Ətraflı axtarış
Baxanların
12902
İnternetə qoyma tarixi: 2013/02/28
Sualın xülasəsi
İmam Əli (ələyhissalam) Nəhcül-Bəlağənin 31-ci məktubunda, oğlu İmam Həsənə (ələyhissalam) nə sifarişlər edib?
Sual
Salam və yorulmayasınız. İmam Əli (ələyhissalam) öz vəsiyyətində övladına insanların həyat maarifində nəyə ehtiyac olduğunu tapşırıb?
Qısa cavab
İmam Əli (ələyhissalam) öz məktubunda övladı İməm Həsən Müctəbaya (ələyhissalam) tövhid, Allahın əzəməti, ilahi sifətləri, yanarışdan hədəf və Qiyamətdən əlavə, insanın həyatda mənəvi və maddi cəhətdən ən mühüm ehtiyaclarını da açıqlayıb.
Allahın adı ilə özülünü islah etmə, ölümü xatırlamağın zərurəti, zəmanənin hadisələrinə diqqət etmək, yaxşılığa dəvət və pislikdən çəkindirmək, haqqa çatmaqdan ötrü çətinliklərə dözmək, əbədi kamala çatmaq yollarında səbr və möhkəm dayanmaq, sədəqə və ehsan etməyin zəruriliyi, başqasına əziyyət və paxıllıqdan çəkinmək, övlad tərbiyəsində tələsmək, Allaha təvəkkül, tarixi araşdırmaq, ictimai əlaqələrin meyarlarını bilmək, Axirət dünyasına azuqə yığmaqda çalışmaq və qohum-əqrabaya diqqət və sair..
İzahlı cavab:
İmam Əlinin (ələyhissalam) oğlu İmam Həsənə (ələyhissalam)[1] məktubu əxlaq və din maarifinin ən dərin təlimlərindəndir. Əslində bu məktub, hər bir insan üçün ən yaxşı dini etiqadi və əxlaqi əməli göstərişlərindən biridir. Qəlbələri mənəviyyat və əxlaq hissi ilə dolu olanlarlardan ötrü bu məktub ən gözəl bir proqramdır.  İmam Əli (ələyhissalam) öz məktubunda övladı İməm Həsən Müctəbaya (ələyhissalam) tövhid, Allahın əzəməti, ilahi sifətləri, yanarışdan hədəf və Qiyamətdən əlavə, insanın həyatda mənəvi və maddi cəhətdən ən mühüm ehtiyaclarını da açıqlayıb. Bu məqamda, məktubun bütün mövzularına araşdırma vermək fürsəti yoxdur amma, onlardan bəzilərinin mühüm başlıqlarını diqqətə xüsusi çatdırırıq. Daha çox araşdırmaq üçün Nəhcül-bəlağənin şərhlərinə müraciət edin.
1.Allahı xatırlamaqla özünü islah etmə;  Oğulcan, sənə təqvalı olaraq Allahdan qorxmağı, Onun əmr və hökmlərinə tabe olmağı, qəlbini Onu yada salmaqla abadlaşdırmağı (çünki bina evin kamilliyi olduğu kimi Allahı yad etmək də nəfsin kamillik amilidir) və Onun (itaət və tabeçilik) ipindən yapışmağı tövsiyə edir, tapşırıram. Əgər sən ondan yapışsan, hansı səbəb və ip səninlə Allah ara­sında olan ip və səbəbdən möhkəm ola bilər?!
Qəlbini öyüd-nəsihətlə (elm, hikmət və axirəti yada salmaqla) dirilt, zahidliklə (dünyaya ürək bağlamamaqla) öldür, yəqin və inamla (Allah və Peyğəmbərə iman gətirməklə) qüvvətlən­dir, hikmətlə (Allahın hökmlərini bilməklə) nurlan­dır.
