Please Wait
14858
İslam dini insan sağlamlığına zərər vuran bütün yeyinti və içki məmulatlarını, habelə zərərli şeylərin istifadəsini qadağan etmişdir. Belə ki, zərərli olan şey daha təkidlə qadağan, zərərvermə baxımından üstün dərəcədə olanlar isə haram edilmişdir. Mərhum İmam Xomeyni (r. ə.) buyurmuşdur: "İnsana zərər verən şeylərin yeyilməsi haramdır."[1] Hər hansı bir yolla olmasından asılı olmayaraq haramlığın meyarı onun zərərindən qaynaqlanır. Siqaret də insan orqanizminə zərərli olan istemal vasitələrindən biridir. Lakin onun haramlıq dərəcəsində olması fərdlərə, şəraitə bağlıdır.
Həzrət Ayətullah Xaminei bu zəmində olan sualın cavabında buyurur: "Hökm, tütündən istifadə zamanı zərərin miqdarına görə fərqlənir. Ümumiyyətlə, tütünün miqdarı nəzərə çarpacaq dərəcədə olarsa, istifadəsi cayiz deyil. Həmçinin əgər şəxs siqaret çəkməyə başlamaqla ziyanın bu həddə çatacağını bilirsə, onun üçün də siqaretdən istifadə cayiz deyildir."[2]
Həzrət Ayətullah Məkarim Şirazi də bu məzmunda buyurur: "İnsana ciddi zərər vuran hər hansı bir şeyin yeyilməsi və ya içilməsi haramdır. Siqaret və digər tütün məmulatlarının çəkilməsinin ciddi ziyanlı olması bu sahə mütəxəssisləri tərəfindən təsdiqlənərsə də haramdır. İstər iynə vurmaqla, istər tüstü vasitəsilə, istərsə də yemək və ya başqa yollarla olsun narkotik xassəli maddələrin istifadəsi haramdır. Habelə onların istehsalı, alış-satışı və yayılmasına hər növ kömək etmək haramdır."[3]
Digər müctehidlər də nəzəri də budur ki, ciddi zərərli olduğu surətdə haramdır. Həzrət Ayətullah Safi buyurmuşdur: "İnsanın ağlına, sağlamlığına zərərli olan şeylərin yeyilməsi haramdır. Lakin nəzərə çarpmayacaq dərəcədə zərəri az və ya keçərli olarsa haram deyildir."[4]