Baxanların
12324
İnternetə qoyma tarixi: 2011/07/02
Saytın kodu fa1137 Arxiv kodu 14928
Sualın xülasəsi
"Hər gün Aşura, hər yer Kərbəla" şüarı rəvayət və ya hədisdirmi? Sənəd və etibarı nə dərəcədədir?
Sual
Aşağıdakı hədisin çox zəif və ya heç hədis olmadığını bir neçə nəfərdən eşitmişəm: "Hər gün Aşura, hər yer Kərbəladır". Habelə sosial şəbəkədə axtarış edərkən, bu hədisin İmam Sadiqə (ə) istinad edildiyini müşahidə etdim. Xahiş edirəm bu barədə ətraflı məlumat verəsiniz. Əgər sözügedən cümlə hədisdirsə, onun düzgünlüyü və etibarı haqqında məlumat vermənizi xahiş edirəm.
Qısa cavab

Rəvayi mətnlərində bu cümlənin (Hər gün Aşura, hər yer Kərbəladır) məsumlardan nəql olunan hədis olmasını isbatlayan heç bir sənədə rast gəlmədik. Amma sözügüdən ibarə Kərbəla hadisəsi kolleksiyasından düzgün götürülmüş, imamət xəttini göstərən və bir neçə ibrətli mesajı əhatə edir. Heç bir gün Aşura günü kimi olmayıb və olmayacaq, amma zalımların məzlumlara zülmü daim vardır. O vaxtadək ki, İmam Zaman (ə.c.) zühur edəcək və zülmün kökünü kəsəcəkdir. Lakin Aşura mədəniyyəti hər zaman diridir. Kərbəla isə hədəf uğrunda istiqamət, zülmə və ədalətsizliyə qarşı mübarizə göstəricisidir. Dini liderlərimiz zalımlarların zülmü ilə mübarizə etməyi bizə öyrətmiş, habelə özləri də buna əməl etmişlər. Belə də deyil ki, Aşura müəyyən zaman və məkan çərçivəsində məhdud bir hadisə olsun.

Ətreaflı cavab

Rəvayi mətnlərində bu cümlənin

«کل یوم عاشوراء و کل ارض کربلاء»

(Hər gün Aşura, hər yer Kərbəladır) məsumlardan nəql olunan hədis olmasını isbatlayan heç bir sənədə[1] rast gəlmədik.[2] Amma sözügüdən ibarə Kərbəla hadisəsi kolleksiyasından düzgün götürülmüş, imamət xəttini göstərən və bir neçə ibrətli mesajı əhatə edir. Heç bir gün Aşura günü kimi olmayıb və olmayacaq, amma zalımların məzlumlara zülmü daim vardır. O vaxtadək ki, İmam Zaman (ə.c.) zühur edəcək və zülmün kökünü kəsəcəkdir. Lakin Aşura mədəniyyəti hər zaman diridir. Kərbəla isə hədəf uğrunda istiqamət, zülmə və ədalətsizliyə qarşı mübarizə göstəricisidir. Dini liderlərimiz zalımlarların zülmü ilə mübarizə etməyi bizə öyrətmiş, habelə özləri də buna əməl etmişlər. Belə də deyil ki, Aşura müəyyən zaman və məkan çərçivəsində məhdud bir hadisə olsun.

"Hər gün Aşura, hər yer Kərbəladır" cümləsi haqla batilin toqquşmasının bütün zaman və məkanlarda davamlı, ardıcıl olduğunu göstərir. Aşura və Kərbəla bu uzun zəncirin ən bariz həlqələridir. Haqq və batil daim rəqibdirlər. Azad insanlar haqqı müdafiə, batillə mübarizə vəzifəsini öhdəliklərinə götürmüşlər. Onlara bitərəf qalmaq isə dinsizlikdir.

Həzrət İmam Xomeyni (r.ə.) İmam Hüseynin (ə) həqiqi ardıcılı, İslam Cumhuriyyətinin bünövrəsini qoyan və öz zamanın zalımlarına qarşı böyük mübariz sözügedən cümləni "Böyük cümlə" kimi izah edirdi. O, Aşura mənasının qorunmasına və Kərbəla rolunun icrasına təkid edirək buyururdu: "Bu cümlə (Hər gün Aşura, hər yer Kərbəla) dahi cümlədir... Millətimiz hər gün bu təəssüratda olmalıdır ki, bugün Aşuradır və biz zülmün müqabilində dayanmalıyıq, bu yer isə Kərbəladır və Kərbəla rolunu biz yerinə yetirməliyik. Yalnız bir məkana, yalnız bir qrupa aid deyil. Kərbəla hadisəsi yalnız yetmiş neçə nəfərlik cəmiyyətə və təkcə Kərbəla məkanına aid deyildir. Bütün məkanlar bu rolu icra etməlidirlər."[3]