2. Zəmanənin hadisələrinə diqqət etmək;   (Bu sifarişnamə)[2] yoxluq və ölümə yaxın olan, zamanı (onun keçərliyi və çətinliklərini)[3] etiraf edən, ömür və həyata arxa
 
 
3.Ölümü xatırlamağın zәrurәti:    Qәlbini öyüd-nәsihәtlә (elm, hikmәt vә axirәti yada salmaqla) dirilt, zahidliklә (dünyaya ürәk bağamamaqla) öldür, yәqin vә inamla (Allah vә Peyğәmbәrә iman gәtirmәklә) qüvvәtlәn­dir, hikmәtlә (Allahın hөkmlәrini bilmәklә) nurlan­dır, ölü­mü yada salmaqla zәlil vә xar et (nәfsi istәklәrә tabe olma) vә (dünyanın) fanilik vә yoxluğu(nu) etiraf etmәyә mәc­bur et (onu dünyanın yox olacaғını iqrar etmәyә vadar et ki, oranın әbәdi diyar olmasını zәnn etmәsin). Onu dünyanın pis­liklәri vә dәrdlәri ilә dәrindәn tanış et (ki, ona etimad etmәsin), zamanın (acı hadisәlәrinin) hücumu vә gecә ilә gün­­düzün pis keçməsi (insanın istək və arzularına uyğun olmaması) ilə qorxut.
Keçənlərin xəbərləri (onların sərgüzəşt­lərinin necəliyi) ilə tanış edərək səndən qabaqkıların başına gələnləri onun yadına sal. Onların diyarlarını, qalıqlarını və nişanələrini gəz dolan, nə etdiklərinə, haradan köç­dük­ləri və harada düşüb yerləşdiklərinə nəzər sal. Görəcəksən ki, onlar dostlardan ayrılaraq qürbət və tənhalıq diyarına düşüblər. Sanki az müddət sonra sən də onlardan biri olacaqsan. Belə isə (layiqli əməllərlə) öz mənzil və uyuyacağın yeri abadlaşdır, axirətini dünyana satma. Oğul! Bil ki, sən dünya üçün deyil, axirət üçün, qalmaq üçün deyil, yox olmaq üçün və yaşamaq üçün deyil, ölmək üçün yaradılmısan. Sən köç edilən yerdə, müvəqqəti diyarda və axirətə gedən yoldasan. (Buna görə də belə bir yerə ürək bağlamaq rəva deyil.) Sən əlindən qaçanın qurtula bilmədiyi və axtaranın əldən çıxarmadığı ölüm üçün bir ovsan və ölüm onu mütləq haqlayacaqdır.
5.Təvəkkül; Bütün işlərində öz nəfsini Allahına tapşır. Çünki sən (belə olan halda,) onu qüdrətli sığınacağa və qoruyucuya tapşırmış olursan.
6.Haqqa çatmaqdan ötrü bütün çətinliklərə dözmək; Harada olmağın və hansı çətinliklə üzləşməyindən asılı olmayaraq haqq-həqiqət uğrunda (ona yardım etmək üçün) çalış.
7.Səbr və dözümlülük; Özünü xoşagəlməz işlərə səbr etməyə adət ver. Haqq yolda səbrli olmaq necə də gözəl xasiyyətdir!
8.Əbədi nəfsi kamallar yolunda çalış; Bilki, qarşıdakı yolun çox uzaq və ağırdır. Sənin o yolda azuqən yaxşı əməllərin və götürə biləcəyin qədər yükdür ki səni mənzilbaşına yetirsin. Heç vaxt qüdrətindən artıq çiyninə yük götürmə ki, sonda özünü zərərə salarsan....Onu da bilki, bu yolda insanın nəfəsin kəsən çox çətin döngələr var ki, hər kəsin yükü az olsa, bu çətinliklərldə yükü ağır olanlardan daha şad və xürrəm olar.
9.Hədiyyə və sədəqə verməyin zəruriliyi; Qüdrətin olan halda səndən kömək istəyənə kömək etməyi qənimət bil ki, sənin də ehtiyacın olan halda onu sənə ödəsin.
10.Tamahdan uzaq olmaq; O şeydən qorx ki, tamah atına minmək səni həlakətə doğru aparsın.
11.Qəzəbi udmaq;  Qəzəbini yavaş-yavaş ud.Çünki, Mən bu əmələn şirin və dadlı bir içki görmədim. Səninlə, təkəbbür və yekəliklə söhbət etmək istəyənlə yumuşaq ol. Çünki, çox keçməz ki, o da səninlə yumuşaq olar.
