Ətraflı axtarış
Baxanların
8208
İnternetə qoyma tarixi: 2011/04/16
Sualın xülasəsi
Demokratiya ilə əlaqədar İslamın mövqeyi nədir?
Sual
İslam dininin demokratiya ilə əlaqədar nəzərini və mövqeyini bəyan edin.
Qısa cavab

Demokratiya cəmiyyətin idarə olunması yollarından biridir. Əksəriyyətin rəyinə, fərdi, mədəni və s. azadlıqlara ehtiram qoyulması onun bariz xüsusiyyətlərindəndir.

Əksəriyyət həmişə haqq olmağı və əksinə, haqq olmaq əksəriyyəti tələb etməsə də[i] amma əksəriyyət (hökuməti) zühur ərsəsinə çatdıra,[ii] yaxud özünün məqbul sayılması ilə müəyyən bir hökumətin yaranmasına şərait yarada bilər. İslam nəzərindən cəmiyyət və əksəriyyət hər hansı bir hökuməti qəbul etməyincə o hökumətin qurulmasına şərait yaranmayacaqdır.

İslam nəzərindən bütün insanların öz taleyini və müqəddəratını təyin etməyə haqqı vardır. İslam hökuməti sayəsində cəmiyyət üzvləri ictimai və fərdi azadlıqlardan bəhrələnirlər.[iii] 

Əlbəttə, qərb məfkurəsində deyilən demokratiyanın bəzi prinsiplərini İslam qəbul etmir. İslamda əksəriyyətin rəyi insani kəramətlə[iv] təzad təşkil etsə etibardan düşür və onun qanuniliyi aradan gedir. Amma demokratiyanın digər prinsipləri İslamda daha gözəl və yaxşı şəkildə bəyan olunmuşdur. Başqa sözlə desək, din və demokratiyanın arasında nə tamamilə uyğunluq vardır, nə də tamamilə təzad. Həqiqətdə İslamın qəbul etdiyi şey “dini demokratiya”dır.[v]

İranda İslam respublikası quruluşu İslamın demokratiya ilə qarşılıqlı anlaşmasının aydın nümunələrindəndir. İmam Xomeyni (r) bir dini mərcə və camiuş-şərait fəqih ünvanı ilə İranda İslam respublikasının əsasını qoymaqla sübut etdi ki, İslamla demokratiyanın arasında nəinki heç bir təzad yoxdur, əksinə bu ikisi bir yerdə cəm ola bilər. İslam dini camaatın rəyinə arxalanmaqla cəmiyyətin idarə olunmasında ən demokratik üsluba malikdir.

Bu mənanı dəstəkləyən şey ünvanı ilə Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih)-in camaatla məşvərət etməsini, onları ictimai-siyasi məsələlərdə şərik etməsini və o Həzrətin onların nəzərlərindən istifadə etməsini,[vi] eləcə də əqidə və bəyan azadlığını[vii] göstərən ayələri qeyd etmək olar. Bu məna rəvayət, tarix və məsumların həyat və davranışında aydın bir məsələdir.[viii]



[i] Başqa sözlə, qanunilik əksəriyyətin tərəfindən verilməsə də, məqbul sayılmaq onların əlindədir.

[ii] Bu məsələni izah etmək üçün aşağıdakı misala diqqət yetirmək faydalı olardı. Fərz edin ki, bir neçə fəqih (şəriət alimi) İslam hökumətinin rəhbərliyini öhdəsinə almaq səlahiyyətinə malikdirlər, amma bu vilayət haqqı (hakimiyyət) əksəriyyətin və ümumxalq seçkisi ilə bir fəqihdə gerçəkləşir və o, hökumətin rəhbərliyini öhdəsinə almalıdır.

