Ətraflı axtarış
Baxanların
14404
İnternetə qoyma tarixi: 2011/09/07
Sualın xülasəsi
Şeytanın nəfsi-əmmarə ilə fərqi nədir?
Sual
Şeytanın nəfsi-əmmarə ilə fərqi nədir?
Qısa cavab

İnsanın həqiqi mahiyyəti – onu nəfs adlandırırlar – müxtəlif qat və şaxələrdən ibarətdir. Qurani-Kərimdə onun üç mərtəbəsinə (əmmarə, ləvvamə və mütməinnə) işarə olunmuşdir.

Nəfsi-əmmarənin mənası budur ki, heyvani meyllər insana hakim olur. O elə bir halətidir ki, nəfs həmişə insana pisliklər və şəhvanı istəklərinin tələbini yeinə yetirmək fərmanı verir.

Şeytana gəldikdə isə qeyd etməliyik ki, lüğət və dini terminologiya baxımından tüğyan edən hər bir inadkar və itaət göstərməyən varlığa şeytan deyilir; istər insan cinsindən olsun, ya cinn, ya da heyvan cinsindən.

İblis dedikdə isə, xüsusi bir şeytan nəzərdə tutulur. O cinlərdəndir, etdiyi çoxlu ibadətlərin sayəsində mələklərin cərgəsinə qoşulmuşdu, lakin Allahın Adəmə səcdə etmək barəsindəki əmrindən boyun qaçırdıqdan sonra ilahi rəhmət dərgahından qovuldu və and içdi ki,insanları vəsvəsə edərək azğınlıq və zəlalət yoluna salaçaqdır.

Belə bir nəticə ortaya cıxır: nəfsi-əmmarə, həqiqətdə, şeytanın alətlərindən, insana nüfuz etmək və ona hakim kəsilməyin yollarından biridir və şeytanın qöşun və əsgərlərindən hesab olunur.

Beləliklə, xarici şeytan olaraq İblisin vəsvəsəsi çöldən, daxili şeytan olaraq nəfsi-əmmarənin təhrik və tələbləri içəridən insanı süqut və tənəzzülə aparıb çıxardır. Başqa bir sözlə desək, nəfsi-əmmarə – insanda mövcud olan heyvani meylləri nəzərə olmaqla – şeytanın vəsvəsəsinin təsiri altına düşür. Şeytan da addım-addım insanı öz dəstəsinə salanacaq irəliləyir.

Ətreaflı cavab

Bu suala cavab vermək üçün bir neçə müqəddimni söyləmək məcburiyyətindəyik:

Birinci müqəddimə: Nəfs və onun mərtəbələri:

İnsanın həqiqi mahiyyəti üç qat və şaxədən (heyvani, insani və ilahi) ibarətdir. Qurani-Kərimin ayələrindən də tam məlum olur ki, insanın ruh və nəfsi üç mərtəbədən ibarətdir:[1]

1- Nəfsi əmmarə ya insanın heyvani qatı:

İnsanın heyvani qatı şəhvət, qəzəb və nəfsani meyllərlə xarakterizə olunur.[2] Quran bu qəbil daxili meyl və nəfsani haləti-ruyiyyəni “nəfsi-əmmarə” adlandırır və israrla bildirir :Nəfs (insanı) daim pisliyə əmr edəndir”.[3]

Elə buna görə də ona əmmarə (pisliklərə əmr edən) deyirlər. Bu mərtəbədə hələ ağıl və iman o qədər də qüdrətə malik deyllər ki, inadkar və itaətdən boyun qaçıran nəfsi ram etsinlər. Hətta bir çox yerlərdə ona təslim olur və inadkar nəfsin qarşısında məğlub olurlar.

Misir valisi Əzizin zövcəsinin[4] dili ilə bu mərtəbəyə belə işarə edilir:

«و ما أبرئ نَفْسِی إِنَّ النَّفْسَ لَأَمَّارَةٌ بِالسُّوءِ»

“Mən öz nəfsimi təmizə çıxarmaq istəmirəm. Çünki, (insanın) nəfs(i) daim pisliyə əmr edəndir”.[5]

2- Nəfsi-ləvvamə:

“Nəfsi-ləvvamə” də nəfsin bir mərtəbəsidir; təlim-tərbiyə və mübarizədən sonra insan bu mərtəbəyə yüksəlir. Bu mərtəbədə insanın bəzən, tüğyan edən daxili hislərinin təhriki altında, günah etməsi mümkündür, lakin tez peşiman olur, özünü qınayıb danlamağa başlayır, günahı təmizləmək qərarına gəlir, qəlb və ruhunu tövbə suyu ilə yuyur.

