Ətraflı axtarış
Baxanların
8314
İnternetə qoyma tarixi: 2010/04/22
Sualın xülasəsi
Нәјә ҝөрә Шејтан оддан јараныб?
Sual
Нәјә ҝөрә Шејтан оддан јараныб?
Qısa cavab

Аллаһ-таала мүтләг һикмәт саһиби олуб бүтүн ишләри там шәкилдә һикмәт әсасындадыр. Беләликлә, бүтүн мөвҹудатлар сон дәрәҹә јүксәк илаһи һикмәт әсасында хәлг олунмушлар. Аллаһ-таала һәр бир варлыға ән лајигли вә ҝөзәл сурәти вермишдир.[1] Шејтанын атәшдән јаранмасынын да өзүнә мәхсус илаһи һикмәти вар. Шејтан ҹин тајфасындан олуб оддан јаранмыш вә ләтиф ҹисмә маликдир. Үмуми шәкилдә ҹисмләр ики гисмдир:

Булашыг ҹисмләр; мәсәлән, һејванлар вә инсан кими варлыгларын ҝилдән јаранмыш варлыглар. Ләтиф ҹисимләр; мәсәлән, ҹинләр кими оддан јаранмыш ҹисмләр. Бу ики нөв ҹисмләрин мигдар вә һәҹмләри вар. Амма фәргләри һәгигидир, о да бундадыр ки, шејтан инсан үчүн ҝөрүнмәз вә ләтиф ҹисмә малик олдуғуна ҝөрә мүхтәлиф шәкилләрә дүшүб, мүхтәлиф мәканлара истәдији кими дахил ола биләр, амма инсан шејтан үчүн ҝөрүнән олуб, сүрәтлә мәкан вә һаләтини дәјишмәк габилијјәтинә малик дејил вә онун һәрәкәти тәдриҹидир.

Шејтанын атәшдән јаранмасы һикмәтини ашағадакы мәтләбләрдә хүласәләшдирмәк олар:

1) Шејтанын имтаһаны; Шејтан атәшдән, инсан исә јарадылмышдыр. Атәши торпагдан үстүн сајан Шејтан, өзүнү инсандан үстүн гәләмә верир вә бунунла да Аллаһ-тааланын һөкмүндән бојун гачырыр. Беләликлә, Шејтанын оддан јаранмасынын һикмәти онун имтаһаны үчүндүр. Белә ки, атәшдән олдуғуну билән Шејтан өзүнү мәғрур сајаҹаг, јахуд Аллаһ-таала мүгабилиндә һәмишә бәндәчилик едиб илаһи ҝөстәришләрә бојун әјәҹәк? Неҹә ки, Гурани-Кәрим дә шејтанын Аллаһ-тааланын әмриндән бојун гачырмасы вә Адәмә сәҹдә етмәмәсинин сәбәбини дә һәмин дәлиллә әсасландырмышдыр: “(Аллaһ Иблисə): "Мəн сəнə əмр eдəндə сəнə сəҹдə eтмəјə нə мaнe oлду?" - дeјə бујурду. (Иблис:) "Мəн oндaн дaһa јaxшыјaм (үстүнəм), чүнки Сəн мəни oддaн, oну исə пaлчыгдaн јaрaтдын!" - дeди.”[2]

2) Инсанын имтаһаны; Шејтан инсана гаршы дүшмәнчилијә анд ичмишдир. О, алдадыҹы мөвҹуд олуб һәмишә инсаны етигадларында вә әмәлләриндә ҝүнаһа вә фәсад ишләрә дәвәт едир. О, вәсвәсә вә һијләҝәрлик мәшәидир. Белә ки, һеч бир һәгигәти олмајан батили һагг кими нишан верир.Шејтан инсанлары она мәлум олмајан мүхтәлиф јолларла батиндән вә хариҹдән ҝүнаһа тәрфә чәкир. Шејтанын ләтиф ҹисми олдуғуна ҝөрә инсанларын батининә дә нүфуз јолу вар. Әлбәттә, бу нүфуз инсанын өз ихтијары әсасындадыр. Јәни, инсанлар өзләри шејтана өз гәлбләринә јол верирләр. Әҝәр инсан истәсә, шејтанын онун гәлбинә нүфузуна һеч бир јол гојмаз.

Шејтанын ҝөрүнмәмәсинә вә онун ҝөзләрдән мәхфи олмасына бахмајараг, инсан һәмишә шејтанын нүфузунун гаршысыны алмаға һазыр олмалыдыр. Гуранда охујуруг: “Еј Адəм oғуллaры! Ајыб јeрлəрини өзлəринə ҝөстəрмəк үчүн либaслaрыны сoјундуруб вaлидeјнинизи (Адəм вə Һəввaны) Ҹəннəтдəн гoвдурдуғу кими, Шeјтaн сизи дə aлдaдыб јoлдaн чыxaртмaсын. Шүбһəсиз ки, o (Шeјтaн) вə oнун ҹaмaaты сизлəри сизин oнлaры ҝөрə билмəдијиниз јeрлəрдəн ҝөрүрлəр.” [3]    Бу да инсанын белә бир дүшмәнлә имтаһана чәкилмәсини ҝөстәрир.



[1] Бахмајараг ки, бүтүн бу һикмәтләри дәрк етмирик вә бәшәрин елминин мәһдуд олдуғуна ҝөрә Аллаһ-тааланын ишләриндәки чох һикмәтләрдән хәбәрсизик.

[2] Әраф сурәси, 12-ҹи ајә.

[3] Әраф сурәси, 27-ҹи ајә.

