Please Wait
6447
Müsafirin hazır şəxsə (vətənində və ya on günlük iqamət yerində olan şəxsə) və əksinə iqtida etməsi məkruhdur. Bu kimi məkruhluğun mənası hazırın hazıra, yaxud müsafirin müsafirə iqtida etdiyi zaman əldə olunan savabdan az savaba malik olmasıdır.[1]
Əgər pişnamazla məmum (iqtida edən şəxs) arasında, yaxud bir məmumla, imama müttəsil (birləşmə) vasitəsi olan digər məmum arasında səcdə halında olan bir insan qədər (bir zira – təqribən 50 sm) fasilə olsa, eybi yoxdur.[2] Amma əgər bu fasilə çox olarsa, fəqihlərin nəzərləri fərqlidir. Bəziləri demişlər ki, başqalarının namazları fürada olur. Amma “Urvətul-vusqa” kitabının müəllifinin nəzərinə əsasən, əgər birinci cərgədə dayanan (müsafir) şəxslər namazları qurtaran kimi dərhal ayağa qalxıb başqa bir namaz üçün iqtida edərsə, başqalarının camaat namazına zərər yetirməz.[3]
[1] Bu barədə müctəhidlərin fətvalarından agah olmaq üçün “Tovzihul-məsail” (imam Xomeyninin risaləsinin haşiyəsi), 1-ci cild, səh. 804, məsələ 1490-a baxa bilərsiniz.
[2] Yenə orada, səh. 774, məsələ 1417
[3] Yəzdi, Seyid Məhəmməd Kazim, “Urvətul-vusqa”, 3-cü cild, səh. 148, məsələ 15, “İslami nəşriyyat” müəssisəsi, Qum, 1419-cu qəməri il