Ətraflı axtarış
Baxanların
12489
İnternetə qoyma tarixi: 2010/05/06
Sualın xülasəsi
Zikrdən məqsəd nədir?
Sual
Zikirdən Məqsəd nədir? Zikirə əməl etmək insanları mənəvi məqamı dərəcəsində olmalıdır? Adları zikr etmək insanın qeyib aləminə daxil olmağında təsiri vardırmı?
Qısa cavab

Allahı zikir etmək insanın ruhiyyə və əxlqında böyük təsiri vardır ki, qarşılıqlıdır. Allahı yad etmək bəndədən və ürəyin aydın, saf və Allahın əmirlərinə əməl etməmək qorxusu, günahların bağışlanması, elm və hikmətin əta olunması isə Allah tərəfindəndir. Umumi olaraq zikri iki hissəyə bölmüşdürlər dildə və qəlbdə, dildə olan zikri “verd” də adlandırırlar. Bu nəzəriyyəyə əsasən hər bir varlıq öz məqamına uyğun bir dərəcədə Allahı yad edir və hər bir insanda öz dərəcəsində Rəbbini tanıyarıq bir dərəcədə Allahı zikr edir və yaxud öz məqamı dərəcəsində Allahı unudur; bunun ücün də insanın kamilliy məqamı allahı yad etməyə bağlıdır.

Verd və ya dildə zikr etmək də şəriət və irfanda xususi bir növdə diqqət altındadır, ondan məqsəd insanın Allaha diqqəti və onun vasitəsiylə qəlbin oyanmasıdir. Əlbətdə zikrin davamlı olması vasitəsiylə, zikir edən şəxslər Allah arasında olan hicablar kənar olur. Odur ki, irfanda da xikrin qaydaları da bu böyük hədəf ücündür ki, bir cox aləmlərin hicabını kənar etmək qabiliyyətini insanda yaradır.

Ətreaflı cavab

Zikr kəlməsi yad etmək, dildə oxumaq, xatırlamaq, zikir etmək, oxumaq, sitayiş, dua, verd və...sa, mənalarda işlədilir.[1] İrfanda isə yad etmək, əməldə pəhriz, qorunmaq, itaət, namaz, Quran və... s mənalarda işlədilir.[2]

Allahla rabitə qürmağın ən gözəl cilvələrindən biri zikirdir; Allahı zikir etmək, İlahi adları yad edərək insan öz məhdud varlığını unutmağdı və buna davam etmək qəlbin günah cirkinliklərini təmizləməkdir: Çünkü Allahı yaddan cıxarmaq qəlbin qəsavət bağlamasına səbəb olur.

Odur ki İlahi peyğəmbərlərin (s) və səmavi kitabların risaləti bu qəsavətləri aradan aparmağdı. Bunun ücündə “zikri” peyğəmbərin (s) sifətlərindən və Quranın adlarından sayılmışdırlar. O cür ki, quran peyğəmbərin zikir olmasına belə işarə edir:[3]

«... قد انزل الله اليكم ذكراً رسولاً يتلوا عليكم آيات الله...»‌

Allah bir zikri (peyğəmbəri ) sizə doğru göndərdi ki, İlahi ayələri sizin ücün oxsun.

Həmcinin Quranın adlarından biridə zikirdir:[4]

«انّا نحن نزّلنا الذكر و انّا له لحافظون»

Biz zikir (Quranı) sənə nazil və biz onu qoruyacağıq.

Quran və peyğəmbərin adlarınınzikir qoyulmasının illəti budur ki, Allahı yad etməyə səbəb olurlar; cünkü bir şeyi yad etmək insanın əvvəldən olan elminə bağlıdır, amma peyğəmbər və səmavi kitabdır ki, qəflət pərdəsini insan qəlbindən kənarlaşdırır və İlahi nuru ona catdırır. Bunun ücündə Allahı zikir etmək insanı maddi dünyadan mənəviyyatın ən yüksək dərəcəsinə cstdırıb. Insanda ümüd yaradıb, insan həyatının cətin məqamında hiss etdiyi ümüdsüzliyə son qoyur.

