Ətraflı axtarış
Baxanların
8179
İnternetə qoyma tarixi: 2012/11/11
Sualın xülasəsi
Rəvayətlərdən birində İmam Hüseynin (ələyhissalam) qəbrinin ziyarəti haqqında var ki: "..Hər kəs İmam Hüseyni (ələyhissalam) haqqı əta olunan halda ziyarət etsə, sanki Allah-Taalanı ərşində ziyarət etmiş olur...." xahiş edirəm, bu hədisin mənası izah edin və hədisin nə qədər səhih və mötəbər olmasını aydınlaşdırın.
Sual
Rəvayətlərdən birində İmam Hüseynin (ələyhissalam) qəbrinin ziyarət olunması haqqında var ki: "..Hər kəs İmam Hüseyni (ələyhissalam) haqqı əta olunan halda ziyarət etsə, sanki Allh-Taalanı ərşində ziyarət etmiş olur...." xahiş edirəm bu hədisin mənası izah edin və hədisin nə qədər səhih və mötəbər olmasını aydınlaşdırın. Bir şeyi də qeyd edək ki, vəhhabilər şiələrin adını müsəlmanlar arasında xarab etməkdən ötrü bu hədisdən çox bərhələnirlər.
Qısa cavab
1.Bu hədisin bütün raviləri siqədir. Yəni, ən yüksək həddə mötəbərdir.
2.Hədsidə təşbeh və oxşatmaqdan məqsəd, məkan oxşatması deyil. Çünki, Allah-Taalanın məkanı yoxdur ki, ərş Allahın məkanı olsun və o məkana başqa bir məhəl oxşadılsın; bəlkə, ərş Allah mənsubdur və ziyarət məhəllidir; bəs, onun mənası Allahın ərşini ziyarət etmək anlamındadır.
3.Məsum İmamların (əleyhimussalam) və xüsusilə, İmam Hüseynin (ələyhissalam)  ziyarəti ilahi əmrlə olduğuna görə Allahın ziyarəti sayılır. Rəvayətdə qeyd olunmuş "sanki, Allahı ərşdə ziyarət edir" – ifadəsi, İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) və digər İmamların (əleyhimussalam) ziyarəti bərəsində də işlədilib.
 
Ətreaflı cavab
Hədis kitablarında bu hədis belə nəql olunur: "Hər kəs, Onun haqqını tanıdığı halda, Aşura günü, İmam Hüseyn ibn Əlinin (ələyhissalam)  qəbrini ziyarət etsə, sanki, Allah-Taalanı ərşdə ziyarət etmişdir."[1]
Bu hədisin bütün raviləri mötəbər və onlardan hədis nəql etmək doğru və düzgündür.[2] Bəs, bu rəvayətin sənəd cəhətdən, heç bir müşkili yoxdur və mötəbərdir.
Əlbəttə, bəzi rəvayətlərdə "Aşura günü" – gəlməmiş mütləq ziyarət[3] gəlmişdir. Bunun da, əsl məsələ ilə heç bir zidiyyəti yoxdur. Çünki, bəzi rəvayətlərdə "Ərəfə günü" də gəlib.[4]  Bəzi rəvayətlərdə günün açıqlanması nümunələri kamil etməkdən ötrü qeyd olunur və nəticə alırıq ki, İmam Hüseynin (ələyhissalam)  qəbrinin hər hansı gün ziyarət olunması, çox böyük və əzəmətli  savabı vardır.