12.Övlad tərbiyəsində tələsmək; Oğulcan, qocalaraq yaşlaşdığımı, zəiflik və süstlü­yümün artmaqda olmasını görüb sənə vəsiyyət etməyə tələsdim. Zehnimdə olanları sənə çatdırmamış ölüm məni haqlayar və ya bədənimdə çatışmamazlıq yarandığı kimi, düşüncəmdə də nöqsan yaranar, yaxud bəzi nəfsi istəklər və ya dünya fitnələri səni məndən tez qabaqlayar (nəfsi istəklərə tabeçilik və dünyaya ürəkdən bağlanmaq sənə hakim olmamışdan vəsiyyət etdim ki, birdən mənim öyüd-nəsihətlərimi qəbul etməzsən) və üsyankar dəvəyə dönərsən deyə, onda bir sıra fəzilətlər yazdım. Gəncin qəlbi (toxum səpilməmiş) boş yer kimidir. Hansı toxum səpilsə onu qəbul edər (bitirər). Buna görə də ürəyin (dünyaya vurğunluq səbəbindən) bərkiməmiş və ağıl və dərrakən (boş və puç işlərə) mübtəla olmamış səni ədəbləndirməyə başladım (din, hikmət, bilik və ibrət qaydalarını sənə xatırlatdım) ki, öz işlərində tam düşüncə ilə, təcrübə edənlərin sənin axtarmaq və sınaqdan keçirmək ehtiyacını aradan qaldırdıqları şeyə üz tutasan, təcrübə etməyə möhtac olmayasan və sınaqdan keçir­məkdən qurtulasan. Beləliklə, bizim (çox zəhmətlə) əldə etdiyimiz ədəb (zəhmətsiz olaraq) sənə çatar və bizim üçün qaranlıq (gizlin və naməlum) olan şey, sənə aydın olar.
13.Övlad tərbiyəsinin yolu: Və bu işə Allahın kitabı, onun tə’vili (yozumu), İslamın (həqiqi) yol­ları, şəriət hökmləri və Allahın halal-haramını öyrət­məklə başlayıram. Allahın kita­bından başqa bir şeylə başlamıram sənin təliminə.
13. Tarixi araşdırmaq; Oğulcan, məndən əvvəlkilərin ömrü kimi (uzun) ömür sürməsəm də, onların işlərinə nəzər salıb, xəbərləri barəsində düşünərək onlardan qalan şeyləri seyr etmi­şəm. Nəticədə onlardan biri (kimi) olmuşam. Hətta onla­rın işləri barəsində mənə çatan şeylərə görə sanki birincisindən sonuncusuna kimi hamısı ilə yaşamışam. Beləliklə, onların işlərinin saf və yaxşısını bulanıq və pisindən və xeyrini ziyanından seçdim. Sənin üçün hər bir işin gözəlini seçdim, bəyənilmişini istədim və onun qaranlıq və naməlum ola­nını (məəttəlliyə səbəb olanını) səndən uzuqlaşdırdım. ... onların diyarlarını, qalıqlarını və nişanələrini gəz dolan, nə etdiklərinə, haradan köç­dük­ləri və harada düşüb yerləşdiklərinə nəzər sal. Görəcəksən ki, onlar dostlardan ayrılaraq qürbət və tənhalıq diyarına düşüblər. Sanki az müddət sonra sən də onlardan biri olacaqsan. Belə isə (layiqli əməllərlə) öz mənzil və uyuyacağın yeri abadlaşdır, Axirətini dünyana satma.
15.Mənəviyyata diqqət etmək; Buna görə də oğul can, mənim vəsiyyət və tapşırığımı yaxşı anla. Bil ki, ölümün sahibi həyatın da sahibidir, yaradan öldürəndir, yox edən, qaytarandır (bəla və çətinliklərə) düçar edən nicat verəndir. (Xülasə, işlərdə şəriksiz Allahdan başqa təsiredici yoxdur.) Dünya ancaq Allahın ne­mətlər, imtahanlar, axirət cəzası və bizim bilmədiyimiz şeylərdən istədiyini müəyyən etdiyi şey üzərində dayanıb. Buna görə də yaradan, ruzi verən və gözəl əndamını xəlq edəndən (Onun rəhmət ipin­dən) yapış. İbadət və bəndəliyin Ona olsun, Ona üz tut və qorxun Ondan olsun.
