Baxanların
5836
İnternetə qoyma tarixi: 2012/04/17
Saytın kodu fa13449 Arxiv kodu 23666
Sualın xülasəsi
Tələsmənin aradan qaldırılması üçün nə etmək lazımdır?
Sual
Tələsmənin aradan qaldırılması üçün nə etmək lazımdır?
Qısa cavab

Tələsmə (təlskənlik), dini təlimlərdə qadağan olunmuş işlərdəndir. Onun mənası isə işləri yerinə yetirməkdə tez addım atmaqdır. "Tələsmənin", "sürət" və "yerində addım atmaqla" fərqi vardır. Sürətin mənası budur ki, insan, lazım olan şərait və hazırlıq işlərindən sonra fürsəti əldən verməyə və işi yerinə yetirmək üçün qədəm götürə (addım ata). "Ləngimə, yavaşıma" və "sabit qalmaq" tələsmənin qarşılığında olan işlərdir və ləngimə, yubanma və işin hər tərəfli düşünülməsi mənasınadır.

Tələsmənin eybləri və zərərlərinin əsərlərinə və Peyğəmbərlərin və yaxşı əməl sahiblərinin xüsusiyyətlərindən olan səbr və ləngiməyə diqqət etməklə məlum olur ki, insan işini düşünmə və möhlətlə yerinə yetirə və hər bir halda aramlığı riayət edə. Əgər bir müddət belə əməl edə (çətinliklə də olsa), bu onun adi halından olacaq və tələsmə sifəti ondan gedəcək, aramlıq və vüqar (qürur) vücuda gələcək.

Ətreaflı cavab

Tələsmə, bəyənilməyən bir sifətdir və insanın rəftarında cürbəcür şəkildə aşkar olur. Yəni hazırlıq işləri başa çatmazdan qabaq insan, işi yerinə yetirmək üçün addım ata. Belə bir işin sonu məğlubiyyətdən başqa bir şey deyil. Bu ona oxşayır ki, insan, meyvəni yetişməmişdən qabaq dərə. Bu işində sonluğu meyvənin xarab olması və faydasının azalmasıdır. Yaxud əgər torpaq hazırlanmamışdan qabaq toxum səpilə, toxumun məhv olmasına və məhsulun azalmasına səbəb olar.

İmam Əli (ə) buyurub: Meyvəni yetişməmişdən qabaq yığan şəxs, münasib olmayan (şoranlıq) yerə toxum səpən şəxsə oxşayır (belə şəxs öz qüvvəsi və mayasını əldən verib və heç vaxt nəticəyə çatmaz).[1]

Təcrübə, ağıl və din, tələsmənin töhmət olunması, ziyanlığı və bəyənilməməsi barədə bir nəzərdədirlər və onun pisliyini bildiriblər. Rağib İsfəhani Tələsmənin mənbəsinin həva- həvəs olduğunu bildirir və bu mövzunu Quranda onun qadağan olmasına dəlil və sübut olaraq dəyərləndirir.[2]

Əmirəl- möminin (ə), tələsmənin axmaqlıqdan baş verdiyini qeyd edərək buyurub: İşi yerinə yetirməzdən əvvəl olan tələskənlik axmaqlıqdandır.[3]

Rəsuli Əkrəmdə (s) tələsmə və yavaşımanın mənbəsini belə açıqlayır: Ləngimə İlahi və tələsmə Şeytani işdir.[4]

Tələsmənin ziyan gətirən nəticəsinə diqqət etmək səbəb olur ki, biz bu sifətdən uzaq olaq və bu sifətin qarşısında olan aramlığı və qüruru öz həyatımızda başlıq (titul) qərar verək. Tələsmənin axırı.

Şeytani xasiyyətlər qəti olaraq fəsad və ziyan yaradandırlar. Onlardan hər biri özlərinin pisliyi və bəyənilməməzliyindən əlavə xoşa gəlməyən nəticələrə səbəb olar ki, bu da onların pisliyinə artırılır.