Hər halda, bütün rəvayətlərdə "sanki, Allah-Taalanı ərşdə ziyarət etmişdir" – ifadəsi qeyd edilmişdir. Başqa sözlə desək, hədisin bu qisməti dalbadal (mütəvatir) nəql olunmuş ifadələrdəndir.[5]
Rəvayətin mənası izahı:
1.Hədsidə təşbeh və oxşatmadan məqsəd, məkan oxşatması deyil. Çünki, Allah-Taalanın məkanı yoxdur ki, ərş Allahın məkanı olsun və o məkana başqa bir məhəl oxşadılsın; bəlkə, ərş Allah mənsubdur və ziyarət məhəllidir; çünki, mələklər də Allahın ərşinin ətrafında cəm olublar.[6] Ümumi olaraq, "Allahı ərşində ziyarət etmək" – ifadəsi "Allah evini ziyarət etdim" - deməkdir. Bəs, rəvayətin mənası Allahın ərşini ziyarət etməkdir.[7]
2.Başqa tərəfdən, dində işlənir ki, hər kəs İslam Peyğəmbərindən (səlləllahu ələyhi və alihi və səlləm) itaət etsə, Allah-Taaladan itaət etmiş olur. Çünki, İslam Peyğəmbərindən (səlləllahu ələyhi və alihi və səlləm) Allahın əmri ilə itaət olunur: "Peəmbərə itt edən kimsə, şübhəsiz ki, Allaha itt etmiş olur. Kim üz döndərsə (qoy döndərsin)! Biz ki səni onların üzərində gözətçi olaraq göndərməmişik."[8] Həmçinin, Allah-Taalanın əmri ilə, İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) canişinləri,  məsum İmamlardan (əleyhimussalam) itaət etmək, lazım və vacibdir. Onlardan itaət əslində, Allahdan itaətdir.[9]
3.Başqa cəhətdən, Məsum İmamların (əleyhimussalam) və xüsusilə, İmam Hüseynin (ələyhissalam)  ziyarəti ilahi əmrlə olduğuna görə Allahın ziyarəti sayılır.  Rəvayətdə qeyd olunmuş "sanki, Allahı ərşdə ziyarət edir" – ifadəsi İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) və digər İmamların (əleyhimussalam) qəbrlərinin ziyarət olunması bərəsində də işlədilib. Məsələn, İmam Sadiqin (ələyhissalam)  əshabından biri nəql edir: O Həzrətin yanında olanda Ondan soruşdum: İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) qəbrinin ziyarətinin savab və mükafatı nədir? İmam Sadiq (ələyhissalam)  buyurur: "Belə insan elə haldadır ki, saniki Allahı ərşidə ziyaət edir."[10]
Süleyman ibn Həfz Mərvəzi İmam Musa Kazimdən (ələyhissalam)  nəql edir ki, O Həzrət buyurur: "Hər kim, övladım Əlinin qəbrini ziyarət etsə, sanki, Allah dərgahında yetmiş qəbul olunmuş Həcc əməlini yerinə yetirmişdir.... Hər kəs, o qəbri ziyarət etsə, sanki Allahı ərşdə ziyarət edir...."[11]
 

[1]  «عَنْ مُحَمَّدِ بْنِ عَبْدِ اللَّهِ بْنِ جَعْفَرٍ الْحِمْيَرِيِّ عَنْ أَبِيهِ عَنْ يَعْقُوبَ بْنِ يَزِيدَ عَنِ ابْنِ أَبِي عُمَيْرٍ عَنْ زَيْدٍ الشَّحَّامِ عَنْ أَبِي عَبْدِ اللَّهِ (ع) قَالَ: مَنْ زَارَ قَبْرَ الْحُسَيْنِ بْنِ عَلِيٍّ (ع) يَوْمَ عَاشُورَاءَ عَارِفاً بِحَقِّهِ كَانَ كَمَنْ زَارَ اللَّهَ فِي عَرْشِهِ»