Qurani-Kərim bu mərtəbəni “nəfsi-ləvvamə” adlandırır və deyir: “Və and içirəm özünü məzəmmət edən nəfsə (ki, Qiyamət haqdır).”[6]

3- Nəfsi-mütməinnə:

“Nəfsi-mütməinnə” nəfsin elə bir mərətəbəsidir ki, insan tam təmizlənmə, saflaşma və özünütərbiyədən sonra o mərtəbəyə yetişir. Bu mərtəbədə tüğyan edən daxili

meyllər özlərində ağıl və iman ilə döyüşmək üçün güc görmürlər. Çünki ağıl və iman o qədər güclü olurlar ki, nəfsani istəklər onların qarşısında nəzərəçarpacaq bir gücə malik olmurlar.

Bu peyğəmbərlərin, övliyaların və onların həqiqi davamçılarının məqamıdır. O həqiqi davamçılar müqəddəs ilahı insanların məktəbini keçmiş, iman və təqva dərsi öyrənmiş, illərlə nəfslərini paklamaqla məşğul olmuş və ən nəhayət, böyük mücadilədən sonra bu mərtəbəyə yetişmişlər.

Quran bu mərtəbəni “nəfsi-mütməinnə” adlandırıb buyurur:

“Ey (təqvanın kamalı sayəsində) arxayın olmuş nəfs (elə bir məqama yetişmiş nəfs ki, həvayi-həvəslər və şeytanlar onu azdırmağa qadir deyildir), dön Rəbbinə, sən Ondan, O da səndən razı olaraq! Mənim bəndələrimin zümrəsinə daxil ol! Və Mənim Cənnətimə daxil ol!”[7]

İkinci müqəddimə:İblis və şeytan:

1. İblis:

İblis dedikdə xüsusi bir şeytan nəzərdə tutulur. O cinlərdəndir, etdiyi çoxlu ibadətlərin sayəsində mələklərin cərgəsinə qoşulmuşdu, lakin itaətsizlik göstərdikdən sonra yolu onlardan ayrıldı və o uca məqamdan süqut etdi. Çünki Allahın əmrinə itaət etmədi və aşkara günahkarlıq etdi.[8]

2- Şeytan:

Şeytan kəlməsi “şətən” kökündəndir, müxalifət etmək və uzaqlaşmaq mənasını daşıyır. Tüğyan edən hər bir inadkar və itaət göstərməyən varlığa şeytan deyilir; istər insan cinsindən olsun, ya cinn, ya da heyvan cinsindən.[9]

Sözümüzə dəlil olaraq Qurandan bu ayəyə istinad edirik: “Beləcə hər bir peyğəmbər üçün insan və cin şeytanlarından düşmənlər qoyduq”.[10]

İblisi itaətdən boyun qaçıran fitnəkar və tüğyan edən təxribatçı bir varlıq olduğuna görə “şeytan” adlandırmışlar.

Üçüncü müqəddimə: Nəfsi-əmmarə ilə şeytanın əlaqəsi:

Nəfsi-əmmarə, həqiqətdə, şeytanın alətlərindən, insana nüfuz etmək və ona hakim kəsilməyin yollarından biridir və şeytanın qöşun və əsgərlərindən hesab olunur.

Beləliklə, xarici şeytan olaraq İblisin vəsvəsəsi çöldən, daxili şeytan olaraq nəfsi-əmmarənin təhrik və tələbləri içəridən insanı süqut və tənəzzülə aparıb çıxardır.

Şeytanın bütün təlaşı insanı azdırmaq və həqiqətə çatmasının qarşısını almaqdan ötrüdür. Bunu etmək üçün o, Allahın izzətinə and içmişdir. Belə ki, Quranda belə qeyd edilir:(İblis) dedi: “İzzətinə and olsun ki, onların hamısını (Adəmin nəslinin hamısını) aldadıb doğru yoldan çıxaracağam. Onların arasından Sənin xalis və seçilmiş bəndələrin istisna olmaqla.”[11]

Bu ayədə işlənən “əğva” (aldatmaq) kəlməsi “ğey” kəlməsindən düzəldilmişdir ki, “artımın əksi” mənasını kəsb edir, artım da reallıq və həqiqətə çatmaq üçün inkişaf mənasını öz qoynunda gizlətmişdir.[12]

Şeytan Allahın izzətinə and içmişdir ki, insanı yolundan azdıracaqdır.[13] O, insanı düz yoldan sapdırmaq üçün addım-addım irəliləyir, insanı öz təlqin və vəsvəsələrinin təsiri altına salır, axırda insanın özü də bir şeytana çevrilir və onun vasitəsilə başqa insanlar da yollarından azdırılır.