[iii] Bu barədə bax:

a) Hadəvi Tehranı, Məhdi, “Vilayət və diyanət”, səh. 117-138;

b) Görünüş: “İslamda hökumətlə insanların əlaqəsi”, sual 269

[iv] Bu barədə bax: Görünüş, “insan və kəramət”, sual 48

[v] Yəni demokratiya əksəriyyəti müsəlman olan cəmiyyətdə dini və şəri çərçivələr daxilində irəli sürülür. Belə ki, o cəmiyyətin üzvləri öz iradə və ixtiyarları ilə islamı qəbul etmişlər. Bu məsələni də qəbul etmişlər ki, cəmiyyətdə İslam şəriəti qəbul və onun hökmləri tətbiq olunsun, əxlaqi-dini dəyərlər cəmiyyətdə yayılsın.

[vi] “Ali-İmran”, surəsi, ayə: 159: “Məhz Allahın lütfü ilə sən onlara qarşı mülayimsən; əgər tünd xasiyyətli və daş ürəkli olsaydın, sənin ətrafından dağılışardılar. Belə isə, onlara bəxşiş et və işlərdə onlarla məşvərət et.”

[vii] “Ğaşiyə” surəsi, ayə: 21-22, “Zumər” surəsi, ayə: 17-18

[viii] "Nəhcul-bəlağə", xütbə 207

Ətreaflı cavab

Bu sualın cavabını əldə etmək üçün aşağıdakı məsələlərə diqqət yetirmək zəruridir:

1. Demokratiya yunan mənşəli sözdür. Ondakı “demos” şəkilçisi ölkənin xarici işlərinin idarə olunması mənasınadır. Bu kəlmə ölkənin daxili işlərinin idarə olunması mənasına olan “polis” kəlməsinin qarşılığında istifadə olunur.[1]

Demokratiya hazırkı siyasi termində millətin və xalqın vasitəsi ilə hökumətin idarə olunması, milli məramları istəmək üçün qüdrət üstünlüyü mənasınadır.[2] Əlbəttə, demokratiya, xüsusilə icraçı və əməli bir sistem ünvanı ilə siyasi alimlərin və siyasətçilərin tərəfindən bir mənalı şəkildə qəbul olunmur.[3]

2. “İnsanların insanlara hakimiyyəti” mənasına olan demokratiyanın fars dilindəki adı “mərdumsalari”dir[4] və aşağıdakı xüsusiyyətlərə malikdir:[5]

a) Siyasi azadlıqlara, xüsusilə əqidə azadlığına, söz və mətbuat azadlığına, ictimai azadlıqlara ehtiram qoyulması;

b) Camaatdan ibarət olan arxaya malik olmaq və islahat icad etmək üçün zor işlədilməməsi;

Demokratiya cəmiyyətin tənzim olunma (və idarə) üslubudur. Bu şərtlə ki, bütün zəruri dəyişiklikləri zor gücü işlədilmədən, inqilab olmadan qəbul etmiş olsun. Başqa sözlə desək, demokratiya cəmiyyətin idarə olunması üçün tənzim olunmuş bir nəzəriyyə, inqilabların islahatlara çevrilməsi üçün təsirli bir üslubdur.

v) Zülmkarlığın, diktatorluğun qarşısını almaq və iqtidar problemlərinin həll etmək üçün bir vasitədir.

Bura qədər demokratiya üçün sadaladığımız xüsusiyyətlər məqbul və bəyənilən xüsusiyyətlərdir və zahirdə ictimai-siyasi məsələlərlə əlaqədar İslamın nəzəriyyələri ilə təzadlı deyildir.

q) Bu gündə qəlb ölkələrində qəbul olunan və “bəşər hüquqları” adı ilə ünvanlanan demokratiyanın digər xüsusiyyətlərindən biri də camaatın istəklərini heç bir qeyd-şərt olmadan qəbul etməkdir, hətta əgər bu istəklər insani kəramətlər və insaniyyətlə müxalif olsa da belə. O cümlədən, hemoseksologiyanın qəbul olunması və sair. Belə ki, bu xüsusiyyət qəti olaraq İslamın qəbul etdiyi demokratiyadan deyildir. Ümumiyyətlə, peyğəmbərlərin göndərilməsinin əsas hədəfi bəşərin bu kimi yersiz istəkləri mübarizə aparmaq, onların insani kəramət və ləyaqətə doğru sövq edilməsi olmuşdur.