16. Axirətmeyilli olmaq; Oğulcan, səni dünya, onun necəliyi, ara­dan getməsi və əldən-ələ keçməsindən xəbərdar etdim. Sə­nə axirətdən və həmin diyarda onun əhli üçün ha­zır­lan­mış şeylərdən xəbər verdim. Dünya və axirət işləri ba­rəsində sənin üçün misallar da çəkdim ki, onlardan ib­rət götürərək ardınca gedəsən! Dünyanı sınaqdan ke­çi­rib tanıyan kimsə (arzu və istəklərinə) uyğun olmayan qəhətlik və dar yerdən, su və yeməyi bol və yaşıllıqları (geniş) olan yerə səfər edən müsafirlər dəstəsi kimidir. Onlar öz diyar və yerlərinin gen-bolluğuna çatmaq üçün yolun əziyyət­ləri, dostların uzaqlığı, səfərin çətinlikləri və yemək­lərinin pisliyinə dözərlər. Beləliklə, həmin çətinliklərdən əziyyət və ağrı-acı hiss etməzlər. (Öz) yığdıqlarının hə­min yolda xərcləməsində bir ziyan görməzlər. Onlar üçün onları mənzil və yerlərinə yaxınlaşdıran şeydən sevimli bir şey yoxdur. Dünyaya aldanan (və axirətə göz yuman) şəxs isə yeyib-içməyi bol, naz-neməti çox və (arzu-istəklərinə) müvafiq mənzildə olan və sonra ordan qəhət­lik və darısqal yerə gələn dəstə kimidir. Gözlənilmədən yeni yerə çatan və ona doğru hərəkət edən zaman onlar üçün (əvvəl) olduqları yerdən ayrılmaqdan acı və ağır şey yoxdur!
17.İctimai əlaqələrin meyarı; Oğulcan, özünü səninlə başqası arasında olan şeydə tərəzi et. Beləliklə, özün üçün bəyəndiyin şeyi başqası üçün də bəyən. Özün üçün istəmədiyin şeyi, başqası üçün də istəmə. Necə ki, sənə zülm edilməsini istəmirsən, sən də zülm etmə. Sənə yaxşılıq edilməsini istədiyin kimi, sən də yaxşılıq et. Başqalarında çirkin saydığın şeyi, özündə də çirkin say. Sən özün başqaları barəsində məmnun və razı olub rəva bildiyin şeyi, başqalarının da sənə rəva bilmələrindən razı ol. Bildiyin az olsa da bilmədiyin şeyi demə. Sənə deyilməsini istəmədiyin şeyi (sən də başqa­larına) demə. Bil ki, məğrurluq və özünü bəyənmək xoşagəlməz və haqqa zidd bir xüsusiyyətdir və ağıla ziyan gətirər.
18.Axirət azuqəsi yığmağa çalışmaq; Bil ki, qarşında uzaq məsafəli uzun və çox qorxulu bir yol var. Sən orada yaxşılıq axtarışına və yükünün (ağır günah və itaətsizliklərdən) yüngül olması ilə birgə səni məqsədə çatdıracaq miqdarda azuqə götürməyə də möh­tac­san. Buna görə də arxana taqət və bacarığından artıq yük götürmə ki, ağırlığı səni incidər (və yolda qalaraq başqalarına çata bilməzsən). Sənin azuqəni qiyamət gününə aparacaq və sabah, sən möhtac olduğun zaman onu sənə qaytaracaq möhtac və imkansız bir adam tapsan qənimət bil və azuqəni ona yüklə. Nə qədər ki, imkanın var, ona çox kömək et. Çünki ola bilər ki, (ehtiyac günü) onu axtarasan və tapmayasan. Bil ki, sənin qarşında çox təhlükəli və çətin bir keçid var. Orada yükü yüngül olan yükü ağır olandan xoşhal­dır və ağır tərpənən sürətlə gedəndən pis və aciz vəziyyətdədir. Həmin yolda, sənin enəcək yerin, mütləq ya cənnətdir, ya da od. Buna görə də (həmin diyara) çatmamışdan özün üçün qabaqcadan hazırlıq görən göndər (ki, sənin üçün asayiş və rahatlıq yeri əldə etsin). Get­məmişdən qabaq mənzil hazırla ki, ölümündən sonra razı salmaq vasitələri yoxdur və heç kəs dünyaya qayıt­mır. (Orada yaxşı iş görmək mümkün deyil ki, günahdan keçsinlər, həmçinin dünyaya qayıtmaq olmur ki, pis işlərə görə tövbə edilsin)
19. Tövbə; Pis iş görəndə tövbə etməyinə mane olmayıb, (günahına görə) cəza verməyə tələsməyib. Rüsvay edilməyə layiq olduğun yerdə rüsvay etməyib səni. Tövbənin qəbul edilməsində səni əziyyətə salmayıb. Günahlara görə səni sıxıntıya salmayıb və rəhmətindən naümid etməyib. Hətta sənin özünü günahdan saxlamağını yaxşı iş (görmək) kimi dəyərləndirib. Sənin günah və pis işini bir günah, yaxşı və gözəl işini isə on bərabər hesab edib. Sənin üçün tövbə, peşman olaraq qayıtmaq və razı salmaq qapısı açıb. Oğulcan, ölümü və qəflətən düşəcəyin ölümdən sonrakı hadisələri çox yada sal ki, o sənin yanına gələnə kimi özünü hazırlayıb (silahını taxaraq) kəmərini bağlamış olasan. Məbadə ölüm səni qəflətən haqlasın və (sən ona hazır olmadığın üçün) qalib gəlsin sənə!