Şeytanın vəsvəsəsinin təsiri altında heyvanı istək və meyllərinə təslim olmuş insan nəfsi-əmmarənin toruna düşmüşdür.

Həzrət Əli (ə) buyurur: “Nəfsi-əmmarə ikiüzlü insan kimi adama yaltaqlanır və dost cildində insana yaxınlaşır ki, onu özünə tabe edib hakim kəsilsin və onu sonrakı mərhələyə salsın.”[14]

Şeytan imanı zəif olan insanları vəsvəsə edir və şəhvanı meyllər və nəfsi-əmmarələrinin köməy ilə onların qəlbini öz yuvasına çevirir, nəhayətdə onların əl və bədənləri ilə təmas yaradır, görüşüb-qucaqlaşır və onları öz dost-yoldaşları edir. Çünki qəlbi şeytanın evinə çevrilən şəxs nəinki şeytanın mehmandarı, lap dost-yoldaşı olacaqdır.[15]

Belə insanlar barəsində Həzrət Əli (ə) buyurur: “Beləliklə, şeytan onların gözləri ilə baxır və onların dilləri ilə danışır”.[16]

Nəticə: Konkret fikir söyləsək:

Şeytan və nəfsi-əmmarə, hər ikisi insanın düşmənidirlər.

Elə buna görə də, Quran həm şeytanı insanın aşkar düşməni kimi tanıtdırır və insana tapşırır ki, onu özünə düşmən bilsin,[17] həm də məsum rəhbərlərdən (ə) nəql edilən rəvayətlərdə nəfsi-əmmarə (həvayi-nəfs) düşmən sayılır. Sevimli Peyğəmbər (s) “Sənin ən pis düsmənin öz nəfsindir”[18] deyə buyurduqda məhz nəfsin bu mərtəbəsini nəzərdə tutur.

Nəfsi “ən pis düsmən” adlandırmağın sirri onun daxildə olmasıdır. Xarici düşmən və çöldəki oğru bu daxili düşmən və içəridəki oğrunun köməyi olmadan bir zərər vura bilməz. Bu daxili düşmən içəridədir, məhrəmdir və hər yeri tanıyır. Bu tanımadan istifadə edərək də insanın istəklərini şeytana xəbər verir.

O biri tərəfdən də xarici düşmən, pisliklərə əmr edən İblisin sərəncam və tapşırıqlarını çatdırır. Buna görə də nəfsi-əmmarənin özü də şeytanın qoşunu və əsgərlərindən biri hesab olunur. Həm də onun bir çox xüsusiyyətləri şeytan qoşununun çərgələrində duranlarla eynidir.[19] Beləliklə, nəfsi-əmmarə – insanda mövcud olan heyvani meylləri nəzərə olmaqla – şeytanın vəsvəsəsinin təsiri altına düşür. Şeytan da addım-addım insanı öz dəstəsinə salanacaq irəliləyir.[20]



[1] - “Təfsiri-nümunə”, c. 25, s. 281.

[2] - “İslamda haqq və təklif”, Abdulla Cavadi Amoli, s. 89.

[3] - Yusif surəsi, ayə 53.

[4] - Bir qrup təfsir alimləri bu fikirdədirlər ki, bu cümlədə Həzrət Yusif nəzərdə tutulur, lakin təfsir alimlərinin əksəriyyətı bu fikri qəbul etməmişlər. “Təfsiri-nümunə”, c. 9, s. 433-434.

[5] - Yusif surəsi, ayə 53.

[6] - Qiyamət surəsi, ayə2.

«"وَ لا أُقْسِمُ بِالنَّفْسِ اللَّوَّامَةِ"»

[7] - Fəcr surəsi, ayə 27-28.