Bundan əlavə, Quranda əksəriyyət məzəmmət olunmuşdur.[6] Elə əksəriyyət ki, peyğəmbərlərin bəşəriyyəti səadətə, hidayətə və kamala doğru çağırışdan ibarət olan dəvətlərini öz istəklərinə müxalif görür və əql və düşüncələrini işə salmadan onlarla müxalifətə qalxırdılar.

Yuxarıdakı müqəddimələrə diqqət yetirməklə İslamın demokratiya ilə əlaqədar nəzəriyyəsini araşdırırıq:

1. Birinci nəzəriyyə budur ki, əsasən din və demokratiya bir-biri ilə zidd olan iki məfhumdur və onların arasında heç bir əlaqə, uyğunluq yoxdur. Çünki, demokratiya siyasət və hökumət məsələlərində istifadə olunan bir üslubdur və dinin də siyasi məsələlərlə heç bir əlaqəsi yoxdur.

Bu, dinin siyasətdən ayrı olduğuna inananların nəzəriyyəsidir. Çünki, onların nəzərində dinin həddi-hüdudu və miqyası insanın şəxsi işlərində, onun Allah ilə əlaqəsində, axirətə etiqadda həsr olunur və ictimai-siyasi məsələlərə heç bir aidiyyəti yoxdur.

2. Başqa bir nəzəriyyə budur ki, bu iki məfhumun arasında tam təzad – paradoks vardır, onların bir-biri ilə heç bir uyğunluğu yoxdur. Çünki, demokratiya camaatın fikir və rəylərinə mütləq dəyər verir və bu, demokratiyanın məfhumundan heç bir vəchlə ayrıla bilməz. Halbuki İslam camaatın rəyi üçün belə bir mütləq rəyi qəbul etmir. Misal üçün, əgər camaatın əksəriyyətinin rəyi dinin həmin cəmiyyətdə hakim olmaması əsasında olsa, bu nəzəriyyə demokratiya tərəfindən qəbul olunur, amma İslamda qəbul olunmur.

Burada iki dəstə yerləşir: bir tərəfdə şəriətə iltizamlı olanlar qərar tutur. Belə ki, onlar adi camaatın rəy və nəzəriyyələri üçün heç bir dəyər vermir. Digər tərəfdə isə dinlə mübarizə aparanlar dayanır və inad üzündən dinin hakimiyyətdə olmasını görmək istəmirlər. Birinci dəstə dini himayə etmək, dini hökuməti dəstəkləmək mövqeyində dayanaraq demokratiyaya zidd olan bir nəzəriyyəyə sahib olmaqla bu ikisini bir yerə cəm edə bilmir. İkinci qrup isə demokratik hakimiyyətə inanır və dini, demokratiya ilə ziddiyyətdə görür.

3. Üçüncü nəzəriyyə budur ki, İslamın demokratiya ilə nə kamil ziddiyyəti var, nə də onunla tam uyğundur. Yəni din ilə demokratiyanın əlaqəsi ümum-xüsus əlaqəsidir. (Yəni bəzi məsələlərdə hər ikisi müştərəkdir, bəzi məsələləri islam qəbul edir, demokratiya yox, bəzilərini isə demokratiya qəbul edir, amma islam yox). Bu nəzəriyyəyə əsasən, demokratiyanın müxtəlif növləri vardır ki, onların bəziləri dinin ziddi, bəziləri də dinidir və dini demokratiya İslam tərəfindən qəbul olunur. Demokratiyanın bu növünün mahiyyətcə sair demokratiyalar ilə təfavütü yoxdur. Bu növün yeganə xüsusiyyəti onun dini yönə malik olmasıdır.

 

İmam Xomeyninin (r) nəzərindən demokratiya

İslam respublikası qalibində dünyanın ən demokratik ölkələrindən birinin əsasını qoyan İmam Xomeyni (r) dini mərcəiyyət məqamında İranda İslam respublikasının əsasını qoymaqla sübut etdi ki, İslam ilə demokratiyanın nəinki ziddiyyəti yoxdur, üstəlik bu ikisi bir-biri ilə cəm oluna bilər və camaatın rəyinə arxalanmaqla cəmiyyətin idarə edilməsində İslam ən demokratik bir üslubdur.