Ətreaflı cavab
Бу суалын изаһлы ҹавабы јохдур
Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Məhrəmlərlə cinsi əlaqənin hökmü nədir?
    17664 Nizamlar hüquq və əhkam 2011/10/20
    İnsanın ən mühüm və güclü qərizələrindən (instinkt) biri olan cinsi qərizə nəslin davam etmə səbəbi və Allah-taalanın insanlara verdiyi böyük nemətlərdən biridir. Bu qərizə insanın həddi-buluğa çatdığı zaman – yeniyetməlik çağlarında müxalif cinsə (oğlanın qıza və qızın da oğlana) meyli ilə ...
  • Öz iradəmizi necə gücləndirək?
    14042 Əməli əxlaq 2011/04/13
    İradəli şəxs o insandır ki, çətinliklə üzləşdikdə, onun öhdəsindən layiqincə gəlsin, onu yerinə yetirmək qərarına gəlir və öz səyi və payidarlığıyla onu icra edir. Aşağıdakı göstərişlər iradənin təqviyət olması üçün sifariş olunmuşdur: 1. Həyatınızda və yaxud hər hansı bir işi ilk mərhələdə yerinə yetirmək üçün onun hədəfini özünüz üçün ...
  • Zinadan doğulan uşaq (vələduz- zina) barəsində olan hədislər hansılardır?
    10811 Hədis elmləri 2012/01/16
    Zinadan doğulan uşağın (vələduz- zina) xüsusi hökümləri var ki, Peyğəmbər (s)-dən və pak imamlar (ə)dan olan rəvayətlərdə açıqlanıbdır. O hədislərin bəzisinin ünvanı bunlardır: 1-     Vələduz-zinanın irsi: Vəsailuş- şiə, cild 26, səh 274:
  • Kəsa hədisinin əhəmiyyətini bəyan edin?
    10387 Hədis elmləri 2011/12/25
    Şərif kəsa hədisi ki, hədis kitablarında və Şeyx Abbas Quminin Məfatihul- cinan kitabında gəlib ki, cəhətdən əhəmiyyət daşıyır. Biri İmamət və vilayət məsələsidir digəri isə ismətdir. Əhli- beytin (ə) İmaməti və vilayəti bir sıra şahidlər vasitəsiylə hədisdə sübut olur. Peyğəmbər (s) xüsusi danışıq və rəftarla ki, hədisdə nəql olub, İmaməti ...
  • Allah kimdir və onu isbat etmək üçün hansı dəlillərdən istifadə etmək olar?
    14267 Qədim kəlam 2011/04/16
    Allah- Taala, mütləq kamal və varlıqdır ki, heç bir nöqsan və çatışmazlıq onda yoxdur. Bərabəri olmayan bir varlıqdır ki, hər işi görməyə hər an və zaman qadir, eşidən və şahiddir. İradə və ixtiyar sahibidir hər bir varlığın xaliqi (yaradıcısı) və diridir, hər xeyir iş və yaxşılığın mənbəyidir, bütün varlığı sevir ...
  • Duanın təsir etməsi onu ərəb dilində oxumağa bağlıdırmı?
    8003 Əməli əxlaq 2011/06/27
    Duaların ərəb dilində oxunmasının lazım olmamasına baxmayaraq, hətta namazda duanın fars dilində deyilməsi icazəlidir, amma daha yaxşısı budur ki, İmamlar (ə)- dan olan dualar onların mənalarına diqqət etməklə, ərəb dilində oxusun. Aşağıdakı məsələ bu işin sübutunu bizim üçün aydınlaşdırır: Quran Allahın bəşərə olan sözü olduğu kimi, İmamlar (ə)- ın ...
  • Hər kəs Hüseyni ibni Əlini Allahın Peyğəmbərinin nəvəsini ziyarət etsə, sanki ərşdə Allahı ziyarət eymişdir? İfasdəsinin mənası nədir?
    10060 Qədim kəlam 2011/12/25
    Həzrət Hüseyn ibni Əli (ə) (şiələrin üçüncü imamı), Allah yolunda gördüyü müsibətlər, fədəkarlıqlar, əməllər, bəxşişlər, xüsusiyyətlər və hədəflərə görə Allah Taalanın yanında çox böyük məqama malikdir. Allah ona çox böyük mükafat varibdir ki, onlardan biri bu dünyada izzət və əzəmətdir. Buna xatir bütün camaat o həzrətin (ə) pak məzarının ziyarətinə ...
  • Бу ҝүн әлимиздә олан Гуран нә вахт топланмыш вә тәнзим олунмушдур?
    9089 Quran elmləri 2010/04/22
    Бу суалын хүласә ҹавабы јохдур. Изаһлы ҹавабы сечин ...
  • İki bacıyla bir vaxtda həyat qurmağın haram olmasının fəlsəfəsi nədir?
    8879 Fiqh 2011/04/14
    Бу суалын хүласә ҹавабы јохдур. Изаһлы ҹавабы сечин. ...
  • İbn Ərəbinin İmam Zaman (ə.c) barəsində baxışı nədən ibarətdir?
    12958 تاريخ بزرگان 2011/09/04
    Mühyəddin İbn Ərəbinin əsərlərini mütaliə etdikdə onun İmam Zaman (ə.c) barəsindəki inancı üzə çıxır. O, "Fütuhati-məkkiyyə" kitabının Həzrət Məhdinin axırzamandakı silahdaş və yavərlərnə həsr etdiyi 366-cı babında belə qeyd edir: “Allahın diri, sağ bir xəlifəsi vardır, o, üzə çıxar. Onun zühuru dünya zülm və sitəmlə ...

Ən çox baxılanlar

  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    168489 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    166404 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    121790 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    115797 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    114874 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    96411 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    60434 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    56457 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    49085 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    47216 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...