20. Duaya diqqət etmək; Beləliklə, nə vaxt çağırsan, səsini eşidər, nə vaxt Onunla münacat və razü-niyaz etsən, qəlbinin sirrini bilər. Belə isə, istəyini Ona çatdırarsan, ürəyinin sirrini Onun yanında açarsan və dərd-qəmindən Ona şikayət edər, Onunla dərdləşərsən. Ondan istəyər­sən çətinliklərinin çarəsini və kömək və yardım diləyər­sən Ondan. Ömür uzunluğu, can sağlığı və ruzi bolluğu kimi başqalarının verə bilmədikləri şeyləri, Onun rəhmət xəzinələrindən istəyərsən. Sənə Ondan istəmək icazəsi verməklə, xəzinələrinin açarlarını sənin əllərinə verib. Beləliklə, istədiyin zaman dua vasitəsi ilə nemətlərinin qapılarını açar, bir-birinin ardınca rəhmət yağışlarının gəlməsini istəyərsən. Allahın sənə gec cavab verərək (dualarını) gec qəbul etməsi naümid etmə­məlidir səni. Çünki bəxşiş niyyət miqdarında olur. (Duanın qəbul olun­ması niyyətin saflığı və daimiliyndən asılıdır.) Ola bilər, sənin duanın qəbul edilməsi (ona görə) təxirə düşsün ki, istə­yənin mükafatı daha böyük, ümidvar olanın bəxşişi daha çox olsun. (Çünki duanın qəbul olunması nə qədər geciksə, istək daha da artar və daha yaxşı razü-niyaz edilər. Nəticədə həmin şəxs bəxşiş edilməyə daha çox layiq olar.) Çox şey var ki, (Allah-təaladan) istəyərsən və o sənə verilməz. Amma dünyada və axirətdə sənə ondan daha yaxşısı verilər. Yaxud da duan sənin üçün daha yaxşı olan şeyə görə qəbul edilməz. Çox vaxt da elə şey istəyirsən ki, o sənə veri­ləcəyi təqdirdə dinin məhv olar. Buna görə də gərək gözəlliyi sənə qalan, günah və əzabı isə səndən uzaq olan şeyi istəyəsən. (Xülasə, əbədi səadət və xoşbəxtliyə səbəb olan şeyi istə. İstəklərin çoxu dünya malı və sərvət barəsində olduğu üçün İmam əleyhis-salam onu məzəmmət edərək belə buyurur:) Mal sənə qalmır. Sən də ona qalmayacaqsan. (Axirətdə səninlə birgə olmayacaq ki, sənə xeyir versin və sən də həmişə dünyada qalıb ondan bəhrələnməyəcəksən)
21. Dünyapərəstləri tanımaq; Dünyapərəstlər hürən itlər və ov axtaran yırtı­cılar­dır (həmin heyvanlar kimidirlər). Onların bəzilərinin bəzi­lə­rindən xoşu gəlmir və bir-birlərinin üstünə qışqırır, güclüsü zəifini yeyir. Onların böyüyü zor gücünə kiçiyinə ziyan vurur. Onlar (bəzisinin) ayaqları bağlanmış dörd­ayaqlılardır (dördayaqlılar kimidirlər). Digər qismi isə (başlı-başına) buraxılmış heyvanlardırlar ki, ağıllarını itiriblər və azğınlığa düşmüşlər. Onlar quru və sərt çöldə zərər-ziyan otlamaq üçün buraxılmış dördayaqlılardır! Onların nə qoruyacaq çobanları, nə də otaranları var! Dünya onları korluq və azğınlıq yoluna aparır və gözlərini hidayət və nicat nişanələrini görməkdən örtüb. Beləliklə, onlar onun azğınlığında sərgərdandırlar və onun naz-nemətləri içərisində qərq olublar. Dünyaya aldanan (və axirətə göz yuman) şəxs isə yeyib-içməyi bol, naz-neməti çox və (arzu-istəklərinə) müvafiq mənzildə olan və sonra ordan qəhət­lik və darısqal yerə gələn dəstə kimidir. Gözlənilmədən yeni yerə çatan və ona doğru hərəkət edən zaman onlar üçün (əvvəl) olduqları yerdən ayrılmaqdan acı və ağır şey yoxdur!