Əgər demokratiyanın tərifində “o bir üslubdur ki, onun əsasında insanların öz hakimlərini (rəhbərlərini) seçməkdə, onları işdən, vəzifədən götürməkdə, eləcə də öz tale və müqəddəratlarını təyin etməkdə özlərinin azad iradələri rol oynayır və həqiqətdə bu, əksəriyyətin rəyi əsasında olan hökumət üslubudur” desək, bu mətləb imam Xomeyninin (r) nəzəriyyələri ilə təzadlı deyildir. O cənab bu barədə buyurur: “Burada millərin rəyləri hökmranlıq edir. Hökuməti öz əlinə alan məhz bu millətdir... Millətin hökmündən kənara çıxmaq heç birimiz üçün caiz deyildir və qeyri-mümkündür.” [7]

Camaatın öz müqəddəratını təyin etməkdəki əsas rolu İmam Xomeyninin (r) dövlətə, parlament nümayəndələrinə və sairlərə xəbərdarlıq etdiyi zaman tamamilə müşahidə olunur.

O cənab Milli Məclis nümayəndələrinə tövsiyə edərkən buyurmuşdu ki, millətin yolunun əksinə hərəkət etməsinlər. O daha sonra buyururdu: “Əgər öz meyllərinizə müvafiq olaraq demokratiyaya əməl etmək istəsəniz (bilin ki,) demokratiya budur ki, əksəriyyətin rəyi, özü də belə (yüksək səviyyədə) olan əksəriyyətin rəyi mötəbərdir. Əksəriyyət nə desə, onların rəyləri möhtərəmdir, hətta onların öz zərərinə olsa belə. Siz onların qəyyumu deyilsiniz ki, onlara “filan iş sizin zərərinizədir, biz bu işi görmək istəmirik!” - deyəsiniz. Siz sadəcə onların vəkilisiniz.” [8]

Bu sözlər tam aşkar şəkildə imam Xomeyninin (r) (demokratiya barədə) əqidəsini bəyan edir. O, inanırdı ki, hər bir cəmiyyətin və hər bir millətin üzvlərinin taleyinin təyin olunması onların öz əlləri ilədir və öz rəylərinə bağlıdır. O cənab həm də  inanırdı ki, “İslamda demokratiya mövcuddur və İslamda insanlar həm əqidə bəyanında, həm də əməldə azaddır, bu şərtlə ki, hilə və məkr işlətməmiş olsunlar.” [9] İran İslam hökumətinin rəhbərinin əqidəsi Əsas Qanunda da cilvələnir.

İslam respublikasının Əsas Qanunda İslamla demokratiyanın qarşılıqlı əməkdaşlığı aşkar şəkildə görünür. Belə ki, bu ölkənin Əsas Qanununda dini hökumətlə demokratik hökumət bir-birindən ayrı olan iki şey deyildir; əksinə bu ikisi bir-biri ilə təyinedici və şərtləndirici rabitəyə malikdirlər. Hətta demək olar ki, Əsas Qanunun məntiq və ruhuna uyğun olaraq İslam hökuməti mütləq şəkildə demokratik hökumətdir. Bəlkə də buna görə İslam respublikasının banisi belə bir quruluş üçün “İslami hökumət” ünvanının seçilməsi ilə müvafiq olmadı, onun “İslam respublikası” adlandırılmasına israr etdi.