Zikrin dərəcə və növləri

Zikr bir növ Allaha ibadət və digər ibadətlər kimi bir necə hissədən ibarətdir: O cümlədən umumi və xususi zikr; umumumi zikir müəyyən bir varlığa məxsus deyil bəlkə hər bir şeydə onu müşahidə etmək olar; yəni bütün varlıqlar Allahı zikr edirlər.

Xususi zikryaradılmışlardan müəyyən bir növünə məxsusdur: o cümlədən mələklər və ya insanların xususi zikri. Zikr bəzi vaxtlar dildə və bəzi vaxtlax isə qəlbdədir. Əlbətdə bu cür hissəyə bölmək insana məxsus deyildir; cünkü digər şuurlu varlıqlar da bəzi vaxtlar Allahı yad edirlər ki, onların qəlblərində olan zikirləridirvə bəzi vaxtlar isə özlərinə məxsus dillərində Allahı zikr edirlər ki onların dillərində olan zikirləridir. İmam Məhəmməd Qəzali Kimyayi Səadət kitabında deyir: Zikr dörd dərəcədən ibarətdir:

Birinci: Dildə zikr olunan lakin qəlb ondan qafil ola; bu cür zikrin təsiri də zəifdir, lakin təsiri vardır; cünkü o dil ki, zikirlə məşquldur zikr etməyən dildən üstündür.

İmam Xumeyninin dildə olan zikr barəsində nəzəri budur: Baxmayaraq ki, haqqı (Allahı ) zikr etmək qəlbin sifətlərindəndir və əgər qəlb zikr edirsə onun ücün olan bütün xeyirlər ona şamil olur, amma daha yaxşısi budur ki, qəlbdə olan zikr dildə edilən zikirin ardınca olsun. Zikrin ən fəzilətli mərhələsi odur ki, insanın kamil olmasına səbəb olsun və onun təsiri insanın daxilində və zahirində aşkar olmalıdır,qeyd edək ki, dildə olan zikr də bəyənilmiş və insanı bəzi həqiqətlərə çatdırır; odur ki, rəvayatlarda dildə deyilən zikirin əzəmətli olduğuna işarə olunmuşdur.[5]

İkinci: Ürəkdə zikr olunur lakin diqqət olunmür.

Ücüncü: Qəlbdə zikr olunur lakin cətinliklə onu dildə istifadə edir.

Dördüncü: O ki, qəlbdə davamlı olaraq yad olunur Allah Taaladır nəinki zikr.[6]

Zikrin təsirləri:

Zikr bəndənin Allahla olan mənəvi rabitəsidir, və bu rabitənin ecazkar əsərləri və nəticələri vardır ki, onlardan hər biri insan əxlaqının və tərbiyəsinin təlimində böyük rolu vardır. Bu səmərələrin bəzi mühüm olan nəticələrinə işarə edirik:

  1. Bəndəyə nisbət Allahı yad etmək

Allahı yad etməyin ilk təsiri budur ki, Allah da o insanı yad edir:

«فاذكرونى اذكركم...»[7]

Məni yad edin, sizi yad edim. O ki, ayədə Allahı yad etmək, bəndənin yad edilməsiylə nəticələnir. Dəqiq bir nöqtə əldə olunur və oda Allah tərəfindən iki növ zikrin təsəvvür olunmasıdır;

A: Umumi zikr

B: Xususi zikr

Ümumi zikr, Allahın umumi hidayətindən ibarətdir ki, bütün varlıqlara şamil olur və xususi bir dəstəyə məxsus deyil bunun şahidi isə kainatın yaradılışında Allahın ümumu zikridir ki, bütün varlıqların tamam imkanlarıyla yaratmışdır; bu ümumi zikr Allahın ümumi feyzidir ki, hec zaman əlaqəsi kəsilmir. Amma xususi zikr məxsus bəndələrə və zikr sahblərinə şamil olur və bir növ Allah tərəfindən lütf və mərhəmətdir.

