmimiz miqdarında vaciblərə əməl etmək və haramlardan çəkinmək lazımdır. Bu mərhələ Allah taalanın yeni elmlər əta etməsinə səbəb olur. Bununla da seyr- suluk yolunda inkişaf edir. Biz bildiklərimizə əməl edirik və Allah taala da bizə bilmədiklərimizi inayət edir. Və biz öz vəzifəmizə əməl etdikcə bu işıq həmişə yanacaqdır. Peyğəmbər (s) belə buyurur: Hər kəs öz bildiyinə əməl edərsə, Allah taala bilmədiklərini ona aydınlaşdıracaqdır."[12] Bu rəvayət Qurana uyğundur: "Bizim uğrumuzda cihad edənləri öz yollarımıza (Bizə tərəf gətirib çıxardan behişt yollarına) qovuşduracağıq. Şübhəsiz ki, Allah yaxşı əməllər edənlərlədir! (Allah həmişə savab işlər görüb cihad edən möminlərin tərəfində durar!)[13]
Bundan əlavə insan yaşadığı müddətcə sabit deyil. Ya nura doğru 9hidayət) hərəkətdədir ya da zülmətə doğru (azmaq). Və Burada ən mühüm nua doğru hərəkətə rəhbərlikdir.
Daha çox məlumat üçün baxın:
Hüseyni Tehrani, seyyid Muhəmməd hüseyn, Risalətin ləbil bab, cild 1, səh 55 müraciət edə bilərsiz.
Sonda onu da qeyd etmək istəyirik ki, sizin sualınızın cavabı ümumi səviyyədə verilmişdir. Əgər daha yüksək səviyyədə cavab istəyirsinizsə təhsil səviyyənizi qeyd etməklə yenidən bizə sual ünvanlaya bilərsiniz.
 