İslam Respublikasının Əsas Qanununun 3-cü fəslinin 19 və 23-cü maddələrində “millətin hüququ” ünvanı ilə (bu, bəyan və əqidə azadlığı, siyasi azadlıq, partiya fəaliyyəti, mətbuat azadlığı, bütün insanların qanun qarşısında bərabərliyi və sair kimi bəndlərə şamildir), eləcə də 5-ci fəslində “millətin hakimiyyət haqqı” ünvanı ilə qeyd olunanlar İslamın demokratiya qarşısında tutduğu mövqeyi bəyan edir. [10] İslamdan bu cür çıxarış və onun dini mətn və mənbələrdə dəstəklənən demokratiya ilə əlaqəsi həm ayə və rəvayətdən, həm də Peyğəmbər (səlləllahu əleyhi və alih)-in və imam Əli (əleyhis-salam)-ın hökumətlə əlaqədar sirə və davranışından əldə olunur.

Quranda Peyğəmbər (səlləllahu əleyhi və alih)-ə xitabən buyurulur:

وَ شَاوِرْهُمْ فِی اْلاَمْرِ

“Bu işlərdə onlarla məşvərət et.” [11]

Bir ayədə isə məşvərət etməyi namaz qılmaqla yanaşı qeyd edir.[12]

Əqidə azadlığı ilə əlaqədar buyurur:

فَذَکِّرْ اِنَّمَا اَنْتَ مُذَکِّرٌ، لَسْتَ عَلَیْهِمْ بِمُصَیْطِرٍ

“Belə isə, sən xatırlat, öyüd-nəsihət ver, çünki sən sadəcə öyüd-nəsihət verənsən və onlara hakim deyilsən.”[13]

Nümunə ünvanı ilə qeyd etdiyimiz bu ayələr camaatın öz taleyini həll etməkdə ciddi iştirakını, yaşadıqları cəmiyyətin işlərində şərik olmalarını, həmçinin əqidə azadlığını, mədəni azadlıqlarını, o cümlədən bəyan və sair azadlığını bəyan edir.

Məsumların (əleyhimus-salam) rəftar və davranışı da həmin müddəanı isbat edir. Peyğəmbər (səlləllahu əleyhi və alih) besətin əvvəllərində Mədinəyə hicrət etdiyi zamana qədər hökumət təşkil etmək üçün qanuni haqqa malik olsa da, amma bu işi Mədinədə gördü. Çünki Mədinə əhalisinin ümumxalq istəyi  belə bir şey idi ki, bu da camaatla beyətdə həyata keçdi. [14]

Eləcə də “Qədir” və sair kimi rəvayətlərə uyğun olaraq imam Əli (əleyhis-salam) Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən sonra ilahi vilayət və rəhbərlik haqqına malik olsa da, yalnız camaatın əksəriyyətinin razılığını gördükdə (Peyğəmbərin vəfatından 25 il sonra) əməli vilayəti və hökuməti qəbul etdi.

O həzrət camaata xitab edərək buyururdu: “Mənimlə, tarixin zalımları ilə danışıqda adət olan şəkildə danışmayın və elə fikirləşməyin ki, mənim qarşımda haqq söz deyilən zaman mənə ağır gələcəkdir... Belə isə, haqq sözü və ədalətli təklifləri əsirgəməyin.” [15]

Ölkənin idarə edilməsində məşvərət əsasında qərar çıxarmaq və bu məqamda başqaları ilə şərik olmaq imam Əli (əleyhis-salam)-ın siyasət və proqramların başında dayanırdı. Bu da camaatın öz taleyinin və müqəddəratın həll edilməsində şərik olması, yəni bütün qərar qəbul edilmələrdə iştirak etmələri deməkdir. Buna əsasən, müəyyən hallarda əksəriyyətin rəyi qanuni olmasa da, amma əksəriyyət hökumətin qurulma sahələrində öz məqbuliyyətləri, yaxud hökumətin zühura çatdırmaları kimi rolu ifa edə bilərlər.

İslam nəzərindən camaatın öz taleyini həll etmək haqqı vardır və İslami hökumət sayəsində fərdi və ictimai azadlıqdan bəhrələnirlər.

İslam, qərb məfkurəsində olan demokratiyanın bəzi ünsürlərini qəbul etmir; o, əksəriyyətin rəyi insani kəramətlə təzadda olan hallardır. Amma demokratiyanın digər ünsürləri, onda mövcud olandan daha yüksək və gözəl şəkildə İslamda mövcuddur. Deməli, nəinki din ilə demokratiyanın arasında heç bir təzad yoxdur, üstəlik İslamın daxilində ən mütərəqqi demokratiya mövcuddur.