  1. Qəlbin aydınlığı (saflığı)

Allah Taala öz zikrini qəlbin ayılması və nurlu olmasının səbəbi bilir. İmam Əli (ə) oğlu imam Həsən Muctəbaya (ə) yazdığı məktubunda tövsiyə edir: Hər şeydən əvvəl qəlbinin abad olmasına diqqət etsin:

«فانى اوصيك بتقوى الله - اى بنى- و لزوم امره و عمارة قلبك بذكره...»[8]

Oğlum! Səni təqva və Allahın əmirlərinə əməl, zikr vasitəsiylə ruhunu və qəlbini abad etməyə o cümlədən Allaha təvəkkül etməyə tövsiyə edirəm....

Ölmuş qəlbin müalicəsi və yenidə dirilmə ücün ən mühüm amillərdən biri, Allahı zikr etməyə sığınmaqdır; Allahın zikrir etmək nurdur onda payidar olmaq, qəlbi zülmət, qəzavət və ümüdsüzlükdən nicat verir. Zikrin bu cür səmərəsini Həzrət Əli (ə) belə bəyan edir:

«ان الله تعالى جعل الذكر جلاءً للقلوب تسمع به بعد الوقرة و تبصر به بعد العشوة و تنقاد به بعد المعاندة...»[9]

Allah Taala özünün zikri olunmasını qəlbin nurlanması ücün bir yol qərar vermişdir ki,onun vasitəsiylə qulaq kar olduqdan sonra eşidir, göz kör olduqdan sonra görür və düşməncilikdən sonra dost və mehribancılıq yaranır.

  1. Ürəyin sakitlik tapması

Allahı zikr etməyin ücüncü əsəri ki, bəyan olunmuşdur, hər bir şəxsin ürəyinin sakitlik tapmasıdır. Qurani- Kərim buna işarə edərək buyurur:

O kəslər ki, iman gətirib və qəlblərində Allahı yad edirlər, bilin ki, yalnız Allahı yad etməklə ürəklər sakitlik tapır.[10]

«الذين آمنوا و تطمئن قلوبهم بذكرالله الا بذكر الله تطمئن القلوب»

Allahı yad etmık həyacan və süstlüyün dərmanıdır ki, pisxoloqların nəzərində onun illətləri: qorxu, gələcəyinin necə olacağı, müvəffəq olmayacaqında qorxusu, təbiifəlakət və xəstəliklərdən qorxmasıdır. Həyacan xəstəlikləri məsələsindən əlavə insan fitrətində rahatcılıq istəyi vardır və insanların bir cox fəaliyyətləri əslində İlahi fitrətin nidasına cavabdır. əgər özümüzün və bir cox insanların həyatına nəzər salsaq, görərik bir cox işlərimizdən məqsəd sakitlik və əminamanlığa yol tapmaqdır; yəni insanlar həyatı boyu səy edirlər normal həyata həyata sahib olsunlar. Burada insanlar eyni mövzüdə olan bir nöqtəyə sahibdirlər. Lakin anlaşmamazlıq bəzi şeylərin təyin olunmasındadır ki, insan həyatına rahatlıq bağışlayır.

Bir cox insanlar bu qiymətli gövhəri var- dövlət və maddiyatda görür və bəzi insanlar isə onu məqam və şöhrət daxilində görürlər. Amma Qurani- Kərimdə bu əmniyyət və rahatlığı yalnız Allahı yad etməkdə görür:

«...الا بذكر الله تطمئن القلوب»

Bilin yalnız Allahı yad etməklə qəlblər rahatlıq tapır. Namaz barəsində buyurur:

«...اقم الصلاة لذكرى»

Namazı məni yad etmək ücün bərpa et.[11]

  1. Allahdan qorxu:

O cümlədən mömünlər ücün Allahı yad etməyin səbəbi Allahdan qorxmalarıdır. Quran bu barədə buyurur:

«انما المومنون الذين اذا ذكر الله و جلت قلوبهم...»