22.Həyata həqiqət gözü ilə baxmaq; Yəqin bil və inan ki, heç vaxt öz arzuna çatmayacaq və heç vaxt öz ölümündən qurtula bilməyəcəksən. Sən səndən əvvəlkilərin yolundasan. Belə isə (ölümə heç bir çarə olmadığı üçün mal və sərvətə görə) çalışmaqda yüngül keçin və dərinə getmə. Qazanılan şeydə səy və təlaşını gözəlləşdir (həris olma ki, onun axırı həlak və məhv olmaqdır). Çünki çox çalışmaqlar var ki, malın əldən çıxmasına səbəb olur. Hər çalışan tapmaz və hər ortayollu ümidsiz və məhrum olmaz. Nəfsin səni saysız nemətlərə çatdırsa da, onu bütün alçaqlıq və rəzilliklərdən üstün tut, əzizlə. Çünki nəfsindən sərf etdiyin şeyin müqabilində, onu əvəz edə­cək bir şey tapa bilməyəcəksən. Başqasına qul olma (mal və məqam tamahı ilə heç kəsə baş əymə). Allah səni azad yaradıb. Pisliklə (başqasının yanında abır tökməklə) qazanılan xeyrin (mal və məqamın) harası xeyirdir?! Çətinliklə əldə edilən asanlığın nə xeyri var?!  Əgər səninlə Allah arasında başqa nemət sahibinin olmamasına bacarığın çatsa, et bunu! (Başqalarının yanında abrını tökmə.) Çünki sən (dünya süfrəsindən) öz payını tapacaq, (sənə çatmalı olan) hissəni əldə edəcəksən! Eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allahdan çatan az, Onun yaratdıqlarından gələn çoxdan daha üstün və əzizdir, hərçənd ki, hər şey Ondandır. .... İffətli və ismətli iş, günah və xəta ilə olan varlılıqdan daha xeyirlidir.
23. Dostların hüququ; Özünü qardaşın (dindaş və dostun) səndən ayrı­lan­da ona yaxınlaşmağa, üz döndə­rəndə mehribanlıq və dostluğa, simiclik edərək əsirgəyəndə ona bəxşiş etməyə, uzaqlaşanda ona yaxınlıq etməyə, sərtlik edəndə ona qarşı yumşaq olmağa və o, pis iş görəndə üzr istəməyə vadar et. (Qısası, onun pislikləri müqabilində yaxşılıq et.) Sanki sən onun qulu, o isə sənin nemət verənindir (kimi et bun­ları)... Dost o kəsdir ki, gizlində də düz olsun. (Dos­tu­nun hüzurunda etdiklərini o olmayanda da həmin cür etsin. Belə olmasa münafiq və ikiüzlüdür və öz xeyrinə görə özünü dost kimi göstərir)
24. Əxlaqi səciyyələr; Oğulcan, bil ki, ruzi iki qisimdir: bir ruzini sən axta­rırsan, bir ruzi isə səni axtarır və sən ona tərəf getməsən belə sənə çatar. Ehtiyac və yoxsulluq zamanı özünü alçalt­maq, varlı ikən isə zülm və kobudluq etmək necə də çirkin xasiyyətdir! Sənin dünyandan qazancın yalnız öz yerini (əbədi axirətini) abadlaşdırmağa sərf etdi­yin miq­dardır. (Bundan başqa sərf etdiyin və ya özündən sonra qoyub getdi­yin şeylərin sənə xeyri olmayacaq və onlar əlindən yapışmayacaqlar.) Əgər əlindən çıxan şey üçün ah-zar edib inildəyirsənsə, onda sənə çatmayan şeylərə görə də ağlayaraq nalə qopar. Başqasından nəql etsən belə, gülünc söz danışmaqdan çəkin. (Çünki o, insanın başqaları yanında kiçilməsinə səbəb olur.)