«"یا أَیَّتُهَا النَّفْسُ الْمُطْمَئِنَّةُ ارْجِعِی إِلى‏ رَبِّکِ راضِیَةً مَرْضِیَّةً فَادْخُلِی فِی عِبادِی وَ ادْخُلِی جَنَّتِی"»

[8] - “Əl-mizan”, farsca tərcümə, c. 8, s. 26.

[9] - “Əl-müncid fil-lüğət”; “Təfsiri-nümunə”, c. 1, s. 192.

[10] - Ənam surəsi, ayə 112.

« وَ کَذلِکَ جَعَلْنا لِکُلِّ نَبِیٍّ عَدُوًّا شَیاطینَ الْإِنْسِ وَ الْجِنِّ ...»

[11] - Sad surəsi, ayə 82-83.

«"قالَ فَبِعِزَّتِکَ لَأُغْوِیَنَّهُمْ أَجْمَعینَ ".»

[12] - “Əl-mizan”, farsca tərcümə, c. 1, s. 192.

[13] - Sad surəsi, ayə 82-83.

«"قالَ فَبِعِزَّتِکَ لَأُغْوِیَنَّهُمْ أَجْمَعینَ ".»

[14] - “Qürərül-hikəm”

[15] - “Məbadiyi-əxlaq dər Quran”. Abdulla Cavadi Amoli, s. 115.

[16] - “Nəhcül-bəlağə”, xütbə 7.

« فنظر بأعینهم ونطق بالسنتهم؛»

[17] - Bəqərə surəsi, ayə 168.

«انه لکم عدو مبین »

[18] - “Biharül-ənvar”, c. 67, s. 64.

« قال النبی (ص): «اعدی عدوک نفسک التی بین جنبیک»

[19] - “Təsnim” təfsiri, Abdulla Cavadi Amoli, s. 115.

[20] - “Şeytan onlara hakim olub Allahı yad etməyi onlara unutdurmuşdur. Onlar Şeytanın firqəsidirlər. Agah ol ki, Şeytan firqəsi həmin ziyankarlardır”. Mücadilə surəsi, ayə 19.

«استحوذ علیهم الشیطان فانساهم ذکرالله، اولئک حزب الشیطان»