Yalnız mömünlərdir ki hər vaxt Allahın adı yad etsələr qəlblərinə qorxu düşər.[12]

  1. Günahların bağışlanması

Allahı yad etməyin axirət dünyası ücün olan faydalarından biri də günahların bağışlanmasıdır ki, Allahı zikr edən insanlara şamil olur və bundan əlavə, Allah böyük səvab vədəsi onlara vermişdir. Qurani - Kərim bu barədə buyurur:

«... و الذاكرين الله كثيراً و الذّاكرات اعدّ الله لهم مغفرة و اجراً عظيماً»

O kişi və qadınlar ki Allahı daha cox zikr edirlər, Allah onları bağışlayar və böyük savab təyin etmişdir. [13]

Allah Taala günahların bağışlanması ücün bir cox yollar təyin etmişdir və hər bir şəxs müəyyən vasitəylə özünün bağışlanmasınıistəyir, O yollardan biri də Allahı daha cox zikr etməkdir.

  1. Hikmət və elm

Zikrin digər faydalarından biri, ağıl və hikmətin kamilləşməsidir. Zikir insanın fikir və düşüncəsinin inkişaf olmasına səbəb olur. İnsan bu məqama sahib olur ki, qeyib həqiqətlərini özündə əks etdirir və Allah Taala bu cür insanlarln ağılını kamil edir. Bu həqiqəti imam Əli (ə) bu cür bəyan edir:

«...و ما برح لله - عزت آلاؤه- فى البرهة بعد البرهة و فى ازمان الفترات عبادٌ ناجاهم فى فكرهم و كلّمهم فى ذات عقولهم فاستصبحوا بنور يقظة فى الابصار و الاسماع و الافئدة...»

Həmişə Allah ücün (ki, nemətləri böyükdür) hər bir müddətdən sonra digər bir zaman peyğəmbərlərin (s) olmadığı bir zaman və dinin süstləşdiyi bir anda bir sıra insanlar var idi ki, Allah onların fikirlərindən onlara öz sirlərini agah edir və onların ağılları vasitəsiylə onlarla danışır. Onlar hidayət çırağını qulaq və qəlblərdə şölələndirdilər.[14]

Zikr və zikredənlərin mənəvi məqamı

Zikr kəlməsini iki mənayə, yad (yada salmaq) və verd yəni Allahın adını təkrar etmək - istər dildə olsunistərsədə qəlbdə dəlalət edir. Odur ki, zikrin mərhələləri və onların arasında olan rabitə və zikr edən insanların mənəvi məqamları barəsində də bəhsə yer verilsə daha yaxşı olar.

  1. Zikrin, yad etmək mənasında olması barəsində demək lazımdır:

Hər bir şəxs və insan öz zikrinin cərəyanında, bir yolu yad etməyə məşqul odur ki, Allahdan başlayaraq ən aşağı mənaya çatır; yəni zikr edən şəxs Allaha doğru qayıdan bir yolda hərəkət edib Onu yad edir və əlbətdə bu yüksək mənəvi və irfani ruhiyəyə də yiyələnir ki, bəzi vaxtlar onu yar yad edərək, vüsal həyatını yad etmək kimi adlandırırlar; çünkü insanın ruhu səmalar quşudur, bu diyarda hicran və qürbət qəminə düçar olmuşdur, zaman keçdikcə öz əsl vətənini yad edərək ona doğru hərəkət edir. Əlbətdə bu yol həmin zikr yoludur ki, Allahı yad etməklə əldə olunur. Hər bir insan o varlığı yad edir ki, onu əvvəlcədən görsün və sonralar unutsun, o cür ki, Qurani- Kərimdə bu mövzuya işarə edir: O kəslər ki, Allahı unutmuşdurlar, özlərini də unutmuşdurlar.