25.Allahın ipindən yapışmaq; Əldə edərək yapışmalı olduğun ən möhkəm səbəb və ip səninlə Allah arasında olan səbəbdir. (Allahın ipindən yapışan kəs heç kəsə möhtac olmaz)
26.Qohumlara diqqət; Qohumlarına hörmət et, əzizlə onları. Çünki onlar sənin qol-qana­dın­dır­lar ki, onlarla uçursan; əsil-kökündürlər ki, onlara qayıdırsan (onlardan kömək və yardım alırsan və başucalığın onlarladır); sənin (yardımçı) əlindirlər ki, onlarla (düşmənə) hücum edirsən (qələbə qazanırsan).
 

[1]  Əlbəttə, ibn Meysəm Bəhrani Cəfər ibn Babveydan nəql edir ki, bu məktub Məhəmməd ibn Hənəfiyyəyə xitab olunub.
[2] O Həzrət bu vəsiyyətnamədə verdiyi çoxlu öyüd-nəsihətlərdə səadət və xoşbəxtlik yollarını göstərib. Bu vəsiyyətnamədə İmam əleyhis-salamın sözlərinin hədəf və məqsədi İmam Həsən əleyhis-salam deyil, bütün insanlardır. Buna görə də «bu vəsiyyətnamədəki «dünya qulu və qürur taciri» kimi ibarələr imamın şə'ni və ismət məqamına layiq olmadığı üçün gərək onlar yozulsunlar, yəni, onların zahiri mənalarına göz yumulsun və zahirdə olmayan mənalarına diqqət edilsin» deyilməsinə heç bir yer qalmır. Çünki söhbətin hədəf və məqsədinin ümumi insanlar olmasını qəbul etsək, başqa yozuma ehtiyac qalmır. Hərçənd ki, Allahın, pak və mə’sum Əhli-Beyti hər bir eyb və nöqsandan uzaq etməsi və gözəl xislət və sifətlərlə bəzəməsinə baxmayaraq, onlar Allah-təalanın göstərişi ilə özlərini tərifləməyiblər və zahirdə özlərini baş­qaları kimi göstəriblər. Bütün bunlarla yanaşı, «Nəhcül-Bə­la­ğə»­nin şərhçilərindən olmuş mərhum Bəhrani mərhum Əbu Cə’fər ibn Babəveyh Qumidən nəql edib ki, İmam əleyhis-salam bu vəsiyyəti öz oğlu Məhəmməd ibn Hənəfiyyəyə yazıb.
[3] Mötərizə içərisndəki izahlar, ayətullah Feyzul-İslamın Nəhcül-Bəlağəyə verdiyi şərhlardir.
Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • İnsan banka qoyduğu pula düşən xüms məbləğini özü üçün yaşayış məskəni (ev) ala bilərmi?
    6475 Nizamlar hüquq və əhkam 2011/09/12
    Möhtərəm istifadəçinin sualına cavab verməzdən öncə demək lazımdır ki, Ayətullah əl-üzma Xameneinin nəzərinə əsasən qazanc mənfəətindən banka qoyulmuş pul əgər illik həyat və məişət xərclərini təmin etmək üçün olsa, xüms ilinin başında ona xüms düşür. Amma əgər banka qoyulmuş bu pul zəruri həyat vəsaitləri almaq, lazım və zəruri ehtiyacları təmin ...
  • İcarə verilmiş evə və həmçinin onun icarə bahasına və maşına xums düşürmü?
    6876 O şey ki, ona xums təəlluq tapır 2012/10/15
    Məunədən artıq mala və məbləğə xums düşür. Bu barədə daha artıq məlumat əldə etmək üçün bu saytda aşağıdakı göstəricilərə baxa bilərsiniz: 12807 (qızılvə evinxumsu) və 19664 (Xumsun keyfiyyəti və ona düşən yerlər). Şəxsi və ailəvi istifadə olunan evə və maşına xums düşmür. Amma ...
  • Əhli- sünnənin baxışını nəzərə alaraq, şiə fiqhinin nəzərindən səfərdə namazı şikəstə qılmaq rüsxətdir yoxsa vacib?
    13260 بیشتر بدانیم 2012/07/16
    Yəqini olan məzələ budur ki, beş namaz əvvəlcə iki rəkət formasında qanuniləşibdir. Həmçinin heç bir şəkk yoxdur ki, həzərdə (vətəndə) olan namaza iki rükət əlavə olubdur. İndi müzakirə mövzusu budur ki, səfərdə olan namaza da iki rükət əlavə olub ya yox? Şiənin fəqihləri İmamlar (ə)- ...