"Məhəmməd ibn Əbdullahdan, ibn Cəfər ibn Humeyri, o da atasından, o da Yaqub ibn Yəzinddən, o da İbi Əbi Umeyrdən, o da Zeydiş-Şəham, o da Əbi Əbdullah (əleyhissalam), buyurur: "Hər kəs, Aşura günü, haqqını tanıyan və ona arif olan halda, Hüseyn ibn Əlinin (ələyhissalam)  qəbrini ziyarət etsə, elə bil Allahı ərşində ziyarət edib." (Müstədrəkül-vəsail, c.10; səh.292; hədis.3; Biharul-Ənvar, c.98; səh.105, hədis 11;  Misibahul-Müctehid, səh.771
[2] Tərixül-füqəha vər-ruvat (Əl-Müntəxəb), Əl-Vəsail, c.30; səh.407, 476, 512, 456, 472; Tərixül-füqəha vər-ruvat (Əl-Müntəxəb) Rovzatül-Müttəqin. C.14; səh.131; Musuətul-təbəqətul-füqəha, c.2; 226-227; Ricalun-Nəcaşi, səh.154
[3] «مُحَمَّدٌ الْحِمْيَرِيُّ عَنْ أَبِيهِ عَنِ ابْنِ شَمُّونٍ عَنْ مُحَمَّدِ بْنِ سِنَانٍ عَنْ بَشِيرٍ الدَّهَّانِ قَال: ...مَنْ زَارَ قَبْرَ الْحُسَيْنِ بْنِ عَلِيٍّ صَلَوَاتُ اللَّهِ عَلَيْهِ عَارِفاً بِحَقِّهِ كَانَ كَمَنْ زَارَ اللَّهَ فِي عَرْشِهِ»
Məsələn, Məhəmməd ibn Humeyri, atasından, ibni Şəmmundan, Məhəmməd ibn Sinandan, o da Bəşirid-Dəhandan nəql edir ki, İmam Buyurdu: "....Hər kəs, haqqını tanıyan halda, İmam Hüseyn ibn Əlinin (ələyhissalam)  qəbrini ziyarət etsə, elə bil ki, Allahı ərşdə ziyarət edib." (Biharul-Ənvar, c.98; səh.77; hədis 31; səh.76, hədis 29; Müstədrəkül-vəsail, c.10; səh.185; hədis.11)
[4] Kamiluz=Ziyarət, səh.172
[5] Daha çox məlumat almaqdan ötrü " Sözlü, mənəvi və icmali Təvatür (dalbadal)  hədisinin meyarı" sual 2412 (sayt: 2529) mütaliə edin.
[6] Ğafir surəsi 7; Zümər surəsi 75; Təkvir surəsi 20; Haqqə surəsi 69
[7]  Şeyx Səduq, Uyunu-Əxbar-Rza, c.2; səh.260; Nəşr Cahan, Tehran, çap əvvəl, 1378 h.qəməri; Fətal Nişaburi, Rovzatul-Vaizin və bəsirətəl-mütəzzimin, c.1; səh.234-235; İntişarat Rəzi nəşriyyatı, Qum, birinci çap; həmçinin daha çox məlumat üçün "Allah və ərşdə qərar tutması" mövzusuna baxın, sual 4987 (sayt: 5441)
[8] Nisa surəsi 80;           «مَنْ يُطِعِ الرَّسُولَ فَقَدْ أَطاعَ اللَّهَ وَ مَنْ تَوَلَّى فَما أَرْسَلْناكَ عَلَيْهِمْ حَفيظاً».
[9]  Daha çox məlumat üçün bu sualların cavabına baxın: 321 (sayt: 2707); 17720 (sayt: 1478);
[10]  İbn Quluviyyə Qummi, Kamiluz-ziyarat; səh.15; hədis 20; İntişarat Mürtəzəviyyə, Nəcəf, birinci çap, 1356 h.qəməri
[11] Şeyx Səduq, Əmali, səh.120; hədis 6; Nəşr ələmi nəşriyyatı, Beyrut, beşinci çap, 1400 h.qəməri
Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Təthir ayəsi Quranın hansı surəsindədir?
    11178 Təfsir 2011/11/03
    Məruf təthir ayəsi, Əhzab surəsinin 33- cü ayəsidir. Bu ayədə Allah- Taala öz iradəsiylə əhli- beyt adlı bir dəstəni hər tərəfli pak olmasını açıqlamışdır. Bu ayə bir çox ayələrdən biridir ki, bir sıra rəvayətlər- yetmiş rəvayətdən çox- onun nazil olması məqamında sünnü və şiələrdən bizə ...
  • Nə üçün Quranda "leyl" (kecə) kəlməsi həmişə "nəhar" (gündüz) kəlməsindən qabaq gəlibdir?