«وَ لا تَكُونُوا كَالَّذِينَ نَسُوا اللَّهَ فَأَنْساهُمْ أَنْفُسَهُمْ»

O şəxslərdən olma ki, Allahı yaddan çıxarırlar, Allah da onların (özlərini yaddan) çıxarmağa düçar etdi.[15]

Odurki namaz, Quran, peyğəmbər və bütün o işlər ki, zikrin çərçivəsindədirlər və zikr mənasında istifadə olunmuşdurlar, tamamıyla bu cür zikirləri hekayət edirlər.

Bunun üçün də onlara zikr mənası şamil olur. Bu nəzəriyyədən məlum olur, hər bir çəxs özünə məxsus məqamda Allahı zikr edir, təəssüflər olsun ki, bir sıra insanlar öz həqiqətinin Allahla olan fitri rabtəsini yad etmir və yalnız dilində zikr edir.

Bəzi insanlar isə özlərinin bu İlahi həqiqətlərindən agah olub Allaha doğru qayıtmaqlarını tələb və zikr edilən istiqamətində hərıəkətinə davam edirlər ki, Zakir (zikr edən ) və zikr edilən bir olurlar. Bu nəzəriyyəyə əsasən hər birinci müəyyən və xususi zikr məqamında özünə yer tutmuşdur ki, yalnız özünə məxsusdur.

Amma zikr barəsində ki, verd mənasındadır və Allahın adlarını təkrar etməkdir, demək lazımdır ki: Bu məsələ islamda iki nəzəriyyə və iki müxtəlif cəhtdən diqətə alınmalıdır.

  1. Şəriət baxımından
  2. İrfan və məzhəb baxımından

Şəriət baxımından bir çox hədislərə işarə etmək olar ki, onlarda zikr etməyə tövsiyə olunmuşdur; onlara əməl etmək insanın Allaha yaxın olmasına və mənəviyyatının güclənməsinə səbəb olur. Bunun ücün də bütün zikrlər və verdlər bəyənilmiş və hər bir şəxs, istənilən məqam və mənzilətə zikr vasitəsiylə sahib ola bilər; misal üçün ən çox sifariş olunmuş zikirlərdən bir neçəsi də salavat göndərmək və ya bağışlanmaq diləmək “vəla həvla vəla quvvətə illa billah” və... kimi ki, dua kitablarında və məşhur rəvayətlərdə gəlmişdir, zikr edilməsi məsləhət görülür. Bu zikrlər, xususi şərait, irfan və riyazət əhlinə, o cümlədən indanlar və mənəvi məqam sahiblərinə məxsus deyil, bəlkə bütün bu zikrlər qəlbin təmizlənməsinə və Alaha doğru mənəvi və daxili meracın həyata keçməsidir.

  1. Amma irfan baxımından

Ümumi olaraq bəzi irfan əməllərndə müşahidə olunur ki, əməl sahibi xususi bir zikri müəyən saat və müəyyən günlərdə (qırx gün) zikr etməyə tövsiyə olunur ki, insan ruhiyəsində özünə məxsus təsirləri qoyur. Bu nöqtəyə diqqət etmək lazımdır ki, bu cür verdlərin icazə və müəllimə ehtiyacı vardır, odur ki, onu hər bir şəxsə tövsiyə etmə olmaz. Əlbətdə bu zaman, hər bir şəxsə özünə münasib zikr və verd ixtiyarında qoyulacaqdır; bunun üçün də ıamil bir müəllim öz elmi əsasında tərəfdarlarına xususi proqramlar və verdlər verəcəkdir; əslində mənəvi bir alət olaraq bu zikrlərin təsirlərindən bəhrələnəcəkdir. Bu nəzəriyyədə zikr və verdlərdən kömək amili kimi istifadə olunur ki, mənəvi meracın və ya qeyb məqamlarına giriş mərhələləri o şəxs üçün hasil olacaqdır. Əsl mənada xususi məqama nail olmaq, mənəvi aləmləri yad etmək kimi hesab olunur.