  • Oruc tutumayan müsəlman üçün yemək və içməli su hazırlayıb verməyin hökmü nədir?
    6698 Cürbəcür 2015/05/30
    Əgər oruc tutmayan şəxsin şəri üzürü varsa və ya oruc tutmaq vacib deyilsə (məsələn, xəstəlik üzündən oruc tuta bilmir) bu əməlin iradı yoxdur. Əgər qüdrəti olan halda, qəsdən oruc tutmursa və xeç bir üzrü yoxdursa, bu iş günahdır və imkan həddində o şəxsi orucu tərk etdiyinə görə ...
  • İslam və Məsihiyyət yolunda olan dialoqlarda hansı problemlər var?
    7521 Təzə kəlam 2011/07/02
    Esta pregunta no tiene una respuesta breve. Pincha en respuesta detallada. ...
  • Vilayəti fəqihə əqidəli olmaq nə vaxtan başlayıb?
    10164 پیشینه تاریخی ولایت فقیه 2012/10/06
    Fiqhdə müctəhidlik dərəcəsinə çatan şəxs tərəfindən İslam cəmiyyətinin rəhbərliyi mənasına olan 2 vilayəti fəqih" məsələsi, bəzilərinin nəzərində İslam düşüncəsi tarixində təzə bir mövzudur və onun keçmişi iki əsrdən azdır. Bunlar iddia edirlər ki, şiə və sünnü fəqihlərinin heç biri bu məsələni araşdırmayıblar ki, fəqihin fətva və hökm ...
  • Kəsa hədisinin əhəmiyyətini bəyan edin?
    10419 Hədis elmləri 2011/12/25
    Şərif kəsa hədisi ki, hədis kitablarında və Şeyx Abbas Quminin Məfatihul- cinan kitabında gəlib ki, cəhətdən əhəmiyyət daşıyır. Biri İmamət və vilayət məsələsidir digəri isə ismətdir. Əhli- beytin (ə) İmaməti və vilayəti bir sıra şahidlər vasitəsiylə hədisdə sübut olur. Peyğəmbər (s) xüsusi danışıq və rəftarla ki, hədisdə nəql olub, İmaməti ...
  • Bir adam necə yuxu yozmaq qüdrətin ələ gətirə bilər?
    10906 Hədis elmləri 2012/01/11
    Röya ya yuxu görmək bir işdir ki, hamı üçün həyat boyu baş verir. Ama onun keyfiyyeti hələ alimlər üçün belə aydın olmamışdır. Qurani kərim Həzrəti Yusifdən yad edərkən buyururu ki, həm doğru yuxu gördü[1] və həmdə Allah yuxu yozmaq elmin ona öyrətdi.[2] Yusif zindanda ...
  • İmam Zamanla (ə.c) digər İlahi və ya qeyri- İlahi dinlərdə olan xilaskarın hansı oxşar və fərqli cəhətləri var?
    7497 Qədim kəlam 2011/10/30
    Müxtəlif məktəb və dinlər xüsusilə İlahi dinlər müştərək şəkildə elə bir şəxsin müjdəsini vermişlər ki, bir çox dəyərlərə sahibdir. Dünyaya hakimiyyəti altında ədalət, sülh və əmniyyət gətirəcək və zülm və müstəmləkədən əsər belə qalmayacaq. O məzlumların köməyinə gələcək və ruzigar onların xeyrinə dövran edəcək. O öz ədalət taxtına oturacaq və ...
  • İslam nəzərindən təbliğ üslubu nədən ibarətdir?
    9464 Məsumların (Əleyhimussəlam) sirəsi 2012/02/13
    “Təbliğ” hər hansı bir xəbəri çatdırmaq mənasınadır. İlahi peyğəmbərlərin, xüsusilə həzrət Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih)-in ilahi risalət vəzifəsi insanların zülmətlərdən nura doğru hidayətindən ibarət idi. Buna görə də İslamda təbliğ Allahın sözünü bəndələrinə çatdırmaq ünvanı ilə çox böyük əhəmiyyət daşıyır. İslamda təbliğ üslublarını üç qismə: kəlami (şifahi), yazılı və ...

Ən çox baxılanlar

  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    168535 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    166454 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    121837 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    115816 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    114938 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    96444 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    60527 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    56484 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    49128 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    47244 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...