    7560 Təfsir 2012/03/11
    Quranda gecə və gündüzün biri digərindən qabaq və sonra gəlməsi haqqında, Quranı kərimin təfsirçiləri tərəfindən müxtəlif fikirlər açıqlanıb ki, onların ən mühümlərinə işarə olur: Bəzilərinin etiqadı budur ki, "gecənin" "gündüzdən" qabaq gəlməsi ona görədir ki, qüdrətli Allah gecəni gündüzdən əvvəl yaratdı.[1]
  • Peyğəmbər (səlləllahu əleyhi və alih)-in nəzərindən başqalarına hədiyyə verməyin qayda-qanunları hansılardır?
    7046 Əməli əxlaq 2012/04/09
    Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih)-in əməli rəftar və davranışlarından biri başqalarına hədiyyə vermək və başqaları da hədiyyə verdikdə onu qəbul etmək idi. Amma o həzrətdən nəql olunan rəvayətlərə əsasən, bu iş insanın özü və başqaları üçün əzab-əziyyətə, məşəqqətə səbəb olmamalıdır. Çünki bu işdə əsas məqsəd ülfət və ...
  • Qadının irsi kişi ilə hansı halda bərabərdir?
    7011 İrs 2013/08/27
    Ümumiyyətlə iki halda qadınla kişinin irsi bərabərdir: Ata və ananın irsi (çox halda) 2. Meyyitin ana tərəfdən olan qohumlarının irsi. Qadın işçilərin sayının çox olması, qadınla kişinin irsinin bərabər olması ya bərabər olmamasına səbəb olmur. Bəli biz bu sözü qəbul edirik ki, cəmiyyətin düzgün yolda inkişafı üçün, ...
  • Bəxtin mənası nədir? Bəxt və tale deyilən bir anlamın olması həqiqətdirmi?
    31824 Qədim kəlam 2011/05/09
    Bəxt, tale və şans ədəb və şer cümlələri olmasına baxmayaraq insanlar arasında daha çox istifadə olunur. Bu sözlər iki mənada işlənə bilər. 1). Səbəbsiz bir şeyin baş verməsi. Bu məna fəlsəfə elmi baxımında qəbul olunmur. Çünki fəlsəfə elmi hər bir hekayənin, hadisənin, olayın baş verməsində ondan öncə səbəbin ...
  • Firon necə əməllərinə görə ki, Allahın imtahan vəsiləsiydi əzab çəkəcək?
    7551 Təfsir 2012/04/17
    Allahın dəyişməyən qanunlarından biri bəndələrin imtahanı və sınağıdır. Bu imtahan fərqli hadisələr və müxtəlif vəsilələrlə yerinə yetirilir. Bəzi hallarda Allah zalimləri digər kəslərin imtahan vəsiləsi qərar verir. Bir halda ki, zalim özü bilmir ki, Allahın imtahan vəsiləsidir. Zalimin imtahan vəsiləsi olması onun pislərindən və əzaba ...
  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    166317 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Инсанын өз ишләриндә ихтијары вармы?
    9799 Qədim kəlam 2010/03/11
    Дәфәләрлә һәјатымызда өз ичәримиздә гәриб вә тәнһалыг јолларында галырыг. Һәм дә елә бир јол ки, орда һәрәкәт етмәкдән башга чарәмиз јохдур. Бу һәмән сабит вә әввәлҹәдән тәјин олунмуш һәјат јолудур. Јәни, милләт, аилә, бој, гәд-гамәт, гулаг вә саир.. мәсәләләрдә олдуғу кими. Амма, дәфләрлә ...
  • Qurani kərimdə Qədir xum barəsində olan ayələr əhli sünnət tərəfindən dəyişdirilmişdirmi?
    14675 Qədim kəlam 2010/11/10
    Bir çox böyük Quran təfsirçiləri, istər sünnü olsun istərsədə şiə məktəbindən, bu mətləbi belə qəbul edirlərki, "Əlyəvm yəisəl- ləzinə   əl islamə dinən" Maidə surəsinin üçüncü ayəsinin içərisində mötərizədə olan bir cümlədir, və bir çoxları da bu nəzərdədilər ki, bu mötərizə cümləsi əvvəldən və Peyğəmbərin (s) izni ilə ...

Ən çox baxılanlar

  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    168371 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    166317 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    121700 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    115769 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    114752 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    96328 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    60206 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    56408 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    48967 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    47167 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...