Qeyd etmək lazımdır ki, bəzi kitablarda bir sıra əməllər nəql olunmuşdur ki, qeyb amilləri əldə etmək üçün bəzi verdləri bəyan edirlər. Bu məsələyə agah olan müəllim olmadan onlara əməl etmək yolu azmaqla nəticələnəkdir; bunun üçün də bu yola davam etmək üçün kamil bir müəllimin olması zəruri sayılır.

 


[1] - Sədi, Gülbaba, Fərhənge istilahate ibni Ərəbi, səh 228, Şəfii nəşriyyatı, ikinci çap, Tehran 1384.

[2] - Səccadi, Seyyid Cəfəri, Fərhənge istilahate irfani, səh 402, Təhuri nəşriyyatı, dördüncü çap, Tehran 1378.

[3] - Təlaq, 10 və 11

[4] - Hicr, 9

[5] - İmam Xumeyni, çehel hədis, səh 292- 293. Muəssiseye nəşre asare imam Xumeyni, Tehran, 28-ci çap, 1387.

[6] - Qəzali, Kimyaye Səadət, cild 1, səh 254, Elm və fərhəng nəşriyyatı, Təhran, yeddinci çap, 1385

[7] - Bəqərə, 28

[8] - Nəhcül- Bəlağə, məktub 31

[9] - Həmin, xütbə 222

[10] - Rəd, 28

[11] - Taha, 14

[12] - Ənfal, 2

[13] - Əhzab, 35

[14] - Nəhcül- Bəlağə, xütbə 222

[15] - Həşr, 19

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • İmam Zamanın (əc) zühurunun əlamət və nişanələri nədir? Onlardan hansı daha tutarlıdır?
    8853 Qədim kəlam 2011/08/23
    İmamZamanın (əc) zühurununəlamətlərihaqqındasuallarçoxbəyənilmişbirəməldir. Amma, çox
  • Firon necə əməllərinə görə ki, Allahın imtahan vəsiləsiydi əzab çəkəcək?
    6629 Təfsir 2012/04/17
    Allahın dəyişməyən qanunlarından biri bəndələrin imtahanı və sınağıdır. Bu imtahan fərqli hadisələr və müxtəlif vəsilələrlə yerinə yetirilir. Bəzi hallarda Allah zalimləri digər kəslərin imtahan vəsiləsi qərar verir. Bir halda ki, zalim özü bilmir ki, Allahın imtahan vəsiləsidir. Zalimin imtahan vəsiləsi olması onun pislərindən və əzaba ...
  • Şiələr İmamlar və Allah arasında fərqə qaildirlərmi?
    8941 Qədim kəlam 2012/10/13
    Şiə məktəbi; digər məktəblər kimi tarix boyu ifrat və təfritlə bir olmuşdur. Bu cərəyan müxtəlif adlarla o cümlədən Ğulat, Müqəssirə, Nasibilər tanınmış şiə və onların İmamları üçün bir çox çətinliklər yaratmışdırlar. Şiə İmamların, şiələrin bu cərəyandan amanda qalması üçün çoxlu səylər etmişdirlər. Onlar öz məqamlarını ...
  • Məgər niyabətən yerinə yetirilən ibadət, ibadəti satın almaq deyil?
    3751 Təfsir 2020/02/03
    Əsas qannunların kənarında bəzi qanunların olması qanunla idarə olunan bir cəmiyyətdə  və ya qanunvericilik baxışında vacib bir məsələdir. Əsas qanundan sonra bəzi qanunların olması qanundan sui istifadə etmək mənasında deyildir.Namaz,oruc və həcc kimi məsələləri hər bir şəxsin özü həyatda ikən yerinə yetirməlidir.Bir şəxs həyatda ikən (məcbur olmadığı ...
  • Səcdəli surələrin tilavətinin yaratdığı çətinlikləri (səcdə etmək mümkün olmayan məkanlarda) necə aradan qaldırmaq olar?
    6725 Nizamlar hüquq və əhkam 2011/09/18
    Bütün müctehidlərin fətvalarına əsasən səcdəsi vacib olan ayələri oxuduqdan və ya eşitdikdən sonra insana səcdə etmək vacibdir.Həzrət İmam Xomeyni (r.ə.) bu barədə buyurur: "Dörd surənin hər birində ("Nəcm", "Fussilət", "Ələq" və "Səcdə" surələrində) bir səcdə ayəsi vardır. İnsan bu ayələri oxuduqdan və ya eşitdikdən sonra dərhal səcdə etməlidir. Əgər ...