[1] Əli Babai, Qulam Rza, “Siyasi elmlər ensiklopediyası”, 1-ci cild, “demokratiya”, kəlməsi, Kohən Karl, “Demokratiya” (Fəribərz Məcidinin tərcüməsi), səh. 21

[2] Yenə orada

[3] İnayət, Həmid, “İslamın yeni siyasi təfəkkürü”, səh. 179

[4] Bu söz hal-hazırda geniş yayılmışdır: “Hansı hökumət insanların hüququnı daha çox dirçəldirsə, o hökumət daha artıq demokratikdir.”

[5] Əlbəttə, demokratiyanın tərifi, mövzusu, xüsusiyyətləri və camaatın hüquqlarının demokratiya ilə əlaqəsi, eləcə də İslam mənbələrinin bu mövzu ilə əlaqədar nəzəriyyəsinin araşdırılması geniş bir tədqiqat tələb edir və bu məqaləyə sığmaz.

[6] “Maidə” surəsi, ayə: 103

[7] İmam Xomeyni (r), “Səhifeyi nur”, 9-cü cild səh. 304, 14-cü cild, səh. 109

[8] “Səhifeyi nur”, 8-ci cild, səh. 247

[9] Yenə orada, 4-cü cild, səh. 234

[10] İslam Respublikasının Əsas Qanunu, 1358-ci il təsdiqi, axırıncı islahatlarla 1368-ci il çapı.

[11] “Ali-İmran”, surəsi, ayə: 159

[12] “Və o kəslər ki, namaz qılır və işlərini məşvərət əsasında əncam verilər.” “Şura” surəsi, ayə: 38

[13] “Ğaşiyə” surəsi, ayə: 21-22

[14] Ayəti, Məhəmməd İbrahim, “İslam Peyğəmbəri (səlləllahu əleyhi və alih)-in tarixi”, səh. 181