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Habil və Qabil kim ilə evlənmişdi?
    25372 Təfsir 2011/05/17
    Tarix və rəvayət mənbələrinə əsasən, hazırkı insan nəsli nə Habildən, nə də Qabildən davam etməmişdir. Əksinə, həzrət Adəmin Şeys (Hibətullah) kimi digər övladlarından davam etmişdir. İslam alimləri arasında Adəm (əleyhis-salam)-ın övladlarının kim ilə evlənməsi ilə əlaqədar iki nəzəriyyə mövcuddur və hər bir dəstə ...
  • İnsan və Allah tərəfindən olan hidayətlər.
    8640 Qədim kəlam 2011/01/04
    İnsanların düz yola hidayət olması iki qismə bölünür:Birincisi insanın daxilindən (fitrətən) gələn tohid səsidir ki, buna bəzən təbii (təkvini) hidayət və vicdanın səsi də deyirlər.Qurani- kərimin bəyanına əsasən bütün dünya insanları, Allah taalanın lütfü sayəsində bu hidayət növündən bəhrələnərək ilahi şəriətə tərəf yönəlmişdir.İkinci hidayət yolu isə möminlərə ...
  • İslam və şiə nəzərində, insan nə vaxt cəbr və ixtiyar sahibidir?
    11072 Qədim kəlam 2010/10/13
    Dini mənbələrə müraciət etməklə və Quran ayələri və rəvayətlərdən insanın ixtiyar sahibi olması başa düşülür. Bu o demək deyildir ki, insan hər bir işdə ixtiyar sahibidir və heç bir qüdrət onun rəftar və işlərində təsir qoyub hakimiyyət edə bilməz. Bəklə məqsəd budur ki, bütün bu amillər və ...
  • Nə üçün Allah- Taala Kəbə evinin düzəlməsini əmr edib?
    10683 Əhkam və hüquq fəlsəfəsi 2011/05/31
    Ayə və hədislərə istinad edərək deyə bilərik ki, Məkkə və Kəbə evi bəşəriyyətin hidayət yolunun və İlahi ibadətin göstəricisidir. Bundan əlavə insanlar üçün bərəkət və onların ibadət üçün cəmləşdikləri müqəddəs məkandır. Bu yerin susuz olmağına və daim quru səhralıq olmağına baxmayaraq İlahi öz bərəkətini buraya nazil edərək bu yeri bəşəriyyət ...
  • İmam Zaman (əleyhis-salam)-ın bizdən razı olmasını necə başa düşmək olar?
    6502 Əməli əxlaq 2011/10/22
    İmam Zaman (əleyhis-salam)-ın şiələri olan həqiqi möminlər həm özlərini, həm də əməllərini anbaan o həzrətin hüzurunda görür, o əziz insanın şərf xatirini kədərləndirməmək, yaxud o həzrətin xüsusi inayətlərindən məhrum olmamaq üçün, habelə o həzrətin diqqətini daha artıq cəlb etmək və ona yaxınlaşmaq üçün ruhi-mənəvi ...
  • Meyqunun halal və xərçəngin haram olmasının fəlsəfəsi nədir? Halbuki hər ikisi bir növdəndir?
    11725 بیشتر بدانیم 2012/09/24
    Bütün şəriət hökmləri məsləhət (fayda) və məfsədə (zərər) əsasındadır. Hər hökmün də müəyyən bir fəlsəfəsi, səbəbi vardır. Lakin bütün incəliklərinə qədər hökmlərin səbəblərinin kəşf edilməsi çox çətin məsələdir. Sadəcə hökmlər üçün külli qayda-qanunlar bəyan etmək olar. Əlbəttə, burada “külli” dedikdə əksəriyyət mənasıdır və onda da istisna halları ...
  • Allaha görmək mümkündürmü? Necə ?
    7246 Qədim kəlam 2011/04/16
    Əql və şəriətin hökmünə əsasən Allah-taala nə dünyada, nə də axirətdə zahiri gözlərlə görünə bilməz, lakin qəlb gözü ilə görünə, yəni hiss oluna bilər. Qəlblər öz vücud tutumlarına uyğun olaraq batini, şuhud yolu ilə, həm də batinin – ruhun (nəfsin) lətifləşdirilməsindən, saflaşdırılmasından sonra, şəri riyazət və ibadətlərin ...
  • Nəml surəsində “Dabbətul-ərz”dən məqsəd nədir?
    9148 دابة الأرض 2015/05/27
    “Dabbə” termini məna nöqteyi nəzərindən, hərəkət edən canlı mənasınadır. Həm insan həmdə qeyri insanda işlədilir. Amma mübarək ayədə “yerdəki hərəkət edəndən canlı”dan məqsəd nədir? Və onun proqramı və vəzifəsi necədir? Quran üstüörtülü şəkildə açıqlayıb, və deyir: Canlı və hərəkət edən bir canlıdır ki, Allah onu qiyamət günündən ...
  • Həzrət Fatimeyi-Zəhra (əleyha salam)-ın çox da ömür sürmədiyi halda ilahi peyğəmbərlərin məqamına çatması qəribə deyildirmi?!
    6762 Qədim kəlam 2012/01/19
    Qurani-kərimin aşkar buyurduğuna görə həzrət İsa (əleyhis-salam) beşikdə olan zaman Allah dərgahında yüksək bir məqama malik olmuşdu:فَأَشارَتْ إِلَیْهِ قالُوا کَیْفَ نُکَلِّمُ مَنْ کانَ فِی الْمَهْدِ صَبِیًّا  قَالَ إِنِّی عَبْدُ اللَّهِ آتانِیَ الْکِتَابَ وَ جَعَلَنِی‏ نَبِیًّا وَ جَعَلَنِی‏ مُبَارَکاً أَیْنَ ما کُنْتُ وَ أَوْصَانِی‏ بِالصَّلاةِ وَ الزَّکاةِ ...
  • İmam Zamanın (ə) qeyb əsrində olmasının nə kimi faydası vardır və bunun fəlsəfəsini açıqlayın.
    9515 Qədim kəlam 2011/05/10
    İmamın insanlar arasında yaşamasının və olmasının çoxlu faydası vardır. Ən azından Allah- Taala onların ehtiramına bərəkət nazil edir. Həmçinin İmamın gözlərdən qeybdə yaşamasının da faydası belədir. Bu faydalardan bir neçəsini aşağıda qeyd edirik: 1)             Yer üzərində İlahi feyzin vasitəçisidir.

Ən çox baxılanlar

  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    168383 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    166327 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    121707 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    115772 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    114761 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    96368 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    60256 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    56415 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    49002 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    47172 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...