  • Təyin olunmuş ruziylə, insanın çalışmasının nə rabitəsi var?
    7861 Qədim kəlam 2010/09/23
    Rizq və ruzu iki cürdür: Dalınca getdiyimiz ruzi və bizim dalımızca gələn ruzi. Rəvayətlərdə, bizim dalımızca gələn ruzi " talib rizq" və dalınca getdiyimiz ruzi "mətlub rizq" adlanmışdır. Talib və qəti ruzi, vücud, varlıq, ömür, şərait, mühit, ailə və istedad və sair ruzisidir ki, bu qism ruzi ...
  • Əgər bir müsəlman araşdırma edəndən sonra məsihi dininə iman gətirsə, fitri mürtəd və edam olunmalıdırmı?
    11722 Əhkam və hüquq fəlsəfəsi 2011/09/11
    İslam dini hamını İlahi tövhidi qəbul etməyə dəvət etsə də, amma bu hamını onu qəbul etməyə məcbur etmək mənasında deyil. Çünki iman və etiqad məcburiyyət və zoru qəbul etmir. Əlbəttə bu iş dinin əsası ilə müxalifətçilik fəzasına şərait yaratmaq mənasına deyil. Çünki İslamın əsası tövhid və şirki inkar etməyə möhkəmlənibdir. ...
  • İmam Hüseynin (ə) türbətindən hazırlanmış təsbehin nə kimi bərəkət və təsirləri vardır?
    4639 Hədis elmləri 2020/03/01
    Dini mənbələrimizdə İmam Hüseynin (ə) türbətinin bərəkət və təsirləri haqqında bir çox məlumatlar öz əksini tapıbdır. Bu barədə, 3015, 30279 və 83 rəqəmli cavabları mütaliə edə bilərsiniz. Lakin Seyyid əş-Şühəda (ə) türbətindən hazırlanmış təsbeh barədə İmam Kazım (ə) belə buyurur: Şiələrimiz ...
  • Nə üçün məsum imamlardan az bir miqdarda kitablar bizim əlimizə çatmışdır?
    9391 Hədis elmləri 2011/04/13
    Mümkündür illət bu olsun ki, məsum imamlar (ə) özləri, dəqiq olaraq və ətraflı şəkildə kitab təlif etməmişdirlər. bunun üçün də daha çox lazımlı olan, məqsədə çatmaq üçün ən çox şagird hazırlamağa çalışırdılar. Əlbəttə bu cür də demək olmaz ki, imamların heç bir təlifi olmamışdır, bəlkə rəvayət mənbələrində onlarla fərqli ...
  • Üzün gözəlliyi üçün zikr varmı?
    29185 Əməli əxlaq 2012/07/18
    İslam nəzərindən gözəllik, maddi və mənəvi gözəlliyə bölünür. Üzün mənəvi gözəlliyi, namaz kimi mənəvi işlərlə əldə olunur. Amma üzün zahiri və maddi gözəlliyi, təbii formada maddi əməllər vasitəsi ilə əldə olunur. Mənəvi gözəllik rəvayətlər nəzərindən: Mənəvi gözəllikdə müxtəlif zikr və əməllər təsirlidir. Məsələn rəvayətlərin birində ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    164008 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    160198 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    118971 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    112227 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    106977 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    92861 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    54357 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    50617 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    45250 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    44733 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...