[15] "Nəhcul-bəlağə" (“Xorşidi bi ğürub”, tərcümə Əbdül-Məcid Məadixah, 207

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Vilayəti fəqihə əqidəli olmaq nə vaxtan başlayıb?
    9428 Nizamlar hüquq və əhkam 2012/10/06
    Fiqhdə müctəhidlik dərəcəsinə çatan şəxs tərəfindən İslam cəmiyyətinin rəhbərliyi mənasına olan 2 vilayəti fəqih" məsələsi, bəzilərinin nəzərində İslam düşüncəsi tarixində təzə bir mövzudur və onun keçmişi iki əsrdən azdır. Bunlar iddia edirlər ki, şiə və sünnü fəqihlərinin heç biri bu məsələni araşdırmayıblar ki, fəqihin fətva və hökm ...
  • Dəccal kimdir? Onun barəsində olan rəvayətləri izah etmənizi istərdik.
    9024 Qədim kəlam 2011/08/23
    Zühurynəlamətlərindənbiridəinsanlarızəlalətəsalanvəazdıran “Dəccal” adlıbir
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    119747 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • İslam dini nöqteyi nəzərindən bir qatil və günahkar kafir iman gətirərsə onun keçmiş günahları bağışlanırmı?
    7423 Nizamlar hüquq və əhkam 2011/06/12
    Müqəddəs İslam dinində yeni müsəlman olmuş şəxslər üçün müəyyən qanunlar təyin olunmuşdur. O cümlədən, əgər kafir şəxs müsəlman olmazdan öncə bir sıra günahlara qatılarsa və Allah Taalanın haqqını aradan apararsa (namaz qılmaz, oruc tutmaz və sair. Bu kimi vacibləri tərk edərək günaha düşərsə). Allah tərəfindən onun günahı bağışlanır.
  • "Möminlər"dən məqsəd müsəlmanların hansı dəstəsidir?
    8731 Qədim kəlam 2011/07/02
    Möminlər Allahın varlığını təsdiq edən, Onun müqabilində təslim olan, bütün ilahi peyğəmbərlərə iman gətirən və bunlara əməl etməkdə də israrlı olanlardır.Nəzərinizə çatdıraq ki, imanın mərtəbə və dərəcələri vardır. Quran ayələrinə, Peyğəmbərdən (s) nəql olunan hədislərə əsasən Əhli-beytin (ə) vilayətinə etiqad bəsləmək imanın ali və əsil mərtəbələrindəndir. Quran ayələri vasitəsi ...
  • “Əməli əsl” və “ictihadi dəlil” dedikdə məqsəd nədir və bunların arasında nə kimi əlaqə vardır?
    6117 Nizamlar hüquq və əhkam 2012/02/18
    Əməli əsl“Əməli əsl” üsuli-fiqh elmində bir termindir. Onun mənası şəri hökmün təyinində şəkk yaranan zaman mükəlləfin əməli (şəri) vəzifəsini aydınlaşdıran bir qaydadan ibarətdir – dəlil və əmarə tapmadıqdan sonra. Başqa sözlə desək, əməli əsl, yaxud əməliyyə əslləri şəkk-şübhəyə düçar olan bir şəxsin əməlini ...
  • can verən halla ölüm səkəratı arasında farq nədir?
    7016 حقانیت مرگ 2015/06/02
    Ərəbcədən ehtizar sözü iftial şəklində olub, həzər sözünün yəni, hazır olmaq mənasındandır. Bəziləri deyirlər, insanın son anında ölüm mələklərinin hazır olmasına görə bu hala, ehtizar deyilir.[1] Belə bir hala düşən insana isə möhtəzər (can verən) deyilir.[2] Ehtizar yəni, can verən vaxt ...
  • Nə üçün bəzi müsəlmanların əməlləri onların din və məzhəb əqidələriylə üst- üstə düşməyib əksinə olur?
    6454 Əməli əxlaq 2011/05/15
    İnsan bir neçə təbəqədən təşkil olmuş bir varlıqdır; ruhi və İlahi, maddi və mənəvi, ictmai və atifi və... təbəqələrdən ibarətdir. Bu təbəqələr həmişə bir- biriylə mübarizədədirlər ki, bu da insanı əqidəsiylə əməlləri arasında müxalifətə doğru yol açır. İlahi dinlər, xüsusiylədə İslam dini insanları nəfsin istəkləri tələsindən qurtarıb onu ...
  • Мәләкләр мүҹәррәддиләр, ја мадди?
    6743 İslam fəlsəfəsi 2010/06/12
    Ола билсин ајә вә рәвајәтләрдә мәләкләрин сырф мүҹәррәд олмасы ајдын шәкилдә бәјан едилмәјиб. Амма, онларын һаггында әлдә олан мәлуматлар, о ҹүмләдән, онларын рәфтарлары вә вәсфләри мүҹәррәд олмаларына дәлилдир. Чүнки, ајә вә Мәсумларын (әләјһимуссалам) рәвајәтләриндә мәләкләр һаггында бизә чатан һәдис вә кәлмәләрин мәзмуну онларын ...
  • İmam Riza (əleyhis-salam)-ın “Zamini-ahu” (Ahunun zamini) adlandırılmasının səbəbi nədir?
    10576 Nizamlar hüquq və əhkam 2012/01/19
    İmam Riza (əleyhis-salam)-ın məşhur ləqəblərindən biri də “Zamini-ahu”dur (ahunun zamini). Şiə mənbələrində bu hadisə camaat arasında məşhur olan şəkildə mövcud deyildir. Amma camaat arasında deyilən nəqlə oxşar rəvayət vardır. Peyğəmbərə, İmam Səccada və İmam Sadiq (əleyhimus-salam)-a mənsub edilən möcüzələrdə də gözə dəyir. Mərhum Şeyx Səduq “Uyunu əxbarir-Riza (əleyhis-salam)” kitabında bu ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    164675 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    163733 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    119747 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    113679 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    110524 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    94037 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    54839 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    54123 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    46130 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    45746 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...