[1] - "Əl- təzkiyətul təthiri minəl- əxlaqil zəmimə",
«التزکیة التطهیر من الأخلاق الذمیمة»
məcməul bəhreyn, cild 1, səh 203.
[2]-  Şəms surəsi, ayə 8- 10.
«قد افلح من زکیها و قد خاب من دسیها»
[3] - Hüseyni Tehrani, seyyid Muhəmməd hüseyn, Risalətin ləbil bab, səh 55.
[4]-  Maidə surəsi, ayə 105.
«یا ایها الذین امنوا علیکم انفسکم»
[5] - Nisa surəsi, ayə 136.
«یا ایها الذین امنوا امِنوا»
[6] - İmam Xomeyni. Çehel hədis, səh 76.
[7] - Məliki Təbrizi, Mirzə Cavad, risalətul liqəallah, səh 52.
[8]-  Çehel hədis, səh 7.
[9]-  Həmin mənbə.
[10] - Məfatihul cinan, məbəs gününün duası və Əl- ibalu bil- əməlil həsənə, səh 277.
«و لقد علمت افضل زاد الراحل الیک عزم ارادة یختارک بها»
[11] - Be suye məhbub (Həzrət Ayətullah Behcətin yol göstərmə və qaydaları), səh 58.
[12] - Əl- muhəccətul beyza, cild 6, səh 24. Baharul ənvar, cild 89, səh 172. Əl- Xəraic, cild 3, səh 1058.
«من عمل بما علم ورثه الله علم ما لایعلم»
[13] - Ənkəbut surəsi, ayə 69.
«الذین جاهدوا فینا لنهدینهم سبلنا»
Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Qüslün və dəstəmazın əvəzinə təyəmmüm etməyin keyfiyyətini bəyan edin?
    7882 Nizamlar hüquq və əhkam 2012/02/13
    Təyəmmün necəliyi: Təyəmmümdə dörd şey vacibdir: 1. Niyyət, 2. İki əli bir yerdə təyəmmüm səhih olan şeyin üzərinə vurmaq, 3. Hər iki əlin içini bütün alına və alının iki tərəfinə çəkmək, ...
  • Əvba qəzvəsi nədir?
    6428 تاريخ بزرگان 2012/03/14
    Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih) Qureyş və Bəni-Zümrə qəbiləsi ilə müharibə aparmaq üçün səfər etdiyi ilk qəzvədə öz köməkçilərindən iki yüz nəfərlə şəhərdən xaric oldu, Vədan və Əvba məntəqəsinə tərəf irəliləri. Lakin Qureyşdən heç bir əsər-əlamət görmədiyindən qayıtdı. Bu qəzvəni “Vədan və Əbva qəzvəsi” adlandırırlar. Burada müharibə ...
  • Yuxu ilə huşdan geymə vəziyyətində ruhun fəaliyyətlərinin fərqi nədir?
    11591 İslam fəlsəfəsi 2011/11/24
    Ruhun ayıqlıqda bədənlə əlaqəsi və idarəsi onun yuxudakı əlaqə və idarəsi ilə tamamilə fərqlidir. Buna görə də islam təlimlərində yuxu bir növ “ölümün qardaşı” hesab olunmuşdur.Təcrübi elmlərin yuxu zamanı ruhun bədənlə əlaqəsinin necəliyi barədə agahlığı olmasa da, yuxu zamanı baş verən fiziki dəyişikliklərə ...
  • Misir müsəlmanlarının imam Əliyə (ə) inancları vardırmı?
    6955 تاريخ بزرگان 2012/09/01
    Misir dövləti İslamın mühüm mərkəzlərindən biridir və Misir xalqı Əhli- beytə xüsusi hörmət və sevgi bəsləyirlər. İranın Misirdəki mədəniyyət nümayəndəsi cənab Dr Zəmani bu barədə belə deyir: Bu ölkənin bütün əhalisini Əhli- beyit (ə) və Peyğəmbər (s) aşiqi hesab etmək olar. Onlar pak İmamlara (ə) şiddətli şəkildə ...
  • Nə üçün Allahın sifətlərinin içərisində yalnız ədalət sifəti üsuliddindən hesab edilir?
    9243 Qədim kəlam 2011/11/14
    Şiənin əqaidi tovhid, ədalət, məad, nübuvvət və imamətdən təşkil olunmuşdur. Baxmayaraq ki, ədalət Allahın sifətlərindən biridir və tovhid bəhsində izah edilmlədir. Lakin böyük əhəmiyyət kəsb etdiyindən ayrıca izah edilir. Amma əhəmiyyətli olmasının səbəb ondan ibarətdir ki, ədalət sifəti ədliyyə (şiə və mötəzilə) kəlamı ...
  • Heyzli qadının hazırladığı yemak, əli ilə yoğrulub hazırlanın çörəklərin və yeməklərin yeməyin nə iradı var?
    14215 Heyiz və nifas 2014/05/18
    Əvvəlcədən bir məsələni qeyd etmək lazımdır ki. İslamdan əvvəl cahiliyyət dövründə insanlar heyz halında olan qadını bir növ çirikn sayır və onlarla yaxından əlaqə qurmurdular. Həmin məsələyə görə, qadın aybaşı vaxtı evin bir küncünə qısılır, ona əşya kimi baxılır və ondan uzaqlaşırdılar.[1] Amma, İslamda ...
  • İslam peyğəmbəri Həzrət Məhəmməd (s)- in həyatını qısa olaraq bəyan edin.
    4941 پیامبر اکرم ص 2019/10/09
  • İslam dininin təkcə haqq din olmasına baxmayaraq, nəyə görə Quranda digər dinlərin tərəfdarlanın da nicat tapanlardan olmasınin mümkünlüyü açıqlanır?
    10790 بهشت و جهنم 2014/05/18
    İslam təlimlərində və müqəddəs Quranda ilk əvvəldən, belə bir qanun qətiyyətlə qeyd olunmuşdur ki, əgər qeyri-müsəlmanlardan hər hansı ümmət öz pak fitrətlərində olub, yaxşı əməl sahibi olsalar və həqiqətən də İslamın həqiqəti onlara aydınlaşmasa və çatmasa, nicat əhli ola bilərlər. Bu mətləb, Quranın müxtəlif ayələrində tam aydınlıq ...
  • Şiə nəzərindən məhərrəm ayının pişvazına getməyin mənası vardırmı?
    6974 Nizamlar hüquq və əhkam 2012/01/18
    Şəhidlərin sərvəri İmam Hüseyn (əleyhis-salam) üçün əzadarlıq və matəm mərasimi təşkil etmək məsum imamların (əleyhimus-salam) tərəfindən təşviq edilən sünnət və qanunlardan biridir. Bu mərasimin əsası məhz onların təşviqi ilə qoyulmuşdur.[1] Amma onun necə keçirilməsinə gəldikdə isə, haram işlərlə yanaşı olmayıncaya qədər heç bir eybi yoxdur. ...
  • Tənbəlliyi aradan qaldırmaq üçün dua varmı?
    10307 Əməli əxlaq 2012/02/13
    O işlərdən ki, dini təlimlərdə onlardan çəkindirilib, ərinmək və tənbəllikdir və İmamlar (ə) Allaha bu bəyənilməyən xislətdən pənah aparırlar.Bu barədə İmamlar (ə)- dan çatmış dualardan bəziləri bunlardan ibarətdir:1.             Müsədə Sədəqənin övladı deyir: İmam Sadiq (ə)- dan böyük ...

Ən çox baxılanlar

  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    168770 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    166601 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    122013 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    115911 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    115140 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    96587 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    60895 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    56631 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    49365 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    47366 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...