Baxanların
6002
İnternetə qoyma tarixi: 2011/10/22
Saytın kodu fa1401 Arxiv kodu 17725
Sualın xülasəsi
Dünyada bu qədər zülm və haqsızlığın varlığı ilə nə üçün İmam Zaman (əleyhis-salam) zühur etmir?
Sual
Eşitmişəm ki, zühur əlamətlərindən biri zülm və haqsızlığın dünya səviyyəsində yayılması, hər yanı bürüməsidir. Zühur əlamətlərinə qısa nəzər yetirməklə, eləcə də dünyaya hakim olan hazırkı vəziyyəti nəzərə almaqla nə üçün İmam Zaman (əleyhis-salam) zühur etmir?
Qısa cavab

Bir neçə məsələyə diqqət yetirmək sualın cavablandırılmasında sizə kömək edə bilər:

1. Rəvayətlərdə çox gözə dəyən məsələ budur:

یَمْلَأُ الْاَرْضَ قِسْطًا وَ عَدْلًا کَمَا مُلِئَتْ ظُلْمًا وَ جَوْرًا

“Yer üzü zülm və haqsızlıqla dolduğu kimi, onu haqq ədalətlə dolduracaqdır.”[1]

Bu rəvayətdən məlum olur ki, İmam Zaman (əleyhis-salam) zülm və haqsızlığın dünya səviyyəsində yayılmış olduğu bir şəraitdə zühur edib haqq-ədaləti dünya səviyyəsində bərqərar edəcəkdir. Yəni mümkündür, o həzrət dünya səviyyəsində baş verən zülm və haqsızlıqlardan uzun illər keçəndən sonra zühur etsin. Başqa sözlə, bu kimi rəvayətlər bəyan edir ki, haqq-ədalətin bərqərar edilməsi, zülmün və haqsızlığın kökünün kəsilməsi İmam Zaman (əleyhis-salam)-ın tərəfindən baş verəcəkdir. Amma bu məsələ zühur əlamətlərinin tamamilə bəyan edilməsi məqamında deyildir və “hər vaxt dünya zülm və haqsızlıqla dolsa, həzrət mütləq o zaman zühur edəcəkdir” – demək istəmir.

2. Zülmün dünya səviyyəli olması nisbi bir məsələdir. Yəni, bəşərin yer üzündə mövcud olduğu vaxtdan etibarən zülm daim insanlarla yanaşı olmuş, həmişə və hər bir zamanda bir dəstə zülmkar olmuş, bir dəstə isə zülmə məruz qalmışdır. Deməli, “yalnız bu dövrdə zülm hər yerə yayılmışdır və ondan başqa bir vaxtda bu qədər şiddətli olmamışdır” – deyə iddia demək olmaz.

3. Zülmün hər yerə yayılması zühurun əlaməti olsa da, zühur üçün tam səbəb deyildir; əksinə, bu iqtiza (tələb etmə) səviyyəsindədir. Bu məsələdə digər səbəb və əlamətlər də rol oynayır. Bundan başqa səbəb və əlamətlərin hamısı həyata keçməlidir ki, İmam Zaman (əleyhis-salam) zühur etsin.[2]

Deməli, dünya səviyyəsində zülmün çoxaldığı hazırkı zamanda o həzrətin mütləq zühur edəcəyini təvəqqe etməməliyik. Amma rəvayətlərdə qeyd olunanlara əsasən bizim vəzifəmiz budur ki, daim gözümüzü o həzrətin zühur yoluna dikək, lazım olan müqəddimə işlərini əncam verməklə zühurun tezləşməsi üçün dua edək.



[1] Bu ibarələr rəvayətlərin çoxunda vardır, o cümlədən “Kafi”dəki rəvayət: 1-ci cild, səh. 338 və 526

[2] Əlavə məlumat almaq üçün 535-ci suala – “İmam Zaman (əleyhis-salam)-ın zühur əlamətləri” adlı görünüşə baxa bilərsiniz.

Ətreaflı cavab
Бу суалын изаһлы ҹавабы јохдур.
Başqa dillərdə Q tərcümələr