Bu barədə sizin diqqətinizi Əmirəl- mömininin (ə) qısa kəlamlarında işarə olunan tələsmənin təsirlərindən bəzisinə cəlb edirik:

Peşmanlıq: " إِياك‏ وَ الْعَجَلَ فَإِنَّهُ عُنْوَانُ الْفَوْتِ وَ النَّدَم" peşmanlıq və fürsətin əldən getməsinin başlanğıcı olan tələsmədən çəkin.[5]

Fikirləşməmiş və düşünülməmiş başlanılan iş adı halda məğlubiyyət və nəticəsizliyə səbəb olar. Həmçinin peşmanlıq, onun bəhrəsi olar. Buna əsasən insan, ikinci dəfə iş görmək imkanı və qızıl fürsətləri əldən vermiş olar.

Bədbəxtlik: " قَلَّ مَا تَنْجَحُ حِيلَةُ الْعَجُولِ" Tələsənin tədbirinin müvəffəqiyyətlə baş tutması çox az hallarda baş verər.[6]

Tələsmək, səbəb olar ki, insan, görəcəyi işi hərtərəfli düşünməyə. Bu yolla müvəffəqiyyət səbəblərindən bəzisini əldən verir. Nəhayətdə isə nəzərdə tutulan müvəffəqiyyəti əldən verir və bədbəxt olur.

Həlak olma və xətaya uğrama: " كَثْرَةُ الْعَجَلِ يُزِلُّ" çox tələsmək insanı xətaya düçar edər.[7] " قَلَّ مَنْ عَجِلَ إِلَّا هَلَك" Tələsən və həlak olmayan şəxs çox axdır.[8]

Tədbirsizlik və tələsmə səbəb olur ki, tələsən, onu xətaya uğradacaq yerlərin çoxunu görməyə və əməl vaxtı onlara düçar ola. Sonda isə ya xətaya uğraya ya da həlak ola.

Qəm, qüssə, kədər: " الْعَجَلُ قَبْلَ الْإِمْكَانِ يُوجِبُ الْغُصَّة"[9] İşdən əvvəl olan tələsmə qəm- qüssəyə səbəb olar.

Şadlıq və sevinc, insan yaşayışında ən vacib şeylərdəndir. Yersiz qəm- qüssə ilə məqsədə nail olmaq olmaz.

Gərək insan, öz əli ilə yaşayışının şadlıq və sevincini qəm- qüssəylə əvəz etməyə.

İmam Əli (ə) başqa nəticələri tələsmə üçün zikr edir ki, sözün ixtisar olmasına görə onları bəyan etmir və zisləri bu barədə "Ğurərul- hikəm" kitabında mövcud olan başlıqların mütaliəsinə dəvət edirik.

Bəyan olunduğu kimi tələsmənin qarşılığında olan məqam "sabit qalmaq" və "ləngimə, yavaşımaqdır". Yəni işi təfəkkürlə, səbrə və hər tərəfini ölçüb- biçməklə yerinə yetirmək.

Allahın Rəsulundan (s) olan bir hədisdə söylənibdir: Tələsmə, camaatı həlak edər, əgər camaat işləri səbr və dözümlə yerinə yetirsəydilər, heç kəs həlak olmazdı.[10]

Bu rəvayətdən istifadə olunur ki, insanların daha çox zərər və ziyan görməsi tələsmənin nəticəsindədir.

Bu barədə İmam Sadiq (ə) buyurub: Hər kəs münasib olmayan vaxtda bir iş üçün qədəm götürə, o işin tamam olmasıda yersiz və münasibətsiz olacaqdır.[11]

Bəyan olunanlardan bu nəticəyə gəlirik ki, insan, yerinə yetirəcəyi hər bir işi diqqət və agahlıqla, heç cür tələskənliyə yol vermədən onun hər bir tərəfini yoxlaya əvvəlcədən heç bir mühakimə yürütmədən tələsməkdən çəkinə. Tələsmənin müalicə yolu budur ki, işarə olunan zərərləri xatırlaya və tələsmənin qarşılığında olan, Peyğəmbərlər və yaxşı əməl sahiblərinin xüsusiyyətlərindən olan qürur və aramlığın yaxşılığı və dəyərini xatırlaya, sonra qəti qərara gələ ki, işini səbr və təfəkkürlə yerinə yetirə. Və heç bir halda səbr və düşüncəni əldən verməyə. Əgər bir şəxs zəhmət və çalışmaqla bir müddət bu metoda əməl edə, qürur və aramlıq onun adəti olar və tələsməkdən uzaq olar.

Axırda bu məqama diqqət etmək zəruridir ki, tələsmə, sürət və yerində atılan addımla fərqlidir.

Sürətin mənası budur ki, insan, lazım olan şərait və hazırlıq işlərindən sonra fürsəti əldən verməyə və işi yerinə yetirə.

Bu cəhətdən, yaxşı işlərdə fürsətdən istifadə etmək, din rəhbərlərinin sifarişlərindən hesab olunur:

Allahın Rəsulu (s): Beş şeyi beş şeydən qabaq qənimət hesab et: Cavanlığını qocalıqdan qabaq, sağlamlığını xəstəlikdən qabaq, sərvətini yoxsulluqdan qabaq, fürsətlərini çətinlikdən qabaq və yaşayışını ölümdən qabaq.[12]

Əmirəl- möminin (ə): Fürsətlər, buludların örtüb keçməsi kimi əldən gedəcək.[13]

Əmirəl- möminin (ə): Yaxşı işlərdən başqa hər bir işdə ləngimə (gecikmə) bəyənilibdir.[14]

İmam Baqir (ə): Yaxşı işlə üzbə- üz olan vaxt ləngiməkdən onu yerinə yetirmək üçün qədəm götür, çünki, sonradan nə baş verəcəyini bilmirsən.[15]

İmam Sadiq (ə): Hər kim xeyir niyyət edə, gərək onun üçün tələsə və onu təxirə salmaya. Çünki, bəzən bəndənin yerinə yetirdiyi yaxşı əməlin cavabında Allah- Taala buyurur: Səni bağışladır və gələcək xətalardan da keçəcəyəm.[16]

 


[1] - Nəhcül- bəlağə, səh 52, xətt 5, Darul- hicrət nəşriyyatı, Qum, tarixsiz.

[2] - Rağib İsfəhani, Hüseyn ibn Məhəmməd, Əl- mofrədat fi ğəribil- Quran, səh 548, Əd- daruş- şamiyyə, Beyrut, 1412 hicri qəməri.

[3] - Amədi, Əbdul- Vahid, Ğorərul- hikəm, səh 266, təbliğat dəftərxanasının nəşriyyatı, Qum, 1366 hi. Ş.

[4] - Təbərsi, Əli ibn Həsən, Mişkatul- ənvar, cild 1, səh 334, Heydəriyyə kitabxanası, Nəcəf, 1385, hicri qəməri.

[5] - Ğurərul- hikəm, səh 267.

[6] - Həmin.

[7] - Həmin.

[8] - Həmin.

[9] - Həmin.

[10] - Bərqi, Əhməd ibn Məhəmməd, Əl- məhasin, səh 215, Darul- kotobil- İslamiyyə, Qum, 1371 hicri qəməri.

[11] - Səduq, Məhəmməd ibn Əli, Əl- xisal, cild 1, səh 100, Cameye müdərrisin nəşriyyatı, Qum, 1403 hicri qəməri.

[12] - Tusi, Məhəmməd ibn Həsən, Əl- əmali, səh 525, Darus- səqafə nəşriyyatı, Qum, 1414 hicri qəməri.

[13] - Ğurərul- hikəm, səh 483.

[14] - Həmin.

[15] - Kuleyni, Məhəmməd ibn Yəqub, Kafi, cild 2, səh 142, hədis 3, Darul- kotobil- İslamiyyə, Tehran, 1365 hicri şəmsi.

[16] - Həmin, Hədis 6.

 

Başqa dillərdə Q tərcümələr