Həqiqətdə İmam Xomeyni bu etiqadla - "Seyyid əş-Şühəda"nın şəhadəti və qiyamı müsəlman cəmiyyətinin əməl meyarı sayılmalıdır - İmam Hüseyn (ə) qiyamını İslam inqilabında öz hərəkatının özülü qərar verdi. "Seyyid əş-Şühəda"nın yerinə yetirdiyi missiya, sahib olduğu ideya, getdiyi yol və şəhadətdən sonrakı qələbəsi, İslam qələbəsi idi. Belə bir ibrətli ibarə həm təklif, həm də müjdədir. Məzlumlar az sayları ilə şəhidlərin sərvəri kimi - şeytani, əzəmətli və qüdrətli cihazlarla təchiz olmuş - zalımlara qarşı qiyama məmur olduqlarına görə bu aspektdən təklif sayılır. O cəhətdən müjdədir ki, şəhidlərimiz Kərbəla şəhidlərindən sayılmağına gətirib çıxardı."

O müdrik rəhbər müharibə ərəfələrində buyurdu: "Aşura qiyamının zaman baxımından ən kiçik toqquşma olmasına baxmayaraq davamiyyət baxımından ən uzun döyüş idi. Hər kəs istədiyi zaman Kərbəlada olmağı, şəhidlərin imamına kömək etməyi və şəhadətə yetişməyi arzulasa,

«یا لیتنا کنا معکم‏ فنفوز فوزا عظیما»

(Ya leytəna kunna məəkum fənufuzu fövzən əzima)[4] Kərbəla meydanı isti, Aşura qiyamı bərqərardır".[5]

Daha yaxşı izah etsək, İmam Hüseyn (ə) Adəmin, Nuhun, İbrahimin, Musanın, İsanın (ə) və Məhəmmədin (s) varisidirsə, Aşura ardıcılları da cihad və şəhadətin qırmızı xəttinin varisləridir. Kərbəla bayrağını yerə qoymurlar və bu şiənin siyasi gövhəridir. Belə ki, İmam Hüseynin (ə) özü əlavə edir: "fə ləkum fi usvətun" "Mənim işimdə sizin üçün ülgü vardır".

Bu görüş, Kərbəla və Hüseyn (ə) qiyamını İmamın (ə) xüsusi təklifi hesab edən, ona təqlidi yolverilməz hesab edən baxışı rədd edir.

Şiə yəni saliki pa dər rekab

Ta ki, xorşid əfkənəd əz rox nigab

Şiə yəni teşnei cami-bəla

Şiəgi yəni qiyami-Kərbəla

Şiə yəni baztab asiman

Bər sər ney cilvə rəngin kəman

Əz ləb ney beşenum soti to ra

Soti "İnni la əra əl-movt" to ra

Şiə yəni tiği birun əz niyam

İn soxan kutah kərdəm vəssalam.[6]

Yazıçılardan biri yazır: "Mən yəqin bilirəm ki, əgər İmam Hüseyn (ə) bizim zamanımızda olsaydı, Qüdsdən, Lobnanın cənubundan və bir çox İslam məntəqələrindən ikinci Kərbəla yaradardı və Müaviyə və Yezidin müqabilində tutduğu mövqeni yenidən icra edərdi."[7]



[1] - Əlbəttə, bəziləri bu cümləni sənədsiz-sübutsuz İmam Sadiqdən (ə) nəql ediblər, Bax: "Peyami-Aşura", Abbas Əzizi, səh. 28; "Fərhəngi-Aşura", Cavad Mühəddisi, səh. 371

[2] - Bəziləri də qərinələr göstərirlər ki, bu da cümlənin məsumlardan (ə) nəql olunan hədis olmadığını bəyan edir, Bax: "Məcəlleyi-ülumi-hədis", 36-cı nömrə

[3] - "Səhifeyi- Nur", cild.30, səh. 195

[4] - "Aşura" ziyarəti

[5] - "Tarixi-Təbəri", cild.4, səh. 304

[6] - Məsnəvinin "Şiənamə" əsərindən, Məhəmməd Rza Aqasi, ("Keyhan" 12/06/71)

[7] - "Əl-İntifazat əş-Şiiyyə", "əl-Həsəni" kimi tanınmış Haşim, səh. 378

Başqa dillərdə